Məhkəmə qərarları › İş №2(012)-1215/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1215/2021

26.04.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1215/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması və cavabdehin mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı “müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması və cavabdehin mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı ilə xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh arasında bağlanılmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 55 saylı mənzilə dair 04.01.2018-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 55 saylı mənzilindən çıxarılması, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 55 saylı mənzilin digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 23422 (iyirmi üç min dörd yüz iyirmi iki) manat məbləğində vəsaitin 10 faizini saxlamaq şərtilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənişmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddiaçı "xxxx" MTK-ya dəymiş 30000 (otuz min) manat məbləğində maddi və 30000 (otuz min) manat mənəvi ziyanın Cavabdeh tutularaq, iddiaçıya ödəniləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MTK arasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 495 saylı 11.10.2014-cü il tarixli Sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında iddiaçı "xxxx" MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının, 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 55 saylı mənzilə dair 04.01.2018-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə” bağlanmışdır. Müqavilənin 3.3, 3.4, 3.5 və 3.6-cı bəndlərinə əsasən mənzilin ümumi dəyəri 40152 (qırx min yüz əlli iki) manat, ilkin ödəniniş 6452 (altı min dörd yüz əlli iki) manat, aylıq ödəniş 911 (doqquz yüz on bir) manat, kreditin müddəti 37 ay təşkil edir. Müqavilənin 3.5-ci bəndində göstərilən öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi üçün cavabdehin 01.11.2020-ci il tarixə 13997 (on üç min doqquz yüz doxsan yeddi) manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehlə telefon vasitəsilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə MTK tərəfindən 80 saylı 03.11.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmişdir. 04.01.2018-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə” vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin cavabdehdə qalan bütün maliyyə arayışları ləğv edilməklə yanaşı ödənilmiş 23422 (iyirmi üç min dörd yüz iyirmi iki) manat məbləğində vəsait geri qaytarılmalıdır. "xxxx" MTK yaşayış kompleksində çoxmərtəbəli binaların inşasının davam etdirilməsi – cavabdehin (payçıların) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (payçılardan) qrafik əsasında vəsait daxil olmadığı halda lazımi mal-materiallarından alınması mümkün olmur nəticəsədə isə binalarda tiknti işləri iflic vəziyyətə düşür və MTK maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa müqavilə bağlandığı müddətdən bugünə qədər manartın iki dəfə devalvasiyası baş vermişdir. Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən MTK-nı maddi və mənəvi ziyana məruz qoymuşdur. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyəti pozuntu sayılır, belə ki, bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə və bütün maliyyə arayışları vaxtından əvvəli ləğv edilməlidir. Belə ki, qeyd edilən müqavilənin 5.5-ci bəndinə görə “Payçı” tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirildikdə və ya aylıq ödəniş 2 ay ərzində ödənilmədikdə MTK-nın “Payçı”ya rəsmi xəbərdarlıq təqdim etmək şərti ilə bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu halda müqavilə ilə sənədlərşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “Payçı”nın ödədiyi məbləğ ona qaytarılır. Məhkəmə iclasında iddiaçı "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, "xxxx" MTK ilə bağlanılmış 04.01.2018-ci il tarixli müqavilə əsasında yaşayış kompleksinin 5-ci binasının, 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 55 saylı mənzili əldə etmiş, mənzilin təmirinə 70000 (yetmiş min) manata yaxın vəsait xərcləmiş, təmir başa çatandan sonra artıq uzun müddətdir ki, həmin mənzildə ailəsi ilə birgə yaşayır, yaşamaq üçün başqa mənzili və ya qala biləcəyi başqa yeri yoxdur. Müqavilə üzrə ödənişləri gecikdirməsinə səbəb ölkədə mövcud olan pandemiya şəraiti olmuşdur. O, öncədən pandemiyanın baş verəcəyini bilə bilməzdi, bu hal onun iradəsindən asılı olmadan baş vermişdir. Buna baxmayaraq, o hər ay mövcud borcundan 1000 manat olmaqla ödənişlər etməyə hazırdır. Bunun təsdiqi mülki işə məhkəmədə baxıldığı müddət ərzində etidiyi bir neçə ödənişlərdi ki, axırıncı ödəniş 10000 manat olmuşdur. Sadalananları əsas tutaraq, Cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasınm 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitutsiyasının 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; -"xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış 04.01.2018-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, “İcraçı” Abşeron rayonu, Saray qəsəbəsi, Masazır- Novxanı şossesi 5-ci blok, 7-ci mərtəbə yerləşən 2 otaqlı, 55 saylı mənzili bir pay kimi “Payçıya” verməsini öhdəsinə götürmüş, “Payçı” isə ümumi sahəsi 57,36 kv.m. olan mənzilin 1kv.m. üçün 700 AZN olmaqla, ümumi 40152 AZN məbləğində pulu ilkin 6452 AZN, aylıq 911 AZN olmaqla 37 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. -04.01.2018-ci il tarixli, 36 saylı maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MTK-ya məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi 5-ci blok, 7-ci mərtəbə yerləşən 2 otaqlı, 55 saylı mənzilə görə Cavabdeh 6452 AZN, eyni tarixli 37 saylı maliyyə arayışına görə 3000 AZN, 25.02.2018-ci il tarixli 576 saylı maliyyə arayışa görə 700 AZN, 25.03.2018-ci il tarixli, 909 saylı maliyyə arayışına görə 600 AZN, 11.05.2018-ci il tarixli, 233 saylı maliyyə arayışına görə 850 AZN, 08.06.2018-ci il tarixli, 500 saylı maliyyə arayışına görə 700 AZN, 11.08.2018-ci il tarixli, 000525 saylı maliyyə arayışına görə 830 AZN, 16.09.2018-ci il tarixli, 000821 saylı maliyyə arayışına görə 720 AZN, 17.10.2018-ci il tarixli, 001117 saylı maliyyə arayışına görə 500 AZN, 04.11.2018-ci il tarixli, 001289 saylı maliyyə arayışına görə 400 AZN, 13.11.2018-ci il tarixli, 001382 saylı maliyyə arayışına görə 800 AZN, 12.12.2018-ci il tarixli, 001667 saylı maliyyə arayışına görə 850AZN, 23.01.2019-cu il tarixli, 002051 saylı maliyyə arayışına görə 830 AZN, 27.02.2019-cu il tarixli, 002481 saylı maliyyə arayışına görə 800 AZN, 28.03.2019-cu il tarixli, 003169 saylı maliyyə arayışına görə 730AZN, 29.04.2019-cu il tarixli, 003455 saylı maliyyə arayışına görə 1000AZN, 31.05.2019-cu il tarixli, 003771 saylı maliyyə arayışına görə 810 AZN, 30.06.2019-cu il tarixli, 004036 saylı maliyyə arayışına görə 850 AZN, 17.07.2019-cu il tarixli, 004194 saylı maliyyə arayışına görə 1000AZN, 30.08.2019-cu il tarixli, 004568 saylı maliyyə arayışına görə 1000 AZN, 10.02.2021-ci il tarixli, 000166 saylı maliyyə arayışına görə 5000 AZN, 10.03.2021-ci il tarixli, 000309 saylı maliyyə arayışına görə 1000 AZN ödəniş etmişdir və hazırda MTK-ya 10730 (on min yeddi yüz otuz) AZN məbləğində borcu vardır. -03.11.2018-ci il tarixli, 20 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh MTK-ya borcu olması, onun ödənilməsi əks halda müqavilənin ləğvi üçün məhkəməyə müraicət ediləcəyi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. -Xəbərnamədən görünür ki, Cavabdeh adına "xxxx" MTK-nın verdiyi xəbərdarlıq məktubu 06.11.2020-ci il tarixdə xəbərnamədə “həyat yoldaşı” qeydi aparılmaqla imza edilərək qəbul edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MTK-nın qanuni təmsilcisi X4r. -"xxxx" MTK-nın üzvlərinin 02.10.2014-cü il tarixli yığıncağının qərarı ilə MTK-nın baş direktoru vəzifəsinə X1. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının 11.10.2014-cü il tarixli, 495 saylı sərəncamının surətindən görünür ki, "xxxx" MTK-ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarış ilə mülkiyyətində olan Saray qəsəbəsi ərazisində yerləşən 3,88 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən, xidmət, ticarət və istirahət obyektlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında 04.01.2018-ci il tarixdə "xxxx" MTK Abşeron rayonu, Saray qəsəbəsi, Masazır- Novxanı şossesi ünvanında inşa etdiyi yaşayış kompleksinin 5-ci blok, 7-ci mərtəbə yerləşən 2 otaqlı, 55 saylı mənzilini Cavabdeh verməyi öhdəsinə götürmüş və müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Cavabdeh sözügedən müqavilə ilə öhdəliklərini – ilkin ödəniş 6452 AZN, aylıq ödəniş 911 AZN öncədən yerinə yetirmiş, lakin sonradan ödənişləri dayandırmışdır. Bununla əlaqədar iddiaçı "xxxx" MTK ilə Cavabdeh 03.11.2018ci il tarixli, 20 saylı xəbərdarlıq məktubu göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə görə müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Aztelekom” İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04.02.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.07.2004-cü il tarixli Qərarına göstərilir ki, “... Mülki hüquq və vəzifələrin yaranması üçün əsaslardan biri əqdlərdir. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin növlərindən biri kimi çıxış edən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır...”. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında münasibətlər müqavilə əsasında formalaşmış, cavabdeh könüllü olaraq bağlamış olduğu müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Bu halı cavabdeh pandemiya şəraitinə istinad edərək, keçən müddət ərzində öhdəliklərinin icrasının mümkünsüzlüyü onunla əlaqələndirmiş, öhdəliyin lazımınca icra edilməməsini və yerinə yetirilməsinin gecikdirilməsinin məhkəmədən fors-major halın mövcudluğu kimi dəyərləndirməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə fors-major anlayışı yerinə qarşısıalınmaz qüvvə anlayışından istifadə edilmişdir. Qarşısıalınmaz qüvvə (forsmajor hallar) anlayışına hansı halların daxil olması mülki qanunvericilikdə sadalanmasa da, digər qanunvercilik aktlarında buna aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.9-cu maddəsinə görə fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 13 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesqabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin” Nümunəvi formasının 6.2-cı bəndinə görə fors-major hallara Tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin Müqavilənin şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər, dövlət orqanlarının (qurumlarının) qərarları aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2003-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin” Nümunəsinin: 21.1-ci bəndinə görə müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, İcraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır. 21.2-ci bəndinə görə qarşısıalınmaz qüvvədən təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir. Qanunvericiliyin mövqeyindən göründüyü kimi qarşısıalınmaz qüvvə(fors-major hallar) tərəflərin iradəsindən asılı olmadan baş verir və bu tərəfin səhvi və ya laqeydliyinin nəticəsi deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 23.03.2020-ci il tarixli qərarında göstərilir ki, “Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir”. Sözügedən gedən qərarla və bu sahədə qəbul edilən digər bu tipli karantin rejiminin müddətinin uzadılmasına dair qərarlar ölkə ərazisində o cümlədən vətəndaşlar üçün müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh 04.01.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsinə və ya lazımınca icra etməməsinə səbəb olan hallardan biri onun iradəsindən asılı olmayaraq mövcud olan və müqavilə bağlanan zamanı tərəflərin öncədən bunu görməsi mümkün olmayan ölkəmizdə hazırda mövcud (COVİD-19) pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. “X2 üçün UNİDROİT Prinsiplərinin” 7.1.7-ci maddəsinə əsasən müqavilənin icra edilməməsi o halda üzrlü hesab olunur ki, icraçı icra edilməmənin səbəbinin nəzarət edə bilmədiyi maneə ilə əlaqədar olmasını və müqavilə bağlanarkən maneənin ağlabatan formada nəzərə alınmasının, qarşısının alınmasının və nəticələrinin aradan qaldırılmasının mümkün olmadığını sübut etsin. Maneə müvəqqətidirsə, yalnız bu halda müqavilənin icrasına maneə olan təsir məqbul hesab olunan müddət üçün əsaslı hesab olunacaq. Əlavə olaraq məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 24.12.2014-cü il tarixli qərarında göstərilir ki, “... Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun...”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi müəyyənlik prinsipinə dair formalaşdırdığı hüquqi mövqedən görünür ki, bu prinrip hüququn ali prinsiplərindəndir. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarı kredit müqaviləsi ilə bağlı olmasından asılı olamayaraq, məhkəmə hesab edir ki, bu müqavilə azadlığı sahəsində hüquqi müəyyənlik prinsipi, yəni müqavilənin mümkün qədər aydın olması və sadə şəkildə tərtibi bütün növ müqavilələr üzrə keçərilidir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan tərəflər arasında bağlanılmış 04.01.2018-ci il tarixli müqavilənin 5.3-cü bəndinə görə “Payçı” qeyd olunan son ödəniş müddəti bitdikdən sonra mənzilin dəyərini tam ödəməzsə, mənzilin qiymətinə yenidən baxılır və yerdə qalan borc məbləği “Payçı” tərəfindən qeyri-şərtsiz həmin günə olan kvadrat metri bazar qiymətinə uyğun ödənilir. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinin məzmunundan görünür ki, tərəflər müqavilə bağlayarkən müqavilədə nəzərdə tutulmuş son müddətin bitməsindən sonra belə “Payçı”nın, yəni hazırki iddia üzrə cavabdehin mənzilin dəyərini tam ödəməməsi riski ilə bağlı hissədə müvafiq şərt müəyyən etmişlər. Bu şərt mənzilin qiymətinə yenidən baxılması ilə əlaqədar olan hissədir. Bu bənd eyni zamanda tərəflərin öncədən öhdəlik üzrə müvafiq gecikmənin mövcud olma ehtimalını tərəflərin öncədən nəzərə alması anlamına gəlir. Eyni zamandan sözegedən müqavilənin 5.5-ci bəndinə görə bu müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verərsə “Payçı” mənzilin yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina edərsə, üzvlükdən çıxmaq istəyərsə və ya onun tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirilərsə və ya aylıq ödəniş 2 ay ərzində ödənilməzsə “Şirkətin” “Payçıya” rəsmi bildiriş vemrək şərtilə bu müqaviləni vaxtından əvvəl pozmaq hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil, digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərtilə “Payçının” ödədiyi məbləğ ona qaytarılır. Müqavilənin 5.5-ci bəndindən göründüyü kimi tərəflər ödəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi halına dair iki müxtəlif razılaşma əldə etmişlər ki, bunlardan biri mənzilin yeni qiymətlə “Payçı” tərəfindən alınması və cərimənin ödənilməsi, digəri isə arıdıcl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödənişin 10 gündən artıq müddəyə gecikdirilməsi və ya aylıq ödənişin 2 ay ərzində ödənilməməsi halında “Şirkətin” rəsmi bildiriş vermək şərtilə müqaviləni vaxtından əvvəl pozmaq hüququnun olmasıdır. Göründüyü kimi tərəflər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halında bir-biri ilə uzlaşmayan iki müxtəlif razılaşmaya gəlmişlər. Məhkəmə hesab edir ki, bu hal müqavilə tərəflərində nəzərə tutulan yuxarıdakı halın baş verməsi halında müxtəlif yanaşmanın yaranmasına səbəb olmuşdur. Müqavilə şərtlərinin qeyri-dəqiq ifadə edilməsi, yəni iki müxtəlif variantın mövcudluğu hazırki halda müqalənin ləğv edilməsi hissəsində iddia tələbinin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 1-ci bəndinə göstərilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə mövcud vəziyyətdə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə təmin edilməsini həmçinin ədalətli hesab etmir. Belə ki, cavabdeh iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən sonra müqavilə üzrə borcli olduğu məbləğdən 6000 (altı min) AZN məbləğində ödəniş etmiş və MTK-ya olan borcunu 10730 (on min yeddi yüz otuz) AZN məbləğinə qədər azaltmışdır. Üstəlik cavabdeh sözügedən mənzilin təmirinə böyük məbləğdə vəsait xərcləmişdir ki, bu halı iddiaçı tərəf özü də mülki işin məhkəmə araşdırması zamanı etiraf etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh sözügedən mənzili təmir etdirdikdən sonra uzun müddətdir ki, ailəsi ilə birgə həmin mənzildə yaşamaqdadır. İddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvercilik maddi ziyan ( MM 21-ci maddə), mənəzi ziyan (MM 23-cü maddə) və dəbbə (cərimə, penya) anlayışlarını bir-birindən fərqləndirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenimunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli qərarında göstərilir ki, “... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür...”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki işin materiallarında olan 04.01.2018-ci il tarixli müqavilənin 5.2-ci bəndinə görə “Payçı”aylıq ödənişi 5 gündən artıq gecikdirdikdə, mənzilin aylıq ödəniləcək məbləğindən hər gecikdirilmiş gün üçün 1% məbləğində cərimə tətbiq olunur. İddia tələbindən göründüyü kimi iddiaçı məhkəmədən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə cavabdehdən müqavilədə nəzərdə tutulmuş dəbbə (cərimə) pulunun deyil, məhz maddi zərərin alınaraq, ona verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəf ona dəymiş maddi ziyanın mövcudluğunu sübutetməli və bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməliydi. Sözügedən maddənin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tərəf ona maddi zərərin – real zərərin dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14.05.1999-cu il tarixli 7 nömrəli Plenium Qərarında göstərilir ki, “... 3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir... Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır...”. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 03.11.2008-ci il tarixli, 7 nömrəli Qərarının 1-ci bəndinə göstərilir ki, “... “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər... 3. ...Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər...”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 23.6-cı maddəsinə görə bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Məhkəmə qeyd edir ki, hüquqi şəxslərə münasibətdə mənəvi ziyanın tələbi üçün zəruri halların mövcudluğu Mülki Məcəllənin 23.6-cı maddədə aşkar göstərilmişdir. Hazırki mülki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlıdır. Belə olan halda iddiaçının Mülki Məcəllənin 23.6-cı bəndində göstərilən halların olmaması vəziyyətində mənəvi ziyanın tələb edilməsi əsassız və qanunsuzdur. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. İş materiallarında olan 02.12.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar