Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-147/2021 29.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili X14 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı mənzilə köçürülmə, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun və İddiaçı2 yetkinlik yaşına çatmayan 17.06.2003-cü il təvəllüdlü X21 və 08.07.2007-ci il təvəllüdlü X22 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X23 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi qüvvədə saxlanılmaqla, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsinə dair 27.03.2020-ci il tarixdə 4Ə-119 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və 30.03.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X23 ərizə təqdim edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinin üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş, ərizə təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X23 vəsatət təqdim edərək Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş, vəsatət təmin edilərək Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X23 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair yenidən ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi qüvvədə saxlanılmaqla, Cavabdeh2 ilə digər Cavabdeh3 arasında Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsinə dair 25.09.2020-ci il tarixdə 4Ə-1586 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və 15.10.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili X23 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı1 Cavabdeh1 ilə 25.11.1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü İddiaçı2, 17.06.2003-cü il təvəllüdlü X21 və 08.07.2007-ci il təvəllüdlü X22 anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra yəni, 25.11.1998-ci il tarixdə İddiaçı1 ünvan 1 ünvanına gəlin köçmüş və bütün cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. 25.11.1998-ci il tarixdən 2018-ci ilə kimi İddiaçı1 həmin mənzildə daimi olaraq öz ailəsi ilə birlikdə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Həmin mənzilin mülkiyyətçisi Cavabdeh1 anası idi. Sonradan həmin mənzilin ərazisi plana düşdüyündən həmin evə görə tərəflərə 2018-ci ildə 80000 manat kompensasiya verilmişdir. Həmin pul vəsaiti əsasında 2018-ci ildə Abşeron rayonu Saray qəsəbəsi ərazisində 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evi 25000 manata alınmış və tərəflər həmin evə köçmüşlər. Orada yaşadıqları müddətdə İddiaçı1 öz vəsaiti hesabına orada əlavə olaraq bir otaq da tikdirmişdir. 2019-cu ilin avqust ayına kimi tərəflər həmin evdə bir ailə kimi bir yerdə yaşamışlar. Lakin sonralar tərəflərin münasibətləri pisləşdiyindən cavabdeh iddiaçıları evdən qovmuşdur. 2019-cu ilin avqust ayında İddiaçı1 nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəflərə barışıq üçün 3 ay vaxt verməklə mülki işi təxirə salmışdır. Hazırda iddiaçılar məcbur olub Sumqayıt şəhəri, (Yeni şəhərcik), 738 saylı evin 121 saylı mənzilində yaşayırlar. Halbuki, iddiaçıların Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində 0.01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüquqları var. Lakin cavabdeh buna maneələr yaradır. Bu səbəbdən də iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməmiş və mənzilə dair çıxarış verilməmişdir. Buna görə də mənzil xüsusi mülkiyyətdə olan mənzillərə aid deyil və dövlət mənzil fonduna aid olan mənzillərə dair normalar tətbiq edilməlidir. Lakin məhkəmə gedişatı zamanı Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini 27.03.2020-ci il tarixli 4Ə-119 saylı alqı-stqı müqaviləsinə əsasən Cavabdeh2 satdığı müəyyən olunmuşdur. Bu səbəbdən də həmin müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi zərurəti yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 digər Cavabdeh3 Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsini 25.09.2020-ci il tarixdə 4Ə-1586 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Bu səbəbdən də həmin müqavilənin də etibarsız hesab edilməsi və 15.10.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması zərurəti yaranmışdır. Cavabdeh1 həmin torpaq sahəsini satmaqda məqsədi iddiaçıların fərdi yaşayış evinə köçmələrinin qarşısını almaqdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. 17.05.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək izahatında onun Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.01 ha torpq sahəsini Cavabdeh2 aldığını, torpaq sahəsinin pulunu tam şəkildə Cavabdeh2 verdiyini, həmin prosesdə Cavabdeh1 da iştirak etdiyini bildirmişdir. Həmçinin, o, həmin torpaq sahəsini alarkən orada qaraj tipli bir tikili olduğunu, həmin yerdə isə onun özü tərəfindən bir mərtəbəli mansarddan ibarət fərdi yaşayış evi tikdirdiyini bildirmişdir. İddiaçı2 04.03.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilib iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abşeron rayonu 1 saylı Notariat Kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər və onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə tərəflər və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında baxmağa haqlıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Qubadlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş 25.11.1998-ci il tarixli Vİ-ЖГ № 481185 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə X3 25.11.1998-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 170 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Səmədova soyadı verilmişdir. -Asan3 tərəfindən verilmiş 11.12.2015-ci il tarixli AZE № 12590767 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 17.06.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçı1dir. -Asan3 tərəfindən verilmiş 26.02.2016-cı il tarixli AZE № 12768415 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 08.07.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçı1dir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 28.10.2019-cu il tarixli **********57 saylı məktubundan görünür ki, Cavabdeh1 adına Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən fərdi yaşayış evinə dair məlumat aşkar olunmamışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.01 ha torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14.08.2018-ci il tarixdə **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayonu Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22.05.2020-ci il tarixli 1546 saylı arayışdan görünür ki, İddiaçı1 2017-ci mart ayından 2019-cu ilin aprel ayına kimi Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsində 0,01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində aşağıda adları qeyd olunan ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşamışdır. Həyat yoldaşı Cavabdeh1, qızı 2000-ci il təvəllüdlü İddiaçı2, qızı 2003-cü il təvəllüdlü X21, oğlu 2007-ci il təvəllüdlü X22. Arayışın verilməsi üçün əsas 21.05.20-ci il tarixdə qonşuları tərəfindən tərtib edilmiş akt olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.03.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin 0.02 ha torpaq sahəsi X7, 0.02 ha torpaq sahəsi X4 və 0.02 ha torpaq sahəsi X8 adına paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 402 saylı reyestr kitabının 46 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -X1, X11, X16 ilə alıcı X24 arasında bağlanmış 29.03.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən 0.01 ha torpaq sahəsini alıcıya 4000 manata satmış və bu barədə reyestrdə 4Ə-994 nömrəsi ilə qeydiyyat aparılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26.04.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsi X17 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -X6 ilə alıcı Cavabdeh1 arasında bağlanmış 25.07.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsini alıcıya 3000 manata satmış və bu barədə reyestrdə 4Ə-1993 nömrəsi ilə qeydiyyat aparılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.08.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Sumqayıt Şəhər Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(060)-126/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 ilə Cavabdeh1 arasında 25.11.1998-ci il tarixdə bağlanmış 170 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 17.06.2003-cü il təvəllüdlü X9 və 08.07.2007-ci il təvəllüdlü X10 anaları İddiaçı1 yanında qalmaları, 26.08.2019-cu il tarixdən başlayaraq Cavabdeh1 17.06.2003-cü il təvəllüdlü X9 və 08.07.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla ümumilikdə cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. -Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış 27.03.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsini alıcıya 5470 manata satmış və bu barədə reyestrdə 4Ə-119 nömrəsi ilə qeydiyyat aparılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.03.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh3 arasında bağlanmış 25.09.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsini alıcıya 3000 manata satmış və bu barədə reyestrdə 4Ə-1586 nömrəsi ilə qeydiyyat aparılmışdır. -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı 07.10.2020-ci il tarixli 1888/d saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh1, X12, X5 və digərləri ilə Yasamal rayon İcra Hakimiyyəti arasında 06.07.2018ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və yuxarıda adları qeyd olunan şəxslərə ümumilikdə 88192 manat kompensasiya, eyni zamanda 18035 manat maddi yardım ödənilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.10.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 Naxçıvan Muxtar Respublikası Şərur rayonu M.Müslüm küçəsində qeydiyyatdadır. -Asan3 tərəfindən verilmiş 17.12.2013-cü il tarixli AZE № 14484130 saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 05.07.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu A.K.Qarayev küçəsi 28 saylı evdə qeydiyyatdadır. -Asan3 tərəfindən verilmiş 15.10.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 05.07.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı1 Bakı şəhəri Yasamal rayonu A.K.Qarayev küçəsi 28 saylı evdə qeydiyyatdadır. -Asan3 tərəfindən verilmiş 08.06.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Bakı şəhəri Yasamal rayonu A.K.Qarayev küçəsi 28 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı1 ilə Cavabdeh1 25.11.1998-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü İddiaçı2, 17.06.2003-cü il təvəllüdlü X21 və 08.07.2007-ci il təvəllüdlü X22 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra İddiaçı1 Cavabdeh1 anasının mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu Ak.Qarayev küçəsi 28 saylı evin 5 saylı mənzilinə gəlin köçmüş, 1998-ci ildən 2018-ci ilədək həmin mənzildə yaşamış, uşaqları həmin mənzildə doğulmuşdur. ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh1 və digərləri ilə Yasamal rayon İcra Hakimiyyəti arasında 06.07.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və ümumilikdə 88192 manat kompensasiya, eyni zamanda 18035 manat maddi yardım ödənilərək qeyd olunan mənzil dövlət ehtiyacları üçün alınmışdır. Ayrılmış pul vəsaitindən 25000 manat Cavabdeh1 özünə götürmüş və həmin pul vəsaitindən cavabdeh Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsini X6ndan 25.07.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 3000 manata almış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.08.2018-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh1 ona ayrılmış pul vəsaitinin qalan hissəsindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Tərəflərin münasibətləri pisləşdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(060)-126/2020 saylı qətnaməsi ilə tərəflər arasında 25.11.1998-ci il tarixdə bağlanmış 170 saylı nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra 17.06.2003-cü il təvəllüdlü X9 və 08.07.2007-ci il təvəllüdlü X10 anaları İddiaçı1 yanında qalmaları, 26.08.2019-cu il tarixdən başlayaraq uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə arşdırması zamanı mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən digər Cavabdeh2 27.03.2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 5470 manata satdığı, Cavabdeh2 tərəfindən isə digər Cavabdeh3 25.09.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 3000 manata satdığı müəyyən edilmiş və sonuncu cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.10.2020-ci il tarixli çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alındığı müəyyən edilmişdir. Fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçılar məhkəmə araşdırması zamanı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu Saray qəsəbəsi 0.01 ha torpaq sahəsinə dair 27.03.2020-ci il tarixdə bağlanmış 4Ə-119 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 30.03.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında həmin torpaq sahəsinə dair 25.09.2020-ci il tarixdə 4Ə-1586 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 15.10.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq) 32-ci maddəsinə əsasən, 32.1. nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Göründüyü kimi, ər-arvad ümumi əmlakları üzərində əşya hüquqlarını mülki qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun olaraq həyata keçirməlidirlər. Ərarvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Daşınmaz əşyalara dair ərin və ya arvadın bağladığı sərəncam əqdinin etibarlı olması üçün isə digər tərəfin (yəni müvafiq olaraq arvadın və ya ərin) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Birgə mülkiyyət qaydalarının pozulması ərin (arvadın) digər tərəf qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 225.1. maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4. maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.6. maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qanunvericiliyin tələblərini, Konstitusiya Məhkəməsinin Plenum Qərarını mülki iş materiallarında olan sənədlərlə paralel qiymətləndirib belə qərara gəlir ki, Cavabdeh1 anasının mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu Akademik Qarayev küçəsində yerləşən 28 saylı evin 5 saylı mənzilinin dövlət ehtiyacları üçün plana düşməsi nəticəsində 06.07.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, mənzilin mülkiyyətçisinə verilmiş pul vəsaiti hesabına Cavabdeh1 25.07.2018-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14.08.2018-ci il tarixli çıxarışa əsasən həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 966 saylı reyestr kitabının 69 saylı vərəqində ********** qeydiyyat nömrəsi ilə, **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətçisi olduğu torpaq sahəsi üzərində Cavabdeh1 fərdi yaşayış evi inşa etmiş, qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququ qeydə alınmasa da, cavabdehin həmin evə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. “X30rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Göründüyü kimi, mübahisə predmeti olan Abşeron rayonu Saray qəsəbəsi 0.01 ha torpaq sahəsi İddiaçı1 ilə Cavabdeh1 birgə nikah dövründə əldə olunmamış, həmin torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi Cavabdeh1 şəxsi pul vəsaiti hesabına alınmış və inşa edilmişdir. Məhkəmə, iddiaçıların fərdi yaşayış evinə köçürülmə tələbi ilə bağlı qeyd edir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olmuş olsa da, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınmasa da onun həmin ev üzərində mülkiyyət hüququ gözlənilən hüququ olmuşdur. Mülki Məcəllənin:
152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5. maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xüsusi mülkiyyət hüquq əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsini cavabdehsatıcı Cavabdeh1 digər cavabdeh-alıcı Cavabdeh2 27.03.2020-ci il tarixdə, cavabdehsatıcı Cavabdeh2 isə digər cavabdeh-alıcı Cavabdeh3 25.09.2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında satdıqları müəyyən olunmuş, hazırda mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququ Cavabdeh3 məxsus olaraq sonuncu tərəfindən həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş, və sahiblik, istifadə hüquqları yaranmışdır. Mülki Məcəllənin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmçinin, Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi, alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsini almış sonuncu Cavabdeh3 vicdanlı alıcı kimi torpaq sahəsini almış, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Bu səbəbdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu Saray qəsəbəsi 0.01 ha torpaq sahəsinə dair 27.03.2020-ci il tarixdə bağlanmış 4Ə-119 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 30.03.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Abşeron rayonu Saray qəsəbəsi 0.01 ha torpaq sahəsinə dair 25.09.2020-ci il tarixdə bağlanmış 4Ə-1586 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 15.10.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması barədə tələbləri əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddiaçıların iddia tələblərinin fərdi yaşayış evinə köçürülmə tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Akademik Qarayev küçəsi 28 saylı evin 5 saylı mənzilinin plana düşməsi nəticəsində aldığı pul vəsaitinin hesabına Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.01 ha torpaq sahəsini almış və üzərində yerləşən fərdi yaşayış evini də həmin pul vəsaiti hesabına inşa etdirmişdir. Göründüyü kimi, iddiaçıların köçürülmələrinin arzuladığı mübahisə predmeti təşkil edən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olmuş torpaq sahəsinin üzərində yerləşir və həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə də, Cavabdeh1 qeyd olunan evə gözlənilən mülkiyyət hüququ olduğu halda həmin hüququnu dövlət qeydiyyatına aldırmadan torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə Cavabdeh2 satmaqla həmin daşınmaz əmlaklara mülkiyyət hüququnu itirmişdir. Bu səbəbdən də, Cavabdeh1 da mülkiyyət hüquqlarının itirildiyi, iddiaçıların isə həmin evə köçürülməsini arzu etdikləri fərdi yaşayış evinə münasibətdə iddia tələbləri təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı mənzilə köçürülmə, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən və əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı mənzilə köçürülmə, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov