Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4015/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qobustan Bələdiyyəsi cəlb edilməklə) iş üzrə QƏRARI Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr, özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr, özbaşına tikilinin sökülməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 qarşı (mübahisə predmeti bar əsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qobustan Bələdiyyəsi cəlb edilməklə) "zəbt edilmiş torpaq sahəsinin boşaldılması, aparılmış qanunsuz tikililərin sökülməsi, qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmə hərəkətlərinin qadağan edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 6 oktyabr tarixli 2(105)-17/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Qobustan bələdiyyəsinin 2011-ci il 7 mart tarixli qərarı ilə, Qobustan bələdiyyəsinin alğı-satqı predmeti olan 600 kv. metr və ya 0,06 ha torpaq sahəsi, fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı satılmışdır.
2. Həmin torpaq sahəsinə sair A №401833 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və 2012-ci il 12 dekabr tarixdə 2447 nömrə ilə Azərbaycan Respublikası DT və XK-ın dövlət torpaq kadastrı kitabında qeydiyyata alınmışdır.
3. Qobustan rayonu Nərimankənd bələdiyyəsinin 2007-ci il 16 noyabr tarixli iclas protokolunun 12-155 nömrəli qərarı ilə Nərimankənd kəndinin qərbində, kəndarası çınqıl yolunun qərb tərəfindəki boş torpaq sahəsindən 0,06 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir.
4. Qobustan rayon İcra Hakimiyyəti başçısının 2007-ci il 12 may tarixli 131 saylı sərəncamı ilə Mərəzə bələdiyyəsinin 2006-cı il 20 iyul tarixli 455 nömrəli qərarı ilə Mərəzə qəsəbəsinin yeni yaşayış massivindən X3 ayrılmış 0,06 ha torpaq sahəsində Qobustan rayon İcra Hakimiyyətinin başçıs ı Aparatının memarlıq və tikinti bölməsinin təsdiq etdiyi layihə əsasında fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir.
5. Bundan əvvəl İddiaçı cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan bələdiyyəsinin 2011-ci il 7 mart tarixli qərarı ilə ona verilmiş, Qobustan bələdiyyəsinin ərazisində olan torpaq sahəsinə çəkdiyi 50 metr uzunluğunda hasarın sökülməsinə görə cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 910 manat ziyanın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə baxılarkən məhkəmə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 1 aprel tarixli 10/1923 saylı ekspert rəyi ilə (“Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” publik hüquqi şə xsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il 11 mart tarixli **********96 saylı mütəxəssis rəyinə əsasən) müəyyən edilmişdir ki, Qobustan rayonunun Yeni massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyətindədur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Qobustan rayonun Yeni massiv adlanan ərazisində yerləşən İddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsinin 285 kv.m hissəsinin, ləğv olunmuş DTXK tərəfindən İddiaçı verilmiş **********0008 kadastr nömrəli sahəsi 0.06 ha olan torpaq sahəsinin plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunub. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütə xəssis rəyinə əsasən, iddiaçının bildirdiyinə görə, torpaq sahəsinin şimal və şərq tərəflərində hasar mövcud olmuşdur. Keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə hasarla bərkidildiyi müəyyən olunmuş və uçurulması iddia olunan hasar aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinin şimal və şərq tərəflərindən 2-3 mişar daşı hündürlüyündə bərkidilmiş hasarın uzunluğu 47 metr təşkil edir. Həmin iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdli 2(026)-2/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bəhs olunan hasarın cavabdehlər tərəfindən sökülməsi öz təsdiqini tapmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, aparılmış qanunsuz tikililərin sökülməsi və qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətlərinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan bələdiyyəsinin 2011-ci il 7 mart tarixli 3 saylı qərarı ilə ona satılmış torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün 2020-ci ilin yazında hasarlama işlərinə başlamış, lakin bir gün gəlib təzə tikilmiş hasarın kimin tərəfindənsə söküldüyünü görmüşdür. Sonradan öyrənmişdir ki, həmin hasarı Qobustan rayon Xilmilli kənd sakinləri Cavabdeh3 və onun arvadı Cavabdeh1 uçurmuşlar. On larla əlaqə saxlayıb niyə belə etdiklərini soruşduqda bildirmişlər ki, həmin torpaq sahəsi onlara məxsusdur. Anlaşılmazlığı aradan qaldırmaq üçün onlardan sənəd göstərmələrini xahiş etdikdə bildirmişlər ki, sənəd oldu-olmadı torpaq onlara məxsusdur. Onlara bələdiyyə sənədini, kadastr ölçüləri barədə sənədləri təqdim etdikdə sənədlə tanış olmaqdan imtina etmişlər. 2020-ci ilin sentyabr ayında yenidən tikinti işlərini aparmağa başlamış, lakin iki gündən sonra gəlib 50 metr uzunluğunda hasarının yenidən uçurulduğunu görmüşdür. Dəymiş ziyanı qiymətləndirmək üçün Qobustan rayon İH Qobustan şəhəri üzrə İcra nümayəndəsinə, bələdiyyə sədrinə, Qobustan rayon İH memarına müraciət etmiş və yerində baxış keçirilərkən ona dəyən ziyanın məbləği 910 manat müəyyən edilmişdir. Ona görə də hasarını sökən Ca vabdeh3 və Cavabdeh1 50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə dəymiş 910 manat məbləğində ziyanın alınıb verilməsi barədə iddia qaldırmış, Qobustan Rayon Məhkəməsinin 2022-ci il 12 may tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Məhkəmənin qərarından sonra cavabdehlər ona məxsus olan və Qobustan bələdiyyəsinin 2011-ci il 7 mart tarixli qərarı ilə verilən torpaq sahəsini açıqaşkar surətdə zəbt edərək, orada qanunsuz surətdə tikinti işləri aparırlar. Buna etiraz etdikdə isə onlar məhkəmənin onların xeyrinə qərar çıxardıqlarını və həmin torpaq sahəsinin artıq onlara məxsus olduğunu bildirirlər. Həmin torpaq sahəsi ona məxsusdur və bunu təsdiq edən sənədləri də vardır. Ona görə də cavabdehlər tərəfindən zəbt edilmiş ona məxsus olan torpaq sahəsinin boşaldılması, aparılmış qa nunsuz tikililərin sökülməsi və qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətlərinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçının vəkili və nümayəndəsi Vəkil Hümsü oğlu iddianı müdafiə edərək izahatında göstərib ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədləri yoxdur. Təqdim edilən sənədlər isə ziddiyyətlidir. Belə ki, X2 mülkiyyətinə 0,06 ha torpaq sahəsinin verilməsinə dair Nərimankənd bələdiyyəsinin qərarının nömrəsi 12/455, tarixi isə 16 noyabr 2007-ci il kimi göstərilmişdir. Qobustan rayon İH başçısının tikintiyə icazə verilməsinə dair 12 may 2007-ci il tarixli 131 saylı sərəncamından çıxarışda Nərimankənd bələdiyyəsi deyil, Mərəzə bələdiyyəsi göstərilir və həmin bələdiyyənin qərarının nömrəsi 455, tarixi isə 20 iyul 2006-cı il göstərilmişdir. Həmçinin 632676 saylı Nərimankənd bələdiyyəsinin kassa mədaxil qəbzinin tarixi də 17 noyabr 2006-cı il kimi göstərilib. Cavabdehlər tərəfindən əvvəllər fəaliyyət göstərmiş Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin rəyi, yer quruluşu planından çıxarış, torpaqayırma aktı, torpağın mülkiyyətə verilməsinə dair dövlət qeydiyyatı barədə heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2-1(118)-300/2021 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh Qobustan bələdiyyəsinə qarşı “Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2019cu il tarixli 03 saylı və 2019-cu ıl tarixli qərarının ləğv edilməsi və Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli iclas protokolu əsasında ləğ v olunmuş 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılmasına dair iddiası, Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı qərarının ləğv edilməsi və Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılması hissəsində mümkün saymamışdır. Belə nəticəyə gəlmək olur ki, Nərimankənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının ləğv edilməsinə dair Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə Cavabdeh2 iddiası məhkəmə tərəfindən mümkünsüz saxlanıldığından Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli qərarı qüvvəsində qalır.
9. Cavabdeh2 izahatında göstərib ki, Qobustan rayon İHB-nın Memarlıq və Tikinti şöbəsində kompüter-proqramçı işlədiyi zaman Nərimankənd bələdiyyəsinin 16 noyabr 2022-ci il tarixli 12/455 saylı qərarı ilə ona yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətinə verilmiş torpaq sahəsində evin binasını qoydurmuş, lakin maddi imkanı olmadığından evi tikdirə bilməmişdir. Ona torpaq sahəsi 2006-cı ildə, İddiaçı isə 2011-ci ildə, yəni sonradan verilmişdir və iddiaçı onların torpaqlarına sahib çıxmaq istəyir. Sumqayıt İnzibati Məhkəməsi ona torpaq sahəsi verilməsinə dair Nərimankənd bələdiyyəsinin 16 noyabr 2022-ci il tarixli 12/455 saylı qərarının ləğv edilməsi barədə Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı qərarını, iddialarına əsasən ləğv etmişdir. Eləcə də, iddiaçının hasarının guya onlar tərəfindən uçurulmasına dair iddiası Qobustan Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçının apellyasiya şikayətini təmin etməyərək Qobustan Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Qayınatası Məhəmmədin və qayınanası Minəvərin həmin torpaq sahəsinə heç bir aidiyyətı yoxdur. Torpaq sahəsi onun adınadır və həmin torpaq sahəsində ev tikdirəcəkdir.
10. Cavabdeh1 da Cavabdeh2 izahatına oxşar izahat verib.
11. Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir.
12. Qobustan Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2023-cü il 25 yanvar tarixli 2(026)-30/ 2023 nömrəli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş 285 kv.metr torpaq sahəsinin onlar tərəfindən boşaldılması, boşaldılan ərazidə aparılmış qanunsuz tikililərin sökülməsi, qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətlərinin qadağan edilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, bələdiyyənin qərarı ilə iddiaçıya Qobustan şəhərində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar Qobustan rayon İH başçısının Memarlıq və Tikinti bölməsindən 13 avqust 2012-ci il tarixli 080 nömrəli rəy də verilmişdir. Həmin rəyə əsasən ona torpaq sahəsi nin ayrılması məqsədəmüvafıq hesab edilmişdir. 12 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası DT və XK-ın dövlət torpaq kadastrı kitabında 12 dekabr 2012-ci il tarixdə 2447 nömrə ilə qeydiyyat aparılmış və ona A №401833 saylı torpaq sahəsinin planı və ölçüsü barədə rəsmi sənəd verilmişdir. Eyni zamanda bununla əlaqədar müvafiq xəritə tərtib edilmişdir. Nərimankənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarı ilə Cavabdeh2 fərdi yaşayış evi tikdirmək üçün 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış, Qobustan rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evinin tikilməsinə dair 12 may 2007-ci il tarixli 131 saylı sərəncamı ilə fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Həmçinin müəyyən olunub ki, Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən iddiaçı ya verilmiş torpaq sahəsinin 285 kv.metri Cavabdeh2 verilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür.
14. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1, 49.2, 111.1, 111.2, 111.3-cü, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 227, 230, 233, 360-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən iddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər.
16. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməklə iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində və məhkəmədə verilən izahatlarda irəli sürü lmüş dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, ona torpaq sahəsi ayrılmasının məqsədəmüvafıq hesab edilməsi barədə Qobustan rayon İH başçısının Memarlıq və Tikinti bölməsindən 13 avqust 2012-ci il tarixli 080 nömrəli rəy də verilmişdir. 12 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası DT və XK-ın dövlət torpaq kadastrı kitabında 2447 nömrə ilə qeydiyyat aparılmış A №401833 saylı torpaq sahəsinin planı və ölçüsü barədə rəsmi sənəd verilmiş, bununla əlaqədar müvafiq xəritə tərtib edilmişdir. Qobustan rayonunun Yeni Massiv adlanan ərazisində yerləşən iddiaçıya verilmiş torpaq sahəsinin 285 kv.metri Cavabdeh2 verilmiş 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehlər tərəfindən zəbt etdikləri və ona məxsus mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sə nəd təqdim edilməmişdir. Cavabdeh2 tərəfindən təqdim edilən sənədlər isə tamamilə ziddiyyətlidir. Belə ki, Şərifova (Osmanova) Leyla Tərlan qızının mülkiyyətinə 0,06 ha torpaq sahəsinin verilməsinə dair Nərimankənd bələdiyyəsinin qərarının nömrəsi 12/455, tarixi isə 16 noyabr 2007-ci il kimi göstərilmişdir. Qobustan rayon İH başçısının tikintiyə icazə verilməsinə dair 12 may 2007-ci il tarixli 131 saylı sərəncamından çıxarışda Nərimankənd bələdiyyəsi deyil, Mərəzə bələdiyyəsi göstərilir və həmin bələdiyyənin qərarının nömrəsi 455, tarixi isə 20 iyul 2006-cı il göstərilmişdir. Həmçinin 632676 saylı Nərimankənd bələdiyyəsinin kassa mədaxil qəbzinin tarixi də 17 noyabr 2006-cı il kimi göstərilib. Cavabdehlər tərəfindən əvvəllər fəaliyyət göstərmiş Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəs inin rəyi, yer quruluşu planından çıxarış, torpaqayırma aktı, torpağın mülkiyyətə verilməsinə dair dövlət qeydiyyatı barədə heç bir sənəd təqdim edilməmişdir. Qeyd edilən Qobustan rayon İH başçısının tikintiyə icazə verilməsinə dair 12 may 2007-ci il tarixli 131 saylı sərəncamının Nərimankənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixi 12/455 nömrəli qərarından 6 ay əvvəl verilmiş və həmin sərəncamda Şərifova (Osmanova) Leyla Tərlan qızına ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsindən bəhs edilir. Şərifova (Osmanova) Leyla Tərlan qızına harada və hansı ünvanda torpaq sahəsi ayrılması bəlli deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2-1(118)-300/2021 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh Qobustan rayonu Qobustan bələdiyyəsi nə qarşı “Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı və 2019-cu ıl tarixli qərarının ləğv edilməsi və Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılmasına dair iddiası Qobustan rayonu Qobustan bələdiyyəsinin 07 mart 2019-cu il tarixli 03 saylı qərarının ləğv edilməsi və Qobustan bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli iclas protokolu əsasında ləğv olunmuş 16 noyabr 2007-ci il tarixli 12/455 saylı qərarının bərpa edilərək onun əsasında fərdi mənzil tikintisi üçün ona verilmiş 600 kv.m sahəsi olan torpağın istifadəsinə qaytarılması hissəsind ə mümkün saymamışdır. Daha sonra məhkəmə qətnamədə onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsindən yalnız 285 kv.metr torpaq sahəsinin ona aid olduğu, qalan 315 kv.metr torpaq sahəsinin isə Cavabdeh2 məxsus olması qənaətinə gəlmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2-1(118)300/2021 nömrəli qərarından aydın olur ki, məhkəmə baxışı zamanı cavabdeh - Qobustan rayonu, Qobustan bələdiyyəsinin sədri Vasif Novruzovun verdiyi izahatından aydın olur ki, Nərimankənd Bələdiyyəsi ləğv edilərək Mərəzə Bələdiyyəsinə birləşdirilmiş, Nərimankənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12/455 nömrəli qərarı qəbul edilərkən səlahiyətsiz olmuşdur. Bundan başqa ona məxsus 0,6 ha torpaq sahəsinə dair verilmiş bələdiyyə qərarının və digər sənədlərin ləğv edilməsi barədə Cav abdeh2 və yaxud digər şəxs tərəfindən hər hansı bir iddia qaldırılmamış, verilmiş qərar hüquqi güvvədədir. Məhkəmə qəbul etdiyi qətnamə ilə cavabdehlərə onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin 285 kv.metr sahəsinin boşaldılmasını, boşaldılan ərazidə aparılmış qanunsuz tikililərin sökülməsi, qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətlərini qadağan etməklə hüquqi sənədlər əsasında onun qonşuluğunda yaşayan digər vətəndaşların hüquqlarını pozmuşdur. Məhkəmə qanunsuz onun “50 metr uzunluğunda tikilmiş hasarın sökülməsinə görə cavabdehlər Cavabdeh3 və X1 910 manat məbləğində dəymiş ziyanın alınması tələbinə dair” mülki işlə təyin edilmiş ekspertiza üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/1923 saylı ekspert rəyi nə istinad etməklə onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin 285 kv.metr sahəsinin ona məxsus olması qənaətinə gəlmişdir. Halbuki, ona məxsus torpaq sahəsinin qonşuluğunda Cavabdeh2 məxsus torpaq sahəsi yoxdur. Bundan başqa, məhkəmə onun iddia tələbində iddia ərizəsinin verilməsi zamanı ödədiyi 100 manat məbləğində dövlət rüsumu pulunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, qətnamədə buna münasibət bildirməmişdir. Ona görə də məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə yuxarıda qeyd etdiyi əsaslara görə iddianın təmin edilməyən hissəsində ləğv edilməklə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
17. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqdim etdiyi sənədlərə, etiraza, şifahi vəsatətlərinə heç birini nəzərə almamış və əhəmiyyət verməməklə kobud surətdə maddi və prosessual hüquq normalarını pozmuşdur.
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirib ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi öz yerinə, bir hissəsi isə sənəddə nəzərdə tutulan koordinatdan kənara düşür. Cavabdehin isə torpağa dair ümumiyyətlə plan-ölçü sənədi yoxdur. Tərəflərdən heç birinin mübahisəli torpağa dair çıxarışı yoxdur. Mübahisəli torpaq sahəsinə qonşuluqda yerləşən torpaqların da plan-ölçü sənədi yoxdur.
19. Məhkəmə kollegiyası tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkə mə Ekspertizası Mərkəzinin 10/4686 nömrəli, 14 iyul 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan, İddiaçı tərəfindən naturada iddia olunan torpaq sahəsi 546 kv.m təşkil edir və həmin torpaq sahəsinin 273 kv.m hissəsi İddiaçı adına olan A N№ 401833 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsi ilə, qalan hissəsi yol və X4 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü təyin edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi və ətrafı kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaqlarda yerləşdiyi müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsinin qonşuluğunda və ətrafında yerləşən torpaq sahələrinə dövlət reyestrindən çıxarışların verilmədiyi təyin edilmişdir. Cavabdehlərə ayrılmı ş torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən sözügedən mübahisəli, hasara alınmış torpaq sahəsinin cavabdehlərə ayrılmış torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmadığı aşkar edilmişdir. Naturada hasara alınmış mübahisəli torpaq sahəsi ilə İddiaçı məxsus A№ 401833 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsi arasında sahə, konfiqurasiya və coğrafi yerləşməsi uyğunsuzluğu təyin edilmişdir. Belə ki, İddiaçı məxsus A№ 401833 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsinin bir hissəsi hasara alınmış mübahisəli torpaq sahəsi, bir hissəsi yol və bir hissəsi X4 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Qe yd olunan uyğunsuzluqlar mütəxəssis rəyinə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapdığı təyin edilmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2025-ci il 6 oktyabr tarixli 2(105)-17/2025 nömrəli qətnaməsi ilə (hakimlər - S.A.Qafari (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədli və A.M.Süleymanova) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçının mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş 285 kv.metr torpaq sahəsinin onlar tərəfindən boşaldılması, boşaldılan ərazidə aparılmış qanunsuz tikililərin sökülməsi, qanunsuz tikinti işləri aparmaq və torpaq sahəsini zəbt etmək hərəkətləri qadağan edilməsi barədə iddia tələbi rədd edilmiş, iddiaçıdan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat pulun alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat məbləğində pulun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, istər birinci, istərsə də apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza ilə naturada hasara alınmış mübahisəli torpaq sahəsinin bir hissəsinin iddiaçıya ayrılan torpaq sahəsinə aid olduğu göstərilsə də, naturada hasara alınmış mübahisəli torpaq sahə si ilə İddiaçı məxsus A № 401833 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsi arasında sahə, konfiqurasiya və coğrafi yerləşməsi uyğunsuzluğu olduğu müəyyən edilmişdir.
22. Belə ki, iddiaçının A № 401833 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsinin bir hissəsi hasara alınmış mübahisəli torpaq sahəsi, bir hissəsi yol və bir hissəsi başqa şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu uyğunsuzluqlar rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Həmçinin rəydə qeyd olunmuşdur ki, İddiaçı adına olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində aşkarlanmamışdır.
23. Qobustan Bələdiyyəsi tərəfindən tərti b olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən, iddiaçı 07 mart 2011-ci il tarixdə 03 saylı qərarla Qobustan şəhər bələdiyyəsindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsini almaqla, 13 avqust 2012-ci ildə Qobustan İH memarlıq şöbəsinin 080 saylı rəyi və 12 dekabr 2012-ci il tarixdə 2447 nömrəli dövlət torpaq kadastrı ilə təsdiq edilmiş torpaq sahəsində hasarlama işi apararkən, yaxın qonşulara əsas yola çıxış vermək üçün torpaq sahəsindən 3,27 sot cənub qərbi istiqamətində sürüşdürülməsi qərara alınmışdır. Həmin ərazinin yeni ölçüləri nəzərə alınmaqla hasarlama işlərinə icazə verilmişdir.
24. Məhkəmə kollegiyası tərəfindən aktın qəbul edilməsinə əsas olmuş qərarın surətinin əldə edilməsi ilə bağlı Qobustan Bələdiyyəsinə verilmiş məhkəmə sorğusu cavabsız qalmış, iddiaçı isə məhk əməyə belə bir qərarı təqdim edə bilmədiyini göstərmişdir.
25. İşdən həmçinin görünür ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamələri ilə Qobustan rayonunun Yeni massiv adlanan ərazisində yerləşən iddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir.
26. Sumqayıt İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 iddiası təmin edilmiş, Qobustan Bələdiyyəsinin 11 noyabr 2019-cu il tarixli Nərimankənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12/455 nömrəli qərarının ləğv edilməsi ilə bağlı qərarının ləğv edilməsi qərara alınmışdır.
27. Bununla da Cavabdeh2 yaşayış evi tikmək məqsədilə 06 ha torpaq sahəsinin verilməsi barədə Nərimankənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12/455 nömrəli qərarı qüvvədədir.
28. Göründüyü kimi iddiaçı ilk növbədə cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinin ona məxsus olduğunu sübut etməli olduğu halda, bu halı təsdiq edən tutarlı sübutlar təqdim etməmişdir.
29. Mövcud vəziyyətdə məhkəmə kollegiyası hesab edib ki, iddiaçının mübahisələndirdiyi hallar Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş yuxarıda sadalanan dispozisiya şərtlərinə uyğun olmadığından, iddia tələbi təmin edilə bilməz.
30. Bu mənada məhkəmə kollegiyası hesab edib ki, iddiaçının tələbi əsasız olduğundan cavabdehin apellyasiya təmin edilməli, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci ma ddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 10/626 nömrəli, 27 fevral 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Qobustan şəhəri ərazisində yer ləşən iddiaçı tərəfindən hasarlanmış mübahisəli torpaq sahəsi naturada 546 kv.m təşkil edir və həmin torpaq sahəsinin 273 kv.m hissəsi İddiaçı adına olan A № 401833 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsi ilə üst-üstə düşür. Naturada hasara alınmış mübahisəli torpaq sahəsinin 273 kv.m hissəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən iddiaçıya ayrılan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Cavabdehlərə ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən sözügedən mübahisəli, hasara alınmış torpaq sahəsinin cavabdehlərə ayrılmış torpaq sahəsi olduğunu və iddia olunan torpaq sahəsi ilə həmsərhəd olduğunu müəyyən etmək mümkün olmayıb”. Məlumat üçün bil dirir ki, naturada hasara alınmış mübahisəli torpaq sahəsi ilə iddiaşıya məxsus “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsi arasında sahə, konfiqurasiya və coğrafi yerləşməsi uyğunsuzluğu vardır. Belə ki, iddiaçının adına olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsinin bir hissəsi hasara alınmış mübahisəli torpaq sahəsi, bir hissəsi yol və bir hissəsi başqa şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunan uyğunsuzluqlar rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Naturada hasarın iki tərəfdən (22.92 m + 19.72 m) uçurulduğu, uçurulmuş hasarın 17.50 m. hissəsinin "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən İddia çı məxsus torpaq sahəsidir. Qətnamədə daha sonra qeyd edilmişdir ki, məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi öz yerinə, bir hissəsi isə sənəddə nəzərdə tutulan koordinatdan kənara düşür. Cavabdehin isə torpağa dair ümumiyyətlə plan-ölçü sənədi yoxdur. Tərəflərdən heç birinin mübahisəli torpağa dair çıxarışı yoxdur. Mübahisəli torpaq sahəsinə qonşuluqda yerləşən torpaqların da plan-ölçü sənədi yoxdur. Göründüyü kimi cavabdehlərin mübahisəsləndirilən ərazidə və sahədə torpaq sahəsi olmasını təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi olmadığı halda məhkəmə i ddiaçıya məxsus olan torpaq sahəsindən cavabdehlərin çıxarılması hissəsində təmin edilmiş qətnaməni ləğv edərək, iddia tələbini rədd etmişdir. Apellyasiya məhkəməsi iş materiallarını və toplanmış sübutları kənara qoyaraq, ziddiyyətli nəticəyə gəlmişdir.
34. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3, 14.1, 372.6, 372.7, 416, 416.1, 416.2, 417.1.4, 418.4-cü maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
41. Maddə 218.1 Q ətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində iddiaçı tərəflərindən qətnamə mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. tam Kassasiya instansiyası məhkəməsin in mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məq bul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində bəhs olunan hallara apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət verilmişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
50. Göründüyü kimi iddia tələbi, iddiaçıya bələdiyyə tərəfindən satılmış torpaq sahəsinə hüquqlarının müdafiəsi barədə tələbdir. İddiaçı ona verilmiş torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirib.
51. Verilmiş iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
52. Baxılan işdən də göründüyü kimi iddiaçı torpaq sahəsini bələdiyyənin qərarı əsasında əldə etmişdir.
53. Mülki Məcəllənin 14.2.2-ci maddəsində yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir.
54. Göründüyü kimi iddiaçının bələdiyyə qərarı əsasında torpaq sahəsini əldə etməsi torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddədə nəzərdə tutulan hüquqi əsasdır.
55. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsinin müəyyən olunmasından ibarətdir.
56. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, naturada hasara alınmış mübahisəli torpaq sahəsi ilə İddiaçı məxsus A № 401833 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsi arasında sahə, konfiqurasiya və coğrafi yerləşməsi uyğunsuzluq vardır. Belə ki, iddiaçının A № 401833 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilindəki torpaq sahəsinin bir hissəsi hasara alınmış mübahisəli torpaq sahəsi, bir hissəsi yol və bir hissəsi başqa şəxsin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin rəydə qeyd olunmuşdur ki, İddiaçı adına olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində aşkarlanmamışdır.
57. Bundan başqa, Qobustan Bələdiyyəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən, iddiaçı 07 mart 2011-ci il tarixdə 03 saylı qərarla Qo bustan şəhər bələdiyyəsindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsini almaqla, 13 avqust 2012-ci ildə Qobustan İH memarlıq şöbəsinin 080 saylı rəyi və 12 dekabr 2012-ci il tarixdə 2447 nömrəli dövlət torpaq kadastrı ilə təsdiq edilmiş torpaq sahəsində hasarlama işi apararkən, yaxın qonşulara əsas yola çıxış vermək üçün torpaq sahəsindən 3,27 sot cənub qərbi istiqamətində sürüşdürülməsi qərara alınmışdır. Həmin ərazinin yeni ölçüləri nəzərə alınmaqla hasarlama işlərinə icazə verilmişdir. Məhkəmə kollegiyası tərəfindən aktın qəbul edilməsinə əsas olmuş qərarın surətinin əldə edilməsi ilə bağlı Qobustan Bələdiyyəsinə verilmiş məhkəmə sorğusu cavabsız qalmış, iddiaçı isə məhkəməyə belə bir qərarı təqdim edə bilmədiyini göstərmişdir.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
59. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Məhkəmə kollegiyası yu xarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 6 oktyabr tarixli 2(105)-17/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.