Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1070/2022 13.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi Gülsevən oğlunun iştirakı ilə, Ərizəçi Gülsevən oğlunun uşağın doğum haqqında şəhadətnaməsində göstərilmiş ata qrafasında soyadın və adın silinməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Gülsevən oğlu uşağın doğum haqqında şəhadətnaməsində göstərilmiş ata qrafasında soyadın və adın silinməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 22.07.2018-ci il tarixdə anadan olmuş X13 AZ-T № 181953 saylı doğum haqqında şəhadətnaməsinin ləğv edilərək, soyad qrafasında “Quliyev”, ata qrafasında “Vüqar” adının silinməsi və tək ana kimi X6 adına qeydiyyata alınmasına dair yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Gülsevən oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, 22.07.2018-ci il tarixdə anadan olmuş X13 Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 5491 sayla qeydə alınmış qeydin ləğv edilməsi, “Soyad” qrafasından “Quliyev”, “Ata adı” qrafasından isə “Vüqar” adının silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Gülsevən oğlu ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, X10 ilə 25.08.2017-ci il tarixdə nikaha daxil olmaqla bu barədə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2031 saylı rəsmi nikah qeydə alınmışdır. Birgə nikahlarından bir övladları - 22.07.2018-ci il təvəllüdlü X16 anadan olmuşdur. Belə ki, onunla X10 arasında olan ər-arvad münasibətlərinin tamamilə pozulduğu, nikahlarının formal xarakter daşıdığı və ailə münasibətlərinin dözülməz həddə çatdığı dönəmdə o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 2(012)-3307/2020 saylı, 29.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, nikahın pozulması, 14.08.2020-ci il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin ondan tutularaq X7 ödənilməsi qət edilmişdir. O, məhkəmə ilə təyin edilmiş alimenti cavabdehin xeyrinə ödəyirdi. Ailənin dağılmasına X2 olmuşdur. X3 dəfələrlə xəyanət etmiş və sonunda sübuta yetirildiyi üçün o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət edən zaman xasiyyətlərinin uyğun gəlməməsini əsas tutmuş, xəyanət barədə bildirməmişdir. Çünki o, rəsmi nikah münasibətində olduğu müddətdə dəfələrlə onun mobil telefon nömrəsinə gecə yarısı tanımadığı nömrələrdən zənglər daxıl olmuş və uşağın onun övladı olmadığı deyilirdi. O, Daxili İşlər Nazirliyində polis nəfəri vəzifəsində çalışır və onu tanıyan, qərəzli bir şəxs və ya şəxslərin acıq niyyəti ilə belə davranışlar etdiyini zənn etmişdir. Lakin ailəsinin xəyanət üstündə dağılması və bəzi hadisələrlə üzləşdiyi üçün bu hallar onda şübhə hissi yaratdığından o, nikahı pozulduqdan sonra X7 ona belə bir zənglərin gəldiyini və Uğurun onun övladı olmadığının dediklərini bildirmişdir. Eyni zamanda, X6 xəyanət etməsinin onda şübhə hisləri yaratdığını və əmin olmaq üçün Uğurun onun övladının olub-olmamasını dəqiqləşdirmək üçün DNK testi keçirmək niyyətinin olduğunu qeyd etmişdir. X1 özəl bir xəstəxana ilə əlaqə saxladığını, bu hadisənin heç kimin bilməyəcəyini də izah etmiş, lakin X10 bu təklifdən imtina etmişdir. Uğurun onun övladının olmamasını da inkar etmədiyi üçün o, məcbur qalıb atalığın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X13 DNK testi keçirilərək onun övladının olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin Məhkəmənin 2(012)-1248/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Lakin məhkəmə baxış iclası zamanı izahat verən cavabdeh uşağın onun uşağı olmadığını etiraf etmişdir. X10 izahatında ona əvvəlcədən uşağın onun uşağı olmadığını demiş, lakin o, məhkəməyə müraciət etdikdən sonra onun uşağı olmadığını etiraf etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X12 X20 16.06.2021-ci il tarixli 9/574 saylı rəyindən görünür ki, 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış 16 müxtəlif STR lokusdan 16-sı (cədvəl-1, 1-16 saylı STR lokuslar) üzrə X16 ilə güman olunan ata Ərizəçi Gülsevən oğlu arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır: Testin keçirilməsi üçün götürülən 16 STR lokusdan 16-sı (1-16 saylı STR lokuslar) üzrə təyinat aparmaq mümkün olmuşdur. Cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 15 (1- 15 saylı STR lokuslar) autosom STR lokuslar üzrə analıq faktı şübhəsidir. Lakin lokusların hər biri üzrə testə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində tam şəkildə uyğunluq, yəni hər bir STR lokus üzrə ən azı bir ortaq allel aşkarlanmamışdır. Testin nəticələrini aşağıdakı kimi interpretasiya etmək olar. Amelogeniplə alınan nəticə reallığı uyğun gəlmişdir-testə uğradılan uşaq oğlandır. Testə uğradılan şəxslərin genotiplərində 11 halda (D8S1179, D21S11, D7S820, CSFİPO, D3S1358, THOİ, D13S317, D19S433, TPOX, D18C51 və D5S818 STR lokusları üzrə) güman olunan ata (F) ilə uşaq (C) arasında uyğunluq aşkar edilmişdir. (cədvəldə xüsusi sütunda C-nin güman olunan ata-F-ə nəzərən obliqat allelləri yağlı şriftlə altından xətt çəkilməklə göstərilmiş və “uyğundur” kimi qiymətləndirilmişdir). Bu hallardan üçündə (D21Sİ 1, D7S820 və D19S433 STR lokusları üzrə) uşağın DNT profillərində ata ilə ortaq allellər (lokuslar üzrə uyğun olaraq 30,11 və 13 saylı allellər) aşkarlansa da həmin allellər birqiymətli olaraq anadan götürüldüyündən, həmçinin həmin STR lokuslar üzrə uşağın DNT profillərində nə anaya, nə də güman olunan ataya mənsub olmayan, yəni üçüncü şəxsə (digər ataya) mənsub olan allellər (lokuslar üzrə uyğun olaraq (31), (12) və (15) saylı allellər) aşkarlandığından həmin lokuslar üzrə nəticələr “uyğundur, lakin nəticə neqativdir” kimi qiymətləndirilmişdir. Qalan dörd halda (D16S539. D2S1338. vWA və FGA STR lokusları üzrə) isə güman olunan ata (F) ilə uşag ÇC) arasında uyğunsuzluq aşkarlanmışdır (nəticələr cədvəldə xüsusi sütunda “yoxdur” qeyd olunaraq “uyğun deyil” kimi qiymətləndirilmişdir. Bütün hallarda uşağın DNT profillərində aşkarlanma nə anaya nə də ki, güman olunan ataya mənsub olmayan, yəni üçüncü şəxsə (digər ataya) mənsub olan allellər çərçivəyə alınaraq göstərilmişdir. Beləliklə, genetik testi nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onunla X10 arasında qohumluq əlaqəsinin olmadığını göstərir. Bütün bunlardan əlavə, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq onun ekspertizaya təqdim etdiyi X16 adlı uşağın atası olması inkar olunmuşdur. Qeyd edir ki, uşağa verilən doğum haqqında şəhadətnamədə onun soyadı və adı hələ də qalmaqdadır. Hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi uşağa verilmiş doğum haqqında şəhadətnamədə ata qrafasında onun adının və soyadının silinməsi ilə bağlıdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 16.03.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Ərizəçi Gülsevən oğlu ilə rəsmi nikah münasibətində olmuş və nikah münasibətlərində olduğu müddətdə bir uşağı anadan olmuşdur. Ərizəçi ilə onun nikah münasibətlərinə xitam verilmiş və hazırda azyaşlı oğlu onun himayəsindədir. Nikah münasibətində olduğu müddətdə başqa şəxslə münasibəti olmuş və azyaşlı oğlunun atası Elgün Təhməzli adlı şəxs olmaqla uşaq da həmin adamdandır. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Beləliklə, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sumqayıt Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.12.2021-ci il tarixli AZ-T № 181953 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 22.07.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5491 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Ərizəçi, anası X8r. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X12 X20 14.06.2021-ci il tarixli 289/2021-MTBŞ saylı rəyindən görünür ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman edilən ata arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qeyd olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Ərizəçi Gülsevən oğlunun ekspertizaya təqdim olunmuş X14 adlı uşağın atası olması inkar olunmuşdur. -Abşeron Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(012)-1248/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh X7 qarşı atalığın müəyyən olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. -Abşeron Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli 2(012)-5535/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X5 1190 manat pul vəsaitinin və 10.3 manat dövlət rüsumunun tutulub Ərizəçi Gülsevən oğluna verilməsi, iddia tələbinin X5 Kastl Organization LTD MMC-yə ödənilən 2300 manat miqdarında pulun tutularaq iddiaçı Ərizəçi Gülsevən oğluna ödənilməsi hissəsində rədd edilmişdir. -Maraqlı şəxs Ərizəçi Gülsevən oğluna ünvanladığı 21.01.2022-ci il tarixli 05/Q-77/15 saylı məktubdan görünür ki, X4 Avtomatlaşdırılmış informasiya sistemində axtarış apararkən Ərizəçi Gülsevən oğlunun 25.08.2017-ci il tarixdə X11 ilə 2 saylı Bakı “Asan Xidmət” mərkəzində rəsmi nikahının 2031 nömrə ilə qeydə alındığı müəyyən edilmişdir. Həmçinin, bu nikahdan 22.07.2018-ci il təvəllüdlü X16 doğulmuşdur. Həmin nikah 09.02.2021-ci il tarixdə 44 nömrəli aktla Maraqlı şəxsndə pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydası”na əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 22.07.2018-ci il təvəllüdlü X16 nikah dövründə doğulduğu üçün uşağın soyadı və ata adının ləğv olunması səlahiyyət xaricindədir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158.1-ci maddəsinə əsasən X4 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X4 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsinə əsasən X4 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X4 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ərizəçi Quliyev X9 Rüksarə İqbal qızı ilə 25.08.2017-ci il tarixdə nikaha daxil olmuş və onların nikah münasibətlərinə 09.02.2021-ci il tarixdə 44 saylı akt qeydi ilə xitam verilmişdir. Tərəflərin rəsmi nikah münasibətlərində olduğu müddətdə 22.07.2018-ci il tarixdə X23 adlı uşaq dünyaya gəlmişdir. Azyaşlı uşağa münasibətdə ərizəçidə onun atası olub-olmamasına dair şübhə yarandığından ərizəçi doğum akt qeydində dəyişikliklərin aparılması barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş və azyaşlının tərəflərin rəsmi nikah münasibətlərində olduğu müddətdə dünyaya gəlməsinə istinad edilərək ərizənin təmin olunmasından imtina edilmişdir. Ailə Məcəlləsinin: 161.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.3. maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə mülki iş üzrə iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(012)-1248/2021 saylı qətnaməsi və Abşeron Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli 2(012)-5535/2021 saylı qətnaməsi əsasında tədqiq olunmuş ekspert rəyləri ilə Ərizəçi Gülsevən oğlunun 22.07.2018-ci il tarixli X15 münasibətdə onun atası olması inkar olunmuş və bu hal məhkəmə iclasında şahid qismində dindirilmiş azyaşlının anası X10 tərəfindən də təsdiq edilərək etiraf edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın: 1-ci bəndinə əsasən X4 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Mülki Prosessual Məcəllənin: 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə də, Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş hazırki mübahisə üzrə əvvəl çıxarılmış məhkəmə qətnamələrini, şahid ifadəsi və ekspert rəyini paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlmişdir ki, Ərizəçi Gülsevən oğlunun 25.08.2017-ci il tarixdən 09.02.2021-ci il tarixədək X10 ilə rəsmi nikah münasibətlərində olduğu müddətdə 22.07.2018-ci il tarixdə X16 adlı azyaşlı dünyaya gəlmiş, lakin azyaşlıya münasibətdə Ərizəçi Gülsevən oğlunun uşağın əsl atası olması məhkəmə tədqiqatı ərəfəsində inkar olunmuş və bu hal məhkəmə araşdırması zamanı uşağın anası X6 şahid ifadəsi, ekspert rəyləri və məhkəmə qətnamələri əsasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 2.1. bəndinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Qanunun tələblərindən də göründüyü kimi, anadan olmuş uşağın doğum haqqında şəhadətnaməsində “Ata adı” qrafasında “Ərizəçi Gülsevən oğlu”nun qeyd olunmasına baxmayaraq, azyaşlı uşağa münasibətdə ərizəçinin atası olmaması öz təsdiqini tapdığından bu hal doğum haqqında akt qeydində də müvafiq dəyişikliklərin aparılması üçün əsasdır. Bu səbəbdən də ərizə əsaslı olduğundan təmin edilməli, Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 22.07.2018-ci il təvəllüdlü X16 barəsində verilmiş 11.09.2018-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 5491 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında şəhadətnamədə “Ata adı” qrafasında “Vüqar”, “Soyad” qrafasında “Quliyev” “Atası” qrafasında isə “Ərizəçi Gülsevən oğlu”na dair aparılmış qeydlərinin ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin: 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 22.07.2018-ci il təvəllüdlü X16 barəsində verilmiş 11.09.2018-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 5491 nömrəli akt qeydi ilə qeydə alınmış doğum haqqında şəhadətnamədə “Ata adı” qrafasında “Vüqar”, “Soyad” qrafasında “Quliyev” “Atası” qrafasında isə “Ərizəçi Gülsevən oğlu”na dair aparılmış qeydlər ləğv edilsin. X4 qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov