Məhkəmə qərarları › İş №2(012)-1154/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1154/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1154/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı qızının, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və cehiz əşyalarının və onun dəyərinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə və cehiz əşyalarının və onun dəyərinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları 01 sentyabr 2017-ci il təvəllüdlü X8 və 2012-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi, Yeni qəsəbə, 8-ci keçid, sağ küçədə yerləşən 3 otaqlı asayiş evinə köçürülməyi və həmin evdə olan, 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd bir nəfərlik çarpayı, 1 ədəd uşaq krovatı, 1 ədəd şkaf; 1 ədəd trimo, 2 ədəd tumba, 2 ədəd künclük, 1 ədəd tirmo qabağı stul, 3 ədəd pərdə; 1 ədəd saat, 4 ədəd slikon yastıq, 1 ədəd slikon yorğan, 3 ədəd yorğan, 1 ədəd iki nəfərlik döşək, 1 ədəd iki nəfərlik yorğan, 1 ədəd pokrval, 4 ədəd döşək, 3 ədəd pastel dəsti; 12 ədəd çexol, 12 ədəd mələfə, 20 ədəd yastıq üzü, 8 ədəd stol süfrəsi, 8 ədəd can dəsmalı, 14 ədəd üz dəsmalı, 24 ədəd çay dəsmalı, 1 ədəd televizor altı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd soyuducu; 1 ədəd televizor, 1 ədəd tozsoran; 1 ədəd qaz peçi, 1 ədəd ütü, 1 ədəd “Tefal” piletka; 1 ədəd sok maşını, 2 ədəd qazan dəsti, 4 ədəd feal qazan, 2 ədəd xrusdal vedrə, 2 ədəd xrusdal güldan; 48 ədəd qab-qacaq dəsdi, 2 ədəd 3 mərtəbə ləpə qabı, 1 ədəd 3 kq-lıq 50 qəpik dolu banka, 2 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbağ, yay-qış paltarı, kosmetik əşyalar, 7 ədəd fen siyahıya alınaraq mühafizə olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 19 noyabr 2020-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 yanvar 2017-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 01 sentyabr 2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Ailə qurduqdan sonra iddiaçı cavabdehin valideynlərinin yaşadığı Beyləqan rayonu, Qəhrəmanlı kəndində olan evə gəlin köçmüşdür. Kənddə yaşadıqları 2 ay müddətində Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Bakı- Şamaxı yolunun sol tərəfi, Yeni qəsəbə, 8-ci keçid, sağ küçədə yerləşən 3 otaqlı fərdi yaşayış evini inşa etmişlər. Evin tikintisi zamanı pula ehtiyacları yarandığı üçün iddiaçının valideynləri onlara pul da vermişdir. İddiaçının birinci nikahından olan 2012-ci il təvəllüdlü Hikmət adlı oğlu var. X12 vəfat etdiyi üçün Hikmət onunla yaşayır. Cavabdeh da əvvəllər ailəli olmuş, nikahı pozulduqdan sonra uşaqları analarının yanında saxlanılmışdır. 05 yanvar 2018-ci il tarixdə iddiaçı cavabdeh və iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi, Yeni qəsəbə, 8-ci keçid, sağ küçədə yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçmüşlər. Ailə qurularkən razılaşmışlar ki, onun cehiz əşyaları birbaşa yeni evə aparacaqlar. Evdə cavabdehə məxsus yalnız mətbəx mebeli olmuşdur. İddiaçı uşaqları ilə birlikdə 13 may 2018-ci il tarixədək mübahisəli evdən qovularkən cavabdehin qonşuluqda yaşayan əmisi Zahid onları öz evinə aparmışdır. 04 iyun 2020-ci il tarixdə iddiaçı anası və iki azyaşlı uşağı ilə birlikdə mübahisəli evə getdikdə evdə kirayəçilərin yaşadığını, evin bir otağı bağlı olsa da, iki otağını kirayəçilər istifadə etdiyini və ona məxsus olan cehiz əşyalarından da istifadə edildiyini görmüşdür. Onlar gecə orada qalsalar da, 05 iyun 2020-ci iltarixdə saat 05 radələrində cavabdeh və onun valideynləri evə gələrək onları evdən çıxartmaq istəmişlər. İddiaçı bu barədə AR DİN “102” xidmətinə məlumat vermiş, polis əməkdaşları gələrək onların izahatlarını almış, iş mülki xarakterli olduğundan bu barədə məhkəməyə müraciət etmək izah edilmişdir. Bakı şəhəri Qaradağ RPİ 10-cu Polis bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 iyun 2020-ci il tarixli qərarı qəbul edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşağın anasının himayəsində saxlanması qət edilmişdir. Mübahisəli ev özbaşına tikilidir, heç kəsin mülkiyyətində deyildir. İddiaçının bütün əşyaları həmin evdədir. İddiaçı 2 azyaşlı uşaqları Uğur və Hikmət ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi, Yeni qəsəbə, 8-ci keçid, sağ küçədə yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi, həmin evdə olan 1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd uşaq çarpayısı, 1 ədəd şkaf, 1 ədəd tirmo, 2 ədəd tumba, 2 ədəd künclük, 1 ədəd tirmo qabağı stul, 3 ədəd pərdə, 1 ədəd saat, 4 ədəd silikon yastıq, 1 ədəd silikon yorğan, 3 ədəd yorğan, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd pokrval, 4 ədəd döşək, 3 ədəd pastel dəsti, 12 ədəd çexol, 12 ədəd mələfə, 20 ədəd yastıq üzü, 8 ədəd stol süfrəsi, 8 ədəd can dəsmalı, 14 ədəd üz dəsmalı, 24 ədəd çay dəsmalı, 1 ədəd televizor altı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd tozsoran, 1 ədəd qaz peçi, 1 ədəd ütü, 1 ədəd tefal isidici, 1 ədəd şirəçəkən, 2 ədəd qazan dəsti, 4 ədəd tefal qazan, 2 ədəd xrustal vedrə, 2 ədəd xrustal güldan, 48 ədəd qab-qacaq dəsti, 2 ədəd 3 mərtəbə ləpə qabı, 1 ədəd 3 kq 50 qəpik dolu banka, 2 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbaq, yay-qış paltarı, kosmetik əşyalar, 7 ədəd fenin siyahıya alınaraq mühafizə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı qızı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək azyaşlı uşaqları, 01 sentyabr 2017-ci il təvəllüdlü X8 və 2012-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi, Yeni qəsəbə, 8-ci keçid, sağ küçədə yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi və həmin evdə olmuş aşağıdakı əşyaların 1 ədəd iki nəfərlik çarpayı; 1 ədəd bir nəfərlik çarpayı; 1 ədəd uşaq kravatı; 1 ədəd şkaf; 1 ədəd trimo; 2 ədəd tumba; 2 ədəd künçlük; 1 ədəd tirmo qabağı stul; 3 ədəd pərdə; 1 ədəd saat; 4 ədəd slikon yastıq; 1 ədəd slikon yorğan; 3 ədəd yorğan; 1 ədəd iki nəfərlik döşək; 1 ədəd iki nəfərlik yorğan; 1 ədəd pokrval; 4 ədəd döşək; 3 ədəd pastel dəsti; 12 ədəd çexol; 12 ədəd mələfə; 20 ədəd yastıq üzü; 8 ədəd stol süfrəsi; 8 ədəd can dəsmalı; 14 ədəd üz dəsmalı; 24 ədəd çay dəsmalı; 1 ədəd televizor altı; 1 ədəd stol; 6 ədəd stul; 1 ədəd divan; 1 ədəd soyuducu; 1 ədəd televizor; 1 ədəd tozsoran; 1 ədəd qaz peçi; 1 ədəd ütü; 1 ədəd “Tefal” piletka; 1 ədəd sok maşını; 2 ədəd qazan dəsti; 4 ədəd tefal qazan; 2 ədəd xrusdal vedrə; 2 ədəd xrusdal güldan; 48 ədəd qab-qacaq dəsti; 2 ədəd 3 mərtəbə ləpə qabı; 1 ədəd 3 kq-lıq 50 qəpik dolu banka; 2 ədəd qızıl üzük; 1 ədəd qızıl qolbağ; yay-qış paltarı; kosmetik əşyalar və 7 ədəd fenin və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, ona məxsus əşyalar mübahisəli evdə olmadığı müəyyən edilmişdir. Beyləqan rayonuna hansı ünvana aparıldığı məlum deyildir. Cavabdeh ona qızıl əşyaları almamışdır.Onun qızılları mərhum əri aldığıdır. O, həmin evə köçürülməsi və əşyalarının alınıb ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izhatında göstərdi ki, iddiaçının köçmək istədiyi ev atasına məxsusdur, ona aidiyyəti yoxdur. Onlara müvəqqəti qalmağa icazə verilmişdir. Hazırda ev başqasına satılmışdır. İddiaçının əşyalarını gəlib götürməsini dəfələrlə təklif etsə də, gəlib götürməmişdir. Axırda Beyləqan rayonunda qardaşının evinə aparmışlar. Qızıl əşyaları isə ümumiyyətlə olamamışdır. Məhkəmədən iddianın qismən, qızıl əşyaları və evə köçürülmə hissəsi istisna olmaqla, digər əşyaların alınıb verilməsi hissəsində təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, o, Cavabdeh atasıdır. İddiaçıya el adəti ilə elçi getmiş, 2017-ci ildə gəlin gətirmişdir. Onlar bir müddət Beyləqan rayonunda yaşamışlar. Onun icarəsində olan Abşeron rayonu, Pirəkəşkül kəndində 0.02 ha torpaq sahəsində 2016-cı ildə ev tikmişdir. Oğlu və gəlininə müvəqqəti yaşamaları üçün icazə vermişdir. Daha sonra onların münasibəti pozulmuş, gəlin atasıgilə çıxıb getmişdir. O da arvadı xəstə olduğu üçün evi X1. İddiaçıya əşyalarını götürməsi təklif edilmiş, lakin o, buna məhəl qoymamışdır. Ondan sonra evdə olan cehiz əşyalarının iddiaçının ata evinə aparmışlar. Lakin onlar qəbul etmədiklərindən Beyləqan rayonundakı evlərinə yerləşdirmişlər Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Beyləqan rayon Qəhrəmanlı qəsəbə Nümayəndəliyi tərəfindən 06.09.2017-ci il tarixdə verilmiş AZ-İİİ 986403 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 01.09.2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. -Beyləqan rayon Məhkəməsinin 30.11.2018-ci il tarixli, 2(020)-1899/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı qızı arasında 02 yanvar 2017-ci ildə Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsi üzrə ərazi nümayəndəliyində qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 01.09.2017-ci ildə anadan olan Uğur adlı uşağın anası İddiaçı qızının yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 30.10.2018-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 110 (bir yüz on) manat aliment tutularaq 01.09.2017-ci ildə doğulmuş Uğur adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı qızına verilməsi, Cavabdeh 30 manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. -21.10.2020-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, ünvana baxış keçirilərkən tamamilə boş olduğu müəyyən etmişlər, hər hansı əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə borclu Cavabdeh artıq 5 aydan artıq müddətdir ki, Beyləqan rayonu, Qəhrəmanlı kəndində yaşadığını, icra sənədində göstərilmiş əmlakların qızıl-zinət əşyaları istisna olmaqla Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində yerləşdiyi qətnamə qəbul ediləcəyi müddətdə tələbkarın əmlakları arasında ümumiyyətlə olmadığı barədə etiraz edəcəyini vurğulamışdır. -Fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərdə İddiaçı qızının üzərində 2 ədəd üzük, 1 ədəd qızıl qolbağ əks olunmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0.02 ha torpaq sahəsi X3 adına ********** qeydiyyat nömrəsi ilə 02.11.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 883 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı qızı Cavabdeh ilə 02 yanvar 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahlarından 01 sentyabr 2017-ci il təvəllüdlü övladları X8 anadan olmuşdur. Aytən Tohidi Cavabdehla ailə qurduqdan sonra cavabdehin valideyinlərinin yaşadığı Beyləqan rayonunun Qəhramanlı kəndində olan evə gəlin köçmüşdür. Qəhramanlı kəndində müəyyən müddət yaşadıqdan sonra 05 yanvar 2018-ci il tarixdə iddiaçı cavabdeh və iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi, Yeni qəsəbə, 8-ci keçid, sağ küçədə yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçmüşlər. Cavabdeh ilə iddiaçının münasibətləri pozulmuş və Beyləqan Rayon Məhkəməsinin 2(020)1899/2018 saylı, 30 noyabr 2018-ci il ar qətnaməsi ilə Cavabdeh ilə İddiaçı qızı arasında 02 yanvar 2017-ci ildə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsi üzrə ərazi nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan olan 01 sentyabr 2017-ci il təvəllüdlü X8 anası Aytənin yanında saxlanılmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi, Yeni qəsəbə, 8-ci keçid, sağ küçədə yerləşən 3 otaqlı fərdi yaşayış evindən çıxarıldığından, həmin fərdi yaşayış evinə köçürülmə və cehiz əşyalarının və onun dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarına istinad edir. İddia tələbinə obyektiv və düzgün hüquqi qiymət verilməsi üçün zəruri 3 hal araşdırılmalıdır - 1) şəxs köçmək istədiyi evdə yaşamışdırmı; 2) şəxs yaşadığı yerdən məhrum edilmişdirmi; 3) bu məhrum etmə qanunidirmi. Bunlar üçün də köçürülmə tələb edilən evin mövcud olması və evin hüquqi rejimini müəyyən edən sənədlərinin olması; iddiaçının belə tələb irəli sürməyə hüququnun olması və bu tələbə məhz cavabdehin cavab verməli olması zəruri şərt kimi müəyyənləşdirilməlidir. Əlavə olaraq müəyyən edilməlidir ki, hüquq münasibəti hansı zaman yaranmışdır ki, mübahisəyə də həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilə bilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Əmlak hüquqları sahiblik, istifadə və sərəncam hüquqları ilə yanaşı digər – ipoteka, servitut və digər hüquqlardan ibarətdir. 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Göründüyü kimi, mənzilə köçürmə tələbinin əsas və yeganə məqsədi, tələb edəni mənzildə yerləşdirməklə, onun mənzildən istifadəsinin təmin olunmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçı köçürülməsini tələb etdiyi ev üzərində cavabdehin hansısa sərəncam vermək səlahiyyətinin olub-olmamasını, ümumiyyətlə evin hüquqi rejimi barədə hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə işdə olan sübutlar təsdiq edir ki, evin yerləşdiyi torpaq sahəsi cavabdehin atasının qanuni sahibliyində olmuş, orada ev inşa etmiş, hazırda isə evi üçüncü şəxsə satmışdır. Yəni iddiaçının köçürülməsini tələb etdiyi evin cavabdehin heç bir aidiyyəti yoxdur. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ da saxlanmır. Məhkəmə hesab edir ki, iddia tələbi mənzilə köçürülmə hissəsində öz təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı qızı gəlin köçərkən Cavabdeh evinə özü ilə cehiz əşyaları aparmışdır. Hazırda tərəflərin ailə münasibətləri pozulmuş və ayrılmışlar. Həmin əşyaların mülkiyyətçisinin isə özgəsinin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etmək hüququ vardır. Cavabdeh qızıl-zinət əşyalarından başqa, digər əşyaların mövcud olduğunu və iddiaçının gəlib götürə biləcəyini təsdiq etmişdir. Məhkəmə qızıl-zinət əşyları ilə bağlı iddiaçıya sübutlar təqdim etməyi təklif etmiş, lakin iddiaçı heç bir tutarlı sübut təıqdimm edə bilməmişdir. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələbində qeyd olunan qızıl-zinət əşyalarından başqa əmlakların mövcudluğu sübut olunur. Lakin qızıl-zinət əşyları ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut iddia ərizəsinə əlavə olunmamış, məhkəməyə də təqdim edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, cehiz əşyaları ilə bağlı hissədə iddia təmin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdehə məxsus evdə olduğu müəyyən edilən əşyaların dəyərinin alınması üçün əsas yoxdur, həmin əşyalar naturada mövcud olduqları üçün onların özləri iddiaçıya qaytarılmalı, əşyaların dəyərinin cavabdehdən alınması hissəsində də iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutub hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus olan 1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd uşaq çarpayısı, 1 ədəd şkaf, 1 ədəd tirmo, 2 ədəd tumba, 2 ədəd künclük, 1 ədəd tirmo qabağı stul, 3 ədəd pərdə, 1 ədəd saat, 4 ədəd silikon yastıq, 1 ədəd silikon yorğan, 3 ədəd yorğan, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd pokrval, 4 ədəd döşək, 3 ədəd pastel dəsti, 12 ədəd çexol, 12 ədəd mələfə, 20 ədəd yastıq üzü, 8 ədəd stol süfrəsi, 8 ədəd can dəsmalı, 14 ədəd üz dəsmalı, 24 ədəd çay dəsmalı, 1 ədəd televizor altı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd tozsoran, 1 ədəd qaz peçi, 1 ədəd ütü, 1 ədəd tefal isidici, 1 ədəd şirəçəkən, 2 ədəd qazan dəsti, 4 ədəd tefal qazan, 2 ədəd xrustal vedrə, 2 ədəd xrustal güldan, 48 ədəd qab-qacaq dəsti, 2 ədəd 3 mərtəbə ləpə qabı, 1 ədəd 3 kq 50 qəpik dolu banka, yay-qış paltarı, kosmetik əşyalar, 7 ədəd fen cavabdehdən alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı qızına məxsus olan 1 ədəd 2 nəfərlik çarpayı, 1 ədəd 1 nəfərlik çarpayı, 1 ədəd uşaq çarpayısı, 1 ədəd şkaf, 1 ədəd tirmo, 2 ədəd tumba, 2 ədəd künclük, 1 ədəd tirmo qabağı stul, 3 ədəd pərdə, 1 ədəd saat, 4 ədəd silikon yastıq, 1 ədəd silikon yorğan, 3 ədəd yorğan, 1 ədəd 2 nəfərlik döşək, 1 ədəd 2 nəfərlik yorğan, 1 ədəd pokrval, 4 ədəd döşək, 3 ədəd pastel dəsti, 12 ədəd çexol, 12 ədəd mələfə, 20 ədəd yastıq üzü, 8 ədəd stol süfrəsi, 8 ədəd can dəsmalı, 14 ədəd üz dəsmalı, 24 ədəd çay dəsmalı, 1 ədəd televizor altı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd tozsoran, 1 ədəd qaz peçi, 1 ədəd ütü, 1 ədəd tefal isidici, 1 ədəd şirəçəkən, 2 ədəd qazan dəsti, 4 ədəd tefal qazan, 2 ədəd xrustal vedrə, 2 ədəd xrustal güldan, 48 ədəd qab-qacaq dəsti, 2 ədəd 3 mərtəbə ləpə qabı, 1 ədəd 3 kq 50 qəpik dolu banka, yay-qış paltarı, kosmetik əşyalar, 7 ədəd fen və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar