Məhkəmə qərarları › İş №2(012)-1343/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1343/2024

03.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1343/2024 03.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mülkiyyətdən istifadə hüququnun tanınması və mülkiyyətə köçürülmə» tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «mülkiyyətdən istifadə hüququnun tanınması və mülkiyyətə köçürülmə» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasları xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə, məhkəmə baxış iclasları xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş, tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı qeyd edilən tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına, həmçinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş məhkəmə baxış iclaslarına gəlmişdir. Cavabdeh məhkəmə iclasında mülki işin baxılmamış saxlanılmasına etiraz etmədi. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «mülkiyyətdən istifadə hüququnun tanınması və mülkiyyətə köçürülmə» tələbi barədə iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar