Məhkəmə qərarları › İş №2(012)-1412/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1412/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1412/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğ lunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «fərdi yaşayış evinin boşaldılması» tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı «xxxx» ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanlı fərdi yaşayış evinin boşaldılması və ödənilmiş 20,40 manat dövlət rüsumunun iddiaçı «xxxx» ASC-nin xeyrinə cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASCnin nümayəndəsi X3 məhkəmədə iddia tələbini onunla əsaslandırdı ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 22.11.2013-cü il tarixli 344/ZB saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, ev 33 C ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 48000 (qırx səkkiz min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 22.11.2013-cü il tarixdə “xxxx” ASC və satıcı X4 arasında 344/ZB/l saylı alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alğı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən əsasən Cavabdeh mülkiyyət hüququ ilə özünə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, ev 33 C ünvanında yerləşən yaşayış evini və həyətyanı torpaq sahəsindən 0,0087 ha torpaq sahəsini ipotekaya qoymuşdur.22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən “xxxx” ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank “xxxx” ASC arasında imzalanmış 23 may 2011- ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31- 2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxx” ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank “xxxx” ASC-yə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürdüyünə və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı Bank “xxxx” ASC Quba Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 22.11.2013-cü il tarixli, 344/ZB saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 14.08.2017-ci il tarixinə olan 45883.63 manat əsas borc, 2616.21 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum, ümumilikdə 48499.84 manat və 60.40 manat məbləğin Cavabdeh iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 22.11.2013-cü il tarixli, 344/ZB/1 saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2 ünvanında mülkiyyətində olan 0.0087 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması, cavabdehin ipotekaya qoyduğu fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə bağlı fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(027)- 248/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 45883.63 manat əsas borcun, 2616.21 manat faiz borcunun, cəmi 48499.84 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Bank “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 22.11.2013-cü il tarixli, 344/ZB/l saylı ipoteka müqaviləsi əsasən yüklü edilən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2 ünvanında mülkiyyətində olan 0.0087 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,8 kv.m ümumi, 35,4 kv.m yaşayış, 14,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2 ünvanında mülkiyyətində olan 0.0087 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,8 kv.m ümumi, 35,4 kv.m yaşayış, 14,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait Cavabdeh Bank “xxxx” ASC-yə olan borcunun hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğ Cavabdeh verilməsi, hərraca çıxarılarkən ipoteka predmetinin ilkin satış qiyməti 60000 (altmış min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir, iddia qalan hissədə təmin edilməmişdir. Göstərilən qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(105)-200/2020 saylı saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2 ünvanında 0.0087 ha torpaq sahəsinin və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,8 kv.m ümumi, 35,4 kv.m yaşayış, 14,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilmişdir, Cavabdeh ekspertiza tədqiqatının dəyəri 150 manat alınaraaq Məhkəmə Ekspertizası Mərkəzinin, 150 manat Əmlak Ekspert Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.“X1 Mərkəzi” MMC-nin 27.10.2020-ci il tarixli YP-029 nömrəli Satış Protokoluna əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2 Bank “xxxx” ASC-nin balansına keçmişdir.Hərracın yekunları üzrə “xxxx” ASC ilə “X1 Mərkəzi” MMC arasında 27.10.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 17.12.2020-ci il tarixli Çıxarışına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Babək küçəsi, ev 33 C, Yeni qaydalarla: Xırdalan şəhəri, Babək küçəsi, ev 62 hal-hazırda “xxxx” ASC-nin mülkiyyətindədir. Ona görə də nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil 60000 manat almışdır. Belə ki, mənzili alan zaman əlində olan vəsait yetərli olmadığı üçün adıçəkilən mənzilini və həyətyanı torpaq sahəmi ipoteka qoymuşdur. O, mütəmadi olaraq ödənişlər etmiş, lakin ona 1 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilmiş və bu müddət ərzində ödənişlər edə bilməmişdir. Bu müddət ərzində iddiaçı təşkilat ipoteka müqaviləsinin ləğvi ilə bağlı onu məhkəməyə vermişdir. Lakin məhkəmə qətnamələri ona çatmadığı üçün iş icrada olanda məlumatı olmuşdur. Hal-hazırda qətnamədən kassasiya şikayəti vermək niyyətindədir. Qeyd edilənlərə əsasən, o, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 22.11.2013-cü il tarixli, 344/ZB saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (kreditalan) həqiqətən də “xxxx” ASC ilə müqavilə bağlayaraq illik 8 faiz olmaqla, 300 ay müddətinə 48000 manat məbləğində kredit almışdır. İş materiallarında olan “xxxx” ASC ilə X4 arasında bağlanmış 22.11.2013-cü il tarixli, 344/ZB/1 saylı alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı AR ƏMDK yanında DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2013-cü il tarixli ********** nömrəli arayışa əsasən 3 otaqlı ümumi sahəsi 49,8 m2, o cümlədən yaşayış sahəsi 35,4 m2 olan, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini alıcı-ipoteka qoyan Cavabdeh mülkiyyətinə verir. İş materiallarında olan AR ƏMDK yanında DƏDR-nin 4 saylı Abşeron Ərazi Dairəsi tərəfindən verilmiş Çıxarışının surətindən görünür ki, 0,0087 ha torpaq sahəsi üzərinə tikilən ümumi sahəsi 49,8 kv.m olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanlı fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, 17.12.2020-ci il tarixdə «xxxx» ASC-nin mülkiyyətindədir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(027)- 248/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 45883.63 manat əsas borcun, 2616.21 manat faiz borcunun, cəmi 48499.84 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Bank “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış 22.11.2013-cü il tarixli, 344/ZB/l saylı ipoteka müqaviləsi əsasən yüklü edilən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2 ünvanında mülkiyyətində olan 0.0087 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,8 kv.m ümumi, 35,4 kv.m yaşayış, 14,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2 ünvanında mülkiyyətində olan 0.0087 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,8 kv.m ümumi, 35,4 kv.m yaşayış, 14,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait Cavabdeh Bank “xxxx” ASC-yə olan borcunun hesabına ödənilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğ Cavabdeh verilməsi, hərraca çıxarılarkən ipoteka predmetinin ilkin satış qiyməti 60000 (altmış min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(105)- 200/2020 saylı saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2 ünvanında 0.0087 ha torpaq sahəsinin və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,8 kv.m ümumi, 35,4 kv.m yaşayış, 14,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilmişdir, Cavabdeh ekspertiza tədqiqatının dəyəri 150 manat alınaraaq Məhkəmə Ekspertizası Mərkəzinin, 150 manat Əmlak Ekspert Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdırıb, iddiaçı təşkilatın nümayəndəsini dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanlı fərdi yaşayış evi «xxxx» ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı «xxxx» ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanlı fərdi yaşayış evi boşaldılsın və ödənilmiş 20,40 manat dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə Cavabdeh tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar