Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1152/2024 01.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum aktı qeydinin bərpası” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə onun doğum tarixinin XX.XX.1956-cı il; doğulduğu yer qrafasında Ermənistan Respublikası, Amasiya rayonu; soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”; ata adı qrafasında “X9”; ana adı qrafasında “X6”; milliyyətinin “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə onun doğum tarixinin XX.XX.1956-cı il, doğulduğu yer qrafasında Ermənistan Respublikası, Amasiya rayonu, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X11, ana adı qrafasında X6, milliyyətinin azərbaycanlı kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, 1956-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. X5, anası isə X4r. X5 onun 1 yaşı olarkən, yəni 1957-ci ildə Amasiya rayonunda vəfat etmişdir. X2 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ermənistan- Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci ildən o, ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının bir çox rayonunda qaçqın kimi məskunlaşmışlar. X5 ilə X2 rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar, bu nikahdan o və bacısı anadan olmuşdur. Lakin onun bacısı dünyasını dəyişmişdir. Onun əvvəllər doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin Ermənistandan deportasiya edildikləri zaman X5 ilə X2nın nikah bağladığını təsdiq edən şəhadətnamə, həmçinin atasının, anasının və onun doğum haqqında şəhadətnamələri Ermənistanda qalmışdır. Hazırda o, oğlu ilə birlikdə Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır və uzun müddətdir ki, həmin evdə yaşayır. Hazırda zərurət yarandığı üçün müəyyən sənədləşmə işləri ilə bağlı ona doğum haqqında şəhadətnamə lazım olmuşdur. O, bununla bağlı ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmiş, lakin müsbət cavab ala bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinə imtina cavabı verilmiş, ona doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Qeyd edir ki, bu sənəd ona mənzilin sənədləşdirilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma qardaşı qızıdır. Ərizəçi atası – onun qardaşı X11 Ermənistanda vəfat etmişdir. Ərizəçinin anası isə X6 olmuşdur və ərizəçi Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma bibisi qızıdır. Onun bibisi X1 Məmmədovanın anasıdır və o, X11 ilə ailə həyatı qurmuşdur. Ərizəçi 1956cı ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi XX.XX.1956-cı ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-2563/2023 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpasının həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Buna görə də ərizəçiyə doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi XX.XX.1956-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olması, soyadı, adı, atasının adının Ərizəçi olması, atasının X11, anasının isə X6, milliyyətinin azərbaycanlı olması faktı ərizəçinin izahatı, şahid ifadələri ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Ərizəçi doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları»nda müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 21-ci bəndinə görə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi XX.XX.1956-cı il, doğulduğu yer Ermənistan Respublikası, Amasiya rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X11”, ana adı qrafasında “X6”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1152/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1152/2024
01.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver