Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-13/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5600 manat və dövlət rüsumuna görə 30,4 manat pul olmaqla, cəmi 5630,4 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən satılmış mənzilin bir kv.metri 700 manat olmaqla 16,9 kv.m. üçün 11830 manat, 11830 manat məbləğin 36 faizi olaraq 4258.8 manat, cəmi 16088,8 manat məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.4 manat pul məbləği alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə 27 yanvar 2015-ci il tarixdə bağlanmış mənzilin alqı-satqısı haqqında İH/B-A(b)/0017 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda “AAAF-PARK” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzili bir kv.metri 700 manat olmaqla 42700 manat məbləğinə satın almışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən həmin məbləğin 15 faizi olaraq 6500 manatını nağd ödəmiş, qalan 36200 manat məbləğini isə "xxxx" ASC-nin Sumqayıt filialı ilə bağladığı 27 yanvar 2019-cu il tarixli 15/022 saylı kredit müqaviləsinə əsasən ödəmişdir. Kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda “AAAF- PARK” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə razlığa gəlmişlər. İddiaçı həmin mənzilə köçüb yaşadıqdan sonra mənzilin sahəsinin 61 kv.metr olmasına şübhə yaranmış, mütəxəsis dəvət edərək ölçmüş və məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 53 kv.metrdir. Bununla bağlı, cavabdeh "xxxx" MMC-nin rəhbərliyinə müraciət etmişdir. Ona anlaşılmazlıq olduğunu, bunu ictimailəşdirmədən 8 kv.metrə görə 5600 manat pulunu qaytaracaqları bildirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi üçün təkidlə cavabdeh "xxxx" MMC-dəın 5600 manat pulunu istəmişdir. Cavabdeh isə maliyyə imkanlarının zəif olduğunu bildirib imtina etmişdir. Cavabdeh "xxxx" MMC iddiaçını aldadaraq küllü miqdarda pulunu mənimsəmişdir. Maddi imkanı yaxşı olduğu halda pulunu ödəmək istəmir. Nəticədə iddiaçı kredit borcunu ödəməkdə çətinlik çəkir, borcun ipoteka predmetinə yönəldilməsi riski artmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 iddia tələbinə verdiyi etirazı müdafiə edərək bildirdi ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda “AAAF-PARK” yaşayış massivində inşa edilmiş 240C nömrəli ein 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilə dair tam əldə etmədiyi hüquqlarından sui-istifadə edir. Belə ki, İsmayıllı rayon məhkəməsinin 2(037)- 251/2018 nömrəli 10 may 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi; cavabdeh X3 və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması; iddia tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilinə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi, həminəmlakınhərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Ləğv etmə prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK 2(107)- 1939/2018 nömrəli xx.xx.2018-ci il tarixli Qərardadla iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilməklə, İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240C nömrəli evin 3cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilinə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi, həminəmlakınhərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsi ləğv edilmiş və həmin hissədə baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)- 1939/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin nümayədəsi X1 apellyasiya şikayəti təmin edilməməklə, İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(012)- 1591/19 nömrəli Qərarına əsasən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 2(107)-1939/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 2(107)-1478/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi; cavabdeh İddiaçı və “AAAF-İnşaaf’ MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-yə verilməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli 2(102)- 7697/2019 nömrəli Qərarına əsasən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktlarına əsasən cavabdeh/borclu İddiaçı mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda "AAAF- PARK” yaşayış massivində inşa edilmiş 240C nömrəli ein 3-cü mərtəbəsində yerləşən (sahəsindən asılı olmayaraq) 99 nömrəli mənzilə görə tələbkar LPO "xxxx" ASC-nə cəmi 44843.20 (qırx dörd min səkkiz yüz qırx üç, 20 qəpik) manat kredit borcu ödəməlidir. 27 yanvar 2015-ci il tarixli İH/B-A(B)/0017 nömrəli müqavilə qüvvədədir və ləğv edilməmişdir. Hazırki iddia tələbinin hüquqi əsası yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Bundan əlavə iddia tələbinin tətbiqi barədə ərizəni müdafiə edərək bildirdi ki, İddiaçı cavabdeh MMC-nə qarşı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Mülki iş materiallarından göründüyü kimi İddiaçı mübahisələndirdiyi daşınmaz əmlakı xx.xx.2015-ci il tarixində Mənzilin alqı-satqısı haqqında müqaviləsi əsasında əldə etmişdir. Həmin mənzilin vahid əmlak dəyəri tərəflərin razılaşmasına əsasən 42700 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 4 (dörd) ildən sonra 2019-cu il tarixində müraciət etmişdir. Bundan başqa, hazırki mübahisəyə podrat hüquq münasibətləri nöqteyi-nəzərdən yanaşılsa mənzil tikintialtı sahə pllan-sxemə uyğun olaraq iddiaçıya təqdim edilmişdir.Həmçinin bir illik iddia müddəti ötürülmüşdür. Odur ki, qeyd olunanları, habelə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76, 77, 217.3cü maddələrini və Mülki Məcəlləsinin 354.1-ci maddəsinə rəhbər tutaraq, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi və iddia tələbinni rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli İP 15/017 №-li İpoteka Müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış arasında bağlanmış xx.xx.2015-ci il tarixli KR 15/022 №-li Kredit Müqaviləsinə əsasən 36200 (otuz altı min iki yüz) manat məbləğində 120 (yüz iyirmi) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu Müqavilə ilə müəyyən edilmiş əmlakın sonrakı ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpotekanın predmeti Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilidir. İpotekanın predmeti olan daşınmaz əmlak İpoteka qoyana "xxxx" MMC ilə bağlanmış 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin Alqı-satqı müqaviləsinə əsasən məxsusdur. İpoteka qoyulmuş mənzil 42700 (qırx iki min yeddi yüz) manat məbləğində qiymətləndirilir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli İH-A-(b)/0017 saylı Maliyyə arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-də “AAAF-Park” yaşayış massivində inşa edilən (edilmiş) 240 C saylı 10 mərtəbəli yaşayış binasında 99 saylı mənzilin pay dəyərindən 6500 (altı min beş yüz) manat məbləğində ödəmişdir. Borc qalığı 36200 (otuz altı min iki yüz) manatdır. -"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli İH/B-A- (b)/0017 saylı Mənzilin Alqı-satqı müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 C saylı 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 61 kv.m.olan 1 (bir) otaqdan ibarət 99 saylı mənzili İddiaçı satmağı, İddiaçı bu müqavilə ilə nəzərədə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Qeyd olunan mənzilin dəyəri 42700 (qırx iki min yeddi yüz) manat təşkil edir. -İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-251/2018 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilmiş, cavabdeh İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 (otuz dörd min altı yüz on doqquz) manat (otuz iki) qəpik əsas borc, 10193,88 (on min bir yüz doxsan üç) manat (səksən səkki) qəpik faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 44843,2 (qırx dörd min səkkiz yüz qırx üç) manat (iyirmi) qəpik kredit borcu alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi həmin əmlkaın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsi təmin edilməməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)- 1939/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 apellyasiya şikayəti təmin olunmamış, iş üzrə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-251/2018 saylı qətnaməsi Texnikabank” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilmiş, cavabdeh İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 (otuz dörd min altı yüz on doqquz) manat (otuz iki) qəpik əsas borc, 10193,88 (on min bir yüz doxsan üç) manat (səksən səkki) qəpik faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla- cəmi 44843,2 (qırx dörd min səkkiz yüz qırx üç) manat (iyirmi) qəpik kredit borcu alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)- 1939/2018 saylı qərardadının surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Həmidə Quliyevanın apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-251/2018 saylı qətnaməsi qismən, yəni iddia tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi həmin əmlkaın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinin təmin edilməməsi ilə bağlı hissəsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı iddia ərizəsinin tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240 C nömrəli evin 3cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi həmin əmlkaın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi hissəsi baxılmamış saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)- 1478/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)-251/2018 saylı qətnaməsi "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilmiş, cavabdeh İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 (otuz dörd min altı yüz on doqquz) manat (otuz iki) qəpik əsas borc, 10193,88 (on min bir yüz doxsan üç) manat (səksən səkki) qəpik faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqlacəmi 44843,2 (qırx dörd min səkkiz yüz qırx üç) manat (iyirmi) qəpik kredit borcu alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1591/19 saylı qərarının surətindən görünür ki, cavabdeh "xxxx" MMC-nin kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-1939/2018 saylı qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1637/2022 saylı qətnaməsinin surətindən görünür ki,cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı və üçüncü şəxs "xxxx" MTK-ya qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın boşaldılmaqla geri təhvil verilməsi və dəymiş maddi ziyanın tutulmasına dair iddia tələbi rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1972/2022 saylı qərarının surətindən görünür ki, kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)- 1939/2018 saylı qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)- 2596/2021 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 28623 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240C ünvanında inşa edilmiş evin 3-cü mərtəbəsində yerləşən, 99 saylı mənzilin ümumi sahəsi hesablanarkən balkon və təsərrüfat sahələri-0,3 azalma əmsallarına vurulmadan hesablandığı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinə, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir.Ümumi sahə 44,1 kv.m təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikası “Müstəqil EKspertiza Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 56 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinin 3.0.25-ci bəndinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 4-cü bəndinin tələblərinə uyğun olaraq İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF Park yaşayış massivində 240 C saylı binanın 10-cu mərtəbəsində yerləşən 99 nömrəli mənzilin ümumi tikintialtı sahəsi – 61.2 m2 təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən tikilinin plan-sxemundən də binada yerləşən iddiaçıya aid mənzilin tikinti-altı sahəsinin 61,00kv.m təşkil etdiyi müəyyən edilir. -LPO Texnikabank ASC tərəfindən verilmiş xx.xx.2019-xx.xx.2023-cü il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü ildə olmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 27 yanvar 2015-ci il tarixdə mənzilin alqı-satqısı haqqında İH/B-A(b)/0017 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda “AAAF-PARK” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzili bir kv.metri 700 manat olmaqla 42700 manat məməbləğinə satın almışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən həmin məbləğin 15 faizi olaraq 6500 manatını nağd ödəmiş, qalan 36200 manat məbləğini isə "xxxx" ASC-nin Sumqayıt filialı ilə bağladığı 27 yanvar 2019-cu il tarixli 15/022 saylı kredit müqaviləsinə əsasən ödəmişdir. Kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda “AAAF-PARK” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə razlığa gəlmişlər. İddiaçı həmin mənzilə köçüb yaşadıqdan sonra mütəxəsis dəvət edərək ölçmüş və müəyyən etmişdir ki, mənzilin ümumi sahəsi 53 kv.metrdir. Bununla bağlı cavabdeh "xxxx" MMC-nin rəhbərliyinə daha sonra isə məhkəməyə müraciət etmişdir. İş üzrə alınmış ekspert rəyində İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240C ünvanında inşa edilmiş evin 3-cü mərtəbəsində yerləşən, 99 saylı mənzilin ümumi sahəsi hesablanarkən balkon və təsərrüfat sahələri-0,3 azalma əmsallarına vurulmadan hesablandığı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinə, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası “Müstəqil EKspertiza Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 56 nömrəli ekspert rəyinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinin 3.0.25-ci bəndinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 4-cü bəndinin tələblərinə uyğun olaraq İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF Park yaşayış massivində 240 C saylı binanın 10-cu mərtəbəsində yerləşən 99 nömrəli mənzilin ümumi tikintialtı sahəsi – 61.2 m2 təşkil etdiyi, həmçinin cavabdehin təqdim etdiyi tikintinin plansxemində isə mənzilin tikinti altı sahəsinin 61,00kv.m təşkil etdiyi müəyyən edildi. Müqavilədən və iddia ərizəsinin özündən də göründüyü kimi tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, AAAF Park yaşayış massivində 240 C saylı binanın 10-cu mərtəbəsində yerləşən 99 nömrəli mənzilin ümumi qiymətin 42700 (qırx iki min yeddi yüz) manat olması barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkətetməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İşdən görünür ki, hazırkı mübahisənin predmetini müqavilədən irəli gələn münasibətlər təşkil etdiyindən maddi hüquq norması kimi həmin maddələrə istinad edilməsi işin obyektiv həlli üçün yetərli deyil. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olmasını, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşağı, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə alınmalıdır. Mübahisəli mənzilin alınması ilə bağlı tərəflər arasında imzalanmış 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Alqı-satqı müqaviləsinin şərtləri təfsir edildikdə, həmçinin tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənası nəzərə alındıqda, məlum olur ki, həmin müqavilə alqı-satqı barədə deyil, podrat müqaviləsidir (müqavilənin 1.2; 3.1.,3.2,4; 4.7-ci maddələri və s.). Tərəflər arasında bağlanmış həmin müqavilərə əsasən isə podratçı kimi "xxxx" MMC iddiuaçı qarşısında öhdəlik götürmüşdür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 240-C ünvanında inşa etdiyi 10 mərtəbəli yaşayış binasında 61 kv/m dən ibarət bir otaqlı, 99 nömrəli mənzili inşa edib təhvil verəcək. Müqavilədə mənzilin yaşayış və köməkçi sahələrinin ölçüləri barədə heç bir müddəa yoxdur. Bu müqavilə ilə sifarişçi İddiaçı isə MMC qarşısında öhdəlik götürmüşdür ki, həmin mənzilə görə 42700 (qırx iki min yeddi yüz) manat ödəyəcəkdir. Mənzilin dəyərinin sifarişçi tərəfindən tam ödənilməsi işin mübahisəsiz halıdır. İşdə olan tikilinin plan sxemindən mənzilin tikintialtı sahəsinin 61.00 kv.m. oladuğu və mütəxəsis rəyindən tikinti altı sahənin 61,2 kv.m. olduğu müəyyən edilir.Göründüyü kimi mübahisəli mənzilin tikintialtı ümumi sahəsi cüzi fərqlə 61 kv.m olub mübahisəli mənzilin müqavilədə nəzərdə tutulan ümumi sahəsi ilə eynidir. Bu əsasda məhkəmə qeyd edilənlərə əsasən məhkəmə ekspertizasının rəyini sübut kimi xaric edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə 2015-ci ildə bağlanmış, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. tərəflər arasında yaranan münasibət podrat müqaviləsi ilə əlaqədar olduğundan 5 illik iddia müddəti tətbiq edildikdə müqavilənin bağlandığı tarixdən iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixədək iddiaçı tərəfindən iddia müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Həmin Məcəllənin 776.2-ci maddəsinə əsasən əgər müqaviləyə əsasən iş hissəhissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə 100 manat məhkəmə ekspertizası xərcinin 50 manatı iddiaçıdan və 50 manatı isə cavabdehdən tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin olunmasın. İddiaçı 50 manat, cavabdeh "xxxx" MMC-dən 50 manat tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-13/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-13/2023
17.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver