Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1182/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırda zərurət yarandığından qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 30,6 (otuz manat, altmış qəpik) manat məbləğində dövlət rüsumunu MilliÖn elektron ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü ildə saat 13:00-da Dövlət Büdcəsinə ödəmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Əsədova X4 Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi verilməsi üçün 335,5 (üç yüz otuz beş manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunu MilliÖn elektron ödəmə sistemi vasitəsilə xx.xx.2025-ci ildə saat 14:06-da Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh qaytarılsın. İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair 2(012)-1182/2025 saylı mülki iş üzrə MilliÖn elektron ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən ödənilmiş 30,6 (otuz manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı, MilliÖn elektron ödəmə sistemi vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən ödənilmiş 335,5 (üç yüz otuz beş manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Cavabdeh qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1182/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1182/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver