Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1115/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Abşeron-City-2014 MTK-nın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Abşeron-City-2014 MTK-nın Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması, maddi və mənəvi ziyan tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron-City-2014 MTK Cavabdeh qarşı mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması, maddi və mənəvi ziyan tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Abşeron-City-2014 MTK ilə xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh arasında bağlanmış Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən iddiaçı Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 6-cı mərtəbəsində yerləşən 1 otaqlı, 41 saylı mənzilə dair 07.10.2019-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh iddiaçı Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 6-cı mərtəbəsində yerləşən 1 otaqlı, 41 saylı mənzildən çıxarılması, Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən iddiaçı Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 6-cı mərtəbəsində yerləşən 1 otaqlı, 41 saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 23581 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı Abşeron-City-2014 MTK-ya dəymiş 30 000 manat məbləğində maddi və 30 000 manat mənəvi ziyanın Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Abşeron-City-2014 MTK iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Abşeron-City-2014 MTK ilə xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh arasında bağlanmış Abşeron rayonu Saray qəsəbəsi Masazır- Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 41 saylı mənzilə dair 07.10.2019-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 41 saylı mənzildən çıxarılması, Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 41 saylı mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 23581 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı Abşeron-City-2014 MTK-ya dəymiş 50 000 manat məbləğində maddi və 50 000 manat mənəvi ziyanın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı Abşeron-City-2014 MTK-nın nümayəndəsi X11 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə iddiaçı Abşeron-City- 2014 MTK arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 495 saylı 11.10.2014-cü il tarixli sərəncamına əsasən Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında iddiaçı Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 41 saylı mənzilə dair 07.10.2019-cu il tarixli Mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərinə əsasən mənzilin ümumi dəyəri 28995 manat, ilkin ödəniş 21060 manat, aylıq ödəniş 331 manat, kreditin müddəti 24 ay təşkil edir. Müqavilənin 3.5-ci bəndində göstərilən öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi üçün cavabdehin 01.11.2020-ci il tarixə 1777 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehlə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə MTK tərəfindən 21 saylı 05.11.2020-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmişdir. 07.10.2019-cu il tarixli Mənzil tikintisi haqqında müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin, cavabdehdə qalan bütün maliyyə arayışları ləğv edilməklə yanaşı ödənilmiş 23581 manat məbləğində vəsait geri qaytarılmalıdır. Qeyd etməyi zəruri hesab edir ki, Abşeron-City-2014 MTK yaşayış kompleksində çoxmərtəbəli binalarının inşasının davam etdirilməsi cavabdehin (Payçıların) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (Payçılardan) qrafik əsasında vəsait daxil olmadığı halda lazımi mal-materialların alınması mümkün olmur, nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür və MTK maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalivasiyası baş vermişdir. Göründüyü kimi, Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən MTK-nı maddi və mənəvi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır, belə ki, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə və bütün maliyyə arayışları vaxtından əvvəl ləğv edilməlidir. Belə ki, qeyd edilən müqavilənin 5.5-ci bəndinə görə «Payçı» tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirildikdə və ya aylıq ödəniş 2 ay ərzində ödənilmədikdə MTK-nın «Payçı»ya rəsmi xəbərdarlıq təqdim etmək şərti ilə bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “Payçı”nın ödədiyi məbləğ ona qaytarılır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -DİN-nin BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 17.11.2020-ci il tarixli arayışdan görünür ki, Əzizov X7 rayon Yeni Mil qəsəbə ərazi dairəsi, Yeni Mil qəsəbəsində qeydiyyatdadır. -İcraçı Abşeron-City-2014 MTK ilə payçı Cavabdeh arasında bağlanmış 07.10.2019cu il tarixli 000826 saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 11.10.2014-cü il tarixli 495 saylı sərəncamı ilə Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi 5-ci blok, 6-cı mərtəbə, 41 saylı mənzili izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi Payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. -Müqavilənin 3.1, 3.2, 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərindən görünür ki, mənzilin ümumi sahəsi 42.64 kv.m, mənzilin 1 kv.m-nin qiyməti 680 manat, mənzilin ümumi dəyəri 28995 manat, payçı ilkin olaraq 21060 manat, payçı kredit müddəti 24 ay olmaqla hər ay 331 manat ödəməyi öhdəsinə götürmüşdür. -Abşeron-City-2014 MTK-ya məxsus maliyyə arayışlarının surətindən görünür ki, Abşeron rayonu Masazır-Novxanı şossesində yerləşən çoxmərtəbəli yaşayış binası Abşeron-City-2014 MTK-ya məxsusdur, bu binanın 5-ci giriş, 6-cı mərtəbəsində ümumi sahəsi 42.64 kv.m olan 1 otaqlı 41 saylı mənzilin pay dəyərindən payçı Cavabdeh 07.10.2019-cu il tarixli 004900 saylı maliyyə arayışına əsasən 21060 manat, 07.11.2019cu il tarixli 005136 saylı maliyyə arayışına əsasən 331 manat, 25.12.2019-cu il tarixli 005490 saylı maliyyə arayışına əsasən 300 manat, 26.02.2020-ci il tarixli 005915 saylı maliyyə arayışına əsasən 700 manat, 28.04.2020-ci il tarixli 006220 saylı maliyyə arayışına əsasən 330 manat, 22.05.2020-ci il tarixli 006339 saylı maliyyə arayışına əsasən 330 manat, 30.06.2020-ci il tarixli 006539 saylı maliyyə arayışına əsasən 330 manat, 29.08.2020-ci il tarixli 006826 saylı maliyyə arayışına əsasən 200 manat ödəniş etmişdir. -Abşeron-City-2014 MTK tərəfindən Cavabdeh ünvanlanmış 05.11.2020-ci il tarixli 21 saylı xəbərdarlıqdan görünür ki, MTK tərəfindən payçıya müqavilə üzrə öhdəlik icra edilmədiyi təqdirdə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmiş, xəbərdarlıq payçı tərəfindən 06.11.2020-ci il tarixdə rəsmi şəkildə qəbul edilmişdir. -Abşeron-City-2014 MTK-nın üzvlərinin yığıncağının 02.10.2014-cü il tarixli qərarından görünür ki, Abşeron-City-2014 MTK-nın yeni baş direktoru X8, üzvləri X5, X8, X6, X9, X4 təyin edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X1 haqqında şəhadətnamənin surətindən görünür ki, Abşeron-City-2014 MTK ********** VÖEN ilə 30.09.2014-cü ildə qeydiyyata alınmış, hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron-City-2014 MTK ********** VÖEN nömrəsi ilə təşkilati hüquqi forması Kooperativ olmaqla 30.09.2014-cü il tarixdə qeydiyyata alınmış, **********195000 nömrəsi ilə 08.10.2014-cü il tarixdə çıxarış verilmiş, hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 11.10.2014-cü il tarixli 495 saylı sərəncamının surətindən görünür ki, Abşeron-City-2014 MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarış ilə mülkiyyətində olan, Saray qəsəbəsi ərazisində yerləşən, 3,88 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən, xidmət, ticarət və istirahət obyektlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməyərək müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Göründüyü kimi borclu Cavabdeh vaxtında və lazımi qaydada öhdəliklərini icra etmədiyindən, iddiaçının 07.10.2019-cu il tarixli 000826 saylı mənzil tikintisi haqqında müqavilənin, 07.10.2019-cu il tarixli 004900 saylı, 07.11.2019-cu il tarixli 005136 saylı, 25.12.2019-cu il tarixli 005490 saylı, 26.02.2020-ci il tarixli 005915 saylı, 28.04.2020-ci il tarixli 006220 saylı, 22.05.2020-ci il tarixli 006339 saylı, 30.06.2020-ci il tarixli 006539 saylı, 29.08.2020-ci il tarixli 006826 saylı maliyyə arayışlarının ləğv edilməsi və cavabdehin ona satılmış Abşeron-City-2014 MTK-ya məxsus Abşeron rayonu Masazır- Novxanı şossesində yerləşən yaşayış binasının 5-ci giriş, 6-cı mərtəbəsində ümumi sahəsi 42.64 kv.m olan 1 otaqlı 41 saylı mənzilindən çıxarılmasına dair iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış mənzil tikintisi haqqında müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan mənzili müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə vermiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə iddiaçının iddia tələblərini cavabdeh tərəfindən alınmış mənzilin cavabdehdən alınaraq digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 23581 manat vəsaitin 10 faizinin saxlanılmaq şərtilə qalan məbləğin cavabdehə qaytarılması tələbini də əsaslı hesab edib təmin edir. Belə ki, tərəflər arasında bağlanmış 07.10.2019-cu il tarixli 000826 saylı müqavilənin 5.5-ci bəndinə əsasən bu müqavilənin 5.1, 5.2, 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə payçı mənzilin yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina edərsə üzvlükdən çıxmaq istəyərsə və ya onun tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirilərsə və ya aylıq ödəniş 2 ay ərzində ödənilməzsə şirkətin payçıya rəsmi bildiriş vermək şərtilə vaxtından əvvəl pozmaq hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil, digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərtilə payçının ödədiyi məbləğ ona geri qaytarılır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1. maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddianın maddi və mənəvi tələb hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı maddi tələbdə 50000 manat cavabdehdən alınıb ona ödənilməsini xahiş etsə də tələbə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də tələb sübut olunmadığından tələbin maddi ziyan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz manat) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və onlardan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, iddiaçı Abşeron-City-2014 MTK ilə Cavabdeh arasında bağlanmış 07.10.2019cu il tarixli 000826 saylı mənzil tikintisi haqqında müqavilə və həmin mənzilə dair ödənilmiş 07.10.2019-cu il tarixli 004900 saylı, 07.11.2019-cu il tarixli 005136 saylı, 25.12.2019-cu il tarixli 005490 saylı, 26.02.2020-ci il tarixli 005915 saylı, 28.04.2020-ci il tarixli 006220 saylı, 22.05.2020-ci il tarixli 006339 saylı, 30.06.2020-ci il tarixli 006539 saylı, 29.08.2020ci il tarixli 006826 saylı maliyyə arayışları ləğv edilməli, Əzizov X10 rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 41 saylı mənzildən çıxarılmalı, Abşeron rayonu, Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 41 saylı mənzil digər müştəriyə satıldıqdan sonra Cavabdeh tərəfindən ödənilmiş 23581 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə qalan məbləğ Cavabdeh geri qaytarılmalı, Abşeron-City-2014 MTK tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Abşeron-City- 2014 MTK-ya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Abşeron-city-2014 MTK ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli 000826 saylı mənzil tikintisi haqqında müqavilə və həmin mənzilə dair ödənilmiş 07.10.2019-cu il tarixli 004900 saylı, 07.11.2019-cu il tarixli 005136 saylı, 25.12.2019-cu il tarixli 005490 saylı, 26.02.2020-ci il tarixli 005915 saylı, 28.04.2020-ci il tarixli 006220 saylı, 22.05.2020-ci il tarixli 006339 saylı, 30.06.2020-ci il tarixli 006539 saylı, 29.08.2020ci il tarixli 006826 saylı maliyyə arayışları ləğv edilsin. Əzizov X10 rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 41 saylı mənzildən çıxarılsın. Abşeron rayonu Saray qəsəbəsi Masazır-Novxanı şossesi ünvanında yerləşən Abşeron-City-2014 MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 41 saylı mənzil digər müştəriyə satıldıqdan sonra Cavabdeh tərəfindən ödənilmiş 23581 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə qalan məbləğ Cavabdeh geri qaytarılsın. Abşeron-City-2014 MTK tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Abşeron-City-2014 MTK-ya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1115/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1115/2021
19.05.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver