Məhkəmə qərarları › İş №2(012)-115/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-115/2021

25.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-115/2021 25.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh Hüseynov Lətif Qarayeviçin iştirakı ilə, İddiaçı cavabdehlər Əliyev Yaşar Muxtar oğlu, Bayramova Hicran Əlibayram qızı, Sadıqov Səxavət Füzuli oğlu, Sadıqov Sahib Füzuli oğlu, Ramazanova Mina Teymur qızı, Cavabdeh6 Füzuli qızı və X3 qarşı mülkiyyətində olan əkin sahələrində cavabdehlər tərəfindən tikilmiş özbaşına tikililərin sökülməsi və həmin torpaq sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə iddia ərizəsi üzrə mülki işə 25 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Muxtar oğlu, Cavabdeh2, Sadıqov Səxavət Füzuli oğlu, Sadıqov Sahib Füzuli oğlu, Cavabdeh5,Cavabdeh6 Füzuli qızı və X3 qarşı mülkiyyətində olan əkin sahələrində cavabdehlər tərəfindən tikilmiş özbaşına tikililərin sökülməsi və həmin torpaq sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,55 ha, 0,41011 ha, 0,10 ha və 0,10 ha torpaq sahəsinin üzərində Cavabdeh1 Muxtar oğlu və Cavabdeh2 və paylı mülkiyyətçilər Sadıqov Səxavət Füzuli oğlu, X7, Cavabdeh5, Cavabdeh6 Füzuli qızı və X6 tərəfindən mişar daşı ilə hasara alınmış və inşa edilmiş yaşayış evlərinin iddiaçının mülkiyyətində olan əkin sahələrinə düşən hissədə sökülməsi və həmin sahələrin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.09.2013 il tarixli, **********93 reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu. Mehdiabad qəsəbəsində yerləşən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahənin, 23.09.2013 il tarixli, **********64 reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.41011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 23.09.2013 il tarixli, **********47 reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 23.09.2013 il tarixli, **********70 reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Nlehdiabad qəsəbəsində yerləşən 0.1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir. Mülkiyyətində olan əkin torpaqlarının üzərində cavabdehlər tərəfindən qanunun tələblərini pozaraq fərdi yaşayış evləri tikilmiş və bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, iddiaçı öz təşəbbüsü ilə yaranmış məsələ ilə bağlı araşdırmalar aparmış və ona məlum olmuşdur ki, cavabdehlər özləri də bilmədən onun mülkiyyətində tikinti işləri aparıblar və hesab edirlər ki, həmin sahə onlara aiddir. İddiaçı rəsmi şəkildə AR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 4 saylı Abşeron Ərazi icarəsinə müraciət etmiş və idarənin əməkdaşları mübahisəli sahəyə baxış keçirdiblər və GPS mövqetəyinetmə cihazı vasitəsilə mülkiyyətində olan torpaq sahələrini ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona verilən rəsmi cavablara əsasən sənəd üzrə 0.55 ha torpaq sahəsinin 0.0141 ha və 0.0111 ha hissələri, sənəd üzrə 0.41011 ha torpaq sahəsinin 0.0443 ha, 0.1202 ha və 0.0312 ha hissələri, sənəd üzrə 0.10 ha torpaq sahəsinin 0.0058 ha və 0.0133 ha hissələri, sənəd üzrə 0.10 ha torpaq sahəsinin 0.0188 ha və 0.011 ha hissələri cavabdehlər tərəfindən mişar daşla hasara alınaraq fərdi yaşayış evləri inşa edilməsi müəyyən edilmişdir. Sonra iddiaçı Abşeron Rayon İcra Hakimiyyətinə mülkiyyətində olan Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.55 ha, 0.41011 ha, 0.10 ha, 0.10 ha torpaq sahələrində tikilən fərdi yaşayış evləri barədə məlumat verilməsi üçün rəsmi müraciət etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 28.10.2019 il tarixli N:1702 saylı cavab məktubunda qeyd edilmişdir ki, mülkiyyətində olan Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.55 ha, 0.41011 ha, 0.10 ha, 0.10 ha torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçının mülkiyyətində olan əkin torpaq sahələrində cavabdehlər tərəfindən mişar daşla hasara alınaraq inşa etdikləri fərdi yaşayış evləri onun mülkiyyət hüququnu pozur. Odur ki, hazırki iddia tələbi iə məhkəməyə müraciət etmişdir. İddiaçı Qaragözov Məhəmməd Məmmədağa oğlu ərizə ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əliyev Yaşar Muxtar oğlu iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.55 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 63 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində 23.09.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.41011 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 27 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində 23.09.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 1 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində 23.09.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 157 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində 23.09.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 27 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində 05.11.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə 474 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində 20.06.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 23.09.2013-cü il tarixdə 157 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibləri: Cavabdeh5, X5, Cavabdeh7 Fizuli qızı, Cavabdeh4, Cavabdeh3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15.10.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində mülkiyyətində olan 23.09.2013-cü il tarixli, **********64 reyestr nömrəli, 041011 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur, Sənəd üzrə torpaq sahəsinin 0.0799 ha hissəsi ümumi istifadədə olan yola düşür. 0.0443 ha, 0.1202 ha və 0.0312 ha hissələri başqa şəxslər başqa şəxslər tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir. Bundan başqa sənəd üzrə 0.41011 haq torpaq sahəsinin 0.0312 ha hissəsi başqa şəxs tərəfindən mişar daşla hasara alınaraq fərdi yaşayış evi inşa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.10.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən onun mülkiyyətində olan 23.09.2013-cü il tarixli, **********70 reyestr nömrəli, 0.10 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sənəd üzrə torpaq sahəsinin 0.0241 ha hissəsi ümumi istifadədə olan yola düşür, 0.0188 ha və 0.011 ha hissələri isə başqa şəxslər tərəfindən mişar daşla hasara əlınaraq fərdi yaşayış evləri inşa edilmişdir. . Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.10.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən onun mülkiyyətində olan 23.09.2013-cü il tarixli, **********47 reyestr nömrəli, 0.10 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sənəd üzrə torpaq sahəsinin 0.0191 ha hissəsi ümumi istifadədə olan yola düşür, 20058 ha və 0.0133 ha hissələri isə başqa şəxslər tərəfindən inşa edilmiş daş hasarın raxilində yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15.10.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi erazisində yerləşən onun mülkiyyətində olan 23.09.2013-cü il tarixli, **********93 s.estr nömrəli, 0.55 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sənəd üzrə torpaq sahəsinin 0.0141 ha və 0.0111 ha hissələri başqa şəxslər tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 28.10.2019-cu il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 235095,0235096,0235098,0235099 nömrəli çıxarışları ilə mülkiyyətində olan Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.4101 ha, 0.55 ha, 0.1 ha, 0.1 ha torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13.11.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazısində yerləşən onun mülkiyyətində olan 23.09.2013-cü il tarixli, **********47 reyestr nömrəli 0.10 ha torpaq sahəsinin 0.0191 ha hissəsi ümumi istifadədə olan yola düşür. 0.0058 ha və 0.0133 ha hissələri isə başqa şəxslər tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən onun mülkiyyətində olan 23.09.2013-cü il tarixli, **********93 reyestr nömrəli, 0.55 ha torpaq sahəsinin 0.0141 ha və 0.0111 ha hissələri başqa şəxslər tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir, 0.0141 ha hissəsində fərdi yaşayış evi inşa edilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən onun mülkiyyətində olan 23.09.2013-cü il tarixli, **********64 reyestr nömrəli, 0.41011 ha torpaq sahəsinin 0.0799 ha hissəsi ümumi istifadədə olan yola düşür, 0.0443 ha. 0.1202 ha və 0.0312 ha hissələri başqa şəxslər tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir, 0.0312 ha hissəsində isə fərdi yaşayış evi inşa edilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən onun mülkiyyətində olan 23.09.2013-cü il tarixli, **********70 reyestr nömrəli, 0 10 ha torpaq sahəsinin 0.0241 ha hissəsi ümumi istifadədə olan yola düşür, 0.0188 ha və 0.011 ha hissələri başqa şəxslər tərəfindən inşa edilmiş daş hasara alınaraq, fərdi yaşayış evləri inşa edilmişdir. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06.11.2020-ci il tarixli 10/2770 saylı rəyindən müəyyən edilir ki, iş materiallarında olan DƏDRX-nin 4 saylı Əİ tərəfindən verilən 13 noyabr 2019-cu il tarixli **********10 saylı arayışla, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyi fərqlilik təşkil edir. Ekspert vəsatətində baxış keçirilməsinin təşkil olunması xahiş olunsa da, təşkil adilmədiyi səbəbindən iddiaçının mülkiyyətində olan torpaq sahələrində tikinti işlərinin aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də qeyd olunur ki, 13 noyabr 2019-cu il tarixli **********10 saylı arayış və mütəxəssis rəyi nəzərə alınmaqla, iddiaçının mülkiyyətində olan torpaq sahələrində kim və ya kimlər tərəfindən mişar daşı ilə hasara alınaraq tikinti işlərinin aparılıb-aparılmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından ekspertin səlahiyyətlərindən kənardır və məhkəmə tərəfindən qiymət verilə bilər. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20.08.2021-ci il tarixli 10/3621 saylı rəyindən müəyyən edilir ki, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin mütəxəssis arayışına əsasən qeyd olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 23 09.2013-cü il tarixli, **********93 reyestr nömrəli, sənəd üzrə 0.55 ha torpaq sahəsinin 0.011 ha və 0.0141 ha hissələri başqa şəxslər tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir. İddiaçı mülkiyyətində olan 23 09.2013-cü il tarixli, **********64 reyestr nömrəli, sənəd üzrə 0.41011 ha torpaq sahəsinin 0.0799 ha hissəsi ümumi istifadədə olan yola düşür və 0.0312 ha hissəsi Cavabdeh1 istifadəsindədir. İddiaçı İddiaçı mülkiyyətində olan 23 09.2013-cü il tarixli, **********70 reyestr nömrəli, sənəd üzrə 0.10 ha torpaq sahəsinin 0.0058 ha hissəsi Cavabdeh3 və digər payçıların istifadəsindədir. İddiaçı İddiaçı mülkiyyətində olan 23 09.2013-cü il tarixli, **********7 reyestr nömrəli, sənəd üzrə 0.10 ha torpaq sahəsinin 0.0188 ha hissəsi Cavabdeh3 və digər payçıların istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 23 09.2013-cü il tarixli, **********93 reyestr nömrəli, sənəd üzrə 0.55 ha torpaq sahəsinin 0.011 ha və 0.0141 ha hissələri başqa şəxslər tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 23 09.2013-cü il tarixli, **********64 reyestr nömrəli, sənəd üzrə 0.41011 ha torpaq sahəsinin 0.0312 ha hissəsi Cavabdeh1 istifadəsində olduğundan, iddiaçı İddiaçı mülkiyyətində olan 23 09.2013-cü il tarixli, **********70 reyestr nömrəli, sənəd üzrə 0.10 ha torpaq sahəsinin 0.0058 ha hissəsi Cavabdeh3 və digər payçıların istifadəsində olduğundan, iddiaçı İddiaçı mülkiyyətində olan 23 09.2013-cü il tarixli, **********7 reyestr nömrəli, sənəd üzrə 0.10 ha torpaq sahəsinin 0.0188 ha hissəsi Bayramova Hicran Əlibayram qızının, 0.011 ha hissəsi Cavabdeh3 və digər payçıların, yəni X7, Cavabdeh5, Cavabdeh6 Füzuli qızı və X2 istifadəsində olduğu, ekspertizanın rəyi ilə və iş materialları ilə müəyyən edildiyindən iddia tələbi təmin edilməli və qeyd edilən torpaq sahələrinin müvafiq hissələrində cavabdehlər tərəfindən mişar daşı ilə hasara alınmış və inşa edilmiş fərdi yaşayış evlərinin iddiaçının mülkiyyətində olan əkin sahələrinə düşən hissədə sökülməli və həmin sahələr boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki iş üzrə məhkəmə xərcləri 20,40 manat dövlət rüsumundan, 100 manat ekspertiza tədqiqatının dəyərindən və 60 manat mütəxəsiss rəyi verilməsi üçün xərcdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumunun əvəzi müştərək qaydada cavabdehlərdən alınıb iddiaçı Qaragözov Məhəmməd Məmmədağa oğluna ödənilməli və 100 manat ekspertiza xərci müştərək qaydada cavabdehlərdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməli, 60 manat isə cavabdehlərdən alınıb ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 23 09.2013-cü il tarixli, **********64 reyestr nömrəli, sənəd üzrə 0.41011 ha torpaq sahəsinin 0.0312 ha hissəsində Cavabdeh1, iddiaçı İddiaçı mülkiyyətində olan 23 09.2013-cü il tarixli, **********70 reyestr nömrəli, sənəd üzrə 0.10 ha torpaq sahəsinin 0.0058 ha hissəsində Cavabdeh3 və digər payçılar olan X7, Cavabdeh5, Cavabdeh6 Füzuli qızı və X6, iddiaçı İddiaçı mülkiyyətində olan 23 09.2013-cü il tarixli, **********7 reyestr nömrəli, sənəd üzrə 0.10 ha torpaq sahəsinin 0.0188 ha hissəsində Bayramova Hicran Əlibayram qızı və 0.011 ha hissəsində Cavabdeh3 və digər payçılar yəni X7, Cavabdeh5, Cavabdeh6 Füzuli qızı və X6 tərəfindən mişar daşı ilə hasara alınmış və inşa edilmiş fərdi yaşayış evləri sökülsün və həmin sahələr boşaldılaraq İddiaçı verilsin. Cavabdehlər Əliyev Yaşar Muxtar oğlu, Bayramova Hicran Əlibayram qızı, Sadıqov Səxavət Füzuli oğlu, Sadıqov Sahib Füzuli oğlu, Ramazanova Mina Teymur qızı, Cavabdeh6 Füzuli qızı və X1 müştərək qaydada 20,40 manat məbləğində dövlət rüsumuna görə ödənmiş pul alınıb Qaragözov Məhəmməd Məmmədağa oğluna verilsin. Cavabdehlər Əliyev Yaşar Muxtar oğlu, Bayramova Hicran Əlibayram qızı, Sadıqov Səxavət Füzuli oğlu, Sadıqov Sahib Füzuli oğlu, Ramazanova Mina Teymur qızı, Cavabdeh6 Füzuli qızı və X1 müştərək qaydada ekspertiza xərcinə görə 100 manat alınıb Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Cavabdehlər Əliyev Yaşar Muxtar oğlu, Bayramova Hicran Əlibayram qızı, Sadıqov Səxavət Füzuli oğlu, Sadıqov Sahib Füzuli oğlu, Ramazanova Mina Teymur qızı, Cavabdeh6 Füzuli qızı və X1 müştərək qaydada 60 manat tutularaq ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar