Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1046/2021 09.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının təsdiq olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, JN-1364 nömrəli Kod 30800118 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.39 ha torpaq sahəsinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-1364 nömrəli Kod 30800118 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayon Novxanı kəndi ərazisində yerləşən 0.39 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2002-ci il tarixli 40 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. Bununla bağlı ona JN-1364 nömrəli Kod 30800118 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Sözügedən Dövlət Aktında hüquq sahibi qismində ona məxsus məlumatda səhvə yol verilmişdir. Belə ki, hüquq sahibi kimi “Ərizəçi” göstərilməli olsa da, yalnışlıqla “Ərizəçi Ağalı qızı” yazılmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə xx.xx.2020-ci il tarixli, **********32 saylı məktub ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Səbəb kimi isə şəxsiyyəti təsdiq edən sənədlə dövlət aktında ata adı arasında fərqin olması göstərilmişdir. Həmin yanlışlığın düzəldilməsi üçün Abşeron Rayon Dövlət Arxiv İdarəsinə müraciət etsə də, şifahi formada məhkəmə qaydasında həll edilməli olduğu ona tövsiyə edilmişdir. Ona görə də “torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. İş üzrə Maraqlı şəxs İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2021-ci il tarixdə məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -ASAN1 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Abşeron rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Ərizəçi ünvanlanmış bildirişdən görünür ki, JN-1364 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquqi sahibi, “Ərizəçi Ağalı qızı” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edildiyindən ərizənin icra olunmasından imtina edilmişdir. -JN-1364, kod 30900118 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayon Novxanı kənd sakini Ərizəçi Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2002-ci il tarixli 40 saylı qərarına əsasən 0.39 ha torpaq sahəsi verilmiş və dövlət aktı qeydiyyat kitabında 6098 № ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, Ərizəçi onun anasıdır, Ərizəçi atasının adı Ağaəmi-dır, lakin JN-1364 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında isə torpağın hüquqi sahibi, “Ərizəçi Ağalı qızı” kimi göstərilmiş, ailənin qalan üzvlərinin adı düzgün yazılmışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, Ərizəçi onun bağısıdır, Onların atalarının adı Ağaəmi-dır, lakin JN-1364 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında isə səhv olaraq torpağın hüquqi sahibi, “Ərizəçi Ağalı qızı” kimi göstərilmiş, ailənin qalan üzvlərinin adı düzgün yazılmışdır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadəsini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdikləri və təqdim olunmuş sənədlər biri-birini tamamlayır və təsdiq olunur ki, Ərizəçi Abşeron rayon Novxanı kəndində yerləşən 0.39 ha torpaq sahəsi Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2002-ci il tarixli 40 saylı qərarına qərarı ilə JN-1364, kod 30900118 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Ərizəçi həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. JN-1364, kod 30800118 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hüquqi sahibi “Ərizəçi” əvəzinə “Ərizəçi Ağalı qızı” olduğu müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Ərizəçi hazırda sənədin ona məxsus olması faktının təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Abşeron rayon Novxanı kəndində yerləşən 0.39 ha torpaq sahəsi Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2002-ci il tarixli 40 saylı qərarı ilə JN-1364, kod 30800118 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin ata adı “Ağalı” kimi göstərilmişdir. Eyni zamanda ASAN1 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ata adı “Ağaəmi” kimi göstərilmişdir. Bu isə Ərizəçi Ağalı qızı ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu faktı şahidlər də öz ifadəsində tam təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.5. maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Beləliklə məhkəmə hesab edir ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2002-ci il tarixli 40 saylı qərarı ilə JN-1364, kod 30800118 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən «Ərizəçi Ağalı qızı»nın, ASAN1 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə uyğun olaraq “Ərizəçi qızı” ilə eyni şəxs olması öz təsdiqini tapdığından, Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2002-ci il tarixli 40 saylı qərarı ilə JN-1364, kod 30800118 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 2002-ci il tarixli 40 saylı qərarı ilə JN-1364, kod 30800118 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1046/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1046/2021
09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver