Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1173/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 məxsus ünvan 1ində yerləşən mənzilə onların istifadə hüququnun tanınması və mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında izahatında bildirdi ki, o, İddiaçı2 ilə xx.xx.2015-ci il tarixdə ailə qurmuşdur. Həyat yoldaşı atası X4 məxsus ünvan 1ində yerləşən 4 otaqlı mənzilə atasının razılığı ilə gəlin gətirmiş, özü isə həmin mənzildə doğulmuş və həmin mənzildə böyümüşdür. Son aylara qədər də ailəsiylə birlikdə həmin mənzildə yaşamışlar. Hal-hazırda yoldaşının cehiz əşyaları da həmin mənzildə qalmaqdadır. Lakin atası onu, həyat yoldaşı İddiaçı2 və oğlu X3 həmin mənzildən qovaraq evdən çıxarmışdır. Həmin mənzilin təmirinə onun qaynı X8 həm maddi, həmdə usta kimi kömək etmişdir. Atası onları qovandan sonra o, azyaşlı övladıyla küçələrdə qalmışdır, qalmağa yeri yoxdur. Maddi vəziyyətləri günü gündən pisləşir. Onun və ailə üzvlərinin həmin mənzildə yaşamaq və istifadə hüquqları yaranmışdır. Həmin mənzilin yerləşdiyi torpaqda o, öz qazancıyla ev tikmiş, lakin yarımçıq qalmışdır. Ancaq atası onu ümumiyyətcə həyətə yaxın buraxmamışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmədə digər İddiaçı1 izahatına uyğun izahat verdi. Cavabdeh Əliyev Ələmdar Hüseyn oğlu məhkəmə iclasında izahatında bildirdi ki, o, İddiaçı1 atasıdır. Onun yoldaşı epilepsiya xəstəsidir. Evdə səs-küy olduğundan bu yoldaşına mənfi təsir göstərir. Mənzilin heç bir sənədi yoxdur. Əgər oğlu evin kommunal xərclərini ödəməkdə ona köməklik etsə, iddiaçıların mənzilə köçürülməyinə etiraz etmir. O, məhkəmə prosesi zamanı ərizə təqdim edərək, bildirmişdir ki, iddianı qismən qəbul edir. Oğlu İddiaçı1 və gəlini İddiaçı2 sözügedən mənzilə köçürülməyinə etiraz etmir. İş materiallarında olan Qax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 034776 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında xx xxxxxx 2015-ci il tarixində 106 №-li nikah qeyd bağlanmışdır. İş materiallarında olan 4 saylı “Bakı Asan Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 830530 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası İddiaçı1, anası isə İddiaçı2dır. İş materiallarında olan 5 saylı “Bakı Asan Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 077060 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2018-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası İddiaçı1, anası isə İddiaçı2dır. İş materiallarında olan JN-0833, Kod 30800108 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, ünvan 1ində yerləşən 1.12 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixdə qeydiyyat kitabında 8647 nömrə ilə X2 mülkiyyətinə qeydə alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları araşdırılarkən və tərəflər dinlənilərkən müəyyən edildi ki, iddiaçılardan İddiaçı1 cavabdeh X2 doğma oğludur. İddiaçı1 mübahisəli daşınmaz əmlakda atası ilə birlikdə əmlakın əldə edilməsi vaxtından yaşamağa başlamış, digər İddiaçı2 isə İddiaçı1 ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olduqdan sonra ailə üzvü kimi qəbul edilərək mübahisəli fərdi yaşayış evinə gəlin köçərək cavabdehlə birgə təsərrüfat aparmışdır. Həmçinin məhkəmədə süburların tədqiqatı zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1ində yerləşən 1.12 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixdə qeydiyyat kitabında 8647 nömrə ilə X2 mülkiyyətinə qeydə alınmış,lakin həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi isə qeydiyyatdan keçməmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunacaq qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddianın ünvan 1i ərazisindəki torpaq sahəsindəki mənzilə iddiaçıların istifadə hüququnun tanınması hissəsi rədd edilməli, fərdi yaşayış evinə köçürülmə hissəsi isə təmin edilməlidir. Belə ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göründüyü kimi, iddiaçıların istifdə hüququnun yaranması üçün hazırki işdə yuxarıda qeyd olunan normalar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia tələbi fərdi yaşayış evinə köçürülmə hissədə təmin olunmaqla iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1i ünvanında yerləşən evə köçürülməlidilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüuqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 cavabdehlə birlikdə ünvan 1i ünvanında yerləşən mənzilə dair “qanuni gözləntiyə” malik hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda ünvan 1i ünvanında yerləşən evə cavabdehin hüquqdan sui-istifadə etmələri iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın bu hissəsinin təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçıların da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 məxsus ünvan 1i ərazisindəki torpaq sahəsindəki evə köçürülsün. İddia tələbi iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1ində yerləşən evə istifadə hüquqlarının tanınması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1173/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1173/2021
03.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver