Məhkəmə qərarları › İş №2(012)-106/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-106/2023

29.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-106/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh JN-384 saylı, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsinin 200 kv.m hissəsindən çıxarılması və tikilmiş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsi onun mülkiyyətindədir. Buna dair onun adına JN-384 saylı, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edən zaman sözügedən torpaq sahəsinin 200 kv.metr hissəsinin başqa şəxsin istifadəsində olduğu aşkar edilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixli məktubla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Sonradan ona məxsus torpaq sahəsinin Cavabdeh Firudin oğlu tərəfindən zəbt edilməsi aşkarlanmışdır. Nəticə etibarı ilə cavabdeh həmin ərazidə onun mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsinə qeyriqanuni sahiblik edir. Ancaq cavabdeh bütün bunlara baxmayaraq bu torpaq sahəsini boşaltmır. Bu səbəbdən mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia ilə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan JN-384 saylı, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Abşeron rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 21 saylı qərarına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsi İddiaçı və 2 nəfər ailə üzvünə verilmişdir. İşdə olan DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı göndərdiyi xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,4076 ha torpaq sahəsinin 200 kv.metr hissəsinin başqa şəxsin istifadəsində olduğu aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,012 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Onun adına AA 011307 saylı, xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-384 saylı, 30800027 kodlu dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarf’na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4212 saylı rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-384 saylı, 30800027 kodlu dövlət aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. İşdə olan "xxxx" MMC-nin 26 yanvar 2023-cü il tarixli, ƏEM/Y 38-038/23 saylı mütəxəssis rəyindən görünür ki, JN-384 Kod 30800027 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsində yerləşən 200 kv.metr torpaq sahəsinin Cavabdeh tərəfindən daş hasarla əhatə edilərək həyətyanı sahə kimi istifadə edildiyi müəyyən olunur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2328 saylı rəyindən görünür ki, JN-384 Kod 30800027 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsində yerləşən 200 kv.metr torpaq sahəsinin Cavabdeh tərəfindən daş hasarla əhatə edilərək həyətyanı sahə kimi istifadə edildiyi müəyyən olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı hazırda ona məxsus torpaq sahəsinin 200 kv.m hissəsindən həmin əmlaka heç bir hüququ olmayan Cavabdeh çıxarılmasını və orada tikilmiş hasarın cavabdehin hesabına sökülməsini xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı adına JN-384 Kod 30800027 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin sənəd hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətində olan 0,41 ha torpaq sahəsinin 200 kv.metr hissəsinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Cavabdehin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh JN-384 saylı, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsinin 200 kv.m hissəsindən çıxarılmalı və orada inşa edilmiş daş hasar Cavabdeh hesabına sökülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh JN-384 saylı, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,41 ha torpaq sahəsinin 200 kv.m hissəsindən çıxarılsın və orada inşa edilmiş daş hasar Cavabdeh hesabına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 395 (95+300) manat pul cavabdehdən tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatları üçün tələb olunan 100 (50+50) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar