Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1332/2024 26.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunun Küyurd kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunun Küyurd kəndində anadan olmuşdur. Evlərini tərk edib Azərbaycan Respublikasına gəldikdən sonra ona məxsus doğum şəhadətnaməsini itirmişdir. Ancaq AZE ******** saylı şəxsiyyət vəsiqəsi ilə şəxsiyyəti təsdiq edilir. X2 xx.xx.1936-cı il tarixdə Ermənistan Respublikası, Qafan rayonunun Küyurd kəndində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır. X3 xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunun Küyurd kəndində anadan olmuşdur və hazırda Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçü sovxozu ünvanında yaşayır. X5 xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunun Küyurd kəndində anadan olmuşdur. Digər qardaşı X10 xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunun Küyurd kəndində anadan olmuşdur. X1 xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonununda, Nümayəndə xx.xx.1988-ci ildə anadan olmuşdur. Adlarını qeyd etdiyi ailə üzvləri də onun şəxsiyyətini təsdiq edə bilərlər. O, Ermənistan Respublikası, Qafan rayonunun Küyurd kəndində doğulduğu üçün ona məxsus doğum şəhadətnaməsini yenidən almaq mümkün deyildir, çünki məlum səbəblərdən arxiv məlumatlarını əldə etmək qeyri-mümkün olmuşdur. Hazırda Abşeron rayonu ərazisində yaşayır və qeydiyyatdadır. Doğum haqında şəhadətnaməsinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X9 ərizə ilə müraciət etmiş, lakin bildirilmişdir ki, doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olunmadığı üçün müraciətin icrası imkan xaricindədir. Bununla əlaqədar qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edilməlidir. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Onlar ailədə 6 uşaq olmuşlar. Zərniyarın ad gününü hər ilin fevral ayının 4-də qeyd edirlər. Təsdiq edir ki, bacısı Zərniyar xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunun Kurud kəndində anadan olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Onun doğum haqqında şəhadətnaməsinin hansı şəraitdə itdiyini bilmir. O da təsdiq edir ki, bacısı Zərniyar xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunun Kurud kəndində anadan olmuşdur, yəni ərizə əsaslıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X12 tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi doğumun qeydə alınması barədə ərizə ilə Şöbəyə müraciət etmiş, doğum aktı qeydinin bərpa edilməsi ilə bağlı ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AZE ******** saylı, xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi, 4 saylı evin 7 saylı mənzilində qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi aid sənədlərin icra müddəti bitdiyindən ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuşdur. Məlum hadisələrlə bağlı ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənəd məhv olduğundan o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun doğum aktı qeydi bərpa edilməli, yeni şəhadətnamədə doğum tarixi xx xxxxxx 1958-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Kurud kəndi, soyadı, adı, atasının adı Ərizəçi, atasının adı X16, anasının adı X4 qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx xxxxxx 1958-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, Kurud kəndi, soyadı, adı, atasının adı Ərizəçi, atasının adı X16, anasının adı X4 qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1332/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1332/2024
26.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver