Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1453/2023 02.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdehnun iştirakı ilə, İddiaçının cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızına qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızının, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında olan 75 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Nizami küç, döngə-6 ünvanda 2 sot torpaq sahəsipi 2004-cü ildə alaraq, həmin torpaq sahəsinin üzərində kiçik bir ev tikmişdir. Daha sonra ailə üzvlərinin çoxluğu səbəbindən, həmin torpaq sahəsinin üzərində iki mərtəbəli evi tikmək qərarına gəlmişəm. Həmin iki mərtəbəli evin tikintisi öz şəxsi vəsaiti hesabına 2010- 2011-ci illərdə tikərək ailə üzvləriylə birlikdə orda yaşamışdır. Onun dörd övladı var. Cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızı onun övladı X10 ilə xx.xx.2013-cü ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin nikahdan tərəflərin xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X11 dünyaya gəlmişlər. Babayeva (Nəzərli) Kəmalə Mirağa qızı övladıyla ailə qurduqdan sonra valideyn olaraq əziyyət çəkməməsi üçün öz şəxsi vəsaiti hesabına tikdiyi evə qəbul edərək orada yaşamalarına icazə vermişdir. Abşeron rayon məhkəməsinin 2(012)-2597/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə övladıyla Cavabdeh nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra adıçəkilən uşaqlar məhkəmə qərarı ilə analarının yanında saxlanmışdır. Məhkəmənin qərarından sonra cavabdeh ona və ailə üzvlərinə qarşı mütəmadi olaraq təhqiredici ifadələr işlədərək onları qonşular içində biyabır etmiş, son olaraq elə bir vəziyyət yaranmışdır ki, cavabdeh tərəfindən o və ailə üzvləri xx.xx.2020-ci il tarixdə gecə saatlarında biyabırçılıq etmiş, səs-küy salaraq yenə təhqir edici ifadələr işlətmiş, nəhayət onlar məcbur evi tərk etmişlər. Bu hərəkətllərinə cavabdeh dəfələrlə davam etmiş, lakin onlar iki azyaşlı nəvənin olmasını nəzərə alaraq cavabdehin bu təhqiredici hərəkətlərinə dözmüşlər. Bundan sonra o, ailə üzvləriylə birlikdə həmin evə qayıtmaq istəsələr də cavabdehin darvazanın və evin kilidlərinin dəyişməsinin şahidi olmuşlar. Lakin buna baxmayaraq cavabdeh həmin evdən çıxmayaraq əvəzində fərdi yaşayış evinin və həyət qapısının kilidlərini dəyişərək onu və ailə üzvlərini həmin evdən məhrum etmişdir. Bu səbəbdən də o, uzun illərdir ki, öz evindən məhrum olaraq məcburən kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh Aruzla birgə nikahda olduğu illər ərzində bütün aylıq əmək haqqısını ayrıca yığaraq toplamış və atası Mirağa, eləcə də xalasıoğlu Zamiq ilə birlikd Masazır qəsəbəsində torpaqlar alaraq ev tikib satmaqla məşğul olaraq biznesini qurmuşdur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızı məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, o, keçmiş həyat yoldaşı X10 ilə xx.xx.2013-cü il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki qız övladları dünyaya gəlmişdir. Nikahları pozulduqdan sonra hər iki övladı onun himayəsində qalmışdır. Bildirmək istəyir ki, keçmiş yoldaşının ona qarşı irəli sürdüyü iddia qanunsuz və əsassızdır. Belə ki, hal-hazırda sözügedən mənzil onların nikahından öncə atası tərəfindən ona hədiyyə olunmuşdur. Həmin mənzilin qaz, su, işıq sayğacları onun adında rəsmiləşmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş saldoya (ata soyadı ilə: X3) nəzər saldıqda, sayğacın xx.xx.2012-ci ildə rəsmiləşdirildiyini görmüş olacaqsız. Keçmiş həyat yoldaşı mülkiyyət hüqüqunun tanınması ilə bağlı heç bir rəsmi sənədi yoxdur. İddiaçı hansı əsasla onun və övladlarının həmin mənzildən çıxarılmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etmək istəyir ki, iddia ərizəsi əsasız olduğu üçün rədd edilməlidir və təmin edilməməlidir. Atası evi ona hədiyyə verən zaman onların nikahları oİmamışdır, yəni onlar sözügedən mənzili birgə nikah dövründə əldə etməmişlər. Onun mülkiyyətində olmasa da onun istifadəsində olan sənədsiz evlə bağlı iddiaçının iddia etməyə heç bir hüququ yoxdur. Düşünür ki, iddiaçı bu əsassız tələbi ilə onun gələcəkdə mülkiyyət hüquqlarını poza bilər. Mülkiyyət hüququ qanunla qorunan hüquqdur. Qeyd edilənlərə əsasən, o, iddianın rədd edilməsini edir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2597/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabden X10 arasında 1 saylı Bakı “ASAN Xidmət” X2 bağlanmış xx.xx.2013-cü il il tarixli, 794 №-li nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvləllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalmaları, cavabdeh X5 xx.xx.2013-cü il təvləllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ADC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, X1 məxsus olan ünvan 3 ünvanına quraşdırılmış abonent kodu **********17423 olan sayğac xx.xx.2012-ci ildə quraşdırılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə mübahisə edilməyən faktiki hallardan müəyyən edilir ki, cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızı və iddiaçının övladı-X10 xx.xx.2013-cü ildə rəsmi nikah bağlamaqla ailə qurmuş və bu nikahdan xx.xx.2013-cü il təvləllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X11 anadan olmuşdur. Lakin iş materiallarında olan "xxxx" ADC tərəfindən verilmiş abunə haqqında cədvəldən göründüyü kimi X1 məxsus olan ünvan 3 ünvanına quraşdırılmış abonent kodu **********17423 olan sayğac xx.xx.2012-ci ildə quraşdırılmışdır. Belə ki, sözügedən ünvan 1 ünvanında olan 75 saylı ev cavabdehlə X7 birgə nikahından əvvəl alınmışdır. Bundan əlavə ünvan 1 ünvanında olan 75 saylı evi özbaşına tikilidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin,iddiaçı tərəf iddia tələbinin hüquqi əsaslarını istər iddia ərizəsində,istərsə də məhkəmə iclasında sübutların tədqiqatı zamanı göstərə bilməmiş,iddianın təmin olunmasına əsas verən hər hansı bir hala və həmin halı təstiq edən hər hansı bir sübuta istinad etməmişdir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızına qarşı cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızının, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında olan 75 saylı evdən çıxarılmaları barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1453/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1453/2023
02.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver