Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1090/2025 28.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpası” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin 12 avqust 1964-cü il, doğulduğu yer qrafasında Ermənistan Respublikası Krasnoselo rayonu Ağbulaq kəndi, soyadı, adı, atasının adı qrafasında X7, ata adı qrafasında X5, ana adı qrafasında X8, milliyyəti qrafasında “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu Ağbulaq kəndində anadan olmuşdur. Onun doğumu həmin rayonda qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. 10 avqust 1983-cü ildə o ailə həyatı qurmuş və soyadı “Salmanova”nı “Məmmədova” kimi dəyişdirmişdir.1988-ci ildə Ermənistan SSR-də ermənilərin azərbaycanlılara qarşı yeritdiyi deportasiya siyasəti nəticəsində zorla Azərbaycana köçürülmüş və Abşeron rayonunun Saray qəsəbəsində məskunlaşmışlar. Doğum haqqında şəhadətnaməni Ermənistandan köçərkən itirmiş, həmin sənədi əldə edə bilmir. Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamə verilməsini xahiş etsə də, qeydiyyat şöbəsi tərəfindən müraciəti təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilən faktın müəyyən edilməsi ona doğum haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Doğum haqqında şəhadətnamə olmadan vərəsəlik işlərində iştirak edə bilmir. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs nümayəndəsi X3 izahatında bildirdi ki, Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə Ərizəçi tərəfindən daxil olmuş ərizəsinə baxılmış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəməyə şahid qismində cəlb edilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi bacısıdır. Bacısı 12 avqust 1964-cü ildə Ermənistan Respublikası Krasnoselo rayonu Ağbulaq kəndində doğulmuşdur.Bacısı Nazilə Ermənistandan məcburi köçürülərkən doğum haqqında şəhadətnaməsini itirmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma bacısıdır. Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu Ağbulaq kəndində anadan olmuşdur X1, anası isə X4r. Bacısı Nazilənin doğum haqqında şəhadətnaməsi olmuş, lakin məlum səbəblərdən itmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X12 ifadəsində göstərdi ki,ailənin böyük uşağıdır. Bacısı Nazilə 12 avqust 1964-cü ildə Ermənistan Respublikası Krasnoselo rayonu Ağbulaq kəndində doğulmuşdur.Bacısı Nazilə Ermənistandan məcburi köçərkən doğum haqqında şəhadətnaməsini itirmişdir. Valideynləri Abşeron rayonu Saray qəsəbəsində vəfat etmişlər. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi 12 avqust 1964cü ildə anadan olmuşdur. İş materiallarında olan İ-СЛ № 426985 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X10 arasında 10 oktyabr 1983-ci ildə 15 saylı rəsmi nikah bağlanmışdır.Nikah bağlandıqdan sonra arvada “Məmmədova ” soyadı verilmişdir. İş materiallarında olan İ-ЖЗ № 589004 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X13 20 oktyabr 1962-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonu Ağbulaq kəndində anadan olmuşdur. X1, anası isə X4r. İş materiallarında olan İ-ЗЖ № 929264 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 27 may 1966-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonu Ağbulaq kəndində anadan olmuşdur. X1 , anası isə X4r. İş materiallarında olan İ-ЗЖ №1209222 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X14 22 mart 1969-cu ildə Ermənistan Respublikasının Krasnoselo rayonu Ağbulaq kəndində anadan olmuşdur. X1,anası isə X4r. İş materiallarında olan Abşeron Rayon İHB-nın Saray qəsəbə İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 905687 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 28 noyabr 2017-ci ildə ölmüşdür. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi 12 avqust 1964-cü il, doğulduğu yer qrafasında Ermənistan Respublikası Krasnoselo rayonu Ağbulaq kəndi, soyadı, adı, atasının adı qrafasında X7, ata adı qrafasında X5, ana adı qrafasında X8, milliyyəti qrafasında “Azərbaycanlı” kimi qeyd olunması olması faktı ərizəçinin izahatı, şahid ifadələri ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Ərizəçi doğum haqqında şəhadətnaməsi barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarıda müəyyən olunur. Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 13-21-ci bəndlərinə görə isə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, VVADQ orqanı və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi 12 avqust 1964cü il, doğulduğu yer qrafasında Ermənistan Respublikası Krasnoselo rayonu Ağbulaq kəndi, soyadı, adı, atasının adı qrafasında X7, ata adı qrafasında X5, ana adı qrafasında X8, milliyyəti qrafasında “Azərbaycanlı” kimi kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1090/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1090/2025
28.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver