Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1276/2021 16.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 27 iyul 2017-ci il təvəllüdlü X2 ilə birlikdə "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən 3 (üç) otaqlı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 23 sentyabr 2015-ci il tarixdə rəsmi olaraq ailə qurmuşlar və 27 iyul 2017-ci il tarixdə Bəkirova Dinarə adlı bir uşaqları doğulmuşdur. ünvan 2 ünvanda qeydiyyatda olsalar da Xırdalan şəhərində yeni tikilmiş hündür mərtəbəli binada iki otaqlı kirayə mənzildə yaşamışlar. Cavabdeh Qarabağ müharibəsi əlili kimi ev növbəsinə götürülmüşdür və həmin növbə cədvəlində 2016-cı ildə və 2017-ci ildə ailə tərkibində dəyişiklik olması göstərilmişdir. Cavabdehə Qarabağ müharibəsi əlili kimi Binəqədi Gənclər şəhərciyində "xxxx" MTK tərəfindən inşa edilmiş yeni tikilmiş hündür mərtəbəli 3 saylı binada yerləşən 67 saylı 3 otaqlı mənzil verilmişdir. Mənzil ayrılarkən onlar da ailə üzvləri kimi orderdə göstərilmişlər və mənzilə köçməyə görə aralarında mübahisə yarandığından və cavabdeh onun uşaqla mənzilə köçməyinin qarşısının alınması məqsədi ilə nikahın pozulması barədə iddia qaldırmışdır. Göründüyü kimi bu əmlak birgə nikah dövründə əldə edilmişdir, həmçinin mənzil ayrılarkən o və azyaşlı uşaq da nəzərə alınmaqla 3 otaqlı mənzil ayrılmışdır və onların də adları orderdə ailə üzvləri kimi qeyd edilmişdir. Onun şəxsi yaşayış yeri, mənzili yoxdur, cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Uşağın da valideyninə məxsus evdə yaşamaq hüququ vardır, bu səbəbdən də azyaşlı uşağın da hüquqları pozulur. Bu əmlak cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilir, belə ki, birgə nikah dövründə olduqları vaxt ayrılmışdır və o azyaşlı uşaqla ailə üzvü kimi nəzərə alınmış, yəni ayrılma normasına uyğun olaraq ailə üzvlərinin sayına müvafiq ölçülər müəyyən edilmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, iddiaçının izahatını və cavabdehin etirafını dinləyib, eləcə də, onun bu barədə məhkəməyə təqdim etdiyi yazılı ərizəsini və işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, cavabdehin iddianı etiraf etməsi təsdiq edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 23.09.2015-ci il tarixdə verilmiş AZ-İİ № 056818 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 23.09.2015-ci ildə rəsmi nikaha daxil olmuş, X1 Bəkirova soyadı verilmişdir. -3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 07.08.2017-ci il tarixdə verilmiş AZ-İİİ № 993275 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 27.07.2017-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Bakı–Binəqədi RPİ tərəfindən verilmiş 13.10.2016-cı il tarixli AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 10.06.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 20.10.2017-ci il tarixli 231 nömrəli Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 18.11.2016-cı il tarixli 266 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamının surətindən görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 18.11.2016-cı il tarixli 266 saylı sərəncamında dəyişiklik edılərək, vətəndaş Cavabdeh ailə tərkibi 5 nəfərlə (özü, arvadı, anası, oğlu və qızı) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində güzəştli əsaslarla 30.12.2007-ci ildən Qarabağ Müharibəsinin İİ qrup əlili kimi mənzil növbəsində hesab edilməsi qərara alınmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh ilə 23 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və 27 iyul 2017-ci il tarixdə Dinarə adlı bir uşaqları doğulmuşdur. ünvan 2 ünvanda qeydiyyatda olsalar da Xırdalan şəhərində yeni tikilmiş hündür mərtəbəli binada iki otaqlı kirayə mənzildə yaşamışlar. Cavabdeh Qarabağ müharibəsi əlili kimi ev növbəsinə götürülmüş və həmin növbə cədvəlində 2016-cı ildə və 2017-ci ildə ailə tərkibində dəyişiklik olması göstərilmişdir. Cavabdehə Qarabağ müharibəsi əlili kimi Binəqədi Gənclər şəhərciyində "xxxx" MTK tərəfindən inşa edilmiş yeni tikilmiş hündür mərtəbəli 3 saylı binada yerləşən 67 saylı 3 otaqlı mənzil verilmişdir. Mənzil ayrılarkən onlar da ailə üzvləri kimi orderdə göstərilmişlər və mənzilə köçməyə görə aralarında mübahisə yarandığından və cavabdeh onun uşaqla mənzilə köçməyinin qarşısının alınması məqsədi ilə nikahın pozulması barədə iddia qaldırmışdır. Onun şəxsi yaşayış yeri, mənzili yoxdur, cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Uşağın da valideyninə məxsus evdə yaşamaq hüququ vardır, bu səbəbdən də azyaşlı uşağın da hüquqları pozulur. Ona görə də iddiasının təmin edilməsini, uşaqları ilə birlikdə mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. İddiaçı isə öz növbəsində məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbini tam qəbul etdiyini etiraf etmişdir. Beləliklə, işin araşdırılan hallarından göründüyü kimi, Cavabdeh iddia tələbini tam etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı, azyaşlı övladı 27 iyul 2017-ci il təvəllüdlü X2 ilə birgə "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən 3 (üç) otaqlı mənzilə köçürülsünlər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1276/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1276/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver