Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1315/2025 18.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) doğum akt qeydinin bərpası barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi (Maraqlı şəxs) doğum akt qeydinin bərpası barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X3 doğum qeydi aktının bərpa edilməsi faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956cı il tarixində Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kəndində doğulmuş onun, yəni Rüstəmova (Novruzova) Həqiqət Aslan qızının doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında X19, ana qrafasında X2 qeyd edilməsi barədə qətnamə qəbul edəsiniz Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1956-cı ildə Ermənistan Respublikasında anadan olmuşdur. X1, atası isə X14r. Bu faktı təsdiq edə biləcək şahidlər də vardır. Qeyd edir ki, doğum haqqında şəhadətnaməsini Ermənistandan Azərbaycana köçərkən naməlum şəraitdə itirmişdir. Doğum haqqında şəhadətnamə olmadığı üçün bəzi sənədləşmə işlərini apara bilmir. Hazırda doğum haqqında şəhadətnamənin verilməsinə zərurət vardır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, ərizəçi doğum aktı qeydinin bərpası ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Ailə Məcəlləsinin tələblərinə əsasən doğum faktını təsdiq edən kifayət qədər sənədlər olmadığından, tərəflərindən doğum akt qeydinin bərpası mümkün olmamışdır. Buna görə də, vətəndaşın aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizənin təmin edilməsinə etirazları yoxdur. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında şahid qismində ifadəsi alınmış X6 ifadəsində göstərmişdir ki, o, Ərizəçi əmisiqızıdır. Onlar həm də qonşudurlar və münasibətləri çox yaxşıdır. Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. Atasının ad, soyadı X19, anasının isə X7r. O, ərizəçinin ad günlərində, yubileylərində iştirak etmişdir. Ərizəçi 1970-ci ildə Ermənistandan Azərbaycana gəlmişdir. Ərizəçi X8 ilə evlidir və 2 oğlu, 1 qızı vardır. Ərizəçinin doğum şəhadətnaməsi Azərbaycana köç edərkən itmişdir. Ərizəçi hazırda ünvan 1 ünvanında yaşayır. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında şahid qismində ifadəsi alınmış X13 ifadəsində göstərmişdir ki, Ərizəçi onun anasıdır. Anası xx.xx.1956-cı ildə Ermənistan, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. Belə ki, onlar hər il noyabr ayının 6-sını, anasının doğum gününü qeyd edirlər. Anasının atasının adı Aslan, anasının adı Sİtarə Rüstəmova olmuşdur. Onun 2 xalası vardır, biri Türkmənistanda, digəri isə Bakıda yaşayır. Onun atasının adı isə X4r. Onlar ailədə 1 bacı, 2 qardaşdırlar. O, anasının doğum haqqında şəhadətnaməsini heç vaxt görməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İ-ЖГ 30933 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X10 arasında 25 yanvar 1975-ci il tarixli, 72 saylı rəsmi nikah bağlanmışdır. Nikahdan sonra arvada Novruzova soyadı verilmişdir. -Abşeron rayonu Saray orta məktəbi tərəfindən verilmiş AЗ 666292 №-li orta təhsil haqqında attestatdan görünür ki, 1956-cı ildə Ermənistan, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuş X10 1974-cü ildə Abşeron rayonu Saray orta məktəbini ana dili üzrə 3, ədəbiyyat üzrə 4, rus dili üzrə 3, funkasiyalar üzrə 4, həndəsə üzrə 4, SSRİ tarixi üzrə 4, ümumi tarix üzrə 3, ictimaiyyat üzrə 3, fizika üzrə 3, astronomiya üzrə 3, kimya üzrə 4, biologiya üzrə 3, coğrafiya üzrə 3, ibtidai hərbi hazırlıq üzrə 3, əmək təlimi üzrə 5 qiymətləri ilə bitirmişdir. -İ-ЗЖ 267282 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1959-cu ildə anadan olmuşdur. X9, anası isə X7r. -Asan-Sumqayıt tərəfindən xx.xx.2016-cı il tarixində verilmiş AZE Seriyalı, ******** №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan, Krasnoselo rayonunda (indili Ağbulaq kəndində) anadan olmuşdur. -Maraqlı şəxs Ərizəçi ünvanlandığı 31 iyul 2024-cü il tarixli 3-16-5/8-15-109/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş akt yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Maraqlı şəxs məhkəməyə müraciət edilməsini tövsiyyə edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Ermənistan, Krasnoselo rayonunda anadan olmuş Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri və eləcə də, mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan Sovet Sosialist Respublikası, Ermənistan, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adı digər sənədlərlə və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan Sovet Sosialist Respublikası Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi xx.xx.1956-cı il, doğulduğu yer Ermənistan Sovet Sosialist Respublikası Krasnoselo rayonu, Ağbulaq kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X19”, ana adı qrafasında “X11” milliyyəti «Azərbaycanlı» kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan Sovet Sosialist Respublikası, Krasnoselo rayonun Ağbulaq kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1956-cı il, doğulduğu yer Ermənistan Sovet Sosialist Respublikası, Krasnoselo rayonun, Ağbulaq kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X19”, ana adı qrafasında “X11”, milliyyəti “Azərbaycanlı” kimi qeyd olunsun. Qətnamə şəxsə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1315/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1315/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver