Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1143/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 109 saylı evindən (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, ev 70) istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 109 saylı evə (Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gənvəci küçəsi, ev 70) dair ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış onun adınadır. O, sözügedən fərdi yaşayış evini evin əvvəlki mülkiyyətçisi Cavabdeh notarial qaydada alğı-satqı müqaviləsinə əsasən satın almışdır. Alğı-satqı zamanı cavabdeh həmin mənzildə olan istifadə qaydalarına da xitam verilməsini ona bildirmişdir. Notariat ofisi də cavabdehin dediklərini təsdiq etmişdir, o, da düşünmüşdür ki, alğı-satqı etdikdən sonra cavabdehin evə olan istifadə hüquqları itiriləcəkdir. Lakin yanılmışdır. Belə ki, müəyyən sənədləşmə işləri ilə bağlı asan xidmət mərkəzinə müraciət edən zaman ona bildirdilər ki, cavabdehin onun evi üzərində qeydiyyatı vardır. Cavabdehin ona məxsus fərdi yaşayış evində qeydiyyatı formaldır. Hazırki vəziyyətdə cavabdehin ona məxsus evdə qeydiyyatda olması səbəbindən evindən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AN-İ ******* №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 109 saylı evi alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 109 saylı (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, ev 70) ümumi sahəsi 46,2 kvadratmetr olan ev ********** qeydiyyat nömrəsi ilə, 04.10.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 19.11.2020-ci il tarixli, ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 109 saylı evdə İddiaçı ilə birgə Cavabdeh da qeydiyyatdadır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 109 saylı evi (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, ev 70) İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışı ilə öz adına qeydiyyata almışdır. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 19.11.2020-ci il tarixli, ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 109 saylı evdə (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, ev 70) İddiaçı ilə birgə Cavabdeh da qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən evlə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarını təmin olunması üçün Cavabdehın ev üzrə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən 109 saylı evə (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, ev 70) istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1143/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1143/2021
21.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver