Məhkəmə qərarları › İş №2(012)-1110/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1110/2021

07.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1110/2021 07.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə 07.04.1985-ci il təvəllüdlü Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır- Novxanı şossesi ünvanında yerləşən İddiaçı MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzilə dair 16 noyabr 2018-ci il tarixli “mənzil tikintisi haqqında” müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzildən çıxarılması, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzilin digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 12.428 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, İddiaçınə dəymiş 30.000 manat məbləğində maddi və 30.000 manat mənəvi ziyanın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, İddiaçı ilə 07.04.1985-ci il təvəllüdlü Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzilə dair 16 noyabr 2018-ci il tarixli “mənzil tikintisi haqqında” müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzildən çıxarılması, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 12.428 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, İddiaçınə dəymiş 50.000 manat məbləğində maddi və 50.000 manat mənəvi ziyanın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında Abşeron Rayon İcra Hakimiyyəti başçısının 495 saylı 11.10.2014-cü il tarixli sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzilə dair 16 noyabr 2018-ci il tarixli “mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 3.3, 3.4. 3.5 və 3.6-cı bəndlərinə əsasən mənzilin ümumi dəyəri 39.005 manat, ilkin ödəniş 9.200 manat, aylıq ödəniş 828 manat, kreditin müddəti 36 ay təşkil edir. Müqavilənin 3.5-ci bəndində göstərilən öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi üçün cavabdehin 01.05.2021-ci il tarixə 21.610 manat məbləğində borcu yaranmışdır. Bununla yanaşı müqavilənin 5.2-ci bəndinə əsasən cavabdehə 6.210 manat məbləğində dəbbə pulu hesablanmışdır. Borcun və dəbbə pulunun ödənilməsi məqsədi ilə cavabdehlə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə MTK tərəfindən 19 saylı, 03 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, qeyd edilən borc məbləği və dəbbə pulu ödənilməmişdir. 16 noyabr 2018-ci il tarixli “mənzil tikintisi haqqında” müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin cavabdehdə qalan bütün maliyyə arayışları ləğv edilməklə yanaşı ödənilmiş 12.428 manat məbləğində vəsait geri qaytarılmalıdır. İddiaçı yaşayış kompleksində çoxmərtəbəli binaların inşasının davam etdirilməsi - cavabdehin (payçıların) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (payçılardan) qrafik əsasında vəsait daxil olmadığı halda lazımi mal-materialların alınması mümkün olmur. Nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür və Mənzil Tikinti Kooperativi maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa, müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalvasiyası baş vermişdir. Göründüyü kimi, Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən Mənzil Tikinti Kooperativini maddi və mənəvi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır ki, bunun da nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə və bütün maliyyə arayışları vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin, qeyd edilən müqavilənin 5.5-ci bəndinə görə “payçı” tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirildikdə və ya aylıq ödəniş 2 ay ərzində ödənilmədikdə Mənzil Tikinti Kooperativinin “payçı”ya rəsmi xəbərdarlıq təqdim etmək şərti ilə bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “payçı”nın ödədiyi məbləğ ona qaytarılır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi xahiş etdi və izahatında bildirdi ki, maddi vəziyyəti ilə bağlı ödənişlərdə yubanma oldu, hazırda 4000 manat ödəmə imkanı var,lakin iddiaçı həmin məbləği qəbul etməəyib, məbləğin tam ödənilməsini tələb edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış AC seriyalı 000728 nömrəli 16 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən müəyyən edilir ki, MTK İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 5-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 57,35 kv.m ibarət, 2 (iki) otaqlı 26 №li mənzili Cavabdeh təhvil verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 39.005 manat məbləğində pul vəsaitini İddiaçınə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4, 3.5 və 3.6-cı bəndlərinə görə payçı ilkin ödəniş kimi 9.200 manat, hər ay 828 manat olmaqla 36 ay müddətinə mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə görə payçı aylıq ödənişi 5 gündən artıq gecikdirdikdə, mənzilin aylıq ödəniləcək məbləğindən hər gecikdirilmiş gün üçün 1% məbləğində cərimə tətbiq olunur. Həmin müqavilənin 5.5-ci bəndinə görə bu müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verərsə “payçı” mənzilin yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina edərsə, üzvlükdən çıxmaq istəyərsə və ya onun tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirilərsə və ya aylıq ödəniş 2 ay ərzində ödənilməzsə “şirkətin” “payçıya” rəsmi bildiriş vermək şərtilə bu müqavilənin vaxtından əvvəl pozmaq hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil, digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “payçı”nın ödədiyi məbləğ ona qaytarılır. İş materiallarında olan maliyyə araşlarından müəyyən edilir ki, Cavabdeh tərəfindən 11.08.2019-cu il tarixinədək İddiaçınə cəmi 12.428 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 26 may 2021-ci il tarixli 50 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 26 saylı mənzilə dair 16 noyabr 2018-ci il tarixli “mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə əsasən Cavabdeh qeyd edilən mənzilə görə 01.05.2021-ci il tarixə 21.610 manat məbləğində kəsir borcu yaranmışdır. Eyni zamanda, Cavabdeh öhdəliklərini (aylıq borclarını tam və vaxtlı-vaxtında) yerinə yetirmədiyi üçün ona MTK tərəfindən 6.210 manat məbləğində dəbbə pulu hesablanmışdır. Belə ki, Cavabdeh tərəfindən sonuncu ödəniş (828 manat) 11.08.2019-cu il tarixdə edilmişdir. Mənzilin ümumi dəyəri 39.005 manat təşkil edir. Bu günə Cavabdeh tərəfindən 12.428 manat məbləğində ödəniş edilmişdir. MTK-ya ümumi borcu 26.577 manat təşkil edir. İş materiallarında olan 03 noyabr 2020-ci il tarixli, 19 nömrəli xəbərdarlıq məktubunun surətindən və ona əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 16.641 manat məbləğində borcun ödənilməsi, əks təqdirdə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 2018-ci il tarixli 000728 nömrəli mənzil tikintisi haqqında müqavilə bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İşin materiallarından və iddiaçı tərəfin nümayəndəsinin izahatından müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 39.005 manatın 9.200 manat hissəsini ilkin olaraq, qalan məbləği isə 36 ay müddətinə hər ay 828 manat olmaqla ödəməklə mənzilin tam dəyərini ödəməyi öhdəsinə götürsə də, 11.08.2019-cu il tarixinədək cəmi 12.428 manat məbləğində ödəniş etdikdən sonra iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişdir. Hazırda da iddiaçı müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğuna görə cavabdehlə aralarında bağlanmış müqavilənin və maliyyə araşyışlarının ləğv edilməsini, cavabdehin mənzildən çıxarılmasını, mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş məbləğin 10 faizi saxlanılmaqla qalan məbləğin cavabdehə ödənilməsini, cavabdehdən dəymiş maddi və mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli 000728 nömrəli mənzil tikintisi haqqında müqavilə öhdəliyi cavabdeh tərəfin öhdəliyi vaxtında icra etməməsi səbəbindən ləğv edilməli, bu əsasda ona verilmiş olan maliyyə arayışı da ləğv edilməli, Cavabdeh İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 5-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 57,35 kv.m ibarət, 2 (iki) otaqlı 26 nömrəli mənzilindən çıxarılmalı, həmin mənzil satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 12.428 manat məbləğində vəsait Cavabdeh geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanan müqavilənin 5.5.-ci bəndinə əsasən mənzilin digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 12.428 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, müqavilənin vaxtında icra edilməməsinə görə müqavilədə cərimə məbləği nəzərdə tutulduğu halda, əlavə olaraq da 10% ödənilən məbləğdən çıxılmaqla ödənilmiş məbləğin geri qaytarılması qanunvericiliyin ümumi mahiyyətinə uyğun olmadığından məhkəmə bu hissədə iddianı qanunsuz hesab edir və ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin, iddia tələbinin “dəymiş 50.000 manat maddi və 50.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə ona vurulmuş maddi ziyanın nədən ibarət olmasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mənəvi zərər isə hüquqi şəxslərə aid deyil, hüquqi şəxs işgüzar nüfuzuna vurulan ziyanı mübahisələndirə bilər.Ona görə də, məhkəmə hesab edir ki, bu hissələrdə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat məbləğindəki dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli 000728 nömrəli mənzil tikintisi haqqında müqavilə ləğv edilməli, Cavabdeh İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 5-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 57,35 kv.m ibarət, 2 (iki) otaqlı 26 nömrəli mənzilindən çıxarılmalı, İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzili digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 12.428 manat məbləğində pul vəsaiti İddiaçındən Cavabdeh geri qaytarılmalı, iddia digər hissədə təmin edilməməli, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli 000728 nömrəli mənzil tikintisi haqqında müqavilə ləğv edilsin. Cavabdeh İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 5-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 57,35 kv.m ibarət, 2 (iki) otaqlı 26 nömrəli mənzilindən çıxarılsın. İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzili digər müştəriyə satıldıqdan sonra Cavabdeh tərəfindən ödənilmiş 12.428 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh geri qaytarılsın. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 20 manat rüsuma görə pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar