Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1180/2023 04.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğumun qeydə alınması faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə 04 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2001-ci ildə Bakı şəhərində oğlan uşağı doğmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizəsini dəqiqləşdirərək onun xx.xx.2001-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində “Əli” adlı oğlan uşağı doğmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X14 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahlarını xx.xx.1992-ci ildə Maraqlı şəxsndə nikahın bağlanması haqqında akt qeydləri kitabında 412 sayla qeyd edilmişdir. C.İmaməliyev ilə birgə nikahlarından xx.xx.2001-ci ildə Abşeron rayonunda oğlan uşaqları (X17) doğulmuşdur. C.İmaməliyev ilə birgə nikahlarından doğulmuş xx.xx.2001-ci il təvəllüdlü Əli yaşadıqları evdə doğulduğundan ona doğum haqqında şəhadətnaməsi almaq mümkün olmamışdır. Ev şəraitində doğulmuş oğlan uşağı hazırda sağlam olmaqla Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X31 Hökməli Ailə Sağlamlıq Mərkəzində tibbi qeydiyyatdadır. xx.xx.2001-ci il təvəllüdlü Əli adlı uşağının adına doğum haqqında şəhadətnamə verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etsə də, doğum faktının təsdiq edilməsi və doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Onun xx.xx.2001-ci ildə Bakı şəhərində oğlan uşağı doğmağı faktının müəyyən edilməsi uşağa doğum haqqında şəhadətnaməsi verilməsi məqsədilə zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi və bildirdi ki, oğlu Əlinin doğum tarixi 06 aprel 2001-ci ildir.Ərizədə düzgün qeyd edilməyib,Bu nəzərə alınsın. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, ərizəçinin anasıdır. Qızı 7 uşaq doğmuş, onlardan 6-sı oğlan, 1-i qızdır. Nəvəsi Əlidən başqa bütün uşaqlarına doğum haqqında şəhadətnamə alınmışdır. Əli xx.xx.2001-ci ildə ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Xanmara Mirnağıyeva ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Əli 06 aprel 2001-ci ildə Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evdə doğulmuşdur. O da bir qonşu kimi uşağın doğulmasından məlumatı olmuşdur. Mülki iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X1 arasında 11 dekabr 1992-ci ildə rəsmi nikah daxil olmuş, arvada İmaməliyeva soyadı verilmişdir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ilə X6 rəsmi nikahlarından xx.xx.1994cü ildə X9, xx.xx.1996-cı ildə X16, xx.xx.1999-cu ildə X10, xx.xx.2013-cü ildə X7 doğulmuşdur. Mülki iş materiallarında olan “Abşeron rayon Mərkəzi Xəstəxanası” X31 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X17 həqiqətən xx.xx.2001-ci il saat: 04:00-da evdə doğulub. Hökməli ASM-də tibbi qeydiyyatdadır. Mülki iş materiallarında olan Abşeron RİHB-nın İƏD üzrə Nümayəndəliyi xx.xx.2022ci il tarixli arayışdan görünür ki, xx.xx.2001-ci ildə anadan olmuş X8 doğum haqqında şəhadətnaməsi olmadığı üçün qeydiyyata düşməmişdir. Mülki iş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, doğum haqqında №103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün doğumun qeydiyyata alınması imkan xaricindədir. Maraqlı şəxs doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edir. Mülki iş materiallarında olan Abşeron rayon Təhsil Şöbəsi Hökməli qəsəbə tam orta məktəb tərəfindən X11 verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, onun doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığına görə Hökməli qəsəbə tam orta məktəbə qəbul edilməmişdir. Mülki iş materiallarında olan Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X17 həqiqətən 2001-ci il təvəllüdlüdür və aşağıdakı ailə tərkibi var: atası X5-1969, anası Ərizəçi-1972, qardaşı X12-1992, qardaşı X9-1994, qardaşı X7-2013, qardaşı X13, bacısı X18-1999. Mülki iş materiallarında olan Abşeron rayon İHB-nın Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 2001-ci ildə anadan olmuş X2 qəsəbəsində yaşadığı müddət ərzində onun barəsində indiyədək Hökməli qəsəbə İƏDÜ nümayəndəliyə istər şifahi, istərsə də yazılı surətdə şikayət daxil olmayıb. Mülki iş materiallarında olan Abşeron rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış Şöbəsi tərəfindən verilmiş çağırış vərəqəsindən görünür ki, X17 xx.xx.2022-ci il saat 09:00 hərbi xidmətə yola düşmək üçün rayon idarəsinə gəlməsi əmr edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Ərizəçi X14 ilə xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onların bu nikahlarından yeddi övladı olmuşdur. xx.xx.2001-ci ildə Abşeron rayonu Hökməli kəndində Əli adlı oğlu doğulmuşdur. Həmin uşaq yaşadıqları evdə doğulduğundan ona doğum haqqında şəhadətnaməsi almaq mümkün olmamışdır. Ərizəçi xx.xx.2001-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində “Əli” adlı oğlan uşağı doğmağı faktı ərizəçinin özünün izahatı, mülki işə əlavə edilmiş sənədlər ilə bərabər, məhkəmə iclasında şahidlərin ifadələri ilə də təsdiq olunur. Ona görə də, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməli, Ərizəçi xx.xx.2001-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində “ Əli” adlı oğlan uşağı doğmağı faktının müəyyən edilməlidir.Qaldı ki, işdə olan bəzi sənədlərdə həmin uşağın doğum gününün 07 aprel 2001-ci il kimi qeyd edilməsinə, ərizəçnin izahatından və şahidlərin ifadələrindən göründüyü kimi həmin uşaq 06 aprel 2001-ci il tarixdə Abşeron rayonu Hökməli kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2001-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində “Əli” adlı oğlan uşağı doğmağı faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1180/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1180/2023
04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver