Məhkəmə qərarları › İş №2(012)-1149/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1149/2024

16.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1149/2024 16.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» publik hüquqi şəxsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı «işə bərpa, məcburi işə buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» publik hüquqi şəxsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı «işə bərpa, məcburi işə buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə gəlmişdirlər. Cavabdeh «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında mülki işin baxılmamış saxlanılmasına etiraz etmədi. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» publik hüquqi şəxsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı «işə bərpa, məcburi işə buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması» tələbi barədə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar