Məhkəmə qərarları › İş №2(012)-1423/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1423/2021

05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1423/2021 05.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh Mirtalıb qızınun iştirakları ilə, İddiaçı Cavabdeh Mirtalıb qızına qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mirtalıb qızına qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh Mirtalıb qızı arasında 16 iyun 2020-ci il tarixdə 970 nömrə ilə akt qeydləri kitabında qeyd olunmuş rəsmi nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, onunla Cavabdeh Mirtalıb qızı 16 iyun 2020-ci il tarixdə 970 nömrə ilə akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olmuşlar. Valideynlərinin təkidi nəticəsində onun cavabdeh ilə rəsmi nikaha daxil olmağına baxmayaraq onlar ailə həyatı qurmamışlar. Hər bir iş sənəd üzərində olmuşdur. O, bu nikaha qarşı olmuşdur. Ailə qurmaq məqsədi ilə nişan mərasimi də etmişlər. Lakin sonradan münasibətləri pozulmuşdur. Ona görə də aralarındakı nikahın etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Mirtalıb qızı məhkəmə iclasında iddiaçı ilə həqiqətən ailə qurmaq fikirinin olduğunu və aralarında nişan mərasimi olduğunu, sonradan müddət keçdikcə iddiaçının səhv hərəkətlər etdiyini görmüş, xasiyyətlərinin uyğun olmadığından ona görə də iddiaçının məhkəməyə müraciət etdiyini bildirdi. Məhkəmə, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş -1 saylı Bakı «ASAN xidmət» X4 tərəfindən 16.06.2020-ci il tarixdə verilmiş AZ-İİ 402869 №-li nikah haqqında şəhadətnamədən görünür ki, 16.06.2020-ci il tarixdə İddiaçı və X1 arasında akt qeydləri kitabında 970 №-li qeyd aparılmaqla rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada Dadaşova soyadı verilmişdir. -Sumqayıt «ASAN xidmət» X4 tərəfindən 08.09.2020-ci il tarixdə verilmiş AZ-İ 031204 №-li nikah haqqında şəhadətnamədən (təkrar verilmiş) görünür ki, 28.04.2020-ci il tarixdə Cavabdeh Mirtalıb qızı ilə İddiaçı arasında akt qeydləri kitabında 732 №-li qeyd aparılmaqla rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 08.01.2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, ev 6, mənzil 2 və Dadaşova X2 rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi, ev 37 ünvanında qeydiyyatdadır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb və tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1. və 25.2. maddələrinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1.7. maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən edildi ki, tərəflər arasında 16 iyun 2020-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» X4 tərəfindən 970 saylı nikahları qeydə alınmışdır. İddiaçı izahataında, cavabdehlə ailə qurmaq istəmədiyini və valideynlərinin göstərişi ilə nikaha daxil olduğunu göstərmiş, cavabdeh isə əksinə iddiaçı və özünün ailə qurmaq niyyəti ilə nikaha girdiklərini, nişan mərasiminin də olduğunu, lakin iddiaçının etdiyi səhv hərəkətlər nəticəsində münasibətlərinin pozulduğunu bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı izahatında cavabdehlə ailə qurmaq niyyəti olmadan nikaha girdiyini bildirsə də tələbin sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə cavabdeh tərəfindən iddiaçının dedikləri təkzib edilmiş, onların ailə qurmaq niyyətləri olduğu qeyd edilmişdir. Eyni zamanda iddia ərizəsindən və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında el adət-ənənəsi ilə nişan mərasimi olmuşdur. Bütün bunlar onu təsdiq edir ki, tərəflərin həqiqətən də ailə qurmaq məqsədi olmuşdur əks halda nişan mərasimini keçirməyə ehtiyac olmazdı. Bütün bunlar onu sübut edir ki, tərəflər arasında bağlanmış nikah saxta nikah deyil, ailə qurmaq məqsədi ilə bağlanmış nikahdır, iddiaçı tərəf iddia tələbində qeyri-səmimidir və həmin tələbi irəli sürməkdə qanunla nəzərdə tutulmuş digər məsuliyyətdən yayınmaq məqsədi daşıyır, ona görə də iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mirtalıb qızına qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar