Məhkəmə qərarları › İş №2(012)-1327/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1327/2021

07.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1327/2021 07.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı, Cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsinə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının, mənəvi zərərin ödənilməklə əvvəlki vəzifəyə bərpa edilmə” dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində 07 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsinin onun maliyyə, vergi və ödənişlər sektorunun müdiri vəzifəsindən azad olunmasıı barədə 01/01-07/98k saylı 03 dekabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqının, 5000 manat mənəvi zərərin ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 04 fevral 2020-ci il tarixdən Abşeron Rayonu Masazır Bələdiyyəsinin maliyyə, vergi və ödənişlər sektorunun müdiri vəzifəsində çalışmışdır. 01/01-07/98k saylı 03 dekabr 2020-ci il tarixli əmrlə guya o, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad olunmuşdur. Lakin o, cavabdehlə müddətli əmək müqaviləsi bağlamamışdır. Əmək müqaviləsindəki imza ona məxsus deyildir. Belə ki, müqavilə birtərəfli pozulursa, 3 gün öncədən ona məlumat verilməli idi. O, işdən çıxarılanda xəbərdar edilməmişdir. Onun işdən çıxmağı qanunsuzdur. Cavabdeh orqan ona 5-6 ay sonra əmək kitabçası vermişdir. O, ekspert rəyi ilə razı deyildir. Ona görə də o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Masazır bələdiyyəsinin 19 saylı, 18 noyabr 2020-ci il tarixli qərarından irəli gələn tövsiyəni nəzərə alaraq, İddiaçıla Masazır bələdiyyəsi arasındakı əmək müqaviləsinin müddəti bitdiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə- rəhbər tutaraq, yəni həmin Məcəllənin 68-ci maddəsinin “b” bəndində göstərildiyi kimi əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı əmək müqaviləsi uzadılmayaraq ləğv edilmişdir. İddiaçı həmin 01/01-07/98k saylı, 03 dekabr 2020-ci il tarixli əmri iddiaçıya edilən şifahi xəbərdarlıqlardan sonra 3 dekabr 2020-ci il tarixdə almışdır. 4 dekabr tarixindən iddiaçıyla əmək müqaviləsi müddəti uzadılmamışdır. Aldığı gündən sonra da iddiaçıya son haqq-hesab ödənilmişdir. 12 yanvar 2021-ci il tarixdə isə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla iddiaçı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər, iddiaçı isə 12 yanvar 2021-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etməklə müddəti ötürmüşdür. Bununla bağlı məhkəməyə ərizədə təqdim etməmişdir. İkincisi, tərəf öz iddia tələbində Masazır bələdiyyəsinin Azərbaycan Respublikası Əmək dəcəlləsinin 73.1-ci maddəsinin hansı tələbinin pozulmasını göstərməmişdir. Masazır bələdiyyəsi özünün ümumi iclasında bələdiyyə sədr müavini Elşad Sadıqovun və digər bələdiyyə üzvləri Maliyyə, vergi və ödənişlər sektorunun müdirinin öz tutduğu vəzifəsini layiqincə yerinə yetirə bilmədiyi üçün iddiaçıyla əmək müqaviləsinin növbəti aylarda bağlanmamasmı tövsiyyə etmişlər. İddiaçı sektor müdiri olduğu dövrlərdə rəhbərliy etdiyi sektor 2020-ci il tarixi fevral və dekabr ayları üçün topladığı gəlir onu göstəriri ki, hər ay 100000-120000 manat vergi ödənişlər, rüsumlar toplamaq əvəzinə, yalnız 12000-29000 manat arası vergi, rüsum, ödəniş toplayırdı. Bu da bələdiyyənin gələcək fəaliyyəti zərbə vurmaq deməkdir. Belə ki, bələdiyyə təkcə işçilərinə hər ay əmək haqqı ödəmək deyil, eyni zamanda bələdiyyəyə məxsusu avtonəqliyyat vasitələrinin saxlanması, bələdiyyənin inzibati ərazi vahidində olan ərazinin abadlıq işlərinin aparılması, aparatın saxlanması, imkansız ailələrə yardımların edilməsi və digər məsəslələrə köməklik edilməsinə pul vəsaiti ayın sektor rəhbərinin özünün dediyi kimi “işlədiyi müddət ərzində uğurlar əldə etdiyi vəzifəsində” gördüyü fəaliyyət sarsıdıcıdır. Həmçinin o, ekspert rəyi ilə razıdır. Bu baxımdan qeyd olunan səbəblərdən əmrin ləğvi ilə bağlı şikayət verilməsinə dair müddət ötürdüyündən, iddia tələbində çıxarılma səbəbini əsaslandırmadığından və Masazır bələdiyyəsinin əməl müqaviləsinin müddəti bitdiyindən əmək münasibətlərinə xitam verilməsini nəzərə alaraq, eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləni rəhbər tutaraq, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 03.02.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, Abşeron Rayon Masazır Bələdiyyəsi ilə İddiaçı arasında 03.02.2020-ci il tarixdən 03.03.2020-ci il tarixinədək əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan 03 dekabr 2020-ci il tarixli, 01/01-07/98 k №-li əmrdən görünür ki, İddiaçı-03.12.2020-ci il tarixdən Masazır Bələdiyyəsinin maliyyə, vergi və ödənşlər sektorunun müdiri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Son haqq hesabı qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilsin. İş materiallarında оlаn 4/739 saylı 17 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin materiallarında Abşeron rayon Masazır bələdiyyəsinin sədri X2 və İddiaçı adlarından olan 3 fevral 2020-ci il tarixli əmək müqaviləsinin 2-ci səhifəsinin arxa tərəfində “11. TƏRƏFLƏRİN İMZALARİ VƏ ÜNVANLARİ:” hissəsində “11.2 İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasında “İmzası:” yazısının qarşısındakı imza; maliyyə, vergi və ödənişlər sektorunun may, iyun, iyul, avqust sentyabr, noyabr ayları üzrə hesabatlarının aşağı hissəsində “Sektor müdiri:” qrafasındakı imzalar-İddiaçı Məhəmməd oğlu tərəfindən icra olunmuşdur. İş materiallarında olan 4/739 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 132 (yüz otuz iki) manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb hesab edir ki, iddia əsassız olduğundan və tələblərin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən rədd olunmalıdır. Belə ki, 03.02.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, Abşeron Rayon Masazır Bələdiyyəsi ilə İddiaçı arasında 03.02.2020-ci il tarixdən 03.03.2020-ci il tarixinədək əmək müqaviləsi bağlanmışdır. 03 dekabr 2020-ci il tarixli, 01/01-07/98 k №-li əmrə əsasən, İddiaçı- 03.12.2020-ci il tarixdən Masazır Bələdiyyəsinin maliyyə, vergi və ödənşlər sektorunun müdiri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son haqq hesabı qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilmişdir. Məhkəmə iclasında iddiaçı əmək müqaviləsində olan imzanın ona məxsus olmadığını bildirdiyindən, məhkəmə həqiqətə nail olmaq üçün bununla bağlı ekspertiza təyin etmiş, 4/739 saylı 17 iyul 2021-ci il tarixli ekspert rəyində ekspertizaya təqdim edilmiş, mülki işin materiallarında olan Abşeron rayon Masazır bələdiyyəsinin sədri X2 və İddiaçı adlarından olan 3 fevral 2020-ci il tarixli əmək müqaviləsinin 2-ci səhifəsinin arxa tərəfində “11. TƏRƏFLƏRİN İMZALARİ VƏ ÜNVANLARİ:” hissəsində “11.2 İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasında “İmzası:” yazısının qarşısındakı imza; maliyyə, vergi və ödənişlər sektorunun may, iyun, iyul, avqust sentyabr, noyabr ayları üzrə hesabatlarının aşağı hissəsində “Sektor müdiri:” qrafasındakı imzalar-İddiaçı Məhəmməd oğlu tərəfindən icra olunduğu göstərilmişdir. Məhkəmə 4/739 saylı 17 iyul 2021-ci il tarixli ekspert rəyi ilə razılaşaraq, hesab edir ki, 03.02.2020-ci il tarixli əmək müqaviləsi İddiaçı tərəfindən imzaladığından və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verldiyindən 01/01-07/98k saylı 03 dekabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi hər hansı bir əsas yoxdur. Bundan başqa iddia tələbinin İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının, 5000 manat mənəvi zərərin ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi hissəsi, İddiaçı cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsinə qarşı cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsinin onun maliyyə, vergi və ödənişlər sektorunun müdiri vəzifəsindən azad olunması barədə 01/01- 07/98k saylı 03 dekabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi hissəsi ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə-xətşünaslıq ekspertizasına görə 132 (yüz otuz iki) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsinə qarşı cavabdeh Abşeron Rayonu Masazır Bələdiyyəsinin onun maliyyə, vergi və ödənişlər sektorunun müdiri vəzifəsindən azad olunması barədə 01/01-07/98k saylı 03 dekabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqının, 5000 manat mənəvi zərərin ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə-xətşünaslıq ekspertizasına görə 132 (yüz otuz iki) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar