Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1141/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Alexsandrovna qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Alexsandrovna qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Alexsandrovnanın azyaşlı övladı 08.06.2018-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 79 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 79 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh Alexsandrovna onun keçmiş gəlinidir. Cavabdeh ilə onun oğlu X10 arasında 23.09.2017-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2783 saylı nikahları qeydə alınmışdır. Onların bu nikahdan bir övladları - 08.06.2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdeh onun oğluna qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2(012)-4726/2020 saylı mülki iş məhkəmənin icraatındadır. Hazırda cavabdeh azyaşlı nəvəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Cavabdeh ona məxsus olan mənzildə qeydiyyatda qalsa da bu qeydiyyat formal xarakter daşıyır. Hazırki vəziyyətdə cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması səbəbindən o, mənzilindən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Eyni zamanda bildirir ki, cavabdeh və oğlu onun evində az bir müddət yaşamış və sonra izrailə köçüb getmişlər. Hazırda isə cavabdeh və onun uşağı Bakı şəhərində başqa ünvanda yaşayırlar. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəlləsi) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin; 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsi) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 26.09.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 79 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində 6 nömrəli reyestr kitabının 156 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22.09.2017-ci il tarixli **********45-05101-093020 reyestr nömrəli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 79 saylı mənzil İddiaçı mülkiyyətindədir. -1 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir sahəsi tərəfindən verilmiş 23.11.2020-ci il tarixli 12 saylı arayışdan görünür ki, İddiaçı, 1968-ci il təvəllüdlü X8, 1969cu il təvəllüdlü X11, 1968-ci il təvəllüdlü X3, 1990-cı il təvəllüdlü X4, 1992-ci il təvəllüdlü X5, 1993-cü il təvəllüdlü X6, 1998-ci il təvəllüdlü X9, 1993-cü il təvəllüdlü Cavabdeh, 2018ci il təvəllüdlü nəvə X7 ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilində qeydiyyatdadır. -Elektron məhkəmə portalından çıxarışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilə qeydiyyatdadır. -1 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir sahəsi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli 216 saylı arayışdan görünür ki, 1993-cü il təvəllüdlü Cavabdeh və X12 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16 ünvanında yerləşən 79 saylı mənzilində qeydiyyatdadır, lakin həmin ünvanda yaşamırlar. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 79 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh Alexsandrovna onun keçmiş gəlinidir. Cavabdeh ilə onun oğlu X10 arasında 23.09.2017-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2783 saylı nikahları qeydə alınmış və bir müddət onun evində qalmışlar. Onların birgə nikahlarından bir övladları - 08.06.2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Hazırda cavabdeh azyaşlı uşağı ilə birlikdə Bakı şəhərində başqa ünvanda yaşayır. Cavabdehin iddiaçıya məxsus olan mənzildə istifadə hüququ qalsa da bu hüquq formal xarakter daşıyır. Cavabdehin iddiaçıya məxsus mənzildə istifadə hüququnun qalması və qeydiyyatda olması səbəbindən o, mənzilindən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin; 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına, təqdim olunmuş sübutlara əsasən ünvan 1 ünvanında yerləşən 79 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir, lakin xüsusi mülkiyyətində olan mənzildən Cavabdeh Alexsandrovna istifdə etməməsinə baxmayaraq daimi qeydiyyata qalmış və cavabdehin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Mülki Prosessual Məcəlləsinin; 27.1. maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, 08.06.2018-ci il təvəllüdlü X7 azyaşlı olduğundan və anasının himayəsində yaşadığından, onun da ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh Alexsandrovna İddiaçı məxsus mənzildən istifadə etməməsinə baxmayaraq formal olaraq evə qeydiyyatda alınmış, bu isə mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırır. Ona görə də iddia təmin edilməli, Cavabdeh Alexsandrovna azyaşlı uşağı X1 birlikdə iddiaçıya məxsus evə olan istifadə hüquqlarına xitam verilməlidir. Beləliklə məhkəmə qanunun tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh Alexsandrovnanın və onların azyaşlı övladı 08.06.2018-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilində formal olaraq istifadə hüquqlarının qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh Alexsandrovnanın onun azyaşlı övladı 08.06.2018-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İstifadə hüquqlarının itirilmiş hesab edilməsi cavabdehin azyaşlı uşağı ilə birlikdə mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Alexsandrovnanın və azyaşlı övladı 08.06.2018-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Alexsandrovnanın və azyaşlı övladı 08.06.2018-ci il təvəllüdlü X2 mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1141/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1141/2021
21.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver