Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1326/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin onun istifadəsi və sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin onun istifadəsi və sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, mənzilin isifadəsinə və sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X6 iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, ünvan 1ndə yerləşən 0.015 ha torpaq sahəsində inşa edilmiş yeni tikili ona məxsusdur. Həmin fərdi yaşayış evinə dair ilkin sənədləşmə əməliyyatları da onun adına rəsmiləşdirilmişdir. Bütün vergi və digər xərclər də şəxsən onun tərəfindən ödənilmiş və onun evə dair sahiblik hüququ möcuddur. Bir müddət öncə Cavabdeh bir neçə günlük həmin evdə yaşamasına onun xahişi əsasında icazə vermişdir. Lakin yaxın günlərdə o əsassız və qanunsuz olaraq evin ona məxsus olduğunu iddia edərək onu evdən qovmuşdur. O, hal-hazırda evdən çıxmayaraq onu öz şəxsi mülkiyyətindən sərbəst şəkildə istifadə etmək hüququndan məhrum etmişdir. Dəfələrlə cavabdehdən ona məxsus evi boşatmasını tələb etsə də tələblərinə məhəl qoymayaraq mülkiyyət hüququnu qanunsuz və əsassız şəkildə məhdudlaşdırmışdır. Hazırda cavabdeh bu qanunsuz hərəkətlərini davam etdirir. Cavabdeh əsassız və qanunsuz şəkildə evdən çıxmamaqla ona minbir vəchlə şər- böhtanlar ataraq onun əmlakını talamaqla məşğuldur. Onun bu qanunsuz əməli nəticəsində o bir müddətdir ki, qohumların evində qalır. Cavabdehin əməllərinə hüquqi qiymət verilməsi üçün ilkin olaraq Abşeron Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin “102” Xidmətinə şikayət etmişdir. Şikayətinə cavab olaraq 24 dekabr 2020-ci il tarixində ona 168-95096 nömrəli məktubla cavab olaraq bildirildi ki, müraciətində göstərilən məsələ mülki xarakterdir və mülki qaydada məhkəməyə müraciət etmək hüququ var. Hal-hazırda da cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılması və evin istifadə və sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Evə dair kommunal ödənişlər tərəfindən ödənilmiş və kommunal təchizatlara dair sərfıyyat hesablayıcı sayğaclar da yaxın günlərdə quraşdırılması planlaşdırımışdır. Lakin cavabdeh buna qanunsuz olaraq imtina edərək əngəllər yaratmaqdadır. Həmçinin də cənab Prezidentimizin müvafiq fərmanı əsasında onun evinə də yaxın günlərdə Dövlət Reyestrindən çıxarış veriləcəkdir. Müvafiq sənədlər tərəfindən rayon icra hakimiyyəti nümayəndəliyinə təqdim edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə verdiyi etirafı müdafiə edərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar tamamilə əsassız, yalan və cəfəngiyatdan ibarət olmaqla iddiaçının xəyalının məhsulundan başqa bir şey deyildir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatların heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin ona məxsus olduğunu, onun sahiblik və istifadəsində olduğunu, vergi və digər xərclərin onun tərəfindən ödənildiyini şəxsi mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmədiyini və bu hüququnun qanunsuz və əsassız şəkildə cavabdeh tərəfindən məhdudlşdırıldığını, həmçinin cavabdehin onun əmlakını taladığını qeyd etsə də, göstəridiyi halların əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübutlar o halda mötəbər hesab edilir ki, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmasın. Yalnız bundan sonra iş materiallarına əlavə edilən sübutlar sübut kimi qəbul edilə bilərlər. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş “Azərişıq’' ASC-nin bildirişinin surətindən görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi elektrik quraşdırması mübahisə predmeti olan fərdi yaşayış evinə yox, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi döngə 2 ünvanında yerləşən obyekti nəzərdə tutur. Bundan əlavə iddiaçı ilə “Azərsu’' ASC arasında bağlanmış 25.12.2020-ci il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” Müqavilənin suətindən görünür ki, su xəttinin çəkilməsi nəzərdə tutulan yaşayış sahəsi iddiaçının iddia tələbinədə qeyd etdiyi mübahisə predmeti olan ünvan 1ndəki fərdi yaşayış evi deyil. Belə ki, müqaviləyə diqqət yetirən zaman müəyyən olur ki, adıçəkilən müqavilə Masazır kəndi ev 70/T ünvanında yerləşən fərdi yaşayış evidir. Yəni iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 25.12.2020-ci il tarixli Müqailənin mübahisə predmeti olan fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Arayışlar da mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin arayışlar iddiaçının yalan və həqiqətə uyğun olmayan məlumatları əsasında Abşeron rayonu, Masazır Bələdiyyəsi tərəfində verilmişdir. Yəni iddiaçı Masazır Bələdiyyəsinə müraciət edərək Masazır kəndi Sarı Aşıq küçəsində yerləşən fərdi yaşayış evində guya yaşaması və onun istifadəsində olan 0,015 ha torpaq sahəsində hal-hazırda tikili mövcud olması və onun Masazır bələdiyyəsinə 01.01.2021-ci il tarixədək heç bir vergi borcunun olmaması ilə bağlı kommunal xidmətlərin göstərilməsi üçün arayış verilməsini tələb etmişdir. Masazır bələdiyyəsi tərəfindən İddiaçı 01/01-11/91, 01/01-11/92, 01/01-11/93 saylı 12 noyabr 2020-ci il tarixli Arayışlar təqdim edilmişdir. Daha sonra Cavabdeh adıçəkilən arayışların mövcudluğu barədə məlumat əldə etdikdən sonra Masazır bələdiyyəsinə müraciət edərək iddiaçının onları aldatdığını, mübahisə pedmeti olan fərdi yaşayış evinin və torpağın guya İddiaçı məxsus olmasına dair bələdiyyəyə vermiş olduğu məlumatların yalan və əsssız olduğunu, fərdi yaşayış evinin ona məxsus olduğunu və hazırda da öz ailə üzvləri ilə orada yaşadığını, hətta lazım gələrsə gəlib yerində baxış keçirilə biləcəyini qeyd edərək arayışların ləğv edilməsini xahiş etmişdir. Bundan sonra Masazır bələdiyyəsi tərəfindən aparılan araşdırmalar və bələdiyyəyə vətəndaşlar tərəfindən edilmiş şikayətlər nəticəsində iddiaçı tərəfindən bələdiyyəyə verilmiş məlumatların həqiqəti əks etditmədiyi müəyyən edilmişdir. Bu baxımdan iddiaçıya təqdim edilmiş arayışların etibarsız hesab edilərək ləğv edilmişdir. Bundan əlavə iddiaçının guya mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi barədə səndlərdə mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, iddiaçının iddia tələbində qeyd etdiyi fərdi yaşayış evi ilə sübut qismində iddia ərizəsinə əlavə etdiyi eskiz layihə təzad təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Binəqədi rayonu, Binəqədi şossesində yerləşən fərdi yaşayış evinə aiddir. Yəni adıçəkilən eskiz layihənin mübahisə predmeti olan fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. Göründüyü kimi iddiaçı tərfındən məhkəmyə təqdim edilmiş sübutlar iddiaçının iddia tələbinin əsasını təşkil etmir. Yəni həmin sübutların bəzilərinin yaranma mənbəyinə və əldə edilməsi hallarına kifayət qədər şübhələr mövcud olduğundan və digər sübutların isə ümumiyyətlə mübahisə predmeti olan fərdi yaşayış evinə aid olmadığından həmin sənədlər mötəbər sübut hesab edilə bilməz. Buna görə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər sübut qismində qəbul edilməməli və sübutlar siyahısından çıxarılmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar həqiqəti əks etdirmir. Tərəfindən iddia tələbinin əsassız olmasına dair sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, hökümət ödəniş portalı vasitəsi ilə Masazır bələdiyyəsinə ödəniş edilmiş qəbzlərin surətindən görünür ki, onun tərəfindən Masazır bələdiyyəsinə 23.12.2020-ci il tarixdə 58,80 manat və 0,81 manat bələdiyyə əmlak vergisi və və bələdiyyə torpaq vergisi ödənilmişdir. Həmçinin Masazır bələdiyyəsi tərəfindən göndərilmiş 23.12.2020-ci il tarixli tədiyyə bildirişində vergi ödəyicisi qismində onun adı qeyd edilmişdir. Həmçinin Abşeron rayonu, Masazır qəsəbəsi Aşıq Sarı küçəsinin bir qrup sakinləri tərəfindən 15.12.2020-ci il tarixli AKT tərtib edilmişdir. Həmin AKTda qonşular təsdiq etmişlər ki, o, 2017-ci ildən etibarən ünvan 1ndə ona məxsus olan 1.5 sot ərazidə tikdirdiyi 80 kv.m-dən ibarət olan fərdi yaşayış evində yaşayır. Həmçinin vətəndaş X5 15.12.2020-ci il tarixli AKTla ünvan 1ndə yerləşən 1.5 sotdan ibarət olan torpaq sahəsini 2017-ci ildə ona 9000 manata satmasını təsdiq etmişdir. Etiraza əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Buna görə də iddiaçı həmin fərdi yaşayış evinə dair məhkəməyə subyektiv olaraq müraaciət etmək hüququ yoxdur. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirdi. Qeyd etdi ki, ərazi faktiki olaraq Binəqədi rayonu ilə sərhəddə yerləşir, lakin yer Abşeronun balansındadır. Torpaq heç kimin istifadəsinə verilməmişdir. Mübahisəli mənzilin altındakı torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və üzərində tikilmiş mübahisəli ev isə özbaşına tikilidir. İddiaçı ilə bələdiyyə arasında torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə hər hansı bir müqavilə bağlanmamışdır və mübahisəli evin iddiaçı tərəfindən tikilməsi üçün bələdiyyənin razılığı olmamışdır. Sadəcə olaraq evin su və işıq ilə təhciz edilməsi haqqında Arayışı qonşuların aktına əsasən Bələdiyyə tərəfindən iddiaçıya verilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" ASC ilə İddiaçı Məhəmməd qızı arasında 125.12.2020-ci il tarixdə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilənin surətindən görünür ki, Maszır kəndi ev 70/T ünvanı üzrə “Su təchizatı və tullantı suları haqqında” Qanuna və “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlanmışdır. -Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən 12.11.2020-ci il tarixli arayışdan görünür ki, Abduləliyeva X1, Sarı Aşıq küçəsi ərazisində yaşayır və onun istifadəsində olan 0,015 ha torpaq sahəsində hal-hazırda tikili mövcuddur və onun Masazır kənd bələdiyyəsinə 01.01.2021-ci il tarixədək heç bir vergi borcu yoxdur. -AR DİN Abşeron rayon Polis İdarəsi tərəfindən İddiaçı Məhəmməd qızına ünvanlanmış 24.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, müraciətində göstərilən məsələnin mülki xarakterli olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. -Abşeron RİHB-nını Masazır kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən 09.02.2021-ci il tarixli arayışın surətindən görünür ki, Quliyev X7 rayonu, Masazır kəndi qeydiyyatsız yaşayır. -Abşeron rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli, 3(012)-165/2021 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 20 (iyirmi) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. -28.12.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 04.02.2021-ci il tarixli məktubundan görünür ki, Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev izahatında İddiaçı bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyatda olduğundan ona ASAN Kommunal Xidmətinə təqdim edilməsi üçün arayış verildiyini, Siz isə vergi ödəyicisi kimi qeydiyyatda olmadığınızdan Sizə vergi borcunun olmaması barədə arayışın verilmədiyini, Sizdən torpaq sahəsinə dair sənəd tələb edildikdə hər hansı bir sənədin bələdiyyəyə təqdim etmədiyinizi, həmçinin, torpaq sahəsinə dair məsələ mübahisəli olduğundan R.Abdullayevaya verilmiş arayışın etibarsız hesab olunması ilə bağlı 06.01.2021-ci il tarixdə ASAN Kommunal Xidmətinə müraciət edildiyini bildirmişdir. Şikayətinizlə bağlı Masazır bələdiyyəsi tərəfindən təqdim edilmiş arayışda İddiaçı vergi ödəyicisi kimi vergi borcunun olmaması barədə arayışın verildiyi, İddiaçı arayış verildikdən bir ay sonra 15.12.2020-ci il tarixdə Masazır qəsəbəsi Sarı Aşıq küçəsində yerləşən 0,015 ha torpaq sahəsinin 2017-ci ildə Sizə satılması barədə aktın bağlandığı, eyni zamanda torpaq sahəsinə dair məsələ mübahisəli olduğundan R.Abdullayevaya verilmiş arayışın etibarsız hesab olunması ilə bağlı 06.01 2021-ci il tarixdə ASAN Kommunal Xidmətinə müraciət edildiyi qeyd edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edildi ki, ünvan 1ndə yerləşən 0.015 ha torpaq sahəsində yeni ev inşa edilmişdir. İddiaçı ona məxsus olduğunu, həmin evin onun tərəfindən inşa etdirildiyini və ona görə də fərdi yaşayış evinin onun istifadəsi və sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə bunun əksinə həmin evin onun tərəfindən inşa edildiyini və onun evi olduğunu bildirərək bu barədə etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə); 14.1. maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. və 14.2.4. maddələrinə əsasən Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Məhkəmə qeyd edir ki, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsini əsasları Mülki Məcəllənin 139-cu maddəsi ilə tənzimlənmişdir. Həmin maddənin; 139-1.1. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 139-1.1.3. maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Qanunun tələblərindən göründüyü kimi iddiaçının mübahisəli evə dair hüquqlarının yaranması üçün göstərilən əsaslara uyğun olaraq onun hüquqmüəyyənedici sənədləri olmalı və həmin evə dair istifadə, sahiblik və sərəncam hüququ əldə etməli idi. Mülki Məcəlləsinin; 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı iddia etdiyi mübahisəli mənzilə istifadə və sahiblik hüquqnun olmasını yalnız həmin evə kommunal xidmətlərə (su və işıq) dair bağladığı müqavilələrə istinad etməsi orada yaşaması ilə və eyni zamanda evin tikilməsinə qoyduğu pul vəsaiti ilə əsaslandırmışdır. Mazazır Bələdiyyəsinin nümayəndəsi isə verdiyi izahatda mübahisəli mənzilin altındakı torpaq sahəsinin bələdiyyə mülkiyyətinin olduğunu və üzərində tikilmiş mübahisəli evin isə özbaşına tikili olduğunu bildirmiş və eyni zamanda iddiaçı ilə bələdiyyə arasında torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə hər hansı bir müqavilə bağlanmadığını və mübahisəli evin iddiaçı tərəfindən tikilməsi üçün bələdiyyənin razılığı olmadığını bildirdi. Göründüyü kimi iddiaçı iddia tələbində göstərdiyi evin ona məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmiş, sadəcə olaraq bələdiyyənin arayışına əsasən kommunal müqavilələr bağlamış və eyni zamanda həmin evdə yaşaması, ondan istifadə etməsi barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və bununla da tikilinin özbaşına tikili olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, işin məhkəmə iclasında tədqiq edilən hallarından görünür ki, iddiaçının iddia tələbi ilə bağlı mübahisəli eviə sahiblik, istifadə və sərəncam vermək hüququnun olması sübut olmadığından Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin onun istifadəsi və sahibliyinə qaytarılmasına dair iddia tələbinin əsaslığı sübut olunmadığından rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. İddia tələbində rüsum haqqı tələb edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin onun istifadəsi və sahibliyinə qaytarılmasına dair iddia tələbi əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1326/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1326/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver