Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1065/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun saxlanılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və onun azyaşlı övladı 11.10.2017-ci il təvəllüdlü X2 ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər Şəhərciyi 21 saylı evin 77 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə Cavabdeh öz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun saxlanılması tələbinə dair qarşılıqlı iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia ərizəsi üzrə İddiaçı Sadıqova (Qəribova) Aytən Məhəmməd qızının və 11.10.2017-ci il təvəllüdlü X2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 21 nömrəli evin, 77 nömrəli mənzilindən çıxarılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi və Sadıqova (Qəribova) Aytən Məhəmməd qızının qarşılıqlı iddia ərizənin təmin edilərək onun və övladı 11.10.2017-ci il təvəllüdlü X2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 21 nömrəli evin, 77 nömrəli mənzilinə istifadə hüquqlarının saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh izahatlarında aralarında olan mübahisənin barışıq yolu ilə həll edildiyini bildirərək hər ikisi barışıq sazişini məhkəmədə imzalayaraq təqdim etmiş və sazişin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkili Vəkil Cavabdeh izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. 191.2. maddəsinə əsasən işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun saxlanılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Bundan sonra “Birinci tərəf” adlandırılacaq İddiaçı, bir tərəfdən, “İkinci tərəf” adlandırılacaq Cavabdeh, digət tərəfdən nəzərə alaraq ki, Abşeron Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı “Cavabdeh və onun azyaşlı övladı 11.10.2017-ci il təvəllüdlü X2 ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 21-də yerləşən 77 saylı mənzildən çıxarılmasına dair iddia ərizəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və övladı X5 ilə həmin mənzildən istifadə hüququnun saxlanmasına dair” iddia ərizəsi üzrə 2(012)-1065/2022 saylı mülki iş vardır, tərəflər xoş niyyət nümayiş etdirərək yaranmış mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll edilməsini arzu edərək, aşağıdakılar barədə hazırkı barışıq sazişini imzalayırlar: Barışıq sazişinin şərtləri:
1. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli 2(001)- 7720/2021 saylı qətnaməsinə əsasən X1 oğlu X2 18 yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment və X2 müalicəsi üçün hər ay 25 manat sabit pul məbləğində aliment, cəmi 200 manat Cavabdeh verilməsi barədə qətnamə çıxarmışdır.
2. “Birinci tərəf” X4 aliment borcunun 6 (altı) illik birdəfəlik həcmdə 14400 manat məbləğində iddia tələbi ilə əlaqədar pul verməli olduğunu qəbul edir və öhdəsinə götürür.
3. “Birinci tərəf” 14400 manat, 6 il müddət ərzində olan birdəfəlik aliment məbləğində pul vəsaitini 15 aprel 2022-ci il tarixədək “İkinci tərəf”ə ödəməyi öhdəsinə götürür.
4. “Birinci tərəf” “İkinci tərəf”ə 14400 manat pulu ödədikdən sonra “İkinci tərəf” 5 (beş) ay müddət ərzində “Birinci tərəf”ə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 21-də yerləşən 77 saylı mənzildən mətbəx əşyaları istisna olmaqla və kommunal xərclər tam ödənilməklə özü və övladı X5 ilə birlikdə, eyni zamanda özünə məxsus ev əşyalarını da özü ilə götürərək çıxacağını öhdəlik kimi qəbul edir.
5. “İkinci tərəf” “Birinci tərəf”in etirafını qəbul edir, mövcud iddia tələbi ilə bağlı gələcəkdə hər hansı iddia irəli sürməməyi öhdəsinə götürür. Eyni zamanda “Birinci tərəf” də mövcud iddia tələbi ilə bağlı gələcəkdə hər hansı iddia irəli sürməməyi öhdəsinə götürür.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə aydındır və bu saziş imzalandıqdan sonra Mülki Prosessual Məcəllənin 153-cü maddəsi bu sazişlə həll edilən məsələlər üzrə gələcəkdə bir-birilərinə qarşı iddia qaldırmaq hüquqlarının olmadıqlarını bilirlər.
7. Bu Barışıq sazişi real hüququ nəticələr doğurmaq üçün bağlanılmışdır və imzalandığı andan qüvvəyə minir.
8. Tərəflərdən biri Barışıq sazişində götürdükləri öhdəlikləri göstərilən vaxtda yerinə yetirmədikdə maraqlı tərəfin ərizəsinə əsasən öhdəliklər ümumi qaydada icra olunması üçün icra qurumuna göndəriləcəkdir.
9. Bu Barışıq sazişindən yaranan mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həll edilir.
10. Bu Barışıq sazişi Azərbaycan dilində 3 (üç) nüsxədən ibarət hazırlanıb və tərəflərin hər birində saxlanılır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1065/2022 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov