Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1483/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, ərizəçi Mahmudova (Camcı) Oksana Asif qızının doğum akt qeydinin bərpası barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi Mahmudova (Camcı) Oksana Asif qızı doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə onun doğum tarixi xx.xx.1984-cü il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X2” ata adı qrafasında “X3”, ana adı qrafasında “X1”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçinin xahişindən görünür ki, ərizə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Xüsusi İcraat qaydasında baxılması nəzərdə tutulmuş işlərə aid deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi Mahmudova (Camcı) Oksana Asif qızı ərizəsində doğum akt qeydinin bərpa edilməsini xahiş etsə də, ərizəsinə özünə aid doğum haqqında şəhadətnaməni əlavə etmişdir. Buradan da müəyyən edilir ki, doğum akt qeydinin bərpası hüquqi faktı doğum haqqında şəhadətnaməni əldə etmək mümkün olmadıqda müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının; 4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. 13.4. maddəsində göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də məhkəmə ərizəyə baxılmasından imtina edilməsi ilə bağlı 153.2.1-ci maddəsinin tətbiq edilməsini zəruri və doğru hesab etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ümumi məhkəmədə baxılmalı olmadığından ərizənin baxılmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi Mahmudova (Camcı) Oksana Asif qızının doğum akt qeydinin bərpası barədə ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1483/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1483/2022
01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver