Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1445/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə, Cavabdehlər X1 (eyni zamanda Cavabdeh3 nümayəndəsi) və Cavabdeh1 Firdousi oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh1 qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin onun mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, X6 küçəsində yerləşən 13 saylı ev 1976-ci ildən atasının Cavabdeh1 Nəbi oğlunun, hazırda isə onun mülkiyyətindədir. Həmin torpaq sahəsi 29 yanvar 1978-ci il tarixdə Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən Abşeron rayonu XDS İcraiyyə Komitəsinin verdiyi qərar əsasında atası Cavabdeh1 Nəbi oğlunun adına qeydiyyat vəsiqəsi ilə qeydə alınmışdır (reyestr kitabı № 10247, inventar iş № 566). 17 iyul 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən atam, Cavabdeh1 Nəbi oğlu tərəfindən yaşadığı evini və 0.1278 ha torpaq sahəsini mənə bağışlanmışdır. Həmin tarixdən mən qeyd etdiyim evinin mülkiyyətçisiyəm. 18 oktyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı çıxarışına əsasən Cavabdeh1 Nəbi oğlunun mülkiyyətində olan torpaq sahəsinin 0.1413 ha hissəsi, onun nə məlumatı, nə də ki razılığı olmadan Cavabdeh3 adına rəsmiləşdirilmişdir və saxta yolla yaratdıqları torpaq sahəsinin ünvanı kimi, onun mülkiyyətinin ünvanı Saray qəsəbəsi, X6 küçəsi, ev 13 göstərilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərardadı ilə Abşeron rayonu, Saray qəsəbəsi, X6 küçəsi, 13 saylı ümumi sahəsi 136.3 kv.metr, 56 kv.metr və 79.8 kv.mter olan 3 otaqlı 1 mərtəbədən ibarət fərdi yaşayış evinin Cavabdeh3 adına verilmiş 18 oktyabr 2017-ci il tarixli, RX ******* saylı, **********20- 10301 reyestr nömrəli mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Maraqlısı odur ki, Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2016cı il tarixli qətnaməsinə əsasən Cavabdeh3 digər ailə üzvləri ilə birgə həmin sahədən yaşayış hüququ itirilmiş hesab edilmişdir. Rusiya vətəndaşı olan qardaşı Cavabdeh2, evdə qeydiyyatsız yaşayan onun həyat yoldaşı Cavabdeh3 və onların övladı Cavabdeh1 həmin qətnaməni icra etməkdən boyun qaçıraraq onun mülkiyyətindəki evi tərk etməmişlər. Bu barədə onlara müraciət edərkən onlardan yalnız hədə-qorxu, nalayiq söyüşlər və fiziki təsir görür. Cavabdehlər hələ də onun mülkiyyətində olan evi tərk etmək istəmirlər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 (eyni zamanda Cavabdeh3 nümayəndəsi) və Cavabdeh1 Firdousi oğlu iddianı qəbul etmədilər və onun təmin edilməməsini xahiş etdilər. Cavabdeh2 bildirdi ki, mübahisəli ev əvvəllər atasına məxsus olmuşdur və evin təmir edilməsinə vəsait sərf etmişdir. Buna görə də nə o, nə də ailəsi bu evdən çıxarıla bilməz. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********23-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,1278 ha torpaq sahəsi Cavabdeh1 Nəbi oğlunun, orada yerləşən 116,2 kv.metrlik fərdi yaşayış evi isə İddiaçı mülkiyyətindədir. İşdə olan xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 Nəbi oğlu mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,1278 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********23-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və orada yerləşən 116,2 kv.metrlik fərdi yaşayış evi isə İddiaçı mülkiyyətindədir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Məhkəmə iclasında cavabdehlər mübahisəli eva dair hər hansı hüquqlarnın olması barədə mötəbər sübutları məhkəməyə tqdim edə bilməmişlər. İşdəki hüquq müəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakın mülkiyətçisi İddiaçıdır. İddiaçı onlardan mülkiyyətçisi olduğu əmlakdan çıxmalarını tələb etsə də, nəticəsi olmamışdır. Hazırda İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onun mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehlərin bu cür qanunsuz müdaxiləsi iş materialları ilə tamamilə təsdiq olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçının mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı evdən çıxarılmalıdırılar. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən 13 saylı evdən çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1445/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1445/2024
24.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver