Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1112/2020 20.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxxxxxx» ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxxxxxx» ASC-nin Cavabdeh qarşı “icra ödənişi və hərracın keçirilməsi xərcləri” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı «xxxxxxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 379,50 manat məbləğində hərrac xidmət dəyəri, 535,50 manat icra ödənişini, cəmi 915 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq “xxxxxxxx” AS-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxxxxxx» ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış “Avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobil satın alınması üçün 60 ay müddətinə illik 18 faiz hesablanmaqla 15829 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh xx.xx.2013-cü il tarixli “İpoteka müqaviləsi (avtomobil)”nə əsasən mülkiyyətində olan «Chevrolet Aveo» markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, “Avtomobil krediti müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və iddiaçı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 2 (012)- 7318/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Tələb Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş «Chevrolet Aveo» markalı, ** FG *** qeydiyyat nişanlı avtomobilinə yönəlmişdir. Nəticədə qanunvericiliyin tələbinə əsasən, xx.xx.2019-cu il tarixdə hərrac keçirilmişdir və satışa çıxarılmış avtomobil İddiaçı ASC tərəfindən əldə edilmişdir. Tərəfimizdən xx.xx.2019-cu il tarixində 324.15 manat və 58.35 manat, cəmi 379.50 manat vəsait avtomobilin hərrac xidmət dəyəri ödənilmişdir. Əlavə olaraq xx.xx.2019-cu il tarixdə 535.50 manat icra ödənişi ödənilmişdir. Halbuki, qanunvericinin tələbinə əsasən: "İcra sənədi könüllü icra üçün müəyyən olunma vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbu edilməlidir. Bununla cavabdeh öz öhdəliyini tam icra etməmişdir və İddiaçı ASC-nin pul tələbi hüququ yaranmışdır. Qeyd olunanlara əsasən, nümayəndə iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, maşın satılarkən ona xəbər verilməmiş və onun məlumatı olmamışdır. Maşının sığortası üçün pulu vermişdir. Maşının sığortası var. “xxxxxxxx” ASC maşını hərraca çıxarmış və satmışdır. Bunların ona heç bir dəxli yoxdur. Onun imkanı olanda banka yaxınlaşmış, lakin ona hörmətsizlik edilmişdir. O, müddətin uzadılmasını istəmiş, lakin bank razılaşmamışdır. 13000 manatlıq maşına görə 40000 manat ödənilmişdir. Bu böyük haqsızlıqdır. O hərracın və qiymətləndirmənin pulunu ödəməli deyildir. Maşını bankın hesabına keçirmiş və satmışdır. O, maşını təhvil vermişdir. Onlar icraya müraciət etməli deyildilər. O, hətta maşını satıb pulu verməyi də təklif etmiş, lakin bank razılaşmamışdır. O, devalvasiya olanda banka yaxınlaşmış, bank isə krediti manata çevirməmişdir. 2-ci devalvasiya olduqdan sonra isə artıq ödəniş edə bilməmişdir. Bundan sonra maşına həbs qoyulmuşdur. O da, banka 2000 manat ödəniş edərək müddəti uzatmaq istəmişdir. Razılaşmadıqlarına görə də o, maşını təhvil vermişdir. O, hal-hazırda işləmir. İmkanı yoxdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)- 7318/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh 12640,51 ABŞ dolları məbləğində əsas borc, 1370,60 ABŞ dolları məbləğində faiz borcu, 24,36 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 14035,47 ABŞ dolları məbləğində kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq iddaçı İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh məxsus “Chevrolet Aveo-minik” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etməkçün ödənilmiş dövlət rüsumunun xxxxxxxx(Azərbaycan) ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “xxxxx” MMC-nin “xxxxxx” İKB ASC-də olan hesabına Cavabdeh məxsus Chevrolet Aveo» markalı, ** FG *** qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 535,50 manat (beş yüz otuz eş manat, əlli qəpik) ödənilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “xxxxx” MMC-nin “xxxxxx” İKB ASC-də olan hesabına Cavabdeh məxsus Chevrolet Aveo» markalı, ** FG *** qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 58,35 manat (əlli səkkiz manat, otuz beş qəpik) ödənilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “xxxxx” MMC-nin “xxxxxx” İKB ASC-də olan hesabına Cavabdeh məxsus Chevrolet Aveo» markalı, ** FG *** qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 58,35 manat (əlli səkkiz manat, otuz beş qəpik) ödənilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “xxxxx” MMC-nin “xxxxxx” İKB ASC-də olan hesabına Cavabdeh məxsus Chevrolet Aveo» markalı, ** FG *** qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 324,15 manat (üç yüz iyirmi dörd manat, on beş qəpik) ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, ödəniş tapşırıqlarından göründüyü kimi, Cavabdeh məxsus «Chevrolet Aveo» markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 379,50 manat məbləğində hərrac xidmət dəyəri və 535,50 manat məbləğində icra ödənişi olmaqla, cəmi 915 manat Cavabdeh əvəzinə İddiaçı tərəfindən ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa və “İpoteka haqqında” Qanuna əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən ödənilmiş 379,50 manat məbləğində hərrac xidmət dəyəri və 535,50 manat məbləğində icra ödənişi olmaqla, cəmi 915 manat məbləğində pul Cavabdeh tutularaq “xxxxxxxx(Azərbaycan) ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər öhdəlikləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinin tələbinə əsasən zərər bu Məcəllənin 21-ci idəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə sm qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra etmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələbləri məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən era ənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra ö lmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin tutulması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra ödməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinin tələbinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1-ci maddəsinin tələbinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 379,50 manat məbləğində hərrac xidmət dəyəri, 535,50 manat icra ödənişini, cəmi 915 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu alınaraq “xxxxxxxx” ASC - yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1112/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1112/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver