Məhkəmə qərarları › İş №2(012)-1172/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1172/2021

17.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1172/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X7 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi X7 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, doğum haqqında şəhadətnaməsində yazıldığı kimi, doğum tarixinin 23.09.1967-ci il, soyadının Əsgərov və ata adının Knyaz olmaqla düzəliş edilərək Maraqlı şəxsnə yeni şəhadətnamə verilməsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizəçi X7 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəsində Ermənistan Respublikası Amasiya rayonu VVAQ şöbəsi tərəfindən 21.05.1975-ci il tarixdə ona verilmiş doğum haqqında şəhadətnaməyə əsasən Maraqlı şəxsndə doğum qeydinin bərpasını xahiş etmişdir. Ərizəçi X7 məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, o, 23.09.1967-ci il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunun Amasiya kəndində anadan olmuş, atası X10, anası X4r. Məlum hadisələrlə əlaqədar olaraq onlar qaçqın düşən zaman onun doğum haqqında şəhadətnaməsi itdiyi üçün yeni şəxsiyyət vəsiqəsi alarkən onun doğum tarixi XX.XX.1967-ci il, soyadı “Əskərov”, ata adı isə “Knyaz” kimi qeyd olunmuşdur. Əslində isə doğum haqqında şəhadətnaməsindən göründüyü kimi onun təvəllüdü 23.09.1967-ci il, soyadı “Əsgərov”, ata adı isə “Knyaz” kimi qeyd olunmuş və doğru olan məlumatlar da məhz budur. Bu kimi hallar, sənəddə olan yanlış məlumatlar ona müəyyən problemlər yaradır, belə ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməməsi ona şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi kimi ciddi problem yaradır. Eyni zamanda bildirdi ki, doğum haqqında şəhadətnamədə təvəllüdündə ay və gün yazısının mürəkkəbi pozulmuşdur. Ona görə də şəhadətnamənin təqdim edildiyi yerlərdə problemlər yaranır. Odur ki, qeyd etdiklərinə əsasən məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 20.12.1959-cu il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunda anadan olmuşdur. O, böyük xalasının oğlu Ərizəçi Knyaz oğlu ilə eyni rayonda eyni kənddə qonşu yaşamışlar. Şəmistan orta məktəbi orada bitirib, ali təhsilini Bakıda almışdır. 1988-ci ildə məlum hadisələrlə əlaqədar o, Daşkəsən rayonuna gəlmiş, sonra isə Şəmistanın atası Abşeron rayonunda onlara torpaq sahəsi vermiş və torpaq sahəsində ev tikib Ş.K.Əskərov ilə qonşu kimi burada məskunlaşmışlar. Ərizəçi Knyaz oğlunun bütün sənədləri qaydasında olmuş, atası X10, anası X4r. Ailənin 4 qardaş və 2 bacı olmaqla 6 övladı olmuş, Ş.K.Əskərov isə 23.09.1967-ci il tarixdə anadan olmuşdur. Hər zaman birbirlərinin ad günlərində iştirak etmişlər. Ona görə də Şəmistanın ad günü onun dəqiq yadındadır. Şəmistan özünə məxsus doğum haqqında şəhadətnaməni əvvəllər itirmişdi, dediyinə görə yaxın vaxtlarda şəhadətnaməni tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 28.01.1963-cü il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunda anadan olmuş, Ərizəçi Knyaz oğlu ilə eyni rayonda eyni kənddə qonşu yaşamışlar. Məlum hadisələrlə əlaqədar olaraq onlar qaçqın kimi Bakıya gəlmiş, hazırda da Şəmistan ilə qonşu yaşayırlar. Ərizəçi Knyaz oğlunun atası X10, anası X4r. O, Şəmistandan 4 yaş böyükdür. Ailəvi gediş-gəlişləri var, mehribandırlar. Bir-birinin xeyir işlərində ad günlərində iştirak edirlər. Ona görə də Şəmistanın təvəllüdü onun dəqiq yadında saxlamışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsindən görünür ki, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Asan-Sumqayıt tərəfindən 09.06.2017-ci il tarixdə verilmiş AZE ********* seriya nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi XX.XX.1967-ci il tarixdə Ermənistan Amasiya rayonunda anadan olmuş, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 276 saylı evdə qeydiyyatdadır. -Amasiya rayon VVAQ şöbəsi tərəfindən verilmiş 21.05.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən (Təkrarı) görünür ki, X7 23.09.1967-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Amasiya kəndində anadan olmuş, bu barədə doğumun qeydiyyat tarixi kimi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 21.05.1975-ci il tarixdə 36 saylı qeydiyyat aparılmışdır. Atası: X10, anası X4r. -Maraqlı şəxs 21.11.2020-ci il tarixli 051Q-1314115 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir Araşdırma zamanı müəyyən edilmişdir ki, doğum haqqında şəhadətnamədə doğum tarixi 23.09.1967-ci il olmasına baxmayaraq, şəxsiyyət vəsiqəsində doğum tarixi XX.XX.1967-ci il yazılmışdır. Soyadı şəxsiyyət vəsiqəsində “Əskərov”, atanın adı “Qnyaz” yazılmasına baxmayaraq, doğum şəhadətnamədə “Əsgərov”, “Knyaz yazılmışdır. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. -4 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir sahəsi tərəfindən verilmiş 24.11.2020-ci il tarixli 5626 saylı arayışdan görünür ki, X1 rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 276 saylı evdə yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə zamanı ərizəçinin izahatı, şahid ifadələri və eləcə də, məhkəmə iclasında tədqiq edilmiş ərizəçinin şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnaməsi ilə müəyyən olundu ki, həqiqətən də X7 23.09.1967-ci il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunun Amasiya kəndində anadan olmuş, atası X10, anası X4r. Belə ki, Amasiya rayon VVAQ şöbəsi tərəfindən verilmiş 21.05.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adı digər sənədlərlə və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, ərizəçi X2 ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, X2 23.09.1967-ci il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunun Amasiya kəndində anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi 23.09.1967-ci il, doğulduğu yer, Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonu Amasiya kəndi soyadı, adı, atasının adı qrafasında “X7”, ata adı qrafasında “X10”, ana adı qrafasında “X8” milliyyəti «Azərbaycanlı» kimi qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 23.09.1967-ci il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunun Amasiya kəndində doğulması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilsin. Yeni şəhadətnamədə X2 doğum tarixi 23.09.1967-ci il, doğulduğu yer Ermənistan Sovet Sosialist Respublikası Amasiya rayonunun Amasiya kəndi, soyadı, adı, atasının adı qrafasında «X7», ata adı qrafasında «X10», ana adı qrafasında isə «X8», milliyyəti «Azərbaycanlı» kimi qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar