Məhkəmə qərarları › İş №2(102)-2833/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2833/2024

28.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2833/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın sökülməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-126/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı Nüsrət qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı ildə qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

2. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, bu barədə ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

3. Həmçinin Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********86 reyes tr nömrəli qeydiyyata və reyestrdən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması, cavabdehlər tərəfindən özbaşına tikilmiş hasarın, qoyulmuş qapının hər iki cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbi belə əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsi üzərində iddi açının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı torpaqlar olmaqla yanaşı, məqsədli istifadə növü çoxillik əkmələr olaraq qeyd olunmuşdur. İddiaçı bu torpaq sahəsini Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda bağlanmış 4Ə/091736 saylı, 26 avqust 2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin torpaq sahəsinin planı 1:10000 miqyas ölçüsü ilə 29 aprel 2019-cu il tarixində 15727 nömrə ilə uçota alınmışdır. İddiaçının torpaq sahəsi sağ və sol istiqamətində yerləşən qonşuları Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş və onlar tərəfindən həmin ərazidə hasar çəkilərək cavabdehlər tərəfindən qapı qoyulmuşdur. Bu səbəbdən iddiaçı öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur.

6. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 20 sentyabr 2022-ci il tarixli, 2(012)-3325/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2023-cü il tarixli, 10/1645 nömrəli ekspert rəyində göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/21647/2023 nömrəli mütəxəssis rəyinə əsasən, dövlət aktına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı Nüsrət qızının xx.xx.2006-cı il tarix li, **********95 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04099 ha torpaq sahəsi plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Cavabdeh2 xx.xx.2001-ci il tarixli, **********86 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, **********38 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktik i istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildirdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır.

8. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 5 iyun 2023-cü il tarixli, 2(012)-184/2023 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsinin qonşuları olan cavabdehlər tərəfindən zəbt edildiyini iddia edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması, cavabdehlər tərəfindən özbaşına tikilmiş hasarın, qoyulm uş qapının hər iki cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə ekspertiza təyin edilsə də, ekspert rəyindən göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildirdən və elektron kadastr məlum at bazasına daxil edildikdən sonra mümkün olacaqdır.

10. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın sökülməsi tələbinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 239.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.

13. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin iddia tələbinin rədd edilməsi barədə mövqeyi əsassızdır. Belə ki, məhkəmə iş üzrə lazımı qaydada araşdırma aparmamış, iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübut edilməsinə baxmayaraq məhkəmə iddianın rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsi iddiaçının adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı torpaqlar olmaqla yanaşı, məqsədli is tifadə növü isə çoxillik əkmələr olaraq qeyd olunmuşdur. Həmin torpaq sahəsini iddiaçı Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda bağlanmış 4Ə/09-1736 saylı, 26 avqust 2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmiş, torpaq sahəsinin planı 1:10000 miqyas ölçüsü ilə 29 aprel 2019-cu il tarixində 15727 nömrə ilə uçota alınmışdır. Cavabdehlər tərəfindən həmin torpaq sahəsi zəbt edilərək həmin ərazidə hasar çəkilmiş və cavabdehlər tərəfindən qapı qoyulmuşdur.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Afiq Hüseynzadə) 2(105)- 126/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023- cü il tarixli, 2(012)-184/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisənin obyektiv həlli məqsədilə həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya icraatı zamanı dəfələrlə müvafiq ekspertizalar təyin edilmiş, lakin sonda heç bir halda rəyin verilməsi mümkün olmamış, hətta səlahiyyətli orqanlar ərazidə sürüşmə və uyğunsuzluğun olmasını qeyd etməklə, dəfələrlə bu xarakterli mübahisələrin həllinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacağını bildirmişlər.

16. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin müvafiq ekspertiza qərardadının icrası zamanı 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində daha öncə qeyd olunan məlumatlar sadalanaraq qərardadın icrasının həmin səbəblərdən mümkünsüzlüyü bildirilmiş və son nəticə olaraq qərardadda qoyulmuş sualların cavablandırılmasının məhz ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, mümkünlüyü bildirilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təkrar apellyasiya icraatı zamanı da ekspert (mütəxəssis) rəyinin əldə edilməsinə israrlı şəkildə cəhd edilsə də, sonda rəyin verilməsi yenə də mümkün olmamış, hətta səlahiyyətli orqan ərazidə sürüşmə və uyğunsuzluğun olmasını qeyd etməklə, dəfələrlə bu xarakterli mübahisələrin həllinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacağını bildirmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, anoloji işlər üzrə də dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İda rəsinə müraciətlər olunmuş və sonda ərazidə yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işlərinin yekunlaşdırılmadığı barədə cavablar verilmişdir. Səlahiyyətli orqan özü də sözügedən ərazidə uyğunsuzluq və sürüşmələrin olmasını etiraf etmiş, bununla bağlı dürüstləşmə işlərinin aparıldığını və həmin ərazidə yerləşən torpaq sahiblərinə (mülkiyyətçilərinə), o cümlədən də hazırki iş üzrə tərəflərə özlərinə məxsus torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə cari dəyişiklik edilməsi üçün aidiyyəti orqana müraciət etməsini tövsiyyə etmişlər.

19. Apellyasiya instansiyası məh kəməsi belə qənaətə gəlmişdir ki, hazırki vəziyyətdə kimin haqlı olub-olmaması məsələsinə müvafiq ekspert rəyi olmadan, nəzəri baxımından qiymət vermək düzgün deyildir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir. İddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 139.1, 152.1, 152.5, 152.6, 157.4, 164.1, 238.1, 238.3, 239.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şi kayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə qətnamənin əsaslndırılması hissəsi uzlaşmamış, habelə iş materiallarında olan səlahiyyətli orqan tərəfindən verilmiş mütəxəssis rəyi natamam verilmiş, həmin rəydə mübahisəli torpaq sahələrinin koordinatlarında uyğunsuzluq olması qeyd edilsə də məhkəmə işə obyektiv yanaşmamış, yerli baxış təyin etmədən əsassız qətnamə çıxartmış, məhkəmə qanuna zidd getmişdir. Lakin məhkəmə tərəfindən yerində müayinə aparılmış olsaydı, iddianın əsaslı olması, orada olan uyğunsuzluq ortaya çıxardı. İddiaçı tərəfindən təqdim olunan sübutlara məhkə mə tərəfindən qərəzli, eyni zamanda obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. Məhkəmə iddiaçının iddiasinı təmin etməkdə maraqlı olmamış, ona məxsus torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün ekspert qarşısında düzgün suallar qoymamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

26. Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, ba şqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

27. Maddə 152.1.Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

29. Maddə 152.5 və 152.6.Mülkiyyətçi qanunda və ya müqavilədə mü əyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

30. Maddə 164.1.Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

31. Maddə 238.1 və 238.3.Daşınmaz əmlak kimi to rpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.

32. Maddə 239.2.Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması barədədir.

46. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa ed ilməsinə yol verilə bilər.

47. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir.

48. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsinin müəyyən olunmasından ibarətdir.

49. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün xüsusi bilik tələb olunduğuna görə ekspertiza təyin etmiş, lakin cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinin zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır.

50. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin y aradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacağını bildirilmişdir.

51. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosess ual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəl inmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-126/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar