Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1114/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı Abşeron-City-2014 MTK-nın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Abşeron-City-2014 MTK-nın Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması, maddi və mənəvi ziyan tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron-City-2014 MTK Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması, maddi və mənəvi ziyan tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Abşeron-City-2014 MTK ilə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh arasında bağlanmış Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən iddiaçı Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 7-ci mərtəbəsində yerləşən 1 otaqlı, 49 saylı mənzilə dair 20.04.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh iddiaçı Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 7-ci mərtəbəsində yerləşən 1 otaqlı, 49 saylı mənzildən çıxarılması, Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən iddiaçı Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 7-ci mərtəbəsində yerləşən 1 otaqlı, 49 saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 22598 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı Abşeron-City-2014 MTK-ya dəymiş 30000 manat məbləğində maddi və 30000 manat mənəvi ziyanın Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Abşeron-City-2014 MTK iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Abşeron-City-2014 MTK ilə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh arasında bağlanmış Abşeron rayonu Saray qəsəbəsi Masazır- Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzilə dair 20.04.2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzildən çıxarılması, Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 22598 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı Abşeron-City-2014 MTK-ya dəymiş 50000 manat məbləğində maddi və 50000 manat mənəvi ziyanın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı Abşeron-City-2014 MTK-nın nümayəndəsi X12 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə iddiaçı Abşeron-City- 2014 MTK arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 495 saylı 11.10.2014-cü il tarixli sərəncamına əsasən Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında iddiaçı Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzilə dair 20.04.2017-ci il tarixli Mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərinə əsasən mənzilin ümumi dəyəri 29848 manat, ilkin ödəniş 5000 manat, aylıq ödəniş 546 manat, kreditin müddəti 40 ay təşkil edir. Müqavilənin 3.5-ci bəndində göstərilən öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi üçün cavabdehin 01.11.2020-ci il tarixə 7250 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehlə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə MTK tərəfindən 05 saylı 03.11.2020-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmişdir. 20.04.2017-ci il tarixli Mənzil tikintisi haqqında müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin, cavabdehdə qalan bütün maliyyə arayışları ləğv edilməklə yanaşı ödənilmiş 22598 manat məbləğində vəsait geri qaytarılmalıdır. Qeyd etməyi zəruri hesab edir ki, Abşeron-City-2014 MTK yaşayış kompleksində çoxmərtəbəli binalarının inşasının davam etdirilməsi cavabdehin (Payçıların) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (Payçılardan) qrafik əsasında vəsait daxil olmadığı halda lazımi mal-materialların alınması mümkün olmur, nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür və MTK maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalivasiyası baş vermişdir. Göründüyü kimi, Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən MTK-nı maddi və mənəvi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır, belə ki, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə və bütün maliyyə arayışları vaxtından əvvəl ləğv edilməlidir. Belə ki, qeyd edilən müqavilənin 5.5-ci bəndinə görə «Payçı» tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirildikdə və ya aylıq ödəniş 2 ay ərzində ödənilmədikdə MTK-nın «Payçı»ya rəsmi xəbərdarlıq təqdim etmək şərti ilə bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “Payçı”nın ödədiyi məbləğ ona qaytarılır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. 03.06.2021-ci il tarixdə teleqram ilə məhkəməyə müraciət edən Cavabdeh X13 çalışdığını, ölkədə keçirilən Formula-1 yarışları ilə əlaqədar olaraq müdiriyyət tərəfindən icazə ala bilmədiyini bildirib məhkəmə iclas tarixinin dəyişilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə çağırışlarına gələn şəxslər iş yerindən üzürlü hesab edildiyindən cavabdehin vəsadəti əsaslı hesab edilməyərək məhkəmə, məhkəmə baxışını cavabdehin iştirakı olmadan keçirilməsi qərarına gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -İcraçı Abşeron-City-2014 MTK ilə payçı Cavabdeh arasında bağlanmış 20.04.2017ci il tarixli 000480 saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 11.10.2014-cü il tarixli 495 saylı sərəncamı ilə Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi 5-ci blok, 7-ci mərtəbə, 49 saylı mənzili izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi Payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. -Müqavilənin 3.1, 3.2, 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərindən görünür ki, mənzilin ümumi sahəsi 42.64 kv.m, mənzilin 1 kv.m-nin qiyməti 700 manat, mənzilin ümumi dəyəri 29848 manat, payçı ilkin olaraq 5000 manat, payçı kredit müddəti 40 ay olmaqla hər ay 546 manat ödəməyi öhdəsinə götürmüşdür. -Abşeron-City-2014 MTK-ya məxsus maliyyə arayışlarının surətindən görünür ki, Abşeron rayonu Masazır-Novxanı şossesində yerləşən çoxmərtəbəli yaşayış binası Abşeron-City-2014 MTK-ya məxsusdur, bu binanın 5-ci giriş, 7-ci mərtəbəsində ümumi sahəsi 42.64 kv.m olan 1 otaqlı 41 saylı mənzilin pay dəyərindən payçı Cavabdeh 20.04.2017-ci il tarixli 2537 saylı maliyyə arayışına əsasən 5000 manat, 20.04.2017-ci il tarixli 2538 saylı maliyyə arayışına əsasən 3000 manat, 01.05.2017-ci il tarixli 2653 saylı maliyyə arayışına əsasən 546 manat, 31.05.2017-ci il tarixli 2950 saylı maliyyə arayışına əsasən 550 manat, 01.07.2017-ci il tarixli 3162 saylı maliyyə arayışına əsasən 550 manat, 01.08.2017-ci il tarixli 3560 saylı maliyyə arayışına əsasən 546 manat, 04.09.2017-ci il tarixli maliyyə arayışına əsasən 546 manat, 05.10.2017-ci il tarixli 76 saylı maliyyə arayışına əsasən 546 manat, 12.11.2017-ci il tarixli 447 saylı maliyyə arayışına əsasən 546 manat, 11.12.2017-ci il tarixli 718 saylı maliyyə arayışına əsasən 546 manat, 20.01.2018-ci il tarixli 187 saylı maliyyə arayışına əsasən 270 manat, 07.02.2018-ci il tarixli 400 saylı maliyyə arayışına əsasən 546 manat, 17.03.2018-ci il tarixli 809 saylı maliyyə arayışına əsasən 300 manat, 08.05.2018-ci il tarixli 180 saylı maliyyə arayışına əsasən 400 manat, 20.06.2018-ci il tarixli 000037 saylı maliyyə arayışına əsasən 300 manat, 07.09.2018-ci il tarixli 000732 saylı maliyyə arayışına əsasən 300 manat, 04.11.2018-ci il tarixli 001465 saylı maliyyə arayışına əsasən 400 manat, 21.12.2018-ci il tarixli 001750 saylı maliyyə arayışına əsasən 200 manat, 31.12.2018-ci il tarixli 001862 saylı maliyyə arayışına əsasən 200 manat, 31.01.2019-cu il tarixli 002139 saylı maliyyə arayışına əsasən 200 manat, 10.03.2019-cu il tarixli 003021 saylı maliyyə arayışına əsasən 354 manat, 09.04.2019-cu il tarixli 003279 saylı maliyyə arayışına əsasən 300 manat, 01.06.2019-cu il tarixli 003774 saylı maliyyə arayışına əsasən 400 manat, 08.07.2019-cu il tarixli 004125 saylı maliyyə arayışına əsasən 500 manat, 19.08.2019-cu il tarixli 004472 saylı maliyyə arayışına əsasən 2500 manat, 13.01.2020-ci il tarixli 005622 saylı maliyyə arayışına əsasən 2500 manat, 20.10.2020-ci il tarixli 007045 saylı maliyyə arayışına əsasən 550 manat ödəniş etmişdir. -Abşeron-City-2014 MTK tərəfindən Cavabdeh ünvanlanmış 03.11.2020-ci il tarixli 05 saylı xəbərdarlıqdan görünür ki, MTK tərəfindən payçıya müqavilə üzrə öhdəlik icra edilmədiyi təqdirdə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş, xəbərdarlıq payçı tərəfindən 10.11.2020-ci il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. -Abşeron-City-2014 MTK-nın üzvlərinin yığıncağının 02.10.2014-cü il tarixli qərarından görünür ki, Abşeron-City-2014 MTK-nın yeni baş direktoru X10, üzvləri X7, X10, X8, X11, X6 təyin edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X2 haqqında şəhadətnamənin surətindən görünür ki, Abşeron-City-2014 MTK ********** VÖEN ilə 30.09.2014-cü ildə qeydiyyata alınmış, hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron-City-2014 MTK ********** VÖEN nömrəsi ilə təşkilati hüquqi forması Kooperativ olmaqla 30.09.2014-cü il tarixdə qeydiyyata alınmış, **********195000 nömrəsi ilə 08.10.2014-cü il tarixdə çıxarış verilmiş, hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 11.10.2014-cü il tarixli 495 saylı sərəncamının surətindən görünür ki, Abşeron-City-2014 MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarış ilə mülkiyyətində olan, Saray qəsəbəsi ərazisində yerləşən, 3,88 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən, xidmət, ticarət və istirahət obyektlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. -DİN-nin BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 17.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Saatlı rayonu Əbil ərazi dairəsi, Cəfərxan kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməyərək müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Göründüyü kimi borclu Cavabdeh vaxtında və lazımi qaydada öhdəliklərini icra etmədiyindən, iddiaçının 20.04.2017-ci il tarixli 000480 saylı mənzil tikintisi haqqında müqavilənin, 20.04.2017-ci il tarixli 2537 saylı, 20.04.2017-ci il tarixli 2538 saylı, 01.05.2017-ci il tarixli 2653 saylı, 31.05.2017-ci il tarixli 2950 saylı, 01.07.2017-ci il tarixli 3162 saylı, 01.08.2017-ci il tarixli 3560 saylı, 04.09.2017-ci il tarixli, 05.10.2017-ci il tarixli 76 saylı, 12.11.2017-ci il tarixli 447 saylı, 11.12.2017-ci il tarixli 718 saylı, 20.01.2018-ci il tarixli 187 saylı, 07.02.2018-ci il tarixli 400 saylı, 17.03.2018-ci il tarixli 809 saylı, 08.05.2018-ci il tarixli 180 saylı, 20.06.2018-ci il tarixli 000037 saylı, 07.09.2018-ci il tarixli 000732 saylı, 04.11.2018-ci il tarixli 001465 saylı, 21.12.2018-ci il tarixli 001750 saylı, 31.12.2018-ci il tarixli 001862 saylı, 31.01.2019-cu il tarixli 002139 saylı, 10.03.2019-cu il tarixli 003021 saylı, 09.04.2019-cu il tarixli 003279 saylı, 01.06.2019-cu il tarixli 003774 saylı, 08.07.2019-cu il tarixli 004125 saylı, 19.08.2019-cu il tarixli 004472 saylı, 13.01.2020-ci il tarixli 005622 saylı, 20.10.2020-ci il tarixli 007045 saylı maliyyə arayışlarının ləğv edilməsi və cavabdehin ona satılmış Abşeron-City-2014 MTK-ya məxsus Abşeron rayonu Masazır-Novxanı şossesində yerləşən yaşayış binasının 5-ci giriş, 7-ci mərtəbəsində ümumi sahəsi 42.64 kv.m olan 1 otaqlı 49 saylı mənzilindən çıxarılmasına dair iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan mənzili müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə vermiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə iddiaçının iddia tələblərini cavabdeh tərəfindən alınmış mənzilin cavabdehdən alınaraq digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 22598 manat vəsaitin 10 faizinin saxlanılmaq şərtilə qalan məbləğin cavabdehə qaytarılması tələbini də əsaslı hesab edib təmin edir. Belə ki, tərəflər arasında bağlanmış 20.04.2017-ci il tarixli 000480 saylı müqavilənin 5.5-ci bəndinə əsasən bu müqavilənin 5.1, 5.2, 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə payçı mənzilin yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina edərsə üzvlükdən çıxmaq istəyərsə və ya onun tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirilərsə və ya aylıq ödəniş 2 ay ərzində ödənilməzsə şirkətin payçıya rəsmi bildiriş vermək şərtilə vaxtından əvvəl pozmaq hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil, digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərtilə payçının ödədiyi məbləğ ona geri qaytarılır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1. maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddianın maddi və mənəvi tələb hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı maddi tələbdə 50000 manat cavabdehdən alınıb ona ödənilməsini xahiş etsə də tələbə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də tələb sübut olunmadığından tələbin maddi ziyan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz manat) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və onlardan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, iddiaçı Abşeron-City-2014 MTK ilə Cavabdeh arasında bağlanmış 20.04.2017-ci il tarixli 000480 saylı mənzil tikintisi haqqında müqavilə və həmin mənzilə dair ödənilmiş 20.04.2017-ci il tarixli 2537 saylı, 20.04.2017-ci il tarixli 2538 saylı, 01.05.2017-ci il tarixli 2653 saylı, 31.05.2017-ci il tarixli 2950 saylı, 01.07.2017-ci il tarixli 3162 saylı, 01.08.2017ci il tarixli 3560 saylı, 04.09.2017-ci il tarixli, 05.10.2017-ci il tarixli 76 saylı, 12.11.2017-ci il tarixli 447 saylı, 11.12.2017-ci il tarixli 718 saylı, 20.01.2018-ci il tarixli 187 saylı, 07.02.2018-ci il tarixli 400 saylı, 17.03.2018-ci il tarixli 809 saylı, 08.05.2018-ci il tarixli 180 saylı, 20.06.2018-ci il tarixli 000037 saylı, 07.09.2018-ci il tarixli 000732 saylı, 04.11.2018ci il tarixli 001465 saylı, 21.12.2018-ci il tarixli 001750 saylı, 31.12.2018-ci il tarixli 001862 saylı, 31.01.2019-cu il tarixli 002139 saylı, 10.03.2019-cu il tarixli 003021 saylı, 09.04.2019-cu il tarixli 003279 saylı, 01.06.2019-cu il tarixli 003774 saylı, 08.07.2019-cu il tarixli 004125 saylı, 19.08.2019-cu il tarixli 004472 saylı, 13.01.2020-ci il tarixli 005622 saylı, 20.10.2020-ci il tarixli 007045 saylı maliyyə arayışları ləğv edilməli, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən Abşeron- City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzildən çıxarılmalı, Abşeron rayonu, Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzil digər müştəriyə satıldıqdan sonra Cavabdeh tərəfindən ödənilmiş 22598 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə qalan məbləğ Cavabdeh geri qaytarılmalı, Abşeron-City-2014 MTK tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Abşeron-City-2014 MTK-ya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Abşeron-City-2014 MTK ilə Cavabdeh arasında bağlanmış 20.04.2017-ci il tarixli 000480 saylı mənzil tikintisi haqqında müqavilə və həmin mənzilə dair ödənilmiş 20.04.2017-ci il tarixli 2537 saylı, 20.04.2017-ci il tarixli 2538 saylı, 01.05.2017-ci il tarixli 2653 saylı, 31.05.2017-ci il tarixli 2950 saylı, 01.07.2017-ci il tarixli 3162 saylı, 01.08.2017ci il tarixli 3560 saylı, 04.09.2017-ci il tarixli, 05.10.2017-ci il tarixli 76 saylı, 12.11.2017-ci il tarixli 447 saylı, 11.12.2017-ci il tarixli 718 saylı, 20.01.2018-ci il tarixli 187 saylı, 07.02.2018-ci il tarixli 400 saylı, 17.03.2018-ci il tarixli 809 saylı, 08.05.2018-ci il tarixli 180 saylı, 20.06.2018-ci il tarixli 000037 saylı, 07.09.2018-ci il tarixli 000732 saylı, 04.11.2018ci il tarixli 001465 saylı, 21.12.2018-ci il tarixli 001750 saylı, 31.12.2018-ci il tarixli 001862 saylı, 31.01.2019-cu il tarixli 002139 saylı, 10.03.2019-cu il tarixli 003021 saylı, 09.04.2019-cu il tarixli 003279 saylı, 01.06.2019-cu il tarixli 003774 saylı, 08.07.2019-cu il tarixli 004125 saylı, 19.08.2019-cu il tarixli 004472 saylı, 13.01.2020-ci il tarixli 005622 saylı, 20.10.2020-ci il tarixli 007045 saylı maliyyə arayışları ləğv edilsin. Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzildən çıxarılsın. Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 1 otaqlı 49 saylı mənzil digər müştəriyə satıldıqdan sonra Cavabdeh tərəfindən ödənilmiş 22598 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə qalan məbləğ Cavabdeh geri qaytarılsın. Abşeron-City-2014 MTK tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Abşeron-City-2014 MTK-ya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1114/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1114/2021
04.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver