Məhkəmə qərarları › İş №2(012)-1211/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1211/2023

27.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1211/2023 27.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 vəkilinümayəndəsi Vəkil qzının iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair ilk, Cavabdeh3 İddiaçı qarşı cehiz əmlakların mənzildən çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə 27 mart 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzbati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiamı təmin etməklə, onun Abşeron rayonu Digah kəndində son vaxtlar yaşadığı və cehiz əşyalarının yerləşdiyi ikimərtəbəli özbaşına tikilmiş evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəbrayıl rayon Dağ Tumas kənd sakini, faktiki olaraq Bakı şəhəri Sabunçu rayonu Əliyar Əliyev küçəsi (keçmiş Anaşkin) küçəsində yaşayan X11 ilə el adəti ilə ailə quraraq, nikahlarını 05 aprel 2016-cı il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 380 №-İi akt qeydi ilə qeydiyyata aldırmışlar. O, toydan sonra cavabdehlərin Bakı şəhəri Sabunçu rayonu Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində qanunsuz tikərək yaşadıqları evə gəlin köçmüşdür. Müəyyən müddət orada yaşadıqdan sonra o və həyat yoldaşı Abşeron rayonu Digah kəndində yerləşən digər bir evə köçməli olmuşlar. Həmin ev həyat yoldaşı tərəfindən alınmışdır. Həmin ərazidə heyvan saxladığına görə həmin evi özlərininki bilərək ora köçüb yaşamağa başlamışlar. 2020-ci ilin yanvar ayının 12-də həyat yoldaşı X23 kəndində yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmiş, onun dəfn mərasimi onun atası və onun tərəfindən keçirilmişdir. Onun ölümündən sonra ona qarşı münasibət kəskinləşdiyindən müəyyən müddət atasıgildə yaşamağa başlamışdır. Lakin sonradan hiss etmişdir ki, o cavabdehlər üçün ümumiyyətlə maraqlı deyil, belə ki yol-nəqliyyat hadisəsi ilə bağlı olaraq zərərçəkmiş şəxsin hüquq varisi kimi tanınmalı olmağına baxmayaraq, onu həmin prosesə cəlb olunmağına imkan verməyərək, təqsirləndirilən şəxslə barışaraq, onunla müəyyən razılığa gəlmişlər. Bundan sonra həyat yoldaşı ilə yaşadıqları və özlərininki bildiyi evə köçüb yaşamaq istəsə də, ona imkan verməmişdilər. Sonradan məhkəmədə iddia qaldırmaq üçün vəkillə müqavilə bağlamış və sorğulara gələn cavablardan müəyyən etmişdir ki həmin evin qaz və işıq sayğacı Muradın qardaşının adınadır, halbuki həmin ev onun həyat yoldaşı tərəfindən alınmışdır və usta olduğuna görə evin natamam olan bəzi işlərinidə özü təmir etmişdir. Hal-hazırda onun cehiz əşyaları həmin evdədir. Hal-hazırda onun yaşayış sahəsinə ehtiyacı vardır, Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı Əmirədditı qızına məxsus olan qonaq dəsti- şüşəli dolab-1 ədəd, yemək masası-1 ədəd, oturacaq – 6 ədəd, divan – 1 ədəd, kreslo-2 ədəd, şüşə balaca masa-1 ədəd,yataq dəsti- dolab-1 ədəd, çarpayı-1 ədəd, güzgülü kamod-1 ədəd, əşyalar- Paıtaryuyan maşın – 1 ədəd, tozsoran-1 ədəd, çıl-çıraq-1 ədəd, xalça-1 ədəd, yorğan döşək dəsti- 1 ədəd, güldan-1 ədəd,qazan dəsti-1 ədəd olan cehiz əmlakının ilkin iddiaçının hesabına Abşeron rayonu, Digah qəsəbəsi, Ə. Vahid küçəsində 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın verilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rusmunun cavabdehdən tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə ıddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19 dekabr 2013-cü ildə Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində 2 mərtəbəli yarımçıq tikili olan fərdi yaşayış evini satın almış, əsaslı təmir etdikdən sonra orada yaşamışdır. Lakin 2017-ci ildən qardaşı X11 bir müddət həmin evdə müvəqqəti olaraq yaşamışdır. Belə ki, qardaşı X11 2015-ci ildə ailə qurmuş, 2015-ci ildə 2017-ci ilə qədər atası Cavabdeh1 məxsus Bakı, şəhəri Sabunçu rayonu Əliyar Əliyev küçəsində ailəsi ilə birlikdə müvəqqəti olaraq yaşamış sonradan 2017-ci ildən 2019-cı ilə qədər və xx.xx.2020-xx.xx.2020-ci il tarixədək ona məxsus olan Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində 2 mərtəbəli fərdi yaşayış evində yaşamışlar. 12 01.2020-ci ildə qardaşı X11 yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Bundan sonra həyat yoldaşı İddiaçı öz istəyi ilə evi tərk etmiş, oz şəxsi əşyalarını və cehiz əmlakının çox qismini özü ilə aparmışdır. Cehiz əmlakının cüzi bır hissəsi isə daşınması üçün yük avtomobilərinin olmadığını bəhanə edərək götürməmiş və evin 1 otağında saxlamışdır. Dəfələrlə cehiz əmlakının götürülməsi təkid edilsə də muxtəlıl bəhanələrlə bundan imtina etmişdir. Hal-hazırda ailəsi ilə (həyat yoldaşı X14, övladları-X22 oglu, X15) birlikdə həmin evdə yaşayır və öz əmlaklarını yerləşdirməkdə manə olur. İlk iddiaçı öz əmlakını götürməməklə istifadə hüquqlarını pozur. Həmin əmlakın siyahısı aşağıdakılardır: Qonaq dəsti: şüşəli dolab-1 ədəd, yemək masası-1 ədəd, oturacaq-6 ədəd, divan- 1 ədəd, kreslo-2 ədəd, şüşə balaca masa-1 ədəd, Yataq dəsti: dolab-1 ədəd, çarpayı-1 ədəd, güzgülü kamod-1 ədəd, Əşyalar: paltaryuyan maşın-1 ədəd, tozsoran-1 ədəd, çıl-çıraq- 1 ədəd, xalça-1 ədəd, yorğan döşək dəsti-1 ədəd, güldan-1 ədəd, qazan dəsti-1 ədəd.Həmin fərdi yaşayış evi ilkin iddiaçı və qardaşı X20 oglu birgə vəsaiti hesabına tikilməmişdir və barədə də heç bir sübut yoxdur. İlkin iddiaçının qardaşı ilə nikaha girməsi və həmin evə nikaha girdikdən 2 il sonra sonra köçməsi onun həmin evdə yaşayış hüququnun mübahisəsiz yaranması demək deyildir. İlkin iddiaçının evin sahibi olan onun ailə üzvi deyildir, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanmasını tələb etmək hüququ olmadığından bu ev özbaşına tikili olsa da} ilkin iddiaçının həmin yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti yoxdur. Məhkəmə iclasında cavabdeh ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil qzı qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsinui, ilkin iddianın rədd edilmısini xahiş etdi. Digər cavabdehlər və iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuş X9 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Mülki iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 336 nömrəli arayışdan görünür ki, Nümayəndə ünvan 1 ünvanında qeydiyyatdadır. X1 dəfn mərasimi onun tərəfindən aparılmışdır. Mülki iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X4 arasında xx.xx.2016-cı il tarixdə 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsidə nikahları qeydə alınmış, arvada Rüstəmova soyadı verilmişdir. Mülki iş materiallarında olan Ölüm haqqında Şəhaətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə Aşağı ətraf(lar)ın bir neçə nahiyələrinin bərk əzilməsi səbəbindən ölmüşdür. Mülki iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-cı il tarixli arayışdan görünr ki, X2 qəsəbəsi, Ə.Əliyev küçəsində Cəbrayıl rayonun məcburi köçkün kimi məskunlaşışdır. Mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş mürciətə baxılması haqında xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 Cəmiyyətin elektron abonent bazasında Sabunçu rayonu, İ.Aslanov küçəsi, ev 13/B (kod:**********062) ünvanında, Cavabdeh3 isə ünvan 3 qeydiyyatdan keçmişdir. X10 “Azərsu" ASC-nin elektron abonent bazasında heç bir ünvanda qeydiyyatdan keçməmişdir. Mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş mürciətə cavab məktubdan görünür ki, Cavabdeh1, X8 və Cavabdeh3 abonent olaraq qeydiyyata alınıbalınmaması ilə bağlı 22 iyul 2021-ci il tarixli, 22 nömrəli müraciətə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmışdır. Səhmdar Cəmiyyətin elektron bazasında Cavabdeh1 **********50383 nömrəli abunə kodu ilə ünvan 4 ünvanında, Cavabdeh3 isə **********00001 nömrəli abunə kodu ilə Bakı şəhəri, Digah qəsəbəsində yerləşən 70 saylı fərdi yaşayış evində abonent olaraq qeydiyyata alınması barədə məlumat vardır. Sorğuda adıçəkilən Mehparə Rüstəmovanın abonent olaraq qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Mülki iş materiallarında olan qəbzin surətindən görünür ki, abunə kodu **********00001 olan ünvan üzrə Cavabdeh3 adına 23.92 manat borc yazılmışdır. Mülki iş materiallarında olan Məhəmmədli kənd Bələdiyyəsinin Qərarından xx.xx.2004-cü il tarixli Çıxarışın surətindən görünür ki, Abşeron rayonunun Məhəmmədli kəndində yaşayan X9 ərizə ilə Bələdiyyəyə müraciət edərək, ev tikmək üçün, ailə vəziyyətinin yaxşılaşdırmaqdan ötəri torpaq sahəsi istəmişdir. X3 vəziyyətini nəzərə alaraq ona Bələdiyyə tərəfindən ev tikib yaşaması üçün 0,05 hektar torpaq sahəsi ayrılmışdır. Mülki iş materiallarında olan X9 tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X9 həmin etibarnamə ilə Abşeron rayonu. Məhəmmədi kəndi ərazisində yerləşən istifadəmdə olan 500kv.m torpaq sahəsinə dair zəruri sənədlər toplamağı, özəlləşdirməyi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr planı almağı, bütün idarə va təşkilatlara müraciət etməyi. Əmlak məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Müvafiq Ərazi İdarəsindən Çıxarış, Məhdudiyyət (yuklülük) barədə arayış aldıqdan sonra torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, müqavilə imzalamağı, bununla bağlı adımdan ənzə verməyi, imza etməyi və digər hərəkətlər etməyi 19 dekabr 2093-cü ilədək Cavabdeh3 etibar etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə X11 arasında 05 aprel 2016-cı il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. O, toydan sonra Bakı şəhəri Sabunçu rayonu Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində qanunsuz tikərək yaşadıqları evə gəlin köçmüşdür. Müəyyən müddət orada yaşadıqdan sonra o və həyat yoldaşı Abşeron rayonu Digah kəndində yerləşən digər bir evə köçməli olmuşlar. xx.xx.2020-ci ildə X23 kəndində yolnəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Ərinin ölümündən sonra ailələr arasında münasibət pisləşmiş, o, atasıgildə yaşamağa məcbur olmuşdur. Lakin bütün cehiz əşyaları əmi evdə qalmışdır. Onun əri ilə birlikdə yaşadıqları Abşeron rayonu, Digah qəsəbəsində yerləşən evə köçüb yaşamasına cavabdehlər tərəfindən münçilik yaradılır. Odur ki, hazırda iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin evə köçürülməsini xahiş etmişdir. Cavabdeh3 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək evin ona məxsus olduğunu, S.Rüsəmovanın onun ailə üzvü olmadığını bildirərək, İddiaçı iddiasının rədd edilməsini, ona məxsus cehiz əşyalarının evdən çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatından və tədqiq edilmiş sübutlardan təsdiq olunur ki, İddiaçı ilə mərhum X11 arasında ailə hüquq münasibətləri 05 aprel 2016-cı ildə yaranmış və xx.xx.2020-ci il tarixində X11 ölmüşdür. Mübahisəli tikili özbaşına tikilidir. Həmin tikilinin ilkin iddiaçının mərhum ərinə aid olması sübut olunmadı. Məhkəmə araşdırmaları zamanı tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında evdən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2016-ci ildən sonra yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə qeyd edir ki, işin müəyyən edilən faktiki hallarından göründüyü kimi hazırkı halda, hər üç hal mövcuddur. Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, mübahtərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli mənzillə bağlı hüquqlar hazırda qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzim edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi iddiaçı mübahisəli özbaşına tikilini sahibi mərhum ərinin qardaşı Cavabdeh3 ailə üzvü hesab olunan şəxs olmadığından onun, həmin tikilidə yaşamaq hüququ yaranmamışdır.Odur ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. ilk iddia tələbi təmin edilməməli olduğundan qarşılıqlı iddia tələbi də elə qeyd edilən əsaslara görə əsaslı hesab edilib təmin edilməli , ilk iddiaçıya məxsus Abşeron rayonu, Digah qəsəbəsi, Ə. Vahid küçəsində 2 mərtəbəli fərdi yaşayış evində iddiaçıya məxsus cehiz əşyaları: qonaq dəsti- şüşəli dolab-1 ədəd, yemək masası-1 ədəd, oturacaq – 6 ədəd, divan – 1 ədəd, kreslo-2 ədəd, şüşə balaca masa-1 ədəd,yataq dəsti- dolab-1 ədəd, çarpayı-1 ədəd, güzgülü kamod-1 ədəd, əşyalar- Paıtaryuyan maşın – 1 ədəd, tozsoran-1 ədəd, çıl-çıraq-1 ədəd, xalça-1 ədəd, yorğan döşək dəsti- 1 ədəd, güldan-1 ədəd,qazan dəsti-1 ədəd olan cehiz əmlakları oradan çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə aid edilməli, qarşılıqlı iddia təmin edildiyindən qarşılıqlı iddia verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ilk iddiaçıdaan tutularaq ilk iddia ürə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh3 İddiaçı qarşı cehiz əmlakların mənzildən çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı məxsus cehiz əşyaları: qonaq dəsti- şüşəli dolab-1 ədəd, yemək masası-1 ədəd, oturacaq – 6 ədəd, divan – 1 ədəd, kreslo-2 ədəd, şüşə balaca masa-1 ədəd,yataq dəsti- dolab-1 ədəd, çarpayı-1 ədəd, güzgülü kamod-1 ədəd, əşyalar- Paıtaryuyan maşın – 1 ədəd, tozsoran-1 ədəd, çıl-çıraq-1 ədəd, xalça-1 ədəd, yorğan döşək dəsti- 1 ədəd, güldan-1 ədəd,qazan dəsti-1 ədəd olan cehiz əmlakının ilkin iddiaçının hesabına Abşeron rayonu, Digah qəsəbəsi, Ə. Vahid küçəsində 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar