Məhkəmə qərarları › İş №2(012)-1192/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1192/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1192/2024 27.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-ya qarşı müqavilə öhdəliklərinin icra edilməsi və müqavilə predmeti olan mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilmiş, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kv.metr ibarət 1 otaqlı 80 nömrəli mənzilin xx.xx.2016-cı il tarixli TM-0090 saylı mənzilin alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndinin “e” yarımbəndinə əsasən qazla təchiz olunaraq və “g” yarımbəndinə əsasən ilkin təmir işləri (ağ sııvaq, santexnika və elektrik işləri) görülərək qısa müddət ərzində mənə təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun, məhkəmə üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh “AAAF-İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) arasmda bağlanmış xx.xx.2016-cı il tarixli TM-0090 saylı Mənzilin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında, "AAAF Park1' yaşayış massivinin 19 saylı küçəsində inşa edilən, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kv.m. ibarət 1 otaqlı 80 nömrəli mənzili ilkin ödəniş qismində 4044 manat ödənilməklə, qalıq 40891.00 manat məbləğini 120 ay müddətinə hissə-hissə ödənilməsi şərti ilə ona satılmışdır. Onunla “AAAF-İNŞAAT" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli TM-0090 saylı Mənzilin alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən mənzil ona “e” yarımbəndinə əsasən qazla təchiz olunaraq və “g” yarımbəndinə əsasən ilkin təmir işləri {ağ suvaq, santexnika və elektrik işləri) görülərək təhvil verilməlidir. Və həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən onun da Cəmiyyətdən bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin vaxtında icrasını tələb etmək hüququ vardır. Lakin Cəmiyyət onunla “AAAF-İNŞAAT" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli TM-0090 saylı Mənzilin alqı-satqı müqaviləsinin 2.2.4-cü bəndinin “e” yarımbəndinə və “g” yarımbəndində nəzərdə tutulmuş vəzifələrini bu günə qədər icra etməyibdir. Göstərilən səbəbdən də o, mənzili təhvil alaraq təmir işlərinə başlaya bilmir və nəticədə cavabdeh tərəfindən mənzilin təhvil verilməsinin gecikdirilməsi ona ziyan dəyməsi ilə o, “AAAF-İNŞAAT" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivində yerləşən ofisinə dəfələrlə gedərək qeyd etdiyi problemin həll olunmasını şifahi şəkildə tələb etmiş, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmçinin rəsmi məktubla cavabdehə müraciət olunaraq xx.xx.2016-cı il tarixli TM-0090 saylı Mənzilin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında. “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilmiş, A saylı yaşayış binasında, mərtəbə 14, Ümumi sahəsi 47.3 kv.m. ibarət 1 otaqlı 80 nömrəli mənzili həmin müqavilənin 2.2.4-cü bəndinin “e” yarımbəndinə və “g” yarımbəndində nəzərdə tutulmuş vəziyyətdə qısa müddət ərzində təhvil verməyinizi tələb olunmuş, lakin müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Məsələnin məhkəmədən kənar həll olunmasına bir neçə dəfə cəhd etsə də sonda cavabdeh “AAAF-İNŞAAT" MMCnin qanunsuz hərəkətləri ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, hal-hazırda bina hazırdır və mənzillər sakinlərə verilir. Bu iş üzrə MMC vəzifələrinin icrasından yayınmır. İddiaçının tələb etdiyi mənzilin ilkin təmir işlərinin aparılması hissəsində haqlıdır. Lakin başqa alıcılar MMC-dən təmiri yox, onun dəyərini tələb etdikləri üçün, iddiaçıya bununla bağlı təklif edilmiş, iddiaçı MMC ilə razılaşmamışdır. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2016-cı il tarixli TM-0090 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cəmiyyət Abşeron rayonu Xırdalan şəhəri, H Əliyev prospekti 167 ünvanında "AAAF-Park" yaşayış massivinin 19 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina A, mərtəbə 14, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz yığınaq yeri balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 47.3 kv.metr ibarət, 1 otaqlı 80 №-li mənzili Alıcıya təhvil verməyi Alıcı isə bunun qarşılığında Cəmiyyətə 44935 manat pul vəsaitiri müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Müqavilə üzrə mənzilin 1 (bir) kv. m.-lik sahəsinin qiyməti 950.00 manat olmaqla, müqavilənin qiyməti cəmi 44,935.00 manat müəyyən edilmişdir. Alıcı, müqavilə qiymətindən 4,044.00 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 40.891.00 manatlıq məbləği 120.00 ay müddətinə mənzil təhvil verildikdən sonra ödəniş etməyi və kredit məbləğinin 1%-i məbləğində (409.00 manat) komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. Həmçinin müqavilənin 2.2.4-cü bəndinə əsasən “e” yarımbəndinə əsasən mənzil qazla təchiz olunur, “g” yarımbəndinə əsasən ilkin təmir işləri görülür (ağ suvaq, santexnika və elektrik işləri). Mülki Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş qaydada İddiaçı təhvil verilməli, təhvil aldıqdan sonra İddiaçı müqavilə üzrə qalıq qalmış 40.891 manat pulu 120.00 ay müddətinə ödəməlidir. Lakin İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, MMC mübahisə predmetini təşkil edən 47,3 kv.metrlik mənzili alıcıya təhvil verməmişdir. Bundan əlavə müqavildədə nəzərdə tutulmuş mənzilin qazla təchiz edilməsi və ilkin təmir işlərinin görülməsi öhdəliyi də MMC tərəfindən həyata keçirilməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. İşin halları və qeyd edilən qanunvercilik normaları baxımından iddiaçının alıcı olaraq həmin müqavilə üzrə aldığı mənzilin ona təhvil verilməsi barədə "xxxx" MMC-dən tələb etmək hüququ, MMC-nin isə ağlabatan müddətdə icra etmək öhdəliyi vardır. İş materialında olan cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanan xəbərdalıq məktubunun məzmunundan aydın olur ki, mübahisəli mənzilin inşası yekunlaşmışdır və təhvil verilmək üçün hazırdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilmiş, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kv.metr ibarət 1 otaqlı 80 nömrəli mənzil qazla təchiz olunaraq və ilkin təmir işləri (ağ suvaq, santexnika və elektrik işləri) görülərək iddiaçıya təhvil verilməli, həmçinin ödənilmiş dövlət rüsumu 100 manat pul cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilmiş, A saylı yaşayış binasında, mərtəbə 14, ümumi sahəsi 47.3 kv.metr ibarət 1 otaqlı 80 nömrəli mənzil qazla təchiz olunaraq və ilkin təmir işləri (ağ suvaq, santexnika və elektrik işləri) görülərək İddiaçı təhvil verilsin. "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumuna görə 100 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar