Məhkəmə qərarları › İş №2(012)-1081/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1081/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1081/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh Şamal oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Şamal oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şamal oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı qızı X1 Abşeron rayonu Mehdiabad qəsəbəsi Natəvan küçəsində yerləşən 14 A saylı evə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, 15 may 2012-ci il tarixdə Cavabdeh Şamal oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 13.09.2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Hal-hazırda o və qızı cavabdehin mənzilində qeydiyyatdadır. Alimentin ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi qəbul olunmuşdur. Cavabdeh özünü elə aparır ki sanki onun ailəsi deyillər. Belə ki cavabdeh həmin mənzildə yaşamaqlarına maneəçilik törədir, həmin mənzildə yaşamaqlarına icazə vermir. Cavabdeh ilə aralarında olan nikah pozulmamışdır. Cavabdeh ilə ayrıldıqdan sonra bir müddət qızı ilə birlikdə valideylərinin evində yaşamağa məcbur olmuşdur. Hal hazırda onlar başqa bir ünvanda kirayədə yaşayırlar. Lakin hazırki vaxtda kirayədə yaşamaq maddi cəhətdən çox çətindir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Şamal oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, keçən məhkəmə iclasında da bildirdiyi kimi iddiaçı ilə barışığın tərəfdarıdır. İddiaçı ilə 3 il birlikdə həmin mənzildə yaşamışlar. İddiaçı ilə aralarında olan nikah pozulmamışdır. İddianın təmin olunmaması barədə qətnmamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçını və cavabdehi dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -ASAN-Sumqayıt tərəfindən 09.09.2016-cı il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Aslanov X7 rayonu, Mehdiabad qəsəbəsi, Natəvan küçəsi, ev 14 ünvanında qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən 03.07.2012-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 15.05.2012-ci il tarixdə verilmiş AZ-İ № 761225 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Şamal oğlu ilə İddiaçı arasında 15.05.2012-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 24.02.2018-ci il tarixdə verilmiş AZ-İV № 081906 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 13.09.2011-ci ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində anadan olmuş, atası Cavabdeh Şamal oğlu, anası İddiaçıdır. -AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 05.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 05.07.2012-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X9 05.06.1996, X5 01.09.2014, X2 11.03.1995. İşin məhkəmə iclasında araşdırılan mübahisələndirilməyən hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh Şamal oğlu ilə 15.05.2012-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində rəsmi olaraq nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından 13.09.2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər arasında olan rəsmi nikah pozulmamışdır. Tərəflər ailə qurduqdan sonra Cavabdeh Şamal oğlunun mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi Natəvan küçəsində yerləşən 14 A saylı evdə yaşamışlar. Lakin Cavabdeh Şamal oğlu İddiaçı və azyaşlı qızı X3 həmin mübahisəli evdən çıxarmışdır və evə qayıtmalarına maneçilik yaradır. İddiaçı və azyaşlı qızı X6 ilə hazırda kirayədə yaşamağa məcbur qalmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək iddiasının təmin edilməsini, evə köçürülməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. nacyabrəzA˝ Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 08.10.2013-cü il tarixli Qərarının nəticə hissəsində göstərilir ki, ˝ 1.Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir˝. Mülki işin materiallarından görünür ki, İddiaçı və Cavabdeh 15.05.2012-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində rəsmi olaraq nikaha girməklə ailə münasibəti qurmuşlar. Göründüyü kimi İddiaçı və Cavabdeh arasında ailə hüquq münasibətlər 2009cu ilin oktyabr ayının 1-dən sonra yaranmışdır. İşin araşdırılan hallarından müəyyən edildiyi kimi iddiaçı cavabdehlə rəsmi ailə qurduqdan sonra iddiaçıya məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsi Natəvan küçəsində yerləşən 14 A saylı evə köçərək yaşamışdır. Birgə nikahlarından qızları X6 doğulmuşdur. Cavabdehin iddiaçıya məxsus evdə üç il yaşaması cavabdehin izahatında və həmin evə iddiaçının qeydiyyatının olması təsdiq edir. Hazırda isə tərəflərin nikah münasibətləri davam edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qanunvericilikdə göründüyü kimi yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni zamanda qanunvericilik tərəflər arasında nikah münasibətlərinə xitam verildiyi təqdirdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamasını müəyyən etmişdir. Hazırda isə iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri davam etdir. İddiaçı əvvəllər uşağı ilə bilrlikdə cavabdehə məxsus evdə yaşamışdır ona görə də qanunvericiliyin tələbinə əsasən məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. qaşU˝ hüquqları haqqında˝ Azərbaycan Respublikasının 19.05.1998-ci il tarixli Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar, habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar tə min edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Beləliklə məhkəmə qanunvericiliklə müəyyən edilmiş uşağın üstün mənafeyini, iddiaçının başqa yaşayış yerinin olmamasını nəzərə alaraq, hesab edir ki, İddiaçı iddiası təmin edilməli və o, azyaşlı övladı 13.09.2011-ci il təvəllüdlü X6 ilə birgə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Natəvan küçəsində yerləşən 14 A saylı evə köçürülməlidirlər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı nasnİ˝ Hüquqlarının və X4 Haqqında˝ Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası nasnİ˝ Hüquqlarının və X4 Haqqında˝ Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15- dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı, onun azyaşlı qızı 13.09.2011-ci il təvəllüdlü X6 ilə birgə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Natəvan küçəsində yerləşən 14 A saylı evə köçürülsünlər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar