Məhkəmə qərarları › İş №2(012)-1113/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1113/2021

30.03.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1113/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Abşeron-City-2014 Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Abşeron-City-2014 Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin, maliyyə arayışlarının ləğv edilməsinə və sair” tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron-City-2014 Mənzil-Tikinti Kooperativi Cavabdeh qarşı “müqavilənin, maliyyə arayışlarının ləğv edilməsinə və sair” tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Abşeron-City-2014 Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X2 ərizəni müdafiə edərək cavabdeh tərəfindən 4900 manat məbləğində borc ödənildiyini bildirərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Abşeron-City-2014 Mənzil- Tikinti Kooperativi mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Abşeron-City-2014 Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin, maliyyə arayışlarının ləğv edilməsinə və sair” tələblərə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar