Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2176/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Bayramova (Əliyeva) Ləman Arif qızı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehin torpaq sahəsindən çıxarılması və özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Bayramova (Əliyeva) Ləman Arif qızı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qis mində cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-237/2025 nömrəli, 4 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 2 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki 0,0718 ha (kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyalı) xx.xx.2014-cü il tarixdən X6 və X2 ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır.
2. Azərbaycan Respub likası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon X1 ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubda qeyd olunmuşdur ki, mülkiyyətinə aid torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, mülkiyyətinə aid torpaq sahəsi zəbt edilərək tikinti işləri aparılmışdır. Odur ki, qeyd olunan məqsədlə məhkəməyə müraciət etməsi tövsiyyə olunur.
3. Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqaviləsindən görünür ki, X6 və X5 mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0718 ha torpaq sahəsini İddiaçı1 və İddiaçı2 bağışlamışlar.
4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki 0,0718 ha (kənd təsərrüfatı təyinatlı torpaqla rı kateqoriyalı) xx.xx.2023-cü il tarixdən İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır. Bu barədə İddiaçı1 və İddiaçı2 adına xx.xx.2023-cü il tarixli A 983992 saylı plan və ölçü sənədi tərtib edilmişdir.
5. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamından görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24,0 hektar torpaq sahəsinin 321 saylı ərazisi X11 57.093 manat torpaq vergisi ödəmək şərti ilə 0,10 hektar sahə ayrılmış və ona fərdi mənzil tikməyə icazə verilmişdir.
6. Abşeron rayon Polis İdarəsinin Təhqiq at Şöbəsinin təhqiqatçısı Elməddin Əsgərovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 3 may 2023-cü il tarixli qərarına əsasən, İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) nümayəndəsi və vəkili Vəkil Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 718 kv.metr torpaq sahəsinin boşaldılması, cavabdehin ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikililərin cavabdehin hesa bına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonunun Saray qəsəbəsi ərasizində yerləşən sahəsi 718 kv.metr olan torpaq sahəsi iddiaçıların birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi torpağın əvvəlki mülkiyyətçiləri olmuş X6 və X5 ilə onların arasında bağlanılmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi əsasında mülkiyyətlərinə keçmişdir. Lakin torpaq sahəsinə sahiblik etmək istədikdə məlum olmuşdur ki, bu torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsində özbaşına tikililər olan fərdi yaşayış evi, qaraj və digər yardımçı tikililər inşa edilmişdir. Bu qanunsuz h ərəkətləri ilə cavabdeh torpağın mülkiyyətçisi kimi iddiaçıların hüquqlarını pozmuşdur. Cavabdehin mübahisəli torpaq sahəsindən müvafiq hüquq müəyyənedici sənədlər olmadan zəbt edərək istifadə etməsi, həmçinin göstərilən ərazidə müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan şəhərsalma və memarlıq norma və qaydalarını pozmaqla ərazinin təyinatına uyğun olmadan tikinti-quraşdırma işlərini aparması, torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçıların hüquqlarını aşkar şəkildə pozmuşdur. Qeyd edilən torpaq sahəsində inşa edilmiş tikililər torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçıların icazəsi olmadan və bu cür tikililərin aparılmasına icazə vermək səlahiyyətinə malik olan aidiyyəti icra hakimiyyəti orqanlarının razılığı alınmadan, həmçinin mülki və torpaq qanunvericiliklərinin, şəhərsa lma və tikinti normalarının tələblərinə zidd olaraq inşa edildiyindən, həmin tikililər özbaşına tikililər kimi qiymətləndirilərək sökülməlidir. Dəfələrlə cavabdehdən həmin torpağın boşaldılması və özbaşına tikililərin sökülməsi tələb edilsə də, cavabdeh buna məhəl qoymayaraq torpaq sahəsini bu günə qədər qeyri-qanuni tutmaqda davam edir. Abşeron rayon Polis İdarəsində mübahisə ilə bağlı müvafiq araşdırma aparılmış, ancaq 3 may 2023-cü il tarixli qərarla torlanmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada iddia irəli sürməklə məhkəməyə müraciət etmək hüququ iddiaçılara izah edilmişdir.
9. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və onun rədd olunmasını xahiş etmiş, həmçinin qeyd etmişdir ki, ona verilmiş 0,10 ha torpaq sahəsində ev və qaraj tikmişd ir. Bu sahənin isə iddiaçılara aidiyyəti yoxdur.
10. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 32/332/2-16041 saylı mütəxəssis rəyinə əsasən, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Q aydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2 024-cü il tarixli, 3-16-16/2-10/388 saylı məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyi ilə müəyyən edilmişdir ki, - xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışa əsasən iddiaçıların mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0718 ha (718 kv.m.) torpaq sahəsinin 531,1 kv.m. hissəsi naturada təqdim olunan torpaq sahəsi ilə üstüstə düşür (“Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlara əsasən); Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X11 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin naturada yerləşmə yerini müəyyənləşdirmək mümkün deyil; -Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 2 5 saylı sərəncamı ilə X11 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən iddiaçıların mülkiyyətindəki 0,0718 ha (718 kv.m.) torpaq sahələri ilə hər hansı hissədə kəsişib-kəsişmədiyini müəyyən etmək mümkün deyil; -Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 531,1 kv.m. hissəsinin, eyni zamanda fərdi yaşayış evinin 18kv.m. hissəsinin, həyətyanı sahəsini əhatə edən hasarın 51 metr hissəsinin, talvarın, su hovuzunun və manqalın isə bütövlükdə, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,0718 ha torpaq sahəsinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlar daxilində yerləşir.
12. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-448/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, cavabdehin iddiaçıların mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 718 kv.metr torpaq sahəsinin 531,1 kv.metr hissəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 18 kv.metr hissəsinin, həyətyanı sahəni əhatə edən hasarın 51 metr hissəsinin, talvar, su hovuzu və manqalın isə bütövlükdə cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq İddiaçı1 qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, işin hallarına əsasən cavabdehin iddiaçıların mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncuların davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər.
14. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli əmlaka dair heç bir hüququ müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Mübahisəli torpaq sahəsinin zəbt olunması və orada qanunsuz tikililərin mövcudluğu iş materialları il ə, habelə ekspert rəyi ilə təsdiq olunmuşdur.
15. Məhkəmə iddianın təmin edilməyən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddianın əmlakdan cavabdehin ailə üzvlərinin çıxarılması hissəsi konkret tələb olmadığından, həmin hissədə iddianın təmin edilməsi mümkün deyildir. Məhkəmə əmlakın mülkiyyətçiləri olan iddiaçılara izah etmişdir ki, qüvvədə olan prosessual qanunvericiliyə görə onlar iddiaçılar olaraq konkret şəxslərə qarşı tələb irəli sürə bilərlər.
16. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini öz vəsaiti hesabına qızının adına alması barədə cavabdehin dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur. Oradakı tikililər isə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada inşa edilmədiyindən özbaşına tikinti hesab olunur.
17. Birinci instansiya məhkəməsi öz möv qeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 23 iyul 1999-cu il tarixli, 25 nömrəli sərancamına əsasə n Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 hektar torpaq sahəsinin 321 saylı ərazisi X11 0,10 ha sahə ayrılmış və vətəndaşa fərdi mənzil tikməyə icazə verilmişdir. Bundan sonra həmin torpaq sahəsində ev tikilməklə uzun illərdir ki, orada yaşamışdır. Bu müddət ərzində iddiaçılar və ya başqa şəxslər tərəfindən həmin torpaq sahəsinin onlara məxsus olması ilə bağlı heç bir müraciət olmamış, heç bir dövlət orqanının nümayəndəsi torpaq sahəsinə gəlib ölçü işləri aparmamışdır. İş üzrə verilmiş ekspert rəyi tamamilə əsassız olmaqla əsl həqiqəti əks etdirmir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı qətnamə qəbul edərkən qətnaməni ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qa ydalar üzrə qiymətləndirməmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/388 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışa əsasən iddiaçıların mülkiyyətindəki mübahisə predmeti olan 0,0718 ha (718 kv.m.) torpaq sahəsinin 531,1 kv.m. hissəsi naturada təqdim olunan torpaq sahəsi ilə üst-üstə düşür (“Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlara əsasən). Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X11 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin naturada yerləşmə yerini müəyyənləşdirmək mümkün olmadı. Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X11 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin, xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən iddiaçıların mülkiyyətindəki 0,0718 ha (718 kv.m.) torpaq sahələri ilə hər hansı hissədə kəsişibkəsişmədiyini müəyyən etmək mümkün olmadı. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 531,1 kv.m. hissəsinin, eyni zamanda fərdi yaşayış evinin 18 kv.m. hissəsinin, həyətyanı sahəsi əhatə edən hasarın 51 metr hissəsinin, talvarın, su hovuzunun və manqalın isə bütövlükdə, xx.xx.2023-cü il qeydiyyat tarixli **********44 reyestr nömrəli çıxarışa əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,0718 ha torpaq sahəsinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”n də qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən edilmişdir. Lakin işə baxan hakim ekspert rəyinə istinad edərkən həmin rəyin nə dərəcədə mötəbər olmasını, ekspert tərəfindən hansı məlumatlar əsasında rəydə göstərilən qənaətə gəlməsini müəyyən etməmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 32/332/2-16041 saylı mütəxəssis rəyindən görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların e lektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etmiş, həmçinin verilmiş ekspert rəyinə formal yanaşaraq, ekspert rəyinin hansı məlumatlara istinadən rəy verilməsinə diqqət yetirməmiş, bununla da ekspert rəyini prosessual qanunvericiliyin tələbinə uyğun olaraq qiymətləndirməmişdir. Hansı ki, bütün məlumatların toplandığı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi məlumatların natamamlığı ucbatından rəy verməkdən imtina etmişdir. Bütün baza məlumatların toplandığı orqanın münasibət bildirmədiyi halda ekspert rəyinin nə dərəcədə mötəbər sübut olması araşdırmadan kənarda qalmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edə rkən yalnız Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/388 saylı rəyinə istinad etmişdir ki, həmin rəydə göstərilənlər işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 32/332/2-16041 saylı mütəxəssis rəyi ilə inkar olunmuşdur.
20. Apellyasiya qaydasında işə baxılarkən Bayramova (Əliyeva) Ləman Arif qızı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, mübahisələndirilən tikililər cavabdehin qızı Ləman Əliyevanın torpaq sahəsində t ikilmişdir. Həmin torpaq sahəsi ilə bağlı 1999-cu ildə rayon icra hakimiyyəti tərəfindən sərəncam verilmişdir və torpaq sahəsi həmin ildən Cavabdeh istifadəsində olmuş, bağ kimi istifadə etmişdir. Cavabdeh bundan sonra orada ev tikmiş və yaşamışdır. Lakin Cavabdeh adı heç bir yerdə və ya sənədləşmədə hallanmamışdır.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 izahatında bildirmişdir ki, 2014-cü ildə aliment məsələsi ilə bağlı iş aparılan zaman mübahisələndirilən torpaq sahəsinin olmasını bilmişdir. 2023-cü ildə torpaq sahəsi aliment borcunun əvəzi olaraq bağışlama ilə 1/2 hissədə mülkiyyətinə keçmişdir. 2023-cü ildə torpaq sahəsi bağışlanma ilə verilən zaman orada evin olması ona məlum olmuşdur.
23. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınd a Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar, sürüşmələr qeydə alındığı üçün tərəflərindən rəy verilməsi mümkün olmamışdır.
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-237/2025 nömrəli, 4 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Almaz Süleymanova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnamə si ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manatın iddiaçılardan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 172.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bi r təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Göründüyü kimi, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Buna görə də qanunvericilikdə belə halda sərhədi pozulmuş qonşunun müəyyən pul kompensasiyası alması nəzərdə tutulmuşdur. İşdən müəyyən olunmuşdur ki, İddiaçı2 torpaq sahəsi ona bağışlandıqdan 1 ay sonra - xx.xx.2023-cü il tarixdə DİN-in 102 qaynar xəttinə müraciət etmişdir. Həmin vaxt isə tikililər artıq mövcud olmuşdur. Bunun əksi isə məhkəmə iclasında sübut edilməmişdir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sadalananlardan göründüyü kimi hazırda naturada yerləşmə yerinin ekspert tərərfindən müəyyənləşdirilməsi mümkün olmasa da, üçüncü şəxs Ləman Əliyevanın da mübahisəli torpaq sahəsindən istifadə etmək üçün qüvvədə olan müvafiq hüquq müəyyənedici sənədə malik olduğu cavabdeh tərəfindən mübahisə edilir. İşdə olan mütəxəssis rəyindən göründüyü kimi, iddiaçıların torpaq sahəsinə dair plan-ölçü sənədində koordinatları göstərilsə də, hazırda mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirilməmiş və elektron kadastr məlumat bazasına daxil edilməmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, müvafiq torpaq sahələrinin yeri dəqiq müəyyən edilmədən və uyğunsuzluqlar aradan qaldırılmadan, mövcud mübahisə üzrə cavabdeh və üçüncü şəxsin qanunsuz sahib olmaları barədə hazırda iddiaçı tərəfin mövcud tələbi əsaslı hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 14.1, 146.1, 146.2, 152.1, 152.5, 157.2, 157.4, 157.8, 172.3-cü, Torpaq Məcəlləsinin 55, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 4.1, 8.0.5, 16.1, 16.2, 23.1, 23.2, 23.3-cü və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 101.7, 103.1, 372, 384.0.2, 385.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Ka ssasiya şikayətinin dəlilləri:
29. Qətnamədən iddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin texniki rəyini əsassız olaraq rəhbər tutmuş və daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərdəki uyğunsuzluqlara görə məsuliyyətin həmin qurumun üzərinə düşdüyünü nəzərə almamışdır. Halbuki, bu uyğunsuzluqların aradan qaldırılması məhz onun səlahiyyətlərinə daxildir. Məhkəmə həmçinin ekspe rt rəyində göstərilən vacib halları – torpaq sahəsinin 1997-ci ildən pay torpağı kimi ayrıldığını, bu sahə üzrə reyestrdə 3 dəfə qeydiyyat aparıldığını və qeydiyyatlara uyğun torpaq planlarının tərtib olunduğunu, 2023-cü il qeydiyyatında isə koordinatların dəqiq göstərildiyini nəzərə almamış və bu maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması tələblərini rədd etməklə onların Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilmiş mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsinə dair hüquqları qanuni olaraq formalaşmış, yəni əmlak dövlət reyestrində onların adına dövlət qeydiyyatına alınmışdır. Belə ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsini zəbt etməklə o nların sahiblik və istifadə hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmənin çıxardığı qətnamə isə bu hüquqi vəziyyəti nəzərə almadan, mülkiyyət hüququnu tənzimləyən norma və prinsiplərə zidd olaraq qəbul edilmişdir. Məhkəmə iddiaçıların qanuni mülkiyyət hüququnu əsassız şəkildə nəzərə almamışdır.
31. Mübahisəli sahə 1997-ci ildə pay torpağı kimi verilmiş kənd təsərrüfatı təyinatlı torpağın bir hissəsidir. Bu torpaq üzrə koordinatlar 2013, 2014 və 2023-cü illərdə eyni qaydada sənədləşdirilmişdir. Əgər koordinatlar sistemləşdirilməmiş və elektron kadastr bazasına daxil edilməmişdirsə, bu halda 8 iyun 2023-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin dəqiq koordinatlarının göstərilməsi təqdim edilmiş rəyin ziddiyyətli olduğunu göstərir. İş materiallarından da göründü yü kimi, cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsinə əsas verən heç bir hüquqmüəyyənedici sənədi yoxdur. O, qızı olduğunu iddia etdiyi X9 adına verilmiş xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı təqdim edərək torpağın ona aid olduğunu bildirsə də, həmin sərəncamda X13 rayonu, Saray qəsəbəsində mənzil tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsindən bəhs olunur. Cavabdeh bu sərəncamdan əlavə nə mövqe planı, nə təhkim aktı, nə də yerləşmə koordinatlarını təqdim etməklə torpağın mübahisəli sahə olduğunu sübuta yetirə bilməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız şəkildə Ləman Əliyevanı üçüncü şəxs kimi prosesə cəlb etmiş və sərəncam əsasında onun torpağının iddiaçılara məxsus 718 kv.m. sahə ilə üst-üstə düşdüyünü faktiki tanımışdır. Halbuki, iddiaçıla ra məxsus sahə kənd təsərrüfatı təyinatlı pay torpağı olaraq 1997-ci ildə torpaq islahatı nəticəsində verilmiş, Ləman Əliyevaya isə 1999-cu ildə yaşayış məntəqəsi üçün torpaq sahəsi ayrılmışdır. Bu torpaqların məqsədli təyinatı və kateqoriyası fərqli olduğundan eyni sahə olması mümkünsüzdür və bu barədə məhkəməyə hər hansı sübut da təqdim edilməmişdir. Ən əsası isə, iddiaçıların torpaq üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqları qüvvədədir, ləğv edilməmiş və mübahisələndirilməmişdir. Cavabdeh və üçüncü şəxsin isə bu torpaqla bağlı heç bir hüququ dövlət qeydiyyatına alınmamışdır. Bütün bunlara baxmayaraq, məhkəmə iddiaçıların qanuni mülkiyyət hüquqlarını müdafiə etməmiş və açıq şəkildə maddi hüquq normalarının kobud pozulmasına yol vermişdir.
32. Məhkəmə iş materiallarında olan hüquqmüəyyənedici və texniki sənədlər, ekspert rəyləri və qeydiyyat sənədlərinə obyektiv, tam və hərtərəfli qiymət vermək əvəzinə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin 4 saylı Abşeron Ərazi İdarəsinin təqdim etdiyi tək bir mütəxəssis rəyinə əsaslanaraq, işin digər sübutlarını nəzərə almamış və mübahisəli torpaq sahəsinin iddiaçılara məxsus olduğunu düzgün müəyyən etməmişdir. Məhkəmə torpaq sahəsinin yerləşmə və istifadə vəziyyəti ilə bağlı uyğunsuzluqların araşdırılmasını həyata keçirməmiş, müvafiq məlumatların təqdim olunmasını tələb etməmiş, torpağın aid olduğu ərazi barədə aydınlıq gətirməmiş və bununla da maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Nəticədə, məhkəmə sübutları tam və qərəzsiz qiymətləndirmədən, obyektiv araşdırma aparmadan əsassız qərar vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
33. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
36. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
37. Mad də 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
38. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
40. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
41. Maddə 152.3. İstifadə hüququ - ə mlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
42. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
43. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqların ı pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
45. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
46. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
47. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
48. Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
49. Maddə 163.1. Sahi blik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
50. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
51. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
52. Maddə 5 (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcud dur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
53. Maddə 83 (1-ci hissə).Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.
54. Maddə 84 (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
55. Maddə 84 (3-cü hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
56. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilm iş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu.
57. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüqu qi aktdır.
58. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
59. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.
60. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddəti ndə aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.
61. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
62. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
63. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
64. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
67. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
71. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
72. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
73. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
77. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ol a bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
79. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Ka sasiya instansiyası məhkəməsinin mövqeyi:
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
82. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı mövcud hüquqi vəziyyətin nəzərə alınmaması, mülkiyyət hüququnu tənzimləyən norma və prinsiplərə zidd olaraq qətnamə qəbul edilməsi, iddiaçıların qanuni mülkiyyət hüququnu əsassız şəkildə nəzər ə almaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsı tərəfindən müəyyən edilmişdir ki, İddiaçı2 torpaq sahəsi ona bağışlandıqdan 1 ay sonra - xx.xx.2023-cü il tarixdə DİN-in 102 qaynar xəttinə müraciət etmişdir. Həmin vaxt isə tikililər artıq mövcud olmuşdur. Bunun əksi isə məhkəmə iclasında sübut edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı Mülki Məcəllənin 172.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Göründüyü kimi, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Buna görə də qanunvericilikdə belə halda sərhədi pozulmuş qonşunun müəyyən pul kompensasiyası alması nəzərdə tutulmuşdur.
83. Apellyasiya instansiyası məhkəməsı həmçinin qeyd etmişdir ki, sadalananlardan göründüyü kimi hazırda naturada yerləşmə yerinin ekspert tərərfindən müəyyənləşdirilməsi mümkün olmasa da, üçüncü şəxs Ləman Əliyevanın da mübahisəli torpaq sahəsindən istifadə etmək üçün qüvvədə olan müvafiq hüquq müəyyənedici sənədə malik olduğu cavabdeh tərəfindən mübahisə edilir. İşdə olan mütəxəssis rəyindən göründüyü kimi, iddiaçıların torpaq sahəsinə dair plan-ölçü sənədində koordina tları göstərilsə də, hazırda mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirilməmiş və elektron kadastr məlumat bazasına daxil edilməmişdir. Odur ki, müvafiq torpaq sahələrinin yeri dəqiq müəyyən edilmədən və uyğunsuzluqlar aradan qaldırılmadan, mövcud mübahisə üzrə cavabdeh və üçüncü şəxsin qanunsuz sahib olmaları barədə hazırda iddiaçı tərəfin mövcud tələbi əsaslı hesab oluna bilməz.
84. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülk i dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.
85. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçi rilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.
86. Məhkəmə kollegiyası hesab edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçılar torpaq sahəsi onlara bağışlanana kimi həmin torpaq sahəsində tikinti işlərinin aparılmasından məlumatlı olmuşlar. Bu mənada əgər tikinti işlərinin aparıldığı torpaq sahəsi iddiaçılara məxsus olmuş olsa belə, Mülki Məcəllənin 172.3-cü maddəsinin tələbi baxımından həmin tikililərin sökülməsi məqsədəuyğun hesa b edilə bilməz.
87. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessu al hüquqi əsasları düzgün müəyyən edilmişdir.
88. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
89. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəmə si apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi ü çün əsas ola bilməz. 90. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
91. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
92. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
93. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-237/2025 nömrəli, 4 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.