Məhkəmə qərarları › İş №2(012)-1244/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1244/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1244/2025 25.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Maraqlı şəxsndə XX.XX.1940-cı ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində anadan olmağı və ata qrafasında X4, ana qrafasında X1 adı yazılmaqla doğumumun qeyd edilməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, XX.XX.1940-cı ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Hazırda Abşeron rayonu, Saray qəsəbəsində yuxarıda göstərilən ünvanda ailəsilə birgə yaşayır. Şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi və digər sənədləri var, lakin ona məxsus olan doğum şəhadətnaməsini itirmişdir. Vərəsəliklə bağlı müraciətilə əlaqədar doğum şəhadətnaməsi zəruri olduğundan təkrar doğum şəhadətnaməsi almaq istədikdə isə, onun barəsində doğum haqqında qeydiyyat Maraqlı şəxsndə aşkar edilmədi və məhkəməyə müraciət etməyi tövsiyyə edildi. Tovuz Rayon Dövlət Arxivinə, Azərbaycan Resdublikası Dövlət Arxivinə edilmiş müraciətləri də nəticə vermədi. Doğum şəhadətnaməsini itirdiyinə görə hazırda bir sıra sosial problemlərin həll olunmasında və dövlət orqanlarına müraciət edilməsində çətinlik çəkir. Belə ki, miras məsələlərin həlli ilə əlaqədar hazırki faktın müəyyən olunması zərurəti yaranmışdır. İtirilmiş sənədlərin bərpası və yenidən alınması başqa cür mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun doğum faktını çoxsaylı şahidləri də təsdiq edə bilər. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə gedişatında Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun XX.XX.1940-cı ildə Tovuz rayonu, Əsrik Cırdaxan kəndində doğulmağının qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə soyadı, adı, ata adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X5” ana adı qrafasında “X3”, milliyəti “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Tovuz Rayon Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - Tovuz Rayon Qеydiyyаt Şöbəsi tərəfindən verilən 89 saylı, xx.xx.2024-cü il tarixli imtina rəyindən müəyyən edilir ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Qeydiyyat Şöbəsinə müraciət etmiş, həmin tələblə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Ərizəçi XX.XX.1940-cı il tarixdə Qazax rayonu Əsrikcırdaxan kəndində doğulmuşdur və Azərbaycan Respublikası vətəndaşıdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3rə doğum aktlarının qeydiyyatı kitabı Tovuz rayon Dövlət arxivinə təhvil verilməmişdir. Bu əsasdan onun Tovuz rayonu Əsrik Cırdaxan kəndində 1940 - cı ildə doğulmağına dair doğum aktlarının qeydiyyatı kitabından arayış vermək mümkün olmamışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 18 mart 2024-cü il tarixli, 3-48-DA/2-0-261 -6-333/2024 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1940-cı ilə dair Tovuz rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (Tovuz rayonu Qeydiyyat şöbəsi, Böyük Qışlaq, Cəlili, Düzqırıxlı, Yuxarı Öysüzlü, Alakol, Qədirli, Vahidli, Kirən, Aşağı- Quşçu, Bozalqanlı, Əlimərdanlı, Aşağı Ayıblı, Azaplı, Şamlıx, Yanıxlı, Əsrik- Cırdaxan, Qovlar, Çatax, Keşişkənd, Əlibəyli icra nümayəndəlikləri) Ərizəçi təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1621 saylı arayışın surətindən görünür ki, X3 xx.xx.2008-cü il tarixdə Əsrik Cırdaxan kəndində ölmüşdür. - AЗ 090846 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1940-cı ildə Tovuz rayonu, Əsrikcırdaxan kəndində anadan olmuş Ərizəçi ilə Nümayəndə xx.xx.1970-ci il tarixində Əsrikcırdaxan kənd sovetliyində nikah bağlamışlar. Bu barədə nikahın akt qeydləri kitabında 11 nömrəli akt qeydi qoyulmuş, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada “Orucova” soyadı verilmişdir. - HЗ ******* saylı hərbi biletin surətindən görünür ki, 1940-cı il təvəllüdlü Ərizəçi həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi XX.XX.1940-cı il tarixdə Tovuz rayonu, Əsrikcırdaxan kəndində anadan olmuşdur. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X2, anası isə X3, milliyyəti isə azərbaycanlıdır. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd itdiyindən o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, doğum qeyd edilmə faktı müəyyən edilməli, akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) Ərizəçi doğum tarixi XX.XX.1940-cı il, doğulduğu yer Tovuz rayonu, Əsrikcırdaxan kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X3”, milliyyəti azərbaycanlı kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi XX.XX.1940-cı il tarixdə Tovuz rayonu, Əsrikcırdaxan kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X3”, milliyyəti azərbaycanlı kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar