Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1120/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz müdaxiləyə son qoyulması və torpaq sahəsinin sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması, tikilinin sökülməsi və torpaq sahəsinin sahibliyə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən, MH ******* nömrəli, 30.03.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********10 saylı daşınmaz əmlakın pasportuna əsasən, onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən aparılmış bütün tikililərin cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ona məxsus olan 0,006 ha torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, ona məxsus 0,006 ha torpaq sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini onunla əsaslandırdı ki, MH ******* nömrəli, 30.03.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən və dəqiq koordinatları DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********10 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçıya məlum olmuşdur ki, torpaq sahəsinin 0.01 ha sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Zəbt edilən ərazi cavabdeh tərəfindən hasara alınmışdır. Bununla bağlı müraciət etdikdə cavabdeh iddiaçının sözlərinə məhəl qoymamışdır. Odur ki, iddiaçıya məxsus olan torpaq sahəsi qəsdən cavabdeh tərəfindən zəbt edilmiş və bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Həmçinin 26.07.2021-ci il tarixli 10/3134 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayon Masazır kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 15.07.2016-cı il tarixli **********79 reyestr nömrəli 0,0561 ha torpaq sahəsinin sənəd üzrə 0,006 ha hissəsi İddiaçı (31.03.2007-ci il tarixli **********10 reyestr nömrəli) mülkiyyətdə olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Mübahisə predmeti olan torpaq sahəsini 2006-cı il tarixdə alqı-satqı müqaviləsi ilə satın almışdır. Hal-hazırda çıxarışla ona məxsus 5.6 sot torpaq sahəsi şəxsi istifadəsindədir. O, torpaq sahəsini aldıqdan sonra döngə nöqtələrini müəyyənləşdirmək üçün mütəxəssislər çağırmış və çıxarışla ona məxsus torpağın döngə nöqtələrinin düzgün olduğunu öyrənmişdir. O, heç kimin torpağını zəbt etməmişdir. O, torpaq sahəsini alanda iddiaçıya məxsus torpaq sahəsində yerdən 4 cərgə hündürlükdə hasar qaldırılmışdır. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH Seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestr xidmətində ********* qeydiyyat nömrəsi ilə 30.03.2007-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* nömrəli çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, 326 A nömərli sahə daşınmaz əmlakın dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə 15.07.2016-cı il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2021-ci il tarixli, 10/3134 saylı ekspert rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən **********10 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 0.06 ha torpaq sahəsinə dair 31.03.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar həmin torpaq sahəsinin naturada mövcud olan (faktiki istifadəsində olan) koordinatları ilə üst-üstə düşür. X3 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 0.0561 ha torpaq sahəsinə dair 15.07.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatları ilə üst-üstə düşür. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 15.07.2016-cı il tarixli, **********79 reyestr nömrəli, 0.0561 ha torpaq sahəsinin sənəd üzrə 0.006 ha hissəsi İddiaçı (31.03.2007-ci il tarixli, **********10 reyestr nömrəli) mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst üstə düşür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan üçün tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2021-ci il tarixli, 10/3134 saylı ekspert rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən **********10 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 0.06 ha torpaq sahəsinə dair 31.03.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar həmin torpaq sahəsinin naturada mövcud olan (faktiki istifadəsində olan) koordinatları ilə üst-üstə düşür. X3 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 0.0561 ha torpaq sahəsinə dair 15.07.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatları ilə üst-üstə düşür. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 15.07.2016-cı il tarixli, **********79 reyestr nömrəli, 0.0561 ha torpaq sahəsinin sənəd üzrə 0.006 ha hissəsi İddiaçı (31.03.2007-ci il tarixli, **********10 reyestr nömrəli) mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst üstə düşür. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə sadalanan normalara, işin faktiki hallarına və ekspert rəyinə uyğun olaraq belə qərara gəlir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən Cavabdeh mülkiyyətində olan 15.07.2016-cı il tarixli, **********79 reyestr nömrəli, 0.0561 ha torpaq sahəsinin sənəd üzrə 0.006 ha hissəsi İddiaçı (31.03.2007-ci il tarixli, **********10 reyestr nömrəli) mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst üstə düşdüyündən, iddiaçının mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Belə olan təqdirdə məhkəmə belə qərara gəlir ki, iddia təmin olunmalı, İddiaçı məxsus olan 0,006 ha torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxiləyə son qoyulmalı, İddiaçı məxsus 0,006 ha torpaq sahəsi İddiaçı sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Masazır kəndində yerləşən, MH ******* nömrəli, 30.03.2007-ci il qeydiyyat tarixli,160703328 qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0,006 ha torpaq sahəsi hissəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxiləyə son qoyulsun və 0,006 ha torpaq sahəsi Cavabdeh alınaraq İddiaçı sahibliyinə qaytarılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-1120/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1120/2021
21.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver