Məhkəmə qərarları › İş №2(012)-114/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-114/2023

07.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-114/2023 07.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, cavabdehin inşa etdiyi fərdi yaşayış evinin öz hesabına sökülməsi və torpaq sahəsinin təmizlənib boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, cavabdehin inşa etdiyi fərdi yaşayış evinin öz hesabına sökülməsi və torpaq sahəsinin təmizlənib boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun sahibliyində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sahəsi 0,003 ha olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evini öz hesabına söküb torpaq sahəsini boşaldıb təmizlənməsi və ona təhvil verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər mülki iş üzrə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixli 26998 nömrəli qəbz əsasında Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalıdır. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, cavabdehin inşa etdiyi fərdi yaşayış evinin öz hesabına sökülməsi və torpaq sahəsinin təmizlənib boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı xx.xx.2022-ci il tarixli 26998 nömrəli qəbz əsasında Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar