Məhkəmə qərarları › İş №2(012)-105/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-105/2021

20.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-105/2021 20.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçılar İddiaçı3 Şahmurad oğlunun, İddiaçı2 və İddiaçı4 vəkili-nümayəndəsi X2,cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi Şirinov Bağban Səfər oğlunun, Cavabdeh5 vəkili-nümayəndəsi Zeynalova Elnurə Salman qızının, cavabdeh Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Mikayılov Arslan Eldar oğlunun iştirakı ilə İddiaçılar İddiaçı3 Şahmurad oğlunun, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh5, "xxxx" MMC-yə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə və Cavabdeh4nə qarşı torpaq sahəsinin dəyərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar X15, İddiaçı3 Şahmurad oğlu, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh5, "xxxx" MMC-yə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə, Cavabdeh4nə qarşı torpaq sahəsinin dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, X15 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354088/ASİ nömrəli alqı-satqı müqaviləsinə əsasən, X1 Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.313 ha. torpaq sahəsinin mövcud olmayan 0.01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh5 alınaraq X12 ödənilməsi, İddiaçı3 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354808/ASİ nömrəli alqısatqı müqaviləsinə əsasən, İddiaçı3 satılmış Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.317 ha. torpaq sahəsinin mövcud olmayan 0.01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh5 alınaraq İddiaçı3 ödənilməsi, İddiaçı2 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli 016HOME354088/ASİ nömrəli alqı-satqı müqaviləsinə əsasən, X1 Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.032 ha torpaq sahəsinin mövcud olmayan 0.01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh5 alınaraq İddiaçı2 ödənilməsi, İddiaçı4 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli 016HOME354809/ASİ nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı4 satılmış Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.031 ha. torpaq sahəsinin mövcud olmayan 0.01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh5 alınaraq İddiaçı4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354808/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, Cavabdeh5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.317 ha. torpaq sahəsini İddiaçı3 satmış və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı2 ilə Cavabdeh5 ilə "Bank Respublika” ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354809/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, cavabdeh X4 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.032 ha. torpaq sahəsini İddiaçı2 satmış və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı4 ilə Cavabdeh5 və Cavabdeh2 ASC arasında bağlanmış 27 iyun 2013-cü il tarixli, 016HOME354809/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, cavabdeh İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.031 ha. torpaq sahəsini İddiaçı4 satmış və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda "xxxx" MMC ilə aralarında olan məhkəmə çəkişmələrində məlum olmuşdur ki, onların hər birilərin satılan torpaq sahəsinin faktiki sahəsi 0.01 ha azdır. Cavabdehdən torpaq sahəsinin az olan hissəsinin yerində təhvil verilməsini və ya dəyərinin ödənilməsini tələb etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişlər. Mübahisəli torpaq sahəsi kommersiya məqsədi ilə ayrıldığına baxmayaraq, Cavabdeh4 həmin torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi barədə Sərəncam vermişdir. Alğı-satqı müqaviləsində qeyd olunan torpaq sahəsi az olmağına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi Cavabdeh5 və ondan sonra da onlara çıxarışlar vermişdir. Həmçinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanan alqı-satqı və ipoteka müqaviləsində tərəf kimi iştirak etmiş, lakin bilərəkdən torpaq sahəsinin bir hissəsinin mövcud olmamasına əhəmiyyət verməmişdir. Sonradan iddiaçılar X15 məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh5 və "xxxx" MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini, qeyd olunan işlə əlaqədar yeni sübutlar təqdim edəcəyindən onun iddiasına ayrıca icraatda baxılması üçün iddia tələbini hazırki iddia tələbindən ayıraraq ayrıca icraatda baxılması üçün qərar qəbul etmiş, Abşeron rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli, 2(012)-372/2020 saylı qərardadı ilə iddiaçı X9 cavabdehlər Cavabdeh5, "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia tələbi ayrıca icraata alınmış, digər iddiaçıların iddia tələbləri üzrə mülki işin icraatı isə iddiaçı Əbilov Ağamoğlan oğlunun və İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı torpaq sahəsinin geri qaytarılmasına dair mülki işin məhkəmə icraatı başa çatanadək dayandırılmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı3 Şahmurad oğlunun, İddiaçı2 və İddiaçı4 vəkilinümayəndəsi X7 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 vəkili-nümayəndəsi iddianı qəbul etməyib təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi iddia ərizəsini qəbul etməyib,qeyd etdi ki, 17 ha torpaq sahəsində 6 ədəd bitişik 2 mərtəbəli evlər tikilib. Bank tərəfindən təklif olundu evlərin satılması ilə bağlı ki, evlər tam hazır olduqdan sonra həmin mənzillər banka girov qoyulur və kreditlər verilir. Amma əvvəl torpaqlar fiziki şəxslərə satılırdı və sonradan sifariş əsasında layihələrə uyğun evlər tikilirdi. Hazırda həmin ərazidə 100-dən çox aiə yaşayır.Satılan 0,21 ha torpaqda 38mx51m ölçüyə uyğun 6 kotec və ətrafında yaşıllıqlar salınıb. Lakin çıxarış düzgün verilməyib, belə ki, evin ətrafı çıxarışa salınmayıb. Əvvəlki məhkəmələrdə də müəyyən olundu ki, MMC heç bir torpaq sahəsi mənimsəməyib. Sadəcə iddiaçıların çıxarışından yol və həyətyanı bağlar çıxarılıb. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi iddianı qəbul etməyib, əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Cavabdeh5 iddia tələbinə etiraz verərək bildirmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində Abşeron rayonu, Masazır ərazisində, duzlu gölün yamacında 17 hektar torpaq sahəsi olmuşdur. Həmin sahəsində kottec tipli şəhərcik salınması planlaşdırılmış və salınacaq şəhərciyin eskiz layihəsi hazırlanmış, 2008-ci ildə Abşeron RİH-i ilə razılaşdırılaraq təsdiq olunmuşdur. O, 06 may 2013-cü ildə İnvesta A MMC-ilə müqavilə bağlayaraq kotec tipli ev tikdirmək məqsədi ilə 0.2082 ha torpaq sahəsi almış, ona satılmış torpaq sahəsinin eni 38metr, uzunluğu isə 51-metr olmuşdur. O, ona satılmış torpaq sahəsində təsdiq olunmuş eskiz layihə əsasında kotec tipli evlərin tikilməsi məqsədi ilə ərazidə tikinti işləri aparmaq üçün sifariş qəbul edən şəxslərlə danışaraq razılaşmış və onlar ona məxsus torpaq sahəsində 6-ədəd iki mərtəbəli evlərin tikilməsi üçün işlərə başladılar, tikiləcək evlərin bünövrələri qazılmış və beton tökülmüşdür. Bir müddətdən sonra ona məxsus torpaq sahəsində tikilməyə hazırlanan evlərin alınması üçün hazırki iş üzrə iddiaçılar və başqa iki nəfər şəxs müraciət edərək ev almaq istədiklərini və alacaqları evləri bankdan alacaqları kredit hesabına tikdirəcəklərini bu barədə artıq Respublika Bankla danışdıqlarını bildirmişdirlər. Həmin şəxslərlə 27 iyun 2013-cü ildə müqavilə bağlayaraq torpaq sahəsini 6 yerə bölməklə həmin şəxslərə satmış, həmin şəxslərdə həmin torpaq sahələrini ipotekaya qoymaqla kredit götürmüşlər və götürdükləri kredit hesabına evlərini tikdirərək başa çatdırmışlar. Torpaq sahəsinin az olması məsələsinə gəlincə isə hər bir kottecin, yəni 6 ədəd 2 mərtəbəli bir-birinə bitişik olan fərdi yaşayış evlərinin tikilməsi üçün aldığı torpaq sahəsinin uzunluğu 51 metr olmuşdur, lakin həmin kateclərin ümumilikdə uzunluğu 46 metr olmuş, koteclərin bir tərəfində 1,5 metr enində səki , digər tərəfində isə 4 metr enində, 38-40 uzunluğunda boş torpaq qalmışdır ki, bu da 2.5 sot torpaq sahəsi deməkdir. Onun 06.may 2013-cü ildə İnvesta A MMC-ilə müqavilə bağlayaraq kottec tipli ev tikdirmək məqsədi ilə aldığı 0.2082 ha torpaq sahəsi 51-metr uzunluğunda olmaqla olduğu kimi yerindədir, həmin torpaq sahəsinin 46-metrində evlər tikilmiş, Kotecin hər iki tərəfində boş qalmış 3 sot torpaq sahəsi yaşıllaşdırılmış və həmin torpaq sahəsində onun tərəfindən satilmış torpaq sahəsində evlər tikdirmiş kottec sakinlərinin istifadəsidədir. İddiaçılara mülkiyyətlərində olan torpaq sahələri barəsində çıxarış verilərkən, torpağın xəritəsi çəkilərkən də bu hallar nəzərdən qaçırılmışdır. Odur ki iddia tələbini qəbul etmir, iddia tələbi əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bundan başqa Cavabdeh5 iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, alqı-satqı müqavilələri 27 iyun 2013-cü ildə bağladığını, həmin vaxtdan 7 ilə yaxın müddət keçdiyini nəzərə alaraq iddia tələblərinə iddia müddəti tətbiq edilməsini, iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 17.12.2021-ci il tarixdə etiraz verərək bildirmişdir ki, ...torpaq sahəsinin az olması məsələsinə gəlincə isə hər bir kotecin yəni 6 ədəd 2 mərtəbəli bir-birinə bitişik olan fərdi yaşayış evlərinin tikilməsi üçün aldığı torpaq sahəsinin uzunluğu 51 metr olmuş, lakin həmin tikilən kateclərin ümumilikdə uzunluğu 46 metr olmuş, koteclərin bir tərəfində 1,5 metr enində səki, digər tərəfində isə 4 metr enində, 38-40 uzunluğunda boş torpaq sahəsi qalmışdır ki, bu da 2.5 sot torpaq sahəsi deməkdir. Onun 06.may 2013-cü ildə İnvesta A MMC-ilə müqavilə bağlayaraq kotec tipli ev tikdirmək məqsədi ilə aldığı 0.2082 ha torpaq sahəsi 51-metr uzunluğunda olmaqla olduğu kimi yerindədir, həmin torpaq sahəsində 46-metri enində evlər tikilmiş, kotecin hər iki tərəfində boş qalmış 3 sot torpaq sahəsi yaşıllaşdırılmış və həmin torpaq sahəsi də onun tərəfindən satilmış torpaq sahəsində evlər tikdirmiş kotec sakinlərinin istifadəsidədir. Cavabdehlər sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıları vəkili-nümayəndəsinin izahatını dinləyib, cavabdehin etiraz ərizəsini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.031 ha torpaq sahəsi İddiaçı4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 ASC, İddiaçı2 və Cavabdeh5 arasında bağlanmış 27.06.2013-cü il tarixli 016HOME354809/Asi nömrəli Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 İddiaçı2 Abşeron rayonu, Masazır kəndində yerləşən 0.032 ha torpaq sahəsini 11000 (on bir min) manata satmış, İddiaçı2 müqavilə üzrə yaranmış öhdəliyin təminatı kimi Abşeron rayonu, Masazır kəndində yerləşən 0.032 ha torpaq sahəsini Cavabdeh2 ASC-yə ipotekaya verir. Kreditin məbləği 74202 (yetmiş dörd min iki yüz iki) USD. Kreditin qaytarılma tarixi 7 (yeddi) il müddətinə 27 iyun 2020-ci tarixinədək. İş materiallarında olan Cavabdeh2 ASC, İddiaçı3 və Cavabdeh5 arasında bağlanmış 27.06.2013-cü il tarixli 016HOME354808/Asi nömrəli Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 İddiaçı3 Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsini 10500 (on min beş yüz) manata satmış, İddiaçı3 müqavilə üzrə yaranmış öhdəliyin təminatı kimi Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsini Cavabdeh2 ASC-yə ipotekaya verir. Kreditin məbləği 63934 (altmış üç min doqquz yüz otuz dörd) USD. Kreditin qaytarılma tarixi 7 (yeddi) il müddətinə 27 iyun 2020ci tarixinədək. İş materiallarında olan Cavabdeh2 ASC, İddiaçı4 və Cavabdeh5 arasında bağlanmış 27.06.2013-cü il tarixli 016HOME354809/Asi nömrəli Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Rəsulov X10 Qumru Arzu qızına Abşeron rayonu, Masazır kəndində yerləşən 0.031 ha torpaq sahəsini 10500 (on min beş yüz) manata satmış, İddiaçı4 müqavilə üzrə yaranmış öhdəliyin təminatı kimi Abşeron rayonu, Masazır kəndində yerləşən 0.031 ha torpaq sahəsini Cavabdeh2 ASC-yə ipotekaya verir. Kreditin məbləği 56393 (əlli altı min üç yüz doxsan üç) USD. Kreditin qaytarılma tarixi 7 (yeddi) il müddətinə 27 iyun 2020-ci tarixinədək. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.2082 ha torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına 23.10.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********040 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 06 may 2013-cü il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Masazır kəndində yerləşən 0,2082 ha torpaq sahəsini 52.050 AZN-nə Cavabdeh5 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsi İddiaçı3 adına 13.07.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********18 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 404 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsi Cavabdeh2 ASC-nin adına 15.04.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi, **********18 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 404 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.032 ha torpaq sahəsi Cavabdeh2 ASC-nin adına 25.12.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi, **********17 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 404 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 03.10.2017-ci il tarixli, 2(012)- 4534/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və digər tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli, 2(012)- 4539/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı3 cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və digər tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli, 2(012)- 4535/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı4 cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və digər tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli, 2(012)- 1649/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 Cavabdeh5, "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından müəyyən edilir ki, həmin məhkəmə qətnamələri yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçılar onların hər birilərin satılan torpaq sahəsinin faktiki sahəsinin çatışmayan 0.01 ha hissəsinin qiymətləndirilərək cavabdeh Rəsulov Qənimət Tofiq oğlundan alınaraq onlara verilməsini xahiş edirlər. İş materiallarında olan qüvvədə olan məhkəmə qətnamələrindən müəyyən edilir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.0317 ha torpaq sahəsinin 0.0064 ha hissəsi iddiaçıların özlərinin ümumi istifadəsində olan yola düşür. İddiaçılar uzun illərdir ki, həmin torpaq sahəsində tikdirdikləri evlərdə yaşasalr da bu günə kimi həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı hər hansı irad və etiraz bildirməyib , iddiaçı torpaq sahəsi satılmaq üçün paylara ayrılarkən və onlar tərəfindən alınmış torpaq sahələri qəbul edilərkən də onlar, torpaq sahəsini hansı formada qəbul etdiklərini bilmiş və bununla razılaşmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı3 Şahmurad oğlunun, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh5n və qeyrilərinə qarşı dəymiş ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin , Cavabdeh5 vəkili-nümayəndəsinin iddia müddətinin tətbiqi barədə vəsatətinə münasibətdə qeyd edir ki, iddiaçılar bu mübahisə üzrə iddia müddətini ötürməmişlər. Belə ki, MM-nin 373.2 maddəsinə görə daşınmaz əşyalarla bağlı iddia müddəti altı ildir.İddiaçılar tərəflər arasından mübahisəli torpaq sahəsinə dair müqaviləninbağlanmasından altı ilədən bir qədər sonra 2019-cu ilin oktyabrında məhkəməyə müraciət etmişlər və iş materaillarından göründüyü kimi tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı müxtəlif məhkəmə mübahisələri olmuşdur.Ona görə də, iddia müddətinin tətbiqinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçılar İddiaçı3 Şahmurad oğlunun, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı dəymiş ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərci olan iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrli edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar