Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1075/2020 05.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh1 Seyid qızının Üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 4 saylı X8 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 Ağa oğluna və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ümumi istifadədə olan yolda inşa etdiyi tikililərin və apardığı digər tikinti işlərinin və apardığı digər tikinti işlərinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəyişiklik edilməsiylə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən onun şəxsi mülkiyyəti olan hasarın üzərində hündürlük səviyyəsini qanunsuz artırdığı 2cərgə mişar daşını, hasarın üzərindəki və ona bitişik qanunsuz tikililəri, qaz xəttini cavabdehin hesabına söküb gətirməsi və hasarın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəyişiklik edilməsiylə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilən iş üzrə xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 verdiyi məlumata görə o, 2 ilə yaxındır ki, Görədil kəndindəki evdə yaşamır. Bu evdə faktiki olaraq Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 ( mob: ***-***-**-**) və oğlu Cavabdeh3( mob: ***-***-**-**) yaşayır. Cavabdeh1 dediyindən məlum olur ki, hasarın üzərindən aparılmış qanunsuz tikililəri ata və oğlu həyata keçirmişdir və bundan xəbəri yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ona xx.xx.1988ci ildə Bağçılıq Cəmiyyətinin bağından daimi istifadə üçün sahəsi 1600 kv m olan bağ sahəsi verilmişdir. 1988-1990-cı illərdə bağının ətrafına hal-hazırda olan formada hasar çəkmişdir. 1999cu ilin iyul ayında Rayon Texniki İnventarlaşma bürosu tərəfindən 139 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 1988-ci ildən dövlətə 1600 kv m sahənin Torpaq vergisini ödəmişdir. “Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi və “Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən ona 4 saylı Ərazi Reyestr xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə bağ sahəsinin xx.xx.2001 -ci il tarixədək faktiki hasarın içəri sahəsi ölçüdə- 1560 kv m olmaqla 879 saylı texniki pasport verilmişdir. xx.xx.2015-ci il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə yazıldığı üçün Reyestr Xidmətinin 4 saylı ərazi idarəsindən xx xxxxx 2017-ci il tarixdə yeni Texniki pasport almış və faktiki sahəmin 1560 kv m olması situasiya planında qeyd edilməklə 1100 kv m mülkiyyətimə verilmiş, 460 kv m sahə isə hasarın içərisində ştrixlənərək X7 X10 kimi istifadəsinə verilməklə dövlət qeydiyyatı aparılmışdır. (Məlumat üçün bildirirəm ki, 1988- ci ildə X7 xətti onun və digər şəxslərin torpaq sahələrindən xeyli məsafədə uzaq idi. Həmin dövrdən bu günə kimi elektrik dirəklərinin yeri 3-cü dəfədir ki, dəyişdirilib. Hər dəfə dəyişmədə köhnə elektrik dayaqları qalmaqla yeni dayaq qurulmuş və köhnə dayaq sonradan sökülmüşdür.) Bu qeydiyyat Azərbaycan Respublikasında torpaq Münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli fərmanının 2.5,-ci maddəsinə əsasən aparılmışdır. Evi və torpaq sahəsinin daşınmaz əmlakın elektron uçotunda reyestr nömrəsi **********51-10301-dir. 1997-ci ildə mənim torpaq sahəsinin sağ və sol tərəfi boş sahə və təxminən 4 metr enində, 54 metr uzunluğunda yol olduğuna görə, ətrafda məskunlaşan qonşu və ya tikinti olmadığından torpaq sahəsinin hər tərəfinə heç bir şərik qonşu olmadan 2,2 metr hündürlüyündə mişar daşından hasar hörmüşdür. Çıxarışda hasar da onun şəxsi mülkiyyətindədir. Sonradan qonşu tərəfdə ayrılmış həyətyanı sahə Cavabdeh1 qizi tərəfindən mülkiyyətindən əlavə ümumi istifadədə olan yolun özbaşına zəbt edilməsi hesabına genişləndirilmiş və onun hasarının başlanğıc və sonuna darvaza qoyaraq həyət sahəsi etmişdir. Cavabdeh1 onun razılığı olmadan həyətini onun hasarına birləşdirməklə hasarı da zəbt edərək hasarının üzərində özbaşına yardımçı tikililər tikib, bu tikililərə onun həyətindən qaz xətti çəkib və özbaşına tikinti işlərini davam etdirir. Bu tikililərin damını və yağış sularını onun həyətinə yönəltmişdir. Cavabdeh1 evinin arxa tərəfindəki darvazası onun hasarına birləşdirərək hasarın üstünü hörmüş və hasar ağırlığa tab gətirmədiyindən çatlamışdır. Bir neçə gün öncə bu özbaşına tikdiyi tikilinin divanırına mala çəkmək üçün onun olmamağından istifadə edərək həyətinə ustaları icazəsiz keçirmişdir. Qonşu öz həyətində qazdığı su hovuzunun torpağını özbaşına zəbt etdiyi yol sahəsində hasarının bir metr hündürlüyünə qədər yığmışdır. Bu torpaq yığınının üstündən tullantıları külək onun həyətinə atdığı üçün həyat yoldaşına torpağı dağıtmağı dəfələrlə deməyinə baxmayaraq torpağı dağıtmaq əvəzinə onun hasarının üstünə icazəsiz iki cərgə mişar daşı hörmüşdür. İndi də həmin torpaq yığınının üstündə onun hasarına bitişik yeni bir özbaşına tikinti işinə başlamışdır. Evin dam hissəsi 40 sm onun həətinə keçmişdir. Qurunt suları da onun həyətinə axır. Hal-hazırda qonşu evdə Cavabdeh1 yox, onun oğlu yaşayır. Qeyd olunanlara əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, 2 ildən çoxdur ki, evində yaşamır. Evində onun yoldaşı Cavabdeh3 və oğlu Cavabdeh2 Ağa oğluna yaşayır. O, evində yaşayan vaxt kiçik tikili var idi. Lakin son vəziyyətdən xəbəri yoxdur. Ona evə daxil olmağa icazə vermirlər. İlkin olaraq tikilən ev yolun kənarında tikilmişdir və bunun iddiaçınin hasarına heç bir maneəsi yoxdur. Sonradan tikilən ev isə hasara bitişdirilmişdir. Sənədlərə əsasən 10 sot torpaq sahəsi onun mülkiyyətindədir, lakin tikilinin çıxarışı yoxdur. Üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi X1 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 tikdiyi dam İddiaçı hasarının içərisinə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, 10625115 №-li çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Görədil kəndində yerləşən ümumi sahəsi 0,110 ha olan torpaq sahəsi xx.xx.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 1999-cu ilin iyul ayında Rayon Texniki İnventarlaşma bürosu tərəfindən 139 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Görədil qəsəbəsində yerləşən yaşayış sahəsi 48 kv.m olan, köməkçi sahəsi 64 kv.m olan torpaq sahəsi X5 adın qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2020-ciil tarixli, 1947 saylı mütəxəssis rəyindən görünür ki, məktubda göstərilən X3 Görədil kəndi ərazisində mülkiyyətində olan 0,110 ha torpaq sahəsində qonşu ilə arada olan hasar üzərinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X5 mülkiyyətində olan daş hasar üzərindəki mülkiyyətçinin icazəsi olmadan qəbul olunmuş standartlar pozularaq 0,40 metr (iki mişar daşı) əlavə hörgü aparılmışdır. Bundan əlavə hasarın üzərində mülkiyyətçinin icazəsi olmadan diametri 0,15 mm olan metal boru ilə qaz xətti çəkilmişdir. Əlavə olaraq hasardan qonşu tərəfindən dayaq kimi istifadə edilərək üstü şiferli talvar quraşdırılmışdır, əlavə tikintinin damı qonşunun həyətinə keçirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə belə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi Cavabdeh1 2 ilə yaxındır ki, Görədil kəndindəki evində yaşamır və həmin evdə cavabdehin həyat yoldaşı Cavabdeh2 və cavabdehin oğlu Cavabdeh3 yaşayırlar. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 1947 saylı mütəxəssis rəyinə əsasən, X3 Görədil kəndi ərazisində mülkiyyətində olan 0,110 ha torpaq sahəsində qonşu ilə arada olan hasar üzərinə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, X5 mülkiyyətində olan daş hasar üzərindəki mülkiyyətçinin icazəsi olmadan qəbul olunmuş standartlar pozularaq 0,40 metr (iki mişar daşı) əlavə hörgü aparılmışdır. Bundan əlavə hasarın üzərində mülkiyyətçinin icazəsi olmadan diametri 0,15 mm olan metal boru ilə qaz xətti çəkilmişdir. Əlavə olaraq hasardan qonşu tərəfindən dayaq kimi istifadə edilərək üstü şiferli talvar quraşdırılmışdır, əlavə tikintinin damı qonşunun həyətinə keçirilmişdir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyində göstərilən hal mülkiyyətçinin qanuni maraqlarının pozması kimi qiymətləndirir. Ona görə də iddia təmin edilməli və Abşeron rayonu, Görədil qəsəbəsində yerləşən X6 məxsus olan hasarın üzərində hündürlük səviyyəsini artırdığı 2 cərgə mişar daşı, hasarın üzərindəki və ona bitişik tikililər və qaz xətti özbaşına tikili hesab olunmalı və cavabdehlərin hesabına sökülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu Görədil qəsəbəsində yerləşən ölçüsü 0,110 ha olan torpaq sahəsindəki hasarın üzərində hündürlük səviyyəsini qanunsuz artırıldığı 2 cərgə mişar daşı, hasarın üzərindəki və ona bitişik qanunsuz tikililər, qaz xətti cavabdehlərin hesabına sökülsün və hasar əvvəlki vəziyyətinə qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1075/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1075/2020
05.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver