Məhkəmə qərarları › İş №2(012)-1337/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1337/2022

07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1337/2022 07.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X8 xx.xx.2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olması, atasının xx.xx.1986-cı il təvəllüdlü X16, anasının xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X8 xx.xx.2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anası Ərizəçi doğulması faktının müəyyən edilməsi, doğumun qeyd edilmə aktında uşağın soyadının atasının soyadına uyğun “Paşayev”, adının “Elcan”, atasının adının “Səxavət”, doğum tarixinin “xx.xx.2017-ci il”, doğulduğu yerin “Abşeron rayonu Xırdalan şəhəri”, ata qrafasında “X16”, ana qrafasında “Ərizəçi”, milliyyətinin “azərbaycanlı” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, X16 ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından anadan olmuş X17 xx.xx.2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ev şəraitində dünyaya gəlmişdir. Övladı ev şəraitində anadan olduğu üçün tibbi sənədləri və həkim arayışı olmamış və bu səbəbdən də bu günki günədək övladına doğum haqqında şəhadətnamə ala bilməmişdir. X1 doğum haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin qurumun xx.xx.2021-ci il tarixli 05Q-1759/15 saylı imtina məktubu əsasında məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. X3 doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, hərbi xidmət keçməsinə və işləməsinə maneə törədəcəkdir. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, böyük oğlu rayonda dövlət xəstəxanasında anadan olsa da, kiçik oğlu X2 rayonu Xırdalan şəhərində ev şəraitində dünyaya gəlmiş və maddi imkanları olmadığından xəstəxanaya getmək, həmçinin, evə tibb bacısı çağırmaq imkanları olmamışdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Ərizəçi onun gəlinidir. Gəlini və oğlu kirayədə yaşayırdılar. O, arada oğluna kömək üçün gedib-gəlirdi. Uşaq anadan olanda həmin vaxt o oğlunun kirayədəki evində olub. X4 xx.xx.2017-ci il tarixində ev şəraitində dünyaya gəlmişdir. Uşaq doğulan zaman o, aptekdən kömək olsun deyə əczaçı çağırmışdı. Uşağin ev şəraitində doğulmasında əczaçı kömək etmişdir. İmkansızlıqdan təcili tibbi yardım çağıra bilməmişlər. Hazırda həmin əczaçının harada yaşamasını bilmirlər. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qaynı gəlinidir. İlk uşaqları X12r, 2-ci uşaqları X17 isə xx.xx.2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuşdur. İmkansız ailə olduqlarından Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşayırdılar. O, xəbər tutan kimi Ərizəçi kirayədə yaşadığı evinə gedib. Orada qaynanası və qonşuları görüb. Həmin vaxt uşaq isə artıq doğulmuşdur. Uşağın doğulmasında yaxınlıqda yerləşən aptekdə işləyən əczaçı kömək etmişdir Başqa kimsəni görməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq) 158-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Ağdaş rayon Qoşaqovaq kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ № 810812 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X13 xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Paşayeva soyadı verilmişdir. -Ağdaş rayon Qoşaqovaq kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİİ № 208305 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.2013-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 11 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X16, anası X6r. -Maraqlı şəxs Ərizəçi ünvanlandığı xx.xx.2021-ci il tarixli 05/Q-1759/15 saylı məktubdan görünür ki, doğum haqqında №103 formalı tibbi şəhadətnamə təqdim edilmədiyindən doğumun qeydiyyata alınması mümkün olmamış, Maraqlı şəxs doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -17 nömrəli uşaq Poliklinikası tərəfindən verilmiş 26 fevral tarixli 30 saylı məktubdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X17 xx.xx.2018-ci il tarixdə Nizami rayonu Şərifli küçəsi 96 saylı evin 60 saylı mənzilindən qeydiyyata götürülmüş, dar ixtisas həkimlərinin müayinəsindən keçirilmiş, xx.xx.2019-cu il tarixdə V1 QPM (qızılca, məxmərək, parotit əleyhinə peyvənd) və V1 poliomielit əleyhinə peyvənd olunmuşdur. Uşaq xx.xx.2019-cu il tarixdə “febril qıcolma” diaqnozu ilə xəstəxanada müalicə almış, nevroloji statusuna görə peyvəndlərə əks göstəriş verilmişdir. Pandemiya ilə əlaqədar ailə 2020-2021-ci illərdə Ağdaş rayonunda yaşamışlar. xx.xx.2022-ci il tarixdə valideyn poliklinikaya təkrar müraciət etmiş və uşaq bütün dar ixtisas həkimlərindən müayinədən keçirilmiş, praktiki sağlamdır. -18 saylı Körpələr evi - uşaq bağçası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02 saylı arayışdan görünür ki, X17 xx.xx.2019-cu il tarixdən ünvan 2 ünvanında yerləşən 118 saylı körpələr evində təlim-tərbiyə alır, hazırda, bağçada m/h qrupunda tərbiyə alır. -Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE № 16389100 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 rayonu Qoşaqovaq kəndində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X23 xx.xx.2022-ci il tarixli 9/437 saylı rəyindən görünür ki, mübahisəli atalıq (analıq) ekspertizasına görə qan və ağız suyunun tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: 1. X9 qrup göstəriciləri: A beta/İİ/, Rezus-D /+/. 2. Ərizəçi qrup göstəriciləri: 0 alfa,beta/İ/, Rezus-D /+/. 1. Uşaq: “X17”-nun qrup göstəriciləri: A beta/İİ/, Rezus-D /+/. 2. Ağız suyunun tədqiqinə görə ana “ifraz edənlər”, ata və uşaq isə “ifraz etməyənlər” kateqoriyasına aiddir. 3. Yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən, ekspertizaya təqdim olunmuş uşaq “X17”-nun X16 və Ərizəçi olan cütlükdən törənməsi mümkündür və belə olan halda Ərizəçi “X17” adlı uşağın anası olması inkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X23 xx.xx.2022-ci il tarixli 2062 saylı rəyindən görünür ki, X8 məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1. X8 müəyyən edilmiş sümük yaşı 2.5-3 ilə uyğun gəlir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ilkin olaraq, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq, ərizədən göründüyü kimi, Ərizəçi ev şəraitində dünyaya gəlmiş X8 xx.xx.2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində ev şəraitində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Beləliklə də, mülki işin mahiyyətini X8 doğulması faktının müəyyən edilməklə sonuncunun həmin fakt əsasında doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə təmin olunması məqsədini daşıyır. Mülki Prosessual Məcəllənin 48. maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Ərizənin mahiyyətindən də göründüyü kimi, doğulması faktının müəyyən edilməsi xahiş olunan X8 şəxsiyyətini təsdiq edən sənəd olmadığından, onun qanuni nümayəndəsi olan Ərizəçi X8 adından sonuncunun doğulması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, X16 ilə Ərizəçi xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş və onların rəsmi nikah münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X20 və xx.xx.2017-ci il təvəllüdlü X17 anadan olmuşdur. Ərizəçinin ilk övladı dövlət xəstəxanasında dünyaya gəlsə də, ikinci övladı ev şəraitində dünyaya gəldiyindən və həmin uşağa münasibətdə onun doğulmasını təsdiq edən tibbi sənədlər olmadığından, doğum haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Bu səbəbdən də, ərizəçi azyaşlı uşağın məhkəmə qaydasında doğumunun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı X8 Ərizəçi doğulmasının, həmçinin, doğum tarixinin ərizədə göstərilən xx.xx.2017-ci il tarixə uyğun olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tibbi bioloji ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X23 xx.xx.2022-ci il tarixli 9/437 saylı və xx.xx.2022-ci il tarixli 2062 saylı rəyləri əsasında, tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən, “X17”nun X16 və Ərizəçi olan cütlükdən törənməsinin mümkünlüyü, belə olan halda Ərizəçi “X17” adlı uşağın anası olmasının inkar olunmaması, eyni zamanda, X8 müəyyən edilmiş sümük yaşının 2.5- 3 ilə uyğun gəldiyi təsdiq olunmuşdur. Məhkəmə ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88ci maddəsinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi qəbul edir və X8 xx.xx.2017-ci il tarixdə, eyni zamanda, ata X7 və ana Ərizəçi anadan olması faktının müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.1. maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, uşağın anadan mənşəyi uşaq tibb müəssisəsindən kənarda dünyaya gəldikdə, doğuma köməklik göstərmiş həkim sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin hazırki mülki iş üzrə doğulması faktı müəyyən olunması xahiş edilən X17 tibb müəssisəsindən kənarda, ev şəraitində dünyaya gəlmiş və onun doğulmasına köməklik göstərilmiş olsa da, bunu təsdiq edən həkim sənədi olmamışdır. Bu səbəbdən də ərizəçinin qeyd olunan faktın məhkəmə qaydasında təsdiq edilməsinə dair hüququ yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.4. bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd doğumun qeydə alınması üçün təqdim edilməlidir. 2.6. bəndinə əsasən, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə məhkəmə, ərizəçinin izahatı, şahid ifadələri və ekspert rəyləri əsasında müəyyən etmişdir ki, X17 həqiqətən də xx.xx.2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində Ərizəçi və X7 ev şəraitində dünyaya gəlmişdir. Bu səbəbdən də, X8 xx.xx.2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində doğulması faktının müəyyən edilməsinə dair ərizə əsaslıdır, ona görə təmin edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.3. bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. X8 xx.xx.2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anası Ərizəçi doğulması faktı müəyyən edilsin. Doğumun qeyd edilmə aktında uşağın soyadı atasının soyadına uyğun “Paşayev”, adı “Elcan”, atasının adı “Səxavət”, doğum tarixi “xx.xx.2017-ci il”, doğulduğu yer “Abşeron rayonu Xırdalan şəhəri”, ata adı qrafasında “X16”, ana adı qrafasında “Ərizəçi”, kimi qeyd edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar