Məhkəmə qərarları › İş №2(012)-1347/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1347/2021

22.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1347/2021 22.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva Ərizəçi Ərizəçi Sənana oğlunun maraqlı şəxs Maraqlı şəxs Vətəndaşlıq vəziyyəti akt qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsinə xx xxxxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Ərizəçi Ərizəçi Sənana oğlu maraqlı şəxs Maraqlı şəxs Vətəndaşlıq vəziyyəti akt qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə MPM-nin 152.1.3 maddəsinə görə iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. MPM-nin 339.2 maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qnunun qeyd edilən normalarına əsasən yaşayış yeri dedikdə şəxsin qeydiyyat yeri başa düşülür Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi ərizəçinin qeydiyyat ünvanı Laçın rayonu ərazisinədir. Laçın rayon məhkəməsi isə fəaliyyət göstərir. Ərizəçinin məcburi köçkün kimi Abşeron rayonuna qeydiyyatı alınması barədə iş materiallarında hər hansı sənəd yoxdur. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən ərizə geri qaytarılmalı,ərizəçiyə aidiyyatı rayon Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: Ərizəçi Ərizəçi Sənana oğlunun maraqlı şəxs Maraqlı şəxs Vətəndaşlıq vəziyyəti akt qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Ərizəciyə aidiyyatı rayon Məhkəməsinə məhkəməsinə müraciət etməsi hüququ izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar