Məhkəmə qərarları › İş №2(012)-1245/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1245/2025

30.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1245/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili-nümayəndəsi Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 oğlunun iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı «mənzildən çıxarılma və pul» tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 oğluna qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29E saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi və Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evinin kreditinə görə ödənilmiş 6000 manat məbləğində pulun əvəzinin, 306 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 94 manat dövlət rüsumunun əvəzinin, cəmi 7400 manat məbləğində pulun əvəzinin cavabdeh İddiaçı tutulub Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri və digər şəxslər ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evindən çıxarılmaları və vurulmuş ziyanın əvəzi kimi xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən qrafik üzrə ödənilməmiş 15205 manat pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evinin Cavabdeh satılması müqabilində ondan alınmış 14000 manat məbləğində pulun əvəzinin, satılmış evin kreditinə görə Cavabdeh tərəfindən ödənilmiş 6000 manat məbləğində pulun əvəzinin, 1020 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin, məhkəməyə iddia ərizəsi verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 94 manat dövlət rüsumunun əvəzinin, cəmisi 22020 manat məbləğində pulun əvəzinin cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29E saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********26- 10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı cavabdeh olan Cavabdeh yaxın tanışı vasitəsilə tanımışdır. Cavabdehin yaşamağa yeri olmadığı üçün iddiaçı mülkiyyətində olan evdə müvəqqəti yaşamağa icazə vermişdir. Bundan sonra cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan evdə yaşamağa başlamışdır. İddiaçı hal-hazırda mülkiyyətində olan evə köçüb yaşamaq istəyir, bununla bağlı dəfələrlə cavabdehə fərdi yaşayış evini boşaltmasını tələb etsə də cavabdeh buna məhəl qoymamış, fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamağa davam etmişdir. Cavabdeh iddiaçıya öz şəxsi mülkündən rahatlıqla istifadə etmək imkanı vermir, bu da iddiaçının dövlət tərəfindən qanunla qorunan hüquqlarının pozulması deməkdir. Bu səbəbdən də iddiaçı mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə iddiaçı özünün mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən əldə etmişdir. İddiaçı ilə cavabdeh arasında 2019-cu ilin dekabr ayında olan razılaşmaya əsasən iddiaçı evin cavabdehə satılması barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə öz növbəsində mənzilin ipotekası ilə bağlı aylıq ödənişləri hər ay vaxtı-vaxtında ödəməyi öz üzərinə götürmüşdür. Aralarında olan həmin münasibətlər hər hansı müqavilə ilə rəsmiləşdirilməmiş və şifahi qaydada bir-birlərinə etibar etmişdirlər. Razılıqdan sonra, yəni 2019-cu ilin dekabr ayında cavabdeh ailəsi ilə birlikdə həmin evə köçmüşdür və hazırki vaxtadək orada yaşayır. Tərəflər arasında mövcud olan əlavə razılaşmaya əsasən cavabdeh ilkin olaraq iddiaçıya 14000 manat məbləğində ödəniş etmiş və ipoteka ödəniş cədvəlinə uyğun olaraq, 2038-ci ilin dekabr ayınadək hər ay 267 manat məbləğində ipoteka kreditini “Aqrar Kredit və İnkişaf Agentliyi”nin Bakı filialına ödəməyi, ödənişlər tam başa çatdıqdan sonra isə iddiaçı həmin evi cavabdehin adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi kobud şəkildə pozmuş və ödənişləri vaxtında və tam etməməklə yanaşı, ümumiyyətlə, onun icrasını dayandırmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2024cü il tarixədək olan dövr ərzində müxtəlif aylarda və müxtəlif məbləğdə cəmi 2150 manat ödəniş etmişdir. Halbuki aylıq ipoteka ödənişi olan 267 manatı 2020-ci ilin yanvar ayından başlayaraq hər ayın 1-dən 5-dək ödəniş etməli idi. Öhdəlik götürüldüyü vaxtdan bu vaxtadək cavabdehin ödənişləri 17355 manat məbləğində olmalı idi ki, həmin məbləğin cəmi 2150 manat hissəsi onun tərəfindən ödənilmişdir. Məbləğin digər hissəsi - 15205 manat hazırki vaxtadək ödənilməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bununla da hüquqi əsas olmadan, qanunsuz şəkildə iddiaçının mülkiyyətində olan mənzildə yaşadığından, ondan mənzili boşaldaraq iddiaçıya təhvil verilməsi tələb edilmişdir. Lakin cavabdeh nə mənzili boşaltmış, nə də üzərinə götürdüyü öhdəliyi, yəni ipoteka üzrə aylıq ödənişləri yerinə yetirmişdir. Cavabdehin bu hərəkətləri yalnız iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə kifayətlənmir, eyni zamanda tərəflər arasında şifahi qaydada əldə olunmuş razılaşmanın kobud şəkildə pozulması ilə nəticələnmişdir. Bu səbəbdən də iddiaçı onunla cavabdeh arasında mövcud olan şifahi razılaşmaya birtərəfli qaydada xitam vermək və cavabdehdən mənzili boşaldaraq ona təhvil verməsini tələb etmək hüququna malikdir və hesab edir ki, bu tələbdə haqlı sayılmalıdır. Digər tərəfdən, cavabdeh mənzilin aylıq ipoteka ödənişlərini vaxtında etməməklə iddiaçıya maddi ziyan vurmuşdur. Vurulmuş ziyan hər ay mənzildən istifadə ilə bağlı ödənilməli olan 267 manat məbləğində ipoteka ödənişlərinə uyğun hesablanır. Qarşılıqlı iddia tələbi ilə bağlı məsələyə gəldikdə isə qarşılıqlı iddia ərizəsində həqiqətə uyğun olmayan məlumat və absurd tələblər irəli sürülmüşdür. Cavabdeh qeyd edir ki, guya evin ipoteka kreditinə 6000 manat məbləğində ödəniş etmişdir. Lakin bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Ərizədə qeyd edilmişdir ki, guya iddiaçı evi cavabdehə satmaqla ondan 20000 manat pulunu qanunsuz əldə edib saxlamış və özü üçün istifadə etmişdir. Nəticədə 1020 manat gəlirindən (əldən çıxmış fayda) məhrum olmuşdur. Cavabdeh özü-özünə əks izahat verir, belə ki, könüllü olaraq evi almaq üçün ödəniş etdiyini bildirir, digər tərəfdən isə guya iddiaçının onun pulunu qanunsuz özündə saxladığını bildirir. Cavabdeh özü də qarşılıqlı iddiasında etiraf etmişdir ki, ilkin iddia üzrə iddiaçı ilə aralarında olan razılaşmaya əsasən mənzilin ipotekasını hər ay vaxtında ödəməli idi. Cavabdeh ipotekanı vaxtında və tam ödəmədiyi üçün mənzilin mülkiyyətçisi evin boşaldılmasını tələb etmişdir. Əgər cavabdeh öhdəliyini vaxtında icra etsə idi, mülkiyyətçi heç bir zaman belə tələblə məhkəməyə müraciət etməyəcəkdi. Cavabdehin qanunsuz və hüquqa zidd hərəkətləri mülkiyyətçini evin boşaldılması ilə bağlı məhkəmədə iddia qaldırmağa vadar etmişdir. Göründüyü kimi qarşılıqlı iddia ərizəsi əsassızdır, buna görə də təmin edilməməlidir. İddiaçı sözügedən fərdi yaşayış evini satmaq niyyəti olmuş, bu səbəbdən onun tərəfindən X13 oğluna etibarnamə verilmişdir. Röyal Əliyev tərəflər arasında bağlanmış sövdələşməyə görə 14000 manat məbləğində pulu iddiaçıya vermişdir. İddiaçı 2013-cü ildən 2038-ci ilə kimi evi ipotekaya qoymuşdur. Röyal Əliyev ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh ödəniş etmədiyi üçün 2020-ci ilin yanvar ayından 2024-cü ilin dekabr ayına kimi 17355 manat ödənilməli olsa da 2150 manat ödəniş edilmiş və 15205 manat ödənilməmiş məbləğ qalmışdır. Onlarda olan məlumata əsasən Röyal Əliyevə qarşı Tovuz Rayon Məhkəməsində iddia qaldırılmışdır. Qarşılıqlı iddia tələbi üzrə onlar tərəfindən ödənilməsi tələb edilən 14000 manat ilə bağlı bildirir ki, qarşılıqlı iddianı qəbul etmirlər. Belə ki, tərəflər arasında razılaşma olmuş, lakin cavabdeh həmin razılaşmanı pozmuşdur. Cavabdeh atası və digər şəxslər ilə birlikdə sözügedən evdə yaşayır və iddia tələbində cavabdehin ailə üzvləri dedikdə, onun həyat yoldaşı, valideynləri və övladları nəzərdə tutulmuşdur, lakin onlar cavabdehin ailə üzvlərinin sayını və kimliyini konkret olaraq bilmirlər. Hesab edirlər ki, onlar tərəfindən verilmiş tələb başqa cür qoyula bilməz. Mülki qanunvericilik şifahi razılaşmanı qadağan etmir və qarşı tərəf də bu razılaşmanı qəbul edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və ilkin iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bəşirli X4 Emin Eldar oğlunu əvvəllər tanımamış, onunla heç bir danışıqları, razılaşmaları olmamışdır. Cavabdeh İddiaçı ilə ilk telefon tanışlığı 2024-cü ilin dekabr ayında olmuşdur. Belə ki, İddiaçı 2024-cü ilin dekabr ayında telefonla Cavabdeh zəng edib X13 oğlundan alınmış və hal-hazırda Cavabdeh faktiki olaraq yaşadığı Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evinin əvvəllər ona məxsus olmasını, evin hələ də sənədlə onun adında olmasını, həmin evi etibarnamə əsasında dostu-tanışı X13 oğluna kreditlə satdığını bildirmiş və Cavabdeh X13 oğlu ilə aralarında olan kredit (borc) müqaviləsini ləğv etməyə məcbur etmək istəmiş, əgər borc müqaviləsini ləğv etməsə, onu evdən çıxaracağı ilə hədələmişdir. Mübahisə ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, 2019-cu ilin dekabr ayında Cavabdeh və ailə üzvləri kreditlə, yəni hissə-hissə ödəməklə ev almaq istəmiş, internetdən hazırda mübahisə predmetinə çevrilmiş Abşeron rayonu, Masazır kəndi, S.Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evinə dair elanı tapmış, elanda göstərilmiş telefon nömrəsinə zəng etmişdir. X13 oğlu evi satmaq istədiyini bildirmiş, Cavabdeh Röyal Əliyevə evə baxmaq istədiklərini bildirmiş, evə baxmaq üçün Röyal Əliyev ilə Masazır qəsəbəsində görüşmüş, Röyal Əliyev evi onlara göstərmiş, Cavabdeh evə baxıb evi bəyənmiş, evin sənədini soruşmuş, Röyal Əliyev onlara İddiaçı tərəfindən onun adına verilmiş baş etibarnaməni və İddiaçı həyat yoldaşı X1 evin satılmasına dair Gədəbəy rayon notariat kontorunun xüsusi notariusu X6 tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş razılıq ərizəsini göstərmiş və demişdir ki, evi İddiaçı adlı şəxsdən kreditlə almış və İddiaçı həyat yoldaşı Səbinə Əhmədova da evin alqı-satqısı barədə notarius tərəfindən razılıq ərizəsini təsdiq etdirib vermişdir, lakin hazırda krediti ödəyə bilmədiyinə görə evi satmaq istəyir. Röyal Əliyevin göstərdiyi həmin etibarnamədə etibarnamə üzrə İddiaçı tərəfindən verilən səlahiyyətlər: - “Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsi tərəfindən verilmiş reyestr kitabı 80, vərəq 2, qeydiyyat nömrəsi ********** olan xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,0095 ha torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin üzərində məhdudiyyət və yüklülüyün olub-olmaması barədə arayışı almağı, notariat ofisində nümayəndəm olmağı, adımdan ərizə verməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, pulunu almağı və bu barədə müqavilə bağlamağı, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar edirəm” qeyd edilmişdir. X14 satmış İddiaçı həyat yoldaşı X2 tərəfindən xx.xx.2018-ci il tarixdə notarius tərəfindən təsdiq edilib verilmiş razılıq ərizəsində isə qeyd edilmişdir ki, - “Yazıb bildirirəm ki, İddiaçı məxsus olan Abşeron rayonu, Masazır kəndi, S.Rüstəm küçəsi, ev 24 nömrəli mənzilin satılmasına etiraz etmirəm, razıyam”. Evə baxdıqdan sonra Cavabdeh Röyal Əliyevlə evin alqı-satqı qiymətini təxminən 75000 manata razılaşmış, Röyal Əliyev evin alqı-satqısına görə ilkin ödəniş olaraq onlardan 14000 manat pul istəmişdir. Onlar evin alqı-satqısına görə notariusa getmiş, Röyal Əliyev evin alqı-satqısı barədə Cavabdeh adına etibarnamə vermişdir. X9 notariusda alqı-satqı müqaviləsi əvəzinə xx.xx.2019-cu il tarixli kredit (borc) müqaviləsi tərtib etdirmişdir, Cavabdeh bununla bağlı soruşduqda Röyal Əliyev evin “Aqrar Kredit və İnkişaf Agentliyi”ndə girovda olduğunu, evin sənədlərinin bankda olduğunu, krediti bağlayandan sonra sənədləri bankdan götürüb onun adına keçirəcəklərini, ona görə də evin alqı-satqısına görə 14000 manat pulun verilməsinin təsdiqi üçün hələlik aralarında kredit müqaviləsi bağlanılmalı olduğunu bildirmişdir. Beləliklə, notariusun depoziti vasitəsilə evin alqı-satqısı adı ilə ilkin ödəniş kimi X11 Bəşirlidən 14000 manat pulu almış, əvəzində isə Cavabdeh adına evin alqı-satqısı barədə etibarnamə, bankın ödəmə qrafikini, qaz kartını və evin açarlarını vermiş, evi boşaldıb Cavabdeh təhvil vermişdir. X11 Bəşirliyə demişdir ki, evin kreditinə görə qalan pulu qrafikə uyğun olaraq “Aqrar Kredit və İnkişaf Agentliyi”ə ödəməlidir, krediti ödəyib qurtardıqdan sonra ev onun adına sənədləşdiriləcəkdir. Beləliklə, 2019-cu ilin dekabrında Cavabdeh Röyal Əliyev ilə ev alqı-satqı edərək ailə üzvləri ilə həmin evə köçüb yaşamağa başlamışdır. 2020-ci ilin iyul ayında Cavabdeh əsgərliyə getmiş, həmin vaxt Röyal Əliyev evə görə krediti ödəmək, evi idarə etmək üçün Cavabdeh atasının adına İddiaçı tərəfindən xx.xx.2021-ci ildə baş etibarnamə tərtib etdirərək gətirib Cavabdeh atasına vermişdir. xx.xx.2022-ci ildə Cavabdeh əsgərlikdən qayıtmış və valideynləri ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evində yaşamağa davam etmişdir. xx.xx.2023-cü ildə Cavabdeh ailəsi ilə birlikdə yaşadığı evdə Smart tipli sayğaclar quraşdırılmış və Cavabdeh Röyal Əliyevin verdiyi etibarnamə əsasında “Azəriqaz” İB ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli müqavilə bağlamışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, 2024-cü ilin əvvəllərindən başlayaraq Röyal Əliyev zaman-zaman Cavabdeh zəng vurmağa, ona təzyiq etməyə başlamış və Cavabdeh evin alqı-satqısı zamanı onunla bağladığı borc müqaviləsini ləğv etdirməyi tələb etmiş, bəhanə gətirmişdir ki, başqa kredit götürmək istəyir, adında kredit olduğu üçün ona yeni kredit vermirlər. Cavabdeh Röyal Əliyevdən şübhələnmiş və evin alqı-satqısı məqsədilə aralarında bağlanmış borc müqaviləsini ləğv etməyə razılaşmamışdır. X12 zaman-zaman Cavabdeh zəng vurub təzyiq etmişdir ki, borc müqaviləsini ləğv etsinlər və Cavabdeh hədələmişdir ki, əgər borc müqaviləsini ləğv etməsə, ev sahibi ilə danışıb ona problem yaradacaqdır. Tofiq X3 aldadacağından ehtiyat edib yenə də borc müqaviləsini ləğv etməyə razılaşmamışdır. 04 dekabr 2024-cü ildə bir nəfər Cavabdeh zəng etmiş, adının Emin olduğunu və Röyal Əliyevin ona satdığı Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evinin əsl sahibi olduğunu, həmin evi dostutanışı Röyal Əliyevə kreditlə satdığını, həmin evin hələ də sənədlə onun adında olduğunu bildirmiş və əlavə olaraq demişdir ki, evə görə 50 manat sığorta pulu onun kartından silinmişdir, ona görə də öz kart nömrəsini Cavabdeh göndərmişdir ki, onun kartından evin sığortasına görə silinmiş 50 manat pulu onun kartına köçürsün. Cavabdeh 50 manat pulu İddiaçı göndərdiyi kartına köçürtmüş, sonra İddiaçı Cavabdeh zəng vurub demişdir ki, o, həmin X14 satmışdır, onun həmin evdə gözü yoxdur, Röyal Əliyev onun yaxın dostudur və onlar ailəvi dostluq edirlər, Röyal onu bezdirib, ona görə Röyalın dediyini et. Həmin günü X11 Bəşirliyə zəng vurub demişdir ki, ya borc müqaviləsini ləğv edirlər, ya da o, aradan çəkilir, Emin onları evdən çıxaracaqdır. Cavabdeh evə getmiş, ailə üzvlərinə Röyalın onu borc müqaviləsini pozmağa məcbur etməsini bildirmiş, Cavabdeh atası demişdir ki, Röyal onları aldatmaq istəyir. Onu da qeyd edir ki, xx.xx.2024-cü ildə İddiaçı Cavabdeh zəng vurduqdan sonra Cavabdeh Röyal Əliyevə zəng edib demişdir ki, Emin ona zəng vurub onunla acı-acı danışır. Röyal Əliyev demişdir ki, indi mən Eminə zəng edəcəkdir. Sonra Röyal zəng edib demişdir ki, Emin ilə danışmış, kartına sığortaya görə 50 manat ödəməlidir, sonra Emin onları narahat etməyəcəkdir. Röyal əlavə olaraq sabah borc müqaviləsini ləğv etdirəcəklərini bildirmişdir. Cavabdeh yenə razı olmamış, Röyal Əliyev isə cavabında demişdir ki, onu prinsipə salmasın, onda o, aradan çəkiləcəkdir, daha sonra Emin onları evdən çıxaracaqdır, ona verilmiş 14000 manatı da vaxtı tamam olanda gəlib ondan istəsin. Cavabdeh Röyal Əliyevə demişdir ki, onda o da şikayət edəcəkdir ki, ev alqı-satqısı adı altında aldadılıb onun 14000 manatı ələ keçirilmişdir. Həmin günü saat 22:10-da X11 Bəşirliyə zəng edib demişdir ki, 14000 manatı da, evə görə banka ödədiyi pulu da qaytarır, amma bir şərti vardır ki, əvvəlcə o, evdən çıxmalıdır. Cavabdeh Röyal Əliyevin açıqaşkar onu aldatmaq istədiyini görüb onun bu təklifi ilə razılaşmamış, bu zaman Röyal Əliyev cavabında Cavabdeh hədələmişdir. İddiaçı Cavabdeh qarşı iddia hüququ yoxdur, belə ki, İddiaçı tərəfindən notarius tərəfindən təsdiq edilmiş baş etibarnaməsi olan və səlahiyyət verilmiş X13 oğlu adlı şəxs mübahisə predmetinə çevrilmiş bu evi 2019-cu ildə Cavabdeh 14000 manata satmış, evin satılmasına görə Röyal Əliyev ilkin ödəniş olaraq notarius vasitəsilə Cavabdeh 14000 manat pul almış, evi aldıqdan sonra 2019-cu ildən etibarən Cavabdeh və ailə üzvləri bu evə köçüb mülkiyyətçi hüququ ilə açıq, fasiləsiz və etirazsız bu evdə yaşamışlar və hal-hazırda da yaşayırlar, bu 5 il ərzində evə görə banka 6000 manata yaxın kredit ödəmişdir, bu 5 il ərzində evin sahibi İddiaçı susmuş, onlara qarşı heç bir tələb və s. irəli sürməmiş, lakin Cavabdeh Röyal Əliyev ilə bağlanmış kredit müqaviləsini ləğv etdirməyə razı olmadığına görə alqı-satqıdan 5 il sonra Cavabdeh qarşı iddia qaldırıb onu evdən çıxartmaq istəyir. Buradan belə məlum olur ki, X13 oğlu ilə İddiaçı əlbir olub Cavabdeh 14000 manat pulunu və kreditə görə banka ödədiyi təxminən 6000 manat olmaqla, ümumilikdə, 20000 manat pulu ələ keçirmişdirlər. Ona görə də hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır, İddiaçı evi İddiaçı qabaq Röyal Əliyevə satmış, X13 oğlu isə 2019-cu ildə həmin evi Cavabdeh satmışdır, artıq 5 ildir ki, ev Cavabdeh qanuni sahibliyimdə və istifadəsindədir, bu müddət ərzində Cavabdeh İddiaçı adına olan evə görə 6000 manat kredit ödəmişdir, İddiaçı isə evin 2019-cu ildə dostu-tanışı Röyal Əliyev tərəfindən Cavabdeh satılmasını, evə görə Cavabdeh tərəfindən 5 ilə yaxındır ki, kredit ödənilməsini bilib susmuşdur. Ona görə də hesab edir ki, Cavabdeh tərəfindən evin alınmasına görə ödənilmiş 14000 manat pulun əvəzi, həmin pulların qanunsuz saxlanılmasına görə Cavabdeh vurulmuş ziyanın (əldən çıxmış faydanın), yəni 714 manat pulun əvəzi, Cavabdeh yetirilmiş mənəvi zərərə görə 5000 manat pulun əvəzi X13 oğlundan və İddiaçı etibarnamə əsasında nümayəndəsi X13 oğlu tərəfindən Cavabdeh satılmış evin kreditinə görə Cavabdeh tərəfindən ödənilmiş 6000 manat məbləğində pulun əvəzi, həmin pulların qanunsuz saxlanılmasına görə Cavabdeh vurulmuş ziyanın (əldən çıxımış faydanın), yəni 306 manat pulun əvəzi və Cavabdeh yetirilmiş mənəvi zərərə görə 1000 manat pulun əvəzi İddiaçı tutulub Cavabdeh ödənilməlidir. Onu da qeyd edir ki, İddiaçı X13 oğlu ilə əlbir olaraq Cavabdeh qarşı törətdiyi “delikt” nəticəsində Cavabdeh 20000 manat məbləğində pulundan məhrum olmuş və gəlirlərindən (əldən çıxmış faydadan) məhrum olmuşdur, Cavabdeh maddi və mənəvi zərər yetirilmişdir. Belə ki, Cavabdeh X13 oğlundan İddiaçı satdığı evi almasaydı, pulundan öz iradəsinə uyğun istifadə edərdi və adi mülkiyyət dövründə başqa şəxsdən hər hansı bir daşınar və daşınmaz əmlak alıb faydalanar, qazanc əldə edərdi. Belə ki, 2024-cü il üçün Azərbaycan Mərkəzi Bankının faiz uçot dərəcəsi 5,1 % təşkil etmişdir. Adi riyazi hesablama aparılsa (20000x 5.1 %=1020 manat) görülər ki, X13 oğlunun və İddiaçı günahı ucbatından, yəni ev satmaq adı ilə Cavabdeh 20000 manat pulu qanunsuz əldə edib saxlayaraq özləri üçün istifadə etmələri nəticəsində Cavabdeh 1020 manat gəlirindən (əldən çıxmış fayda) məhrum olmuşdur. Eyni zamanda X13 oğlunun və İddiaçı Tovuz oğlunun Cavabdeh qarşı qanunazidd rəftarları, davranışları ucbatından, Cavabdeh 20000 manat pulunu ev alqı-satqısı adı ilə əldə etmələri, indi isə pulu qaytarmaqdan boyun qaçıraraq, Cavabdeh evdən çıxartmaq istəmələri nəticəsində Cavabdeh qonum-qonşu, qohumlar arasında rüsvay olmuş, nüfuzdan düşmüşdür, onun nüfuzuna xələl yetirilmiş, bu səbəblərə görə Cavabdeh dəfələrlə əsəbləşmiş, gecələr yuxusu qaçmış, mənəvi sarsıntı keçirmişdir, həmçinin ağır iztirablar çəkmiş, sağlamlığına bərpaolunmaz mənəvi zərər yetirilmişdir. Onlardan əvvəlki vaxtlarda 2013-2019-cu illərdə ipoteka ödənişləri edilməmişdir və 2013-cü ildən 2019-cu ilə qədər yaranmış borcun onlara aidiyyəti yoxdur. Bundan əlavə bildirir ki, İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi qeyrimüəyyəndir. Belə ki, iddia tələbi digər şəxslərə aid hissədə çıxarılmalıdır. Röyal Əliyev də məhkəmə iclasında etiraf etmişdir ki, o, pulu alıb İddiaçı vermişdir. İlkin iddia tələbində Cavabdeh evdən çıxarılması hissəsi də əsasızdır. Belə ki, 4429 manat məbləğində pul onlar tərəfindən banka pul ödənilmiş və bu faktı Röyal Əliyev də etiraf etmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş və qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla Cavabdeh arasında 1 saylı “ASAN xidmət” Mərkəzində 2019-cu ildə borc müqaviləsi bağlanmış və o, 14000 manat məbləğində pulu götürüb İddiaçı vermişdir. Lakin Cavabdeh ev üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı evi satmaq niyyəti olmuşdur. O, Cavabdeh atası ilə danışmışdır ki, ödəniş etsinlər və banka olan borc bağlanılsın. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 0,0095 ha torpaq sahəsi üzərində inşa edilmiş, yaşayış sahəsi 37,3 kv.m, yardımçı sahəsi 14,2 kv.m, ümumi sahəsi 51,5 kv.m olan 29 E saylı fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan borc verən Cavabdeh ilə borc alan X13 oğlu arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh borc alan X13 oğluna 14000 manat məbləğində pul borc vermiş, borc alan X13 oğlu krediti xx.xx.2029-cu il tarixədək borc verən Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə ünvanlanmış 09 iyul 2025-ci il tarixli, 13-7/2-1109/2025 nömrəli cavab məktubundan görünür ki, "xxxx" ASC-dən "xxxx" QSC-yə ötürülmüş və QSC-nin Bakı filialının idarəetməsində olan borclu İddiaçı ipoteka krediti üzrə "xxxx" QSC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə cəmi ödənilən məbləğ 4694 manat olmuşdur. O cümlədən qeyd olunan kredit borcu üzrə xx.xx.2020-ci ildən xx.xx.2024-cü il tarixədək olan ödənişin məbləği cəmi 4429 manat təşkil etmiş, bu məbləğin 2150 manatı əsas borca, 2279 manatı isə onun faiz borcuna silinmişdir. 2025-ci ildə ödəniş olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir, ilkin iddia tələbi Cavabdeh ailə üzvlərinin və digər şəxslərin Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evindən çıxarılması hissəsində qeyri-müəyyən və mücərrəd olduğundan qeyd edilən hissədə iş baxılmamış saxlanılmalı və bu barədə ayrıca qərardad qəbul edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir. Tərəflər arasında 2019-cu ilin dekabr ayında olan şifahi sövdələşməyə əsasən İddiaçı evin Cavabdeh gələcəkdə satılması, cavabdeh isə öz növbəsində mənzilin ipotekası ilə bağlı aylıq ödənişləri hər ay vaxtı-vaxtında ödəməsi barədə razılığa gəlmiş və həmin münasibətlər müqavilə ilə rəsmiləşdirilməmişdir. Tərəflər arasında əldə edilmiş razılıqdan sonra, yəni 2019-cu ilin dekabr ayında Cavabdeh ailəsi ilə birlikdə həmin evə köçmüşdür və hazırki vaxtadək orada yaşayır. Lakin Cavabdeh şifahi razılıq əsasında üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və heç bir hüquqi əsas olmadan, qanunsuz şəkildə İddiaçı mülkiyyətində olan evdə yaşamağa davam etmişdir. Beləliklə, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Beləliklə, işin faktiki hallarından göründüyü kimi ilkin iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəllənin 152 və 157-ci maddələri təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada məhkəmə nəzərə alır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən mənzilə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamışdır, cavabdehin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin ilkin iddia tələbinin vurulmuş ziyanın əvəzi kimi xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən qrafik üzrə ödənilməmiş 15205 manat pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, İddiaçı ipoteka krediti üzrə "xxxx" QSC-yə ödəməli olduğu qalan 15205 manat borcu Cavabdeh tələb etməsinin heç bir hüquqi əsası olmadığından ilkin iddia tələbi bu hissədə rədd edilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Bəşirli X5 rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evinin ona satılması müqabilində ondan alınmış 14000 manat məbləğində pulun əvəzinin, satılmış evin kreditinə görə ödənilmiş 6000 manat məbləğində pulun əvəzinin, 1020 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 94 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 22020 manat məbləğində pulun əvəzinin İddiaçı tutulub ona ödənilməsini xahiş etmiş və qarşılıqlı iddianın qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 158.4-cü, 159-cu, 163.1-ci, 449.1-ci, 449.2-ci, 1096.1-ci, 1096.2-ci və 1097-ci maddələrinə istinad etmişdir. Qarşılıqlı iddia tələbinin Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evinin satılması müqabilində alınmış 14000 manat məbləğində pulun əvəzinin İddiaçı tutulub Cavabdeh ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 oğlu arasında 09 dekabr 2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh X13 oğluna 14000 manat məbləğində pul borc vermiş, X13 oğlu krediti xx.xx.2029-cu il tarixədək Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 09 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 oğluna borc olaraq verdiyi 14000 manat məbləğində pul vəsaitini qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb etməkdə haqlı olmamış, sözügedən müqaviləyə görə ödədiyi pulu müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 oğlu əvəzinə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb etmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisə predmeti olan evin kreditinə görə ödənilmiş 6000 manat məbləğində pulun əvəzinin İddiaçı tutulub ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə ünvanlanmış 09 iyul 2025-ci il tarixli, 13-7/2-1109/2025 nömrəli cavab məktubundan göründüyü kimi İddiaçı ipoteka krediti üzrə Cavabdeh tərəfindən "xxxx" QSCyə xx.xx.2020-ci ildən xx.xx.2024-cü il tarixədək cəmi 4429 manat ödəniş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf mübahisə predmeti olan fərdi yaşayış evində yaşadığı vaxtdan, yəni 2019-cu ilin dekabr ayından etibarən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ipoteka krediti üzrə ödənişlər etdiyini bildirmiş, bununla da qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı heç bir hüquqi əsas olmadan onun hesabına əsassız varlandığını iddia etsə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı borcu üzrə ödəniş etməklə yanaşı heç bir hüquqi əsas olmadan 5 il müddətində qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan evdə yaşamış və evdən əvəzsiz olaraq istifadə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddianın bu hissəsinə münasibətdə əsassız varlanma halı müəyyən edilmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona 1020 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 1000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona 1020 manat məbləğində maddi ziyan və 1000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında qarşılıqlı iddianın mənəvi ziyan hissəsi də əsaslandırılmamış, qarşılıqlı iddia üzrə iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinin bütövlükdə rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkət tərəfindən dövlət büdcəsinə ödənilmiş 94 manat dövlət rüsumu da qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Bəşirli X5 rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 oğluna qarşı Abşeron rayonu, Masazır kəndi, Süleyman Rüstəm küçəsində yerləşən 29 E saylı fərdi yaşayış evinin ona satılması müqabilində ondan alınmış 14000 manat məbləğində pulun əvəzinin, satılmış evin kreditinə görə ödənilmiş 6000 manat məbləğində pulun əvəzinin, 1020 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 94 manat dövlət rüsumunun əvəzinin, cəmi 22020 manat məbləğində pulun əvəzinin cavabdeh İddiaçı tutulub ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 94 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar