Məhkəmə qərarları › İş №2(012)-1099/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1099/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1099/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı 2 saylı X4 direktoru İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı 2 saylı X4 Cavabdeh qarşı Yataqxanadan istifadə hüququna xitam verilməsi və otağın təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 2 saylı X10 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları X8 və X2 Abşeron rayonu. Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18 “B”, 2 saylı X5 istifadə hüquqlarına xitam verilməsi və əvvəllər yaşadıqları 56 saylı otağın cavabdeh tərəfindən Yataqxanaya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının direktoru məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, cavabdeh 2008-ci ildə Yataqxana Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18 “B", 2 saylı X7 qeydiyyata alınmaqla, 56 saylı otağında yaşamışdır. Lakin 2018-ci ilin fevral ayında o, Masazır qəsəbəsində özünə fərdi yaşayış evi tikdirərək iki uşağı ilə birlikdə həmin evə köçmüşdür. Hal-hazırda onlar həmin vaxtdan Masazırda yaşayırlar. Cavabdeh yataqxanadan köçüb gedərkən yataqxana rəhbərliyinin xəbəri olmadan yaşadığı 56 saylı otağa kənar şəxsləri köçürmüşdür. Həmin şəxslər barəsində Abşeron rayon polis idarəsinə müraciət etsə də, lakin Polis İdarəsindən mülki qaydada məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Dəfələrlə Tehranəyə zəng edərək yataqxanaya buraxdığı kənar şəxslərin çıxanlmasını ondan tələb etsə də, lakin o, bu tələbi yerinə yetirməkdən imtina etmişdir. Cavabdehin yataqxanada olan qeydiyyatı formal xarakter daşıyır. Ona görə də onun və yetkinlik yaşına çatmayan uşaqlarının yataqxanadan istifadə hüquqlarına xitam verilməli və əvvəllər yaşadıqları 56 saylı otaq yataqxanaya təhvil verilməlidir. Odur ki, göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Eyni zamanda Cavabdeh yataqxanadan otaq 2003cü ildə verildiyini 2008-ci il tarixdən isə 56 saylı otağa qeydiyyata salındığını və məhkəmənin sualına cavab olaraq iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini qəbul etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini əsassız olduğundan qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, o, 2003-cü ildən həmin yataqxanada yaşayır. 2008-ci ildə qeydiyyata düşmüşdür. İddiaçının iddia tələbində qeyd etdiyi kənar şəxs onun yeznəsidir. Başqa yerdə qalmağa yeri olmadığından müvəqqəti olaraq yeznəsinə qaldığı otağı vermiş və özü isə həmin müddətdə qohumlarının evində qalmışdır. Yeznəsi iki aya yaxın onun otağında qalmış, sonra o xaricə getmişdir. Hazırda iki oğlu ilə birlikdə orada yaşayır. Həmin evdə başqa şəxslər yaşamır. Onun başqa yerdə evi yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəlləsi); 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -№D-19 Dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən Binəqədi rayon İcra Hakimiyyətinin 2 saylı X10sı 04.06.1998-ci il tarixdə ******* indentifikasiya kodu ilə qeydə alınmış, əhaliyə müxtəlif növ ictimai iaşə və məişət xidmətlərinin göstərilməsi, ticarət müəssisələri və qəlyanaltıxanaların təşkili, ictimai iaşə məhsullarının istehsalı və satışı, sakinlərə xidmət məqsədilə bərbərxanaların, toxuculuq, özfəaliyyət dərnəklərin yaradılması əsas fəaliyyət növləridir. Binəqədi rayon İcra Hakimiyyətinin 2 saylı X10sının Nizamnaməsinin surətindən görünür ki, Binəqədi rayon İcra Hakimiyyətinin 2 saylı X10sı 04.06.1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüququ şəxslərin Dövlət Qeydiyyatına alınmışdır Həmin Nizamnamənin 1.1. bəndinə əsasən Binəqədi rayon İcra Hakimiyyətinin tabeliyində təsərrüfat hesablı hüquqi statuslu müəssisə kimi fəaliyyət göstərir. 5.1.bəndinə əsasən icraedici orqan Binəqədi RİH-nin sərəncamı ilə təyin olunmuş komendantdır. -ASAN-Sumqayıt tərəfindən 20.12.2013-cü il tarixdə verilmiş AZE № ******** seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən və Abşeron RİH 2 saylı X10 tərəfindən 23.03.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana 2, ünvan 1 ünvanda yaşayır. -AR DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında 20.11.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh 24.04.2008-ci il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana 2, Nizami küçəsi, məhəllə 27, ev 18 B, mənzil 56 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X6 14.06.2004, X8 23.12.2005. - Abşeron RİH 2 saylı X10 tərəfindən 26.03.2021-ci il tarixdə verilmiş 0/21 nömrəli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana 2, Nizami küçəsi, məhəllə 27, ev 18 B, mənzil 56 ünvanında (oğlu - X6 - 2004-cü il, oğlu – X8 – 2005-ci il) birlikdə yaşayır. -Kommunal xərclər barədə qəbzlərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana 2, Nizami küçəsi, məhəllə 27, ev 18 B, mənzil 56 ünvanı üzrə kommunal ödənişlər Cavabdeh tərəfindən edilir. -01.08.2011-ci il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsi ilə Cavabdeh arasında “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlamışdırlar. -Abonent saldosundan görünür ki, abonent kodu **********90560 olan, ailə tərkibi 2 nəfər olan Cavabdeh - Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana 2, Nizami küçəsi, məhəllə 27, ev 18 B, mənzil 56 ünvanında 23.12.2020-ci il tarixdə Zenner G4T Mexaniki tipli, **********4 nömrəli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). BMMK-nın 2 saylı yataqxanasının Mənzil kirayəsi və kommunal xidmətlər hesablaşmaları üzrə 56 nömrəli haqq hesab kitabçasından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Yataqxana 2, Nizami küçəsi, məhəllə 27, ev 18 B, mənzil 56 ünvanı üçün aylıq mənzil haqqı ödəmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olundu ki, cavabdeh 2008-ci ildə Yataqxana Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18 “B", 2 saylı X7 qeydiyyata alınmaqla, 56 saylı otağında yaşamışdır. Cavabdeh yataqxanadan istifadə qaydalarına zidd olaraq ona verilmiş 56 saylı otağa kənar şəxsi müvəqqəti olaraq köçürmüşdür. Ona görə də iddiaçı 2 saylı X4 direktoru İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları X8 və X2 Abşeron rayonu. Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18 “B”, 2 saylı X5 istifadə hüquqlarına xitam verilməsi və əvvəllər yaşadıqları 56 saylı otağın cavabdeh tərəfindən Yataqxanaya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. İlk əvvəl iddia tələbinə baxılarkən iddianın tələbetmə hüququ olan şəxs tərəfindən verilməsi müəyyənləşdirilməli həmin şəxsin subyektiv hüquqa malik olub-olamasüı araşdırılmalıdır. İddia ərizəsindən məlum olur ki, iddia tələbi 2 saylı X4 direktoru İddiaçı tərəfindən verilmişdir. Dövlət qeydiyyatı haqqında Şəhadətnamədən isə görünür ki, 2 saylı X10 Binəqədi rayon İcra Hakimiyyətinin 04.06.1998-ci il tarixdə ******* indentifikasiya kodu ilə qeydə alınmış, Binəqədi rayon İcra Hakimiyyətinin balansındadır. Eyni zamanda Binəqədi rayon İcra Hakimiyyətinin 2 saylı X4 Nizamnaməsindən görünür ki, Müəssisənin İdarə olunmasının 5.1-ci bəndinə əsasən Müəssisədə icraedici orqan Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə təyin olunmuş komendantdır. Göründüyü kimi Nizamnaməyə əsasən Binəqədi rayon İcra Hakimiyyətinin adından iddia tələbini yalnız komendant tərəfindən verilə bilər. 2 saylı X4 direktoruna iddia ərizəsi verilməsi səlahiyyəti verilməmişdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq öz elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Kassasiya instansiyasının mövqeyini də nəzərə almaqla məhkəmə hesab edir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olmadığından və iddiaçı özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadığından, həmin tələb təmin edilə bilməz Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1. maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2. maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, işin məhkəmə iclasında tədqiq edilən hallarından görünür ki, cavabdeh X1 qarşı cehiz əşyalarının çıxarılmasına dair iddia tələb hüququ olmayan İddiaçı tərəfindən verilmişdir və odur ki, iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı 2 saylı X4 direktoru İddiaçı tələb etmə hüququ olmadığından onun Cavabdeh qarşı Yataqxanadan istifadə hüququna xitam verilməsi və otağın təhvil verilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı 2 saylı X4 direktoru İddiaçı Cavabdeh qarşı Yataqxanadan istifadə hüququna xitam verilməsi və otağın təhvil verilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar