Məhkəmə qərarları › İş №2(012)-1448/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1448/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1448/2023 21.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun, lombarda ödədiyi 2400 manat pulu, aldığı pulu vaxtında qaytarmadığından mənəvi ziyana görə 3000 manat pulun və 115 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə barədə qətnamə qəbull edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, 2020-ci ilin sonlarında başqa bir şəxsə borcu olduğu üçün özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evini satmaq qərarına gəlmişdir. Satdığı evin pulundan borcunu ödədikdən sonra 25000 manat məbləğində əlində pul qalmışdır. İlkin ödəniş edərək ipotekaya ev götürmək üçün evlərlə maraqlanarkən, Masazır ərazisində daxili kreditlə əlverişli şəraitlə mənzil qarşısına çıxmışdır. Lakin ilkin ödəniş 30000 manat tələb olunduğundan özünə və qızına məxsus qızılları satmaq qəranna gəlmişdir ki, həmin mənzilin ilkin ödənişini edərək, evi daxili krediti ödədikdən sonra onun mülkiyyətinə keçirsin. Bu məqsədlə dost və tanışlarına qızı X1 və ona məxsus qızıllan satmaq qərarına gəldiyini bildirmişdir. Belə ki, Cavabdeh qızılları almaq istədiyi bildirmiş və pulunu 3 ay müddətində yəni 2021-ci ilin avqust ayında verəcəyinə dair razılığa gəlmişlər. Masazır ərazisində yerləşən MTK-nın rəhbərliyi ilə danışıb 25000 manat dərhal, 5 ay müddətində də aylıq ödənişlərində bərabər 5000 manat ödəyəcəyi barədə razılığa gələrək, mənzilə dair müqavilə rəsmiləşdirmişlər. Lakin Cavabdeh 5 ayın tamamında ona qızılların dəyəri olan 5000 manat məbləğini qaytarmamışdır. Bu səbəbdən MTK rəhbərliyi onunla bağlanmış müqaviləyə xitam veriləcəyini və mənzili təhvil verməyini bildirmişdir. Ruhiyyəyə bu barədə bildirərək ödənilməli pul məbləği vaxtında ödənilməməsi səbəbindən, mənzilin əlindən çıxma təhlükəsi ilə üz-üzə qaldığını demişdir. Lakin bunun heç bir faydası olmamışdır. Məcburiyyət qarşısında qalaraq 2021-ci il noyabr ayında mənzilin əlindən alınmaması üçün qohum-əqrabalarına məxsus qızıl-zinət əşyalarını bir neçə müddət toplayaraq Əcəmi metrostansiyası yaxınlığında yerləşən "xxxx" adlanan Lombarda giov qoyaraq aylıq 4% olmaqla 5000 manat pul məbləği götürərək MTK-ya olan borcunu vermişdir. Cavabdeh lombarda girov qoyulmuş qızıl əvəzi götürülmüş pulun faizlərini ödəyərək qohuməqrabalarına məxsus qızıl-zinət əşyalarının götürülməsi üçün həmin məbləği özü tərəfindən qarşılanacağına dair yenidən söz vermişdir. Lakin bu günə kimi pulu və lombarda olan borcu qaytarmadığına görə o, lombarda aylıq 200 manat faiz ödəyir. Belə ki, cavabdehin məsuliyyətsizliyi nəticəsində əlavə olaraq 12 ay ərzində aylıq 200 manat ödədiyi üçün 2400 manat maddi ziyan etmişdir. 5000 manat məbləğindən 1 ay müddətində hissə-hissə 2022-ci ilin sentyabr ayında 1000 manat pul qaytarmışdır. Yerdə qalan 4000 manat məbləği və lombarddan götürülmüş pulun faizlərini isə bu günə kimi ödəmədiyindən qohum-əqrabalarının qızılları hələ də, "xxxx" Lombardda qalmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddiaçının anasını əvvəldən tanımışdır. Onun ikinci adı Turandır. Etiraf edir ki, o, iddiaçıdan 5000 manat dəyərində qızıl götürmüşdür. Həmin pulu iddiaçıya qaytarmışdır. 4000 manat isə faizdir. Daha sonra o, ailəsindən ayrılmış və imkanı olmadığından iddiaçıya qalan pulu, yəni 4000 manatı qaytara bilməmişdir. Odur ki, o, hissəhissə ödəniş edə bilər. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirdi ki, Cavabdeh onun anasıdır. Anası iddiaçıdan borca 5000 manat pul götürmüşdür. Anası həmin məbləği ödəmək üçün mebellərini sataraq pulu əvəzləşdirmişdir. Odur ki, anası 5000 manat pulu 2 il əvvəl hissə-hissə iddiaçıya qaytarmışdır. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 ifadəsində bildirdi ki, o, Elmiranı 22 ildir tanıyır, Ruhiyyəni isə tanımır. Elmira qızıl və mebel alveri ilə məşğul olmuşdur. Elmira ona qızıllarını 2021ci ildə 5000 manata satdığını demişdir. Lakin o, qızılların verilməsində iştirak etməmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, o, İddiaçı 5000 manat pul almış və 2021-ci ilin sonunda qaytaracağına söz vermişdir. Lakin işi alınmadığına görə pulu qaytara bilməmişdir. May ayından sonra pulu qaytaracağınna söz vermişdir, lakin o, 5000 manat əvəzinə 1000 manat verə bilmişdir. Aralarında 4000 manat borc qalmışdır. Bundan sonra o, 400 manat da almışdır. Hamısını birlikdə geri qaytaracağını demişdir. İşləri alınmadığına görə pulu qaytara bilməmişdir. Onun Elmiraya 4400 manat verəcəyi vardır. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində yazılmış və imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, o, Cavabdeh 400 manat almışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş qəbzdən göründüyü kimi Cavabdeh İddiaçı 5000 manat pul almış və 2021-ci ilin sonunda qaytaracağına söz vermişdir. Lakin cavabdeh həmin puldan 1000 manatını iddiaçıya qaytarmışdır. Bundan sonra cavabdeh iddiaçıdan 400 manat pul almışdır. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2022ci il tarixində yazılmış və imzası ilə təsdiq edilmiş qəbzə əsasən, cavabdeh iddiaçıya 400 manat pul vermişdir. Lakin cavabdeh qalan 4000 manat borcunu hələ də iddiaçıya qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 4000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə, iddia tələbinin lombarda ödədiyi 2400 manat pulun, aldığı pulu vaxtında qaytarmadığından mənəvi ziyana görə 3000 manat pulunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki,bu hissələrlə bağlı məhkəmədə sübutlar müəyyən edilmədiyindən rədd edilməlidir.Halbuki, MPMin 77.1-ci maddəsinin tələbinə görə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut etmək vəzifəsi daşımiş, lakin bunu edə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 115 manat pulun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 49 manat məbləği cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumundan 49 manat tutularaq İddiaçı qaytarılsın. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar